Məhkəmə qərarları › İş №2(066)-302/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-302/2025

12.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-302/2025 12.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Qurbanov Sənan Vüsal oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması” faktının müəyyən edilməsi barədə ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 08 oktyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş 0.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-0246, KOD- 50806088 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında yazılmış "X3" Ərizəçi olmaqla həmin Dövlət Aktının ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 08 oktyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə Xanlar (indiki Göygöl) rayonu, Qızılqaya qəsəbəsi ərazisində ona və Şahid 0.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilib və həmin torpağa aid JN-0246, KOD-50806088 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilib. Qeyd olunan Dövlət Aktında onun soyadı və ata adı səhvən "X6" kimi yazılmışdır. Məsələ ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin qeyd olunan yanlışlığın düzəldilməsindən imtina edilib. Hazırda qeyd olunan yanlışlığı başqa vasitə ilə aradan qaldıra bilmir. Ona görə də məcbur olub bu faktı təsdiq etdirmək üçün məhkəməyə müraciət etmişdir. Qeyd olunanları təqdim etdiyi sənədlər və şahidlər təsdiq edəcəklər. Məhkəmə iclası zamanı Ərizəçi izahatında ərizəni müdafiə edərək göstərdi ki, dövlət aktında onun ata adı Cahangir əvəzinə Cabir kimi yazılıb. Bu torpaq xeyli vaxtdır ki, onların sahibliyindədir. Şahid onun həyat yoldaşıdır. Torpaq hazırda Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşir və 0.42 hektardır. Odur ki, dövlət aktında olan səhvliyin düzəlməsini istəyir. Xanlar Rayon Aqrar İslahat Komissiyasının 08 oktyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş 0.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-0246, KOD-50806088 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Ərizəçi onun həyat yoldaşıdır. Torpağa mülkiyyət hüququna dair dövlət aktında ərizəçinin ata adı Cahangir əvəzinə səhvən Cabir yazılmışdır. Həmin torpaq sahəsi onların özlərinə məxsusdur və özləri torpaqdan istifadə edir. Torpaq sahəsi ilə bağlı heç bir mübahisə yoxdur. Əkin üçün torpaqdan istifadə edəndə dövlət aktı köhnə olduğu üçün və dövlət aktında olan səhvə görə onlara subsidiya verilmir. Ona görə dövlət aktında olan səhvin düzəlməsini və torpağa dair çıxarış alınmasını istəyir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan JN-0246, KOD 50806088 saylı «Torpağa mülkiyyət mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 08 oktyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə X4 və X3 mülkiyyətinə 0.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Şahid ünvanlanmış məktubdan görünür ki, ərizəyə baxılmış və Torpağa mülkiyyət hüququna dair JN-0246 saylı Dövlət Aktında hüquq sahiblərinin birinin ata adında uyğunsuzluğun olduğu, belə ki, Ərizəçi ilə sənədlərdə qeyd olunmuş “X3” eyni şəxs olmasını təsdiq edən sənədin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı) tərəflərindən təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İşdə olan AZ-T seriyalı, 285668 nömrəli doğum haqqında surətindən görünür ki, X2 xx.xx.1981-ci ildə Bərdə rayonunun Hacılar kəndində anadan olmuş, atası X5, anası isə X1r. İşdə olan Gəncə şəhəri “Nigah Evi” tərəfindən verilmiş 14 noyabr 2003-cü il tarixli, AZ-İ 024694 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid ilə X2 arasında xx.xx.2003-cü il tarixdə Gəncə şəhəri “Nikah Evində” nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 412 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Sadıxov, arvada isə Sadıxova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-2362/2025 saylı Göygöl Rayon Məhkəməsinə ünvanladığı məktubdan görünür ki, arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Göygöl (keçmiş Xanlar) rayon Qızılqaya qəsəbə sakinləri X9 və X3 adına tərtib edilmiş «Torpağa mülkiyyət hüququna dair” JN-0246 saylı, KOD 50806088 nömrəli Dövlət aktının ləğvinə dair məlumat aşkarlanmamışdır. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci ildə Bərdə rayonu, Hacılar kəndində anadan olmuşdur və ünvan 2 ünvanda qeydiyyatdadır. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şahid xx.xx.1966-cı ildə Xanlar rayonu, Üçtəpə kəndində anadan olmuşdur və ünvan 2 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən Dövlət aktılərdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə ərizəçinin izahatını və işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 08 oktyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə Ərizəçi kənd təsərrüfatı məhsulları təyinatlı 0.42 ha torpaq sahəsi ayrılmış və bununla bağlı JN-0246, KOD 50806088 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Lakin soyadı və ata adı səhv olaraq «X6» kimi qeyd edilmişdir. Ərizəçi maraqlı şəxs kimi qeyd etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-2362/2025 saylı Göygöl Rayon Məhkəməsinə ünvanladığı məktubda, arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Göygöl (keçmiş Xanlar) rayon Qızılqaya qəsəbə sakinləri X9 və X3 adına tərtib edilmiş «Torpağa mülkiyyət hüququna dair” JN-0246 saylı, KOD 50806088 nömrəli Dövlət aktının ləğvinə dair məlumat aşkarlanmadığı bildirilmişdir. Sözügedən sənədin “Ərizəçi”na məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Belə ki, sənədi vermiş DTXK Xanlar rayon şöbəsi artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Bu səbəbdən sənədin şəxsə məxsus olma fatına dair ərizəyə baxılaraq təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Birgə mülkiyyətçilər olması nəzərə alınaraq, JN-0246 saylı, KOD 50806088 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar