Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-31/2024 25.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X18 iclas katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Vəkil3, Cavabdeh3 nümayəndəsi (vəkil) Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X32 və X19 iştirakları ilə, İddiaçı cavabdehlər Göygöl rayon Notariat ofisinə, Cavabdeh3 və Cavabdeh2 qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Göygöl rayon Notariat ofisi, Cavabdeh3 və Cavabdeh2 qarşı “mirasın qəbulu müddətinin uzadılması və miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 oktyabr 2007-ci il tarixdə vəfat etmiş anası X24 və 18 avqust 2014-cü ildə vəfat etmiş X20 miras qalmış, Göygöl rayonu, Toğana kəndində yerləşən 0.15 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinin miras əmlaklar kimi qəbul edilməsi üçün buraxılmış müddətin gecikdirilməsinin səbəbinin üzrlü hesab olunmaqla uzadılması və həmin əmlaklardan onun payının müəyyən olunması və yalnız onun tərəfindən qəbul olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X24 03 oktyabr 2007-ci ildə, qardaşı X43, 18 avqust 2014- cü ildə, bacısı X25 2023-cü ildə, qardaşı X44 isə 1992-ci ildə vəfat etmişlər. İddiaçının bacısı X26 ailə qurmuş və 40 ilə yaxın müddətdir ki, Gəncə şəhərində yaşayır. Qardaşı Cavabdeh2 isə 1993-cü ildən Rusiya Federasiyasında yaşayır və Rusiya Federasiyasının vətəndaşıdır. Mərhum anası Cəmilə Hüseynovanın və qardaşı Elşən Həsənovun vəfatından sonra Göygöl rayonu, Toğana kəndində yerləşən 0.15 ha torpaq sahəsi miras qalmışdır. Qeyd olunan torpaq sahəsinə JN-106A KOD 50810018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi vardır. İddiaçının anası və qardaşı vəfat etdikdən sonra miras qalmış torpaq sahəsi və fərdi yaşayış evini faktiki olaraq iddiaçı qəbul etmişdir. Eyni zamanda da anası Cəmilə Hüseynova 17 sentyabr 2007-ci ildə Göygöl rayon Dövlət Notariat Kontorunda Göygöl rayonu, Toğana kəndində yerləşən evini vəsiyyətnamə ilə ona vermişdir. Bundan sonra iddiaçı notariat ofisinə mirasın qəbulu üçün müraciət etmişdir. Lakin, notariat ofisindən iddiaçıya mirasın qəbulu üçün qanununla nəzərədə tutulmuş müddətin ötürüldüyü bildirilmiş və müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki iş məhkəmənin icraatında olarkən İddiaçı nümayəndəsi (vəkili) Vəkil3 iddia həcminin azaldılması barədə məhkəməyə ərizə verərək bildirmişdir, o, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia qaldırmış, iddia tələbi ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. O hazırki iddianı məhkəmədə xx.xx.2023-cü ildə qaldırmış və Göygöl rayon məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(066)-949/2023 saylı qərardadı ilə onun cavabdeh Göygöl rayon Notariat Ofisinə qarşı “vərəsəliyin müəyyən edilməsi” tələbinə dair mülki işin icraatı, Azərbaycan Respublikası Ali Məhkəməsinin “miras” məsələsi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə verdiyi sorğu üzrə qərar qəbul edilənədək dayandırılmışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı qəbul olunduqdan sonra işin icraatı təzələnmişdir. Qərarın 3-cü bəndinə əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Qeyd edir ki, o Qarabağ Müharibəsi əlili olmaqla uzun müddətdir ki, stasionar və ambulator müalicələrdə olmuşdur. 03 oktyabr 2007-ci ildə anası X27 vəfat edərkən, xx.xx.2014-cü ildə qardaşı X43 vəfat edərkən də xəstə olmuşdur. Bunu təsdiq edəcək «Mingəçevir şəhər Mərkəzi Xəstəxanası» PHŞ-nin 21 avqust 2024-cü il tarixli arayışını təqdim edir. Həmin arayışdan görünür ki, onun 05 noyabr 2007-ci il tarixdən 16 noyabr 2007-ci il tarixədək əmək qabiliyyəti olmamışdır. 28 noyabr 2007-ci il tarixində Mingəçevir ŞMX-ya kəskinbaş ağrısı, baş gicəllənmə, ürəkbulanma, ümumi zəiflik şikayətləri ilə müraciət etmiş, müayinə olunmuş və davamlı olaraq ambulator müalicələr almışdır. 28 oktyabr 2008-03 noyabr 2008 ci il tarixində ona «sağ tərəfli boğulmuş çəp qasıq yırtığı» diaqnozu qoyulmuş və cərrahi əməliyyat icra olunmuşdur. 07 yanvar 2011-05 noyabr 2011-ci il tarixdə «vegetativi dammar distoniyası, tevrasteniya» diaqnozu ilə stasionar müalicə almış, xx.xx.2013- xx.xx.2013-cü il tarixində isə ÜİX kardioskleroz, kəskin koronar sindrom diaqnozu ilə stasionar müalicə olunmuş, xx.xx.2014-xx.xx.2014-cü il tarixində «kəskin beyinciyin sağ yarımkürəsinin işemik tip insultu» diaqnozu ilə Mingəçevir ŞMX–da stasionar müalicə almış, daha sonra isə xx.xx.2014-xx.xx.2014, xx.xx.2014-xx.xx.2014, xx.xx.2014-xx.xx.2014, xx.xx.2014xx.xx.2014, xx.xx.2015-xx.xx.2015, xx.xx.2016-xx.xx.2016, xx.xx.2016-xx.xx.2016, xx.xx.2016-xx.xx.2017, xx.xx.2017-xx.xx.2017, xx.xx.2017-xx.xx.2017, xx.xx.2017xx.xx.2017, xx.xx.2018-xx.xx.2018, xx.xx.2019-xx.xx.2019, xx.xx.2021xx.xx.2021,xx.xx.2022-xx.xx.2022,xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində davamlı olaraq stasionar müalicələr almışdır. Məhz bu xəstəliklər səbəbindən 21 noyabr 2016-cı ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə xəsarətləklərinin hərbi travma, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınması təsdiq olunmuş və xx.xx.2017-ci ildə «Spastik hemiplegiya, sol tərəfli hemiparez, hərəkətin məhdudlaşması diaqnozu ilə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Notariusa 2018-ci ildə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmiş, ancaq müddət ötdüyündən ərizəsi təmin olunmamışdır. O xəstəliyi səbəbindən mirasın qəbulu ilə bağlı ərizənin verilməsi müddətini ötürmüş. Ancaq bu müddət ərzində anası Cəmilə Hüseynovanın ona verdiyi vəsiyyətnamə onda olmuş və vəsiyyətnamə bu gündə qüvvədədir, ləğv olunmamışdır. Bunları bir daha məhkəmənin nəzərinə çatdıraraq xx.xx.2007-ci ildə vəfat etmiş X5 miras qalmış əmlakın vəsiyyət üzrə qəbulu müddətinin və xx.xx.2014-cü ildə vəfat etmiş X20 miras qalmış əmlakın qanun üzrə qəbulu müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə baxılarkən iş üzrə tərəflərin razılığı əsasında X49 və X38 üçüncü şəxs qismində işə gəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil3 iddia tələbini müdaifə edərək izahatında bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə müdafiə etdiyi tərəfin “mirasın qəbulu” ilə bağlı iddiası təmin olunmamışdır. Onların hazırkı ərizəsi həmin qətnamə ilə, ötürülmüş müddətin bərpası, yəni uzatma ilə bağlıdır. Məhkəmənin diqqətinə çatdırırlar ki, 1-ci hal: həmin qətnamə mövcud olmasa idi, bugün onlar hazırkı ərizəni verməzdilər (müddətin uzadılması ilə bağlı). O qətnamənin məhkəmə üçün heç bir preyudisiya əhəmiyyəti ona görə yoxdur ki, işin mahiyyəti ilə bağlı müddət artıq ötmüşdür. Həmin qətnamənin preyudisiyası yalnız o münasibətdədir ki, o qətnamə olduğu üçün onlar bu iddianı verməmişlər. Hətta Apellyasiya məhkəməsi tərəfin eyni məzmunlu ərizəsini baxılmamış saxlayanda məhkəmə belə qiymət vermişdir ki, nə qədər mirasın qəbulu ilə bağlı proses yekunlaşmayıb, bu iş baxılmamış qalmalıdır. Bu səbəbdən də iş məhkəmənin icraatında olduğu müddətdə Göygöl Rayon Məhkəməsinin işə xitam verilməsi ilə bağlı qərardadı qismən də olsa ləğv olundu, apellyasiya məhkəməsi müəyyən etdi ki, həmin qətnaməni bu işlə birbaşa, yəni yekunlaşmış iş kimi qiymətləndirmək olmaz. Hazırda mahiyyət odur ki, onun tərəfi mirasın qəbulu ilə bağlı müddəti ötürüb və onun uzadılmasını istəyir. İşin bir halı da onlar üçün ondan ibarətdir ki, mülki iş məhkəmənin icraatında olduğu müddətdə məhkəmə öz qərardadı ilə, məhz Konstitusiya Məhkəməsində bu işə baxıldığı üçün dayandırıbdır, birinci hal budur. Konstitusiya Məhkəməsinin bir neçə qərarı var. Həmin qərarlar bundan ibarətdir ki, məhkəmə özü müəyyən eləyib ki, həmin qətnamə çıxmış olsa belə o ötürülmüş müddət yalnız notariusa müraciət etmə müddəti ilə bağlı ola bilər. Konstitusiya Məhkəməsi artıq qərar verib ki, tərəfin mirasın qəbulu ilə bağlı ötürdüyü müddət nə kəsici, nə də iddia müddətidir. Bu yalnız notariusa müraciətlə bağlıdır. Artıq Mülki Məcəllənin 1246-cı maddəsi ilə bağlı mövqe var. Bugün onların tələbi odur ki, onun tərəfi göstərmişdir ki, o notariusa müraciət etmə müddətini ötürmüş, müddəti ötürməsinin səbəbi tərəfin xəstəliyi ilə bağlı olmuşdur. Əvvəla ötürülmüş müddət yəni (üç aylıq müddət), hansı ki, 3 oktyabr 2007-ci ildə vəfat edəndən sonra müddətin 3-cü ayında, yəni yanvar ayında bir gün də ötsə müddət ötmüş sayılır, iki gün də ötsə, on gün də ötsə müddət ötmüş sayılır. Mirasın qəbulundan imtina müddəti isə iki aydır, konkret olaraq həmin müddətin ötürülməsi iki ay da uzadıla bilər. Amma mirasın qəbulu ilə bağlı müddət anlayışı yoxdur. Məhkəmə, mülki məcəllə onunla bağlı hər hansı bir norma müəyyən etməyib ki, məhkəmə onu neçə aysa uzada bilər. Məsələ budur ki, üç aylıq müddət ötüb və onun uzadılması lazımdır. Bir gün də ötsə, beş gün də ötsə müddət keçib və notariusa, məhkəməyə müraciət edəndə də elə bir anlayış yoxdur ki, o uzatma ilə bağlı beş ildən sonra mı verə bilərdi, on ildən sonra mı. Məsələ bundan ibarətdir ki, məhkəmənin qətnaməsi çıxıb və həmin vaxta kimi müdafiə etdiyi tərəf elə hesab edib ki, müddəti ötürməyib. Bundan sonra da hazırkı iddianı verib. Bu mübahisə ilə bağlı Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin icraatında olan işlərə (məhkəmənin icraatında da bu iş olub), müddətin ötürülməsi ilə də bağlı, müddətin uzadılması ilə bağlı Konstitusiya Məhkəməsinin bir qərardan istifadə eləmişdir. Həmin qərarda göstərilmişdir ki, məhkəmə bu məsələ ilə bağlı istənilən halı üzrlü hal hesab edə bilər. Onun tərəfi müharibə veteranıdır, əlilliyi var, insult keçirmiş şəxsdir, hətta qardaşının ölümündən bir neçə gün əvvəl özü insult keçirib. 14 avqustda qardaşı rəhmətə gedib, 10 avqustda özü insult keçirib. Xəstəliyi ilə bağlı elə vəziyətdə olmuşdur ki, gedib notariusa müraciət edə bilməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, bugün həmin vəsiyyətnamə o qətnamələrlə ləğv olunmayıb, qüvvədədir, heç kəs də onun ləğvini tələb etməyib və vəsiyyətnamə qüvvədədir. Bu gün heç bir halda, onların iddialarına münasibətin necə olmasından asılı olmayaraq qanun üzrə vərəsəlikdən söhbət gedə bilməz, hüquqi vəsiyyətnamə qüvvədədir. Nə qədər ki, vəsiyyətnamə ləğv olunmayıb, qarşı tərəfin iddia edə biləcəyi hal anaya münasibətdə məcburi pay ola bilər. İddiaçı qarşı yalnız vəsiyyətnamə ləğv olunsa idi, o münasibətlərə toxunmaq mümkün olardı və onlar bugün başqa məsələlərdən danışardılar. Onların tələbləri ondan ibarətdir ki, həmin ötürülmüş müddət üzrlü sayılsın, müddət uzadılsın. Əsaslandırmağına əlavə olaraq iki halı da qeyd etmək istəyir ki birinci hal: Göygöl Rayon Məhkəməsinin 2016-cı ildəki qətnaməsi vardır ki, həmin qətnamədə Tünzalə xanım torpağını bölmək üçün Məhkəməyə ərizə vermişdir ki, onun anası və qardaşı ilə payı müəyyən olunsun (beşdə bir, beşdə bir), həmin işdə cavabdeh olaraq onun tərəfi göstərilmişdir, qəbul eləyir ki, bu ananın varislərindən biridir. Həmin qətnamə də qanuni qüvvəyə minir və paylar bölünür, Cəmilənin payı ayrılır, o öz payını götürür. Cəmilə rəhmətə getdiyinə görə Natiqi anasının vərəsəsi kimi göstərir. İkinci hal isə 2015-ci il tarixdə Göygöl Rayon Məhkəməsində ananın və qardaşın adında səhvlər olduğu üçün Natiq müraciət etmişdir ki, onun anasının və qardaşının adında mexaniki səhvlər olmuş, həmin səhflərə düzəliş olunsun. Yəni bu səbəblərdən Natiq sənədləri düzəltdikcə hesab etmişdir ki, o sənədləri düzəltmişdir. Yəni müddəti ötürməsinin üzrlü səbəblərindən biri də budur. Sonrakı mərhələdə, 2016-cı ildə də mirasla bağlı iddia qaldırılıb və 2021-ci ilə qədər davam etdirilib. Nə olmasından asılı olmayaraq, qətnamədə göstərilsə də müddət ötürülüb, o müddət nə iddia müddətidir, nə də kəsici müddətdir. Həmin müddət yalnız notariusa müraciət etmə ilə bağlı müddətdir. Konstitusiya Məhkəməsinin qərarı da var ki, mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məsələdə istənilən hal üzrlü hal kimi qəbul edilə bilər. Xitamdan fərqli olaraq, mirasın qəbulu müddətinin uzadılmasına hər hansı vaxt məhdudiyyəti yoxdur. Mirasdan imtina ilə bağlı konkret göstərilir ki, müddət 2 ay uzadıla bilər, lakin mirasın qəbulu ilə bağlı yazılmayıb ki, hansı müddətə uzadıla bilər. Bu mübahisənin fonunda onun tərəfinin əlində vəsiyyətnamə var. Bugün həmin vəsiyyətnamə də qüvvədədir. Hesab edir ki, tərəfin ərizəsi əsaslıdır, təmin olunmalıdır. Konstitusiya Məhkəməsinin vərəsəliklə bağlı təxmini yeddisəkkiz qərarı vardır. Bir neçə ay məhkəmə tərəfindən həmin müddət izah olundu, sonda həmin müddətin nə kəsici, nə də iddia müddəti olmadığı qərarına gəlindi. Lakin qeyd olunan qərarlar qəbul olunanda Məhkəmənin əsas tutduğu bir hal var olmuşdur. Belə ki, konstitusiyaya istinad olunaraq bildirilmişdir ki, vərəsəlik elə bir haldır ki, o, ailə dəyərlərinin qorunmasına xidmət edir. Yəni, bir övlada verib, digər övlada verməmək, gələcəkdə dövlətin əsasını təşkil edən ailənin dağılmasına səbəb ola bilər. Ümumi məqsəd ondan ibarət olmuşdur ki, ailə dəyərləri pozulmasın və məhkəmələrin də diqqətinə həmin məsələ çatdırılmışdır. Həmin dəyərlərə istinad edərək sonda da bu mövqeyə gəlinmişdir ki, o nə iddia müddətidir, nə də kəsici müddətdir. Bu vəsiyyətnamə, onun anasının, miras qoyanın son iradəsidir. Miras qoyanın son iradəsi ondan ibarətdir ki, o vəsiyyət edir övladına. Yəni buna nə məhkəmə, nə bir başqasının müdaxilə etməsi hesab edir ki, Konstitusion norma baxımından düzgün deyil. Çünki o, ölənin öz əmlakına dair verdiyi son hərəkət, son qiymətdir, məhkəmədən bu halın nəzərə alınmasını xahiş edir. Qarşı tərəfin vəkili 2021-ci il qətnaməsinə istinad edərək preyudisial olduğunu bildirir, preyudisiya sadəcə onun tərəfinin müddətin uzadılması ilə bağlı vermiş olduğu ərizəyə münasibətdədir. Tərəf göstərib ki, mübahisəsi gedən fərdi yaşayış evi qeydiyyatdan keçməyib. Birincisi, torpağa mülkiyyətlə bağlı şəhadətnamə var. İkincisi, “torpaq islahatı haqqında” qanunun 9-cu maddəsində qeyd olunur: Vətəndaşların qanuni istifadəsindəki həyətyanı torpaq sahələri onların mülkiyyətinə verilsin. Həyətyanı torpaq sahəsi dedikdə yaşayış evinin həyətyanı sahəsi nəzərdə tutulur. Ev ayrı, torpaq ayrı deyil, bunlar vahid daşınmaz əmlakdır. Hazırda bu təsərrüfatlaşdırma kitabını reyestrə təqdim edəndə həmin vahid daşınmaz əmlak o torpağı da, onun üzərindəki tikilini də qeyd edəcək. Şəhadətnamənin qeyd hissəsində ev, tikili olduğu da görsənir və o tikilinin qeydə alınmaması onun tərəfinin günahından deyil. Tərəf notariata müraciət edəndə, notarius vərəsəlik işini açmazdan əvvəl daşınmaz əmlakın çıxarışını gətirmək üçün arayış verməli idi. Hazırda mövqe bu şəkildədir. Yenə bildirir ki, ev (əmlak) dedikdə, ev və torpaq bir yerdədir. Bu səbəbdən hesab edir ki, qarşı tərəfin, vəkilin mövqeyi düz deyil. Əlavə olaraq da bildirmək istəyir ki, qeyd olunan ev 1959-cu ildə tikildiyi göstərilir və Natiqin atası da 1983-cü ildə rəhmətə gedəndə Natiq həmin evdə qeydiyyatda olmuşdur. Buda onu göstəirir ki evin hamısı Cəmilənin deyil, yarısı Natiqin atasının olmuş və həmin əmlakın yarısına münasibətdə həmin mirası qəbul etmişdir. Bugün onların tələbi ondan ibarətdir ki, məhkəmə qətnaməsi mövcud olmasına baxmayaraq ki, tərəfim mirasın qəbulu ilə bağlı müddəti ötürüb, Mülkü Məcəllənin 1246-cı maddəsi ilə bağlı tələbi odur ki, bu müddət notariata müraciət etmə müddətidir, qətnamə ilə də bu hal təsdiqini tapır və onlar da məhkəməyə müraciət etmişlərdir ki, notariata müraciət etmə müddəti bərpa edilsin və Konstitusiya Məhkəməsinin də qərarı var ki, həmin müddətə icraatda olan işlərə də tətbiq olunmalıdır. İcraatda olan işlərə tətbiq o deməkdir ki, yəni bu iş hazırda icraatdadır və onun tərəfi də icraatda olduğuna görə, ona münasibətdə həmin üç aylıq müddət notariusa müraciət etmə müddəti kimi qəbul edilməlidir, bu səbəbdən onun uzadılmasını xahiş edirlər. Onların aralarında razılığa gəlinməsi mümkün deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdaifə edərək izahatında bildirdi ki, onun əlində anasından qalan vəsiyyətnamə var və o həmin vəsiyyətnaməni bugünə qədər əlində saxlamışdır. Müddətin ötürülməsi vaxtı xəstə olmuş, öz canında, hayında olmuş, həmin vaxt onun yadına həmin ev düşməmişdir. Bu səbədən gedib evi adına keçirməmiş, düşünmüşdür ki, nə vaxtsa gedib adına keçirər, o müddəti həmin vaxt bilməmiş bu səbəbdən gedib tez adına keçirməmişdir. Müddəti ona deyən olmamış, həmçinin özü də bilməmişdir. Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il qərarında bildirilib ki, həmin qərar məhkəmənin icrasında olan işlərə də şamil olunsun onun işi də may ayının 23-də hakim Eyyub müəllimin icraatında olmuşdur. O xahiş edir ki, Konstitusiya Məhkəməsinin qərarı da məhkəmədə qeyd olunsun. Onun vəsiyyətnaməsi bugünkü gün də qüvvədədir və həmin müddətdə onun xəstə olduğunun nəzərə alaraq, notariusla bağlı keçirilmiş müddətin bərpa olunmasını məhkəmədən xahiş edir. O, atasının, anasının qəbrinin harada olmasını bilir, onların baş daşlarını da özü qoydurmuşdur. Anası və nənəsi rəhmətə gedərkən yas xərclərini o qarşılamış, atası isə o, əsgərlikdə olarkən rəhmətə getmişdir. Cavabdeh isə Çaykənddə doğulmuş, o onlara sığınacaq vermişdir. Həmin mülk atası və anasının mirasıdır və o ev ona düşməlidir, cavabdehlərə yox. Bacısının bütün müalicəsini də o elətdirmişdir. Hamısına o baxmışdır. Həmçinin anası dünyasını dəyişərkən bütün maddi xərcini o çəkmişdir. Bu miras onun atasının və anasınındır. Onlar əziyyət çəkib, onların hamısı həmin mülkdə böyümüşlər. O hazırda da xəstədir, Mingəçevirdə yaşayır və 3 aydan bir müalicə götürür. Əlavə olaraq bildirdi ki, onun üçün otəri torpaq heç bir əhəmiyyət daşımır və o ata və anasından miras qalmış evi istəyir. O atasının evinin ona verilməsi şərti ilə, qarşı tərəflərə digər hər-hansı bir yerdən torpaq və ev alıb verməyə razıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, ilk növbədə vəsiyyətnamə ilə bağlı bildirmək istəyir ki, mülki məcəllənin 1152-ci maddəsində göstərilib ki, şəxsin mülkiyyətində olmayan əmlaka o halda vəsiyyət elənə bilər ki, gələcəkdə miras açılan vaxt həmin əmlak onun mülkiyyətində olsun. Hazırda da o evin heç bir sənədi olmadığına görə, dövlət qeydiyyatından keçmədiyinə görə vəsiyyətnamə qanuni qüvvədə olsa da, faktiki olaraq vəsiyyətnamə əsasında heç bir şey etmək mümkün deyil, yəni özü-özlüyündə etibarsız vəsiyyətnamədir. Digər tərəfdən, vəsiyyətnamə ev ilə bağlı verilmiş, torpaqla bağlı verilməmişdir. Miras əmlakda torpaq, həmin torpağın üzərində ev olsa da, ev qeydiyyatdan keçməmişdir. 2-ci hissə torpaqla bağlı: iddiaçının iddiası üzrə Ali Məhkəmənin qərarı var. 15 noyabr 2021-ci il tarixli 5525 nömrəli qərarı məhkəməyə təqdim etmişdir. Həmin qərarın 8-ci səhifəsində göstərilmişdir ki, iddiaçının mirası qanunla nəzərdə tutulmuş müddətdə faktiki qəbul etməməsi müəyyən edilmişdir. Yəni bu qərar preyudisial əhəmiyətə malikdir. Ola bilər Konstitusiya Məhkəməsi 2023-cü ildə qərar qəbul eləyər ki, müddət məsələsi götürülsün, lakin o ondan sonrakı olan məsələlərə aiddir və bununla bağlı qanuni qüvvəyə minmiş preyudisial əhəmiyyətli məhkəmə qərarı vardır. Preyudisial əhəmiyyətə malik məhkəmə qərarı da təbii ki işə baxan məhkəmə üçün qanunvericiliyin tələbinə əsasən əsasdır. Yəni bu halda mirası qəbul etmədiyinə görə iddiaçı tərəf orada da hər hansı mirası qəbul etmədiyinə görə mirası qəbul etmənin müddətinin uzadılmasından da söhbət gedə bilməz. Hesab edir ki, hazırkı məqamda tamamilə iddia əsassızdır və rədd edilməlidir. İddiaçı ardıcıl olaraq məhkəmədə 2 iddia qaldırmışdır. İlk olaraq 2018-ci ildə vərəsəlik müddətinin uzadılması ilə bağlı ayrıca iddia verilmişdir. xx.xx.2020-ci il tarixdə Apellyasiya Məhkəməsinin qərarı ilə müstəqil tələb kimi irəli sürülə bilmədiyi, yəni burada payın müəyyən edilməsini də müəyyən eləməli, sonra verməli olduğu tələbi, baxılmamış saxlanılmışdır. İkinci tələb, o dediyi 15 noyabr 2021-ci il tarixli qərarı isə mirasa dair vəsiyyət və ya qanun üzrə payın müəyyən edilməsi tələbinə dairdir və həmin qərarla iş araşdırılması zamanı sübuta yetirilib ki, iddiaçı miras əmlakı qəbul etməyib və bu da məhkəmənin qərarında öz əksini tapıb. Belə olan halda da, miras qəbul olunmayan halda mirası qəbul etmənin uzadılması müddətindən necə söhbət gedə bilər. Miras qəbul edilməli idi ki, onun müddətinin uzadılmasından söhbət getsin. Ona görə də Konstitusiya Məhkəməsinin bu plenum qərarı, qeyd olunan qərarlar hazırkı mübahisəyə şamil olunmamalıdır. Hesab edir ki, preyudisial əhəmiyyətə malik məhkəmə qərarı olduğuna görə iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X49 izahatında göstərdi ki, iddiaçı qeyd edir ki, həmin evdəkilərə o baxmışdır. Demək istəyirki, Natiq qəbiristanlıqdan içəri girsin desin görüm onun anası, bacısı, qardaşı harada yatır. Natiq bacısı rəhmətə gedəndə heç bacısının üstünə gəlməmişdir. Bacısı ankoloji xəstə olmuş və onun bacısını bir neçə il o müalicə elətdirmişdir. Natiq heç bir dəfə zəng edib soruşmamışdır ki, bacısı haradadır. Dayısı Moskvadan pul yollamış o isə pulu gedib başqaları ilə yemişdir. Bu barədə kənd camaatından da sorğulana bilər. O özü qazidir, ikinci qurup əlilldir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq sualları cavablandırarkən bildirdi ki, Natiq heç vaxt həmin evdə olmamışdır, bu barədə kənd camaatından da sorğulana bilər. Onun özünün şəxsən, 30 yaşı var və Natiqi orada görməmişdir. O anadan olandan bacısı və dayısının yoldaşı ilə həmin evdə yaşamışdır. Onun qeydiyyatı da Göygöl rayonu, Toğana kəndidir. O, Tünzalənin oğludur. Tünzalə Cəmilənin qızıdır. Həmin evdə doğulmuş, indi də orada yaşayır. Bacısı bakıda oxuyur deyə arada gedir bacısının yanına və orada qaldığı müddətdə də işləyir, sonra yenə qayıdır kəndə. Söylədiklərini kənd camaatıda təsdiqləyə bilər. Həqiqət rəhmətə gedən dayısının yoldaşıdır. O, 1995-ci il təvəllüdlüdür. Doğulan bir gündən həmin evdə yaşayır. Anası və bacısı, hamısı orada yaşamışlar. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X38 izahatında göstərdi ki, hazırkı mübahisə predmeti olan ev 1957-ci ildə inşa edilmiş evdir. Həmin evdə son vaxtlarda yenidənqurma işləri getmişdir. Evin daşı və şüşəbəndindən başqa hər şey yenidən qurulmuşdur. 1957-ci ildə inşa edilmiş ev yenidən bərpa olunmuş, bununla bağlı şahidlər də var, həmçinin evi düzəldən şəxsdə yaşayır. O həmin evdə yaşamış, bunun qızı da Gəncədə yaşayır. 20 ildir onların övladları məktəbdə işləyir, orada qeydiyyatdadır. O özü 35 ildir həmin məktəbdə işləyir. Həmin vaxtı çöldə qalıb işləməmişdir ki, həmin evdə qalmışdır. Natiq evə gəlməmiş, evi idarə etməmiş, anasının işinə qonaq qismində gəlmişdir. İndi arayış verib ki, o həmin illər ərzində xəstə olmuşdur. İndi iş yerindən arayış gətirsin ki, həmin müddətdə Natiq işdə olmayıb, yoxsa maaş alıb. Xəstəxanadan həmin arayışları və iş yerindən işdə olmadığı günlərin arayışını gətirsin ki, o işdə olmamış, xəstə olmuşdur. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qızı ərə gedib 2 uşağı var, özü məktəbdə işləyir. Oğlu da dolanşıq tərzindən asılı olaraq Rusiyaya gedir, 3 aydır oğlu burda olmuş və yeni getmişdir. Yoldaşı 1993-cü ildən rəhmətə gedib. Qayınanası onu başqa yerə getməyə qoymamış, ona övladının qoxusunu nəvələrindən aldığını, onları heç yerə buraxmayacağını bildirmişdir. Oqtayın da anası Kəlbəcər qaçqınına getmiş, evi olmamışdır, o da həmin evdə ailə qurub, baldızı da ondan əvvəl həmin evdə yaşayıb, həmin gündən baldızı ilə o evdə yaşamışlar. Məktəbdə də kitabxanaçı işləyib ölən günədək, cəmi 3 ay müddətinə gedə bilməyib vəziyyəti ilə əlaqədar. Övladlarının adı: Əfqan və Əfsanədir. Ailə qurmazdan əvvəl orada yaşayıblar. Oğlu 1985-ci il təvəllüdlü, qızı isə 1984-cü il təvəllüdlüdür. Natiqlə onun əlaqəsi yoxdur. Xaliq isə qayınıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh3, Cavabdeh2 Mehman oğlu və Göygöl rayon 1 saylı notariat ofisinin numayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 17519273 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci ildə Xanlar rayonunun Toğana kəndində anadan olmuş və Mingəçevir şəhər Ş.İ.Xətai küç.ev 22,mənzil 20-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 82752 №-li vəsiqənin sürətindən görünür ki, İddiaçı 2ci qurup müharibə əlilidir. İş materiallarına əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli 285 saylı arayışında İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi və müharıbə veteranı olduğu göstətilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon Notariat Ofisinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 25 saylı məktubunda qanunla nəzərdə tutulmuş mirasın qəbulu müddətini ötürdüyündən və həmçinin vərəsələr arasında həmin miras əmlaka dair mübahisə olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 246425 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X21 xx.xx.2007-ci tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nın Toğanalı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 111 nömrəli arayışda İddiaçı anası X11 məxsus olan Toğanalı kəndindəki evdə yaşadığı və işi ilə əlaqədar olaraq gedibgəlməsi, torpaqdan istifadə etməsi C.Hüseynovanın həmin evi İddiaçı vəsiyyətnamə verdiyi, İddiaçı mirası qəbul etdiyi gösrərilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nın Toğanalı kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 20 nömrəli cavab məktubunda X7 təsərrüfatında qeydiyyatda olan, adları qeyd edilən şəxslər Göygöl rayonu Toğanalı kəndində qeydiyyatda olmalarına baxmayaraq hal-hazırda həmin evdə yaşamadıqları, X8 vəfat etdiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Хаnlar rayonu Notariat Kontorunda 17 sentyabr 2007ci ildə 2V-İ-112 № reyestrdə qeyd edilmiş vəsiyyətnamənin sürətindən görünür ki, X4 rayonu, Toğana kəndində yerləşən evini (mənzilini) İddiaçı vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş abunə haqqında saldonun sürətindən görünür ki, abunə kodu **********00032 №-li, ünvan 2 ünvanında olan elektrik sayğacı İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nın Toğanalı kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 07 nömrəli arayışında görünür ki, mərhum X7 ölən bir günə kimi oğlu İddiaçı ilə birgə yaşamış, Toğanalı kəndndə xx.xx.2007-ci il tarixdə vəfat etmiş, onun ölümündən sonra İddiaçı, Cavabdeh2, X25, X22 və gəlini X33 adlı vərəsələri qaldığı, mərhumun oğlu İddiaçı anası rəhmətə gedəndən sonra həmin evdə yaşaması, gedib-gəlməsi və torpaqdan istifadə etməsi və mərhumun valideyinlərindən sağ qalanının olmaması göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-48-16 RA/2/11/178/8/2023 nömrəli arxiv arayışından görünür ki, Xanlar rayonu İcra hakimiyyəti Başçısının Toğana kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid 01 №-li təsərrüfatbaşına kitabın 40 №-li şəxsi hesab vərəqində X7 adına 0.18 ha həyətyanı torpaq sahəsi, 1959-cu ildə tikilmiş ümumi sahəsi 36 kvm olan ev qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 481№-li arayışın surətindən görünür ki, X24 xx.xx.2007-ci il tarixdə Göygöl rayonu, Toğana kəndində ölmüşdür. Ölüm haqqında xx.xx.2007-ci ildə 13 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 480№-li arayışın surətindən görünür ki, X45 xx.xx.1984-cü il tarixdə Göygöl rayonu, Toğana kəndində ölmüşdür. Ölüm haqqında xx.xx.1994-cü ildə 09 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 508№-li arayışın surətindən görünür ki, X34 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda ölmüşdür. Ölüm haqqında xx.xx.2023-cü ildə 232 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 507№-li arayışın surətindən görünür ki, X44 xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində ölmüşdür. Ölüm haqqında xx.xx.1993-cü ildə 525 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 483№-li arayışın surətindən görünür ki, X50 xx.xx.2014-cü il tarixdə Göygöl rayonu, Toğanalı kəndində ölmüşdür. Ölüm haqqında xx.xx.2015-ci ildə 21№-li akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 482№-li arayışın surətindən görünür ki, Həsənov Nəriman Hüseyn oğlu və X6 nikahı haqqında xx.xx.1957-ci il tarixdə 09№-li akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Göygöl rayon Toğana kənd İ.N-dir. İş materiallarına əlavə edilmiş АЗ № ******* nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, 27 avqust 1965-ci ildə andan olmuş İddiaçı atası Həsənov Nəriman Hüseyn oğlu, anası isə X12r. İş materiallarına olan X38 tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı cavabdehlər Göygöl rayon Notariat ofisinə, Cavabdeh3 və Cavabdeh2 qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair mülki iş üzrə onun maraqlarına toxunan şəxs qismində tanınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 09738403 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X38 xx.xx.1962-ci ildə Xanlar rayonunun Toğana kəndində anadan olmuş və Xanlar rayonu Toğana kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.1993-cü il tarixli, İV-ЖГ 336996 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X44 xx.xx.1993-cü ildə Gəncə şəhərində ölmüşdür. Ölüm haqqında xx.xx.1993-cü ildə 525 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.1984-cü il tarixli, İİİ KГ 369351 nömrəli nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, X44 və X39 xx.xx.1984-cü ildə Toğana kənd sovetində nikahlarını rəsmiləşdirmişlər və bu haqqda 07 № ilə akt qeydi tərtib olunmuşdur. Nikahdan sonra ərə Həsənov, arvada isə Həsənova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nın Toğanalı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən X28 verilmiş xx.xx.2024-cü il tarixli 5-47-26/3-2-75 nömrəli arayışda X19 qaynı İddiaçı Toğanalı kəndində qeydiyyatda olmadığı və yaşamadığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nın Toğanalı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən X28 verilmiş xx.xx.2024-cü il tarixli 5-47-26/3-2-74 nömrəli arayışda H.Həsənovanın 1984-cü il tarixdə mərhum X44 ilə ailə həyatı quraraq qaynanası X11 məxsus yaşayış evində 2 övladı ilə birlikdə yaşadığı göstərilmişdir. İş materiallarına olan X49 tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı cavabdehlər Göygöl rayon Notariat ofisinə, Cavabdeh3 və Cavabdeh2 qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair mülki iş üzrə onun maraqlarına toxunan şəxs qismində tanınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş AA5579415 nömrəli şəxsiyyət vəsiqəsinin sutətindən görünür ki, X49 xx.xx.1995-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş hökümət ödəniş portalı vasitəsi ilə ödənilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, X38 istifadəçi kodu **********10500 ünvan 3 ünvanında təbii qazdan istifadə üçün 20 (iyirmi) manat, istifadəçi kodu **********00217 olan işıqdan istifadə üçün 10 (on) manat və qeydiyyat kodu ********* olan stasionar telefondan istifadə üçün 4 (dörd) manat ödəniş etmişdir. İşdə olan Xanlar rayon, Toğanalı Bələdiyyəsi (VÖEN **********) tərəfindən verilmiş 155579 seriyalı, xx.xx.2009-cu il tarixli qəbzdən görünür ki, Həqiqət Həsənova 2005-2006- 2007-2008-2009-cu illərdə əmlak vergisi üçün 10 (on) manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nın Toğanalı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən X40 verilmiş xx.xx.2024-cü il tarixli 5-47-26/3-2-73 nömrəli arayışda X2 xəstə olan qardaşı X41 baxıb ona qulluq etdiyi, Elşənin bütün dəfn xərclərini və məzar daşını məhrum X34 özünün vəsaiti hesabına ödədiyi , Həsənova Tünzalənin xx.xx.2023-cü il tarixdə Toğanalı kəndində mərhum anası X13 məxsus evdə vəfat etdiyi, vəfat etdikdən sonra həmin evdə X14 övladlarının yaşadığı göstərilmişdir. İş materiallarıan əlavə edilmiş xx.xx.2024-cü il tarixli 142/24 saylı Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin X65 və Avtomatika sexinin aparıcı mühəndisi İddiaçı verilmiş arayışda göstərilmişdir ki, həqiqətən İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək əmək qabiliyyəti olmamışdır. xx.xx.2007-ci il tarixində Mingəçevir ŞMX-ya kəskin başağrısı, baş gicəllənmə, ürək bulanma, ümumi zəiflik şikayətləri ilə müraciət etmiş, müayinə olunmuş və davamlı olaraq ambulator müalicələr almışdır. xx.xx.2008xx.xx.2008-ci il tarixində "Sağ tərəfli boğulmuş çəp qasıq xayalıq yırtığı" diaqnozu qoyulmuş və cərrahi əməliyyat icra olunmuşdur. xx.xx.2011 xx.xx.2011-ci il tarixində "Vegetativi-damar distoniyası, Nevrasteniya" diaqnozu ilə stasionar müalicə almışdır. xx.xx.2013 - xx.xx.2013- cü il tarixində isə ÜİX Kardioskleroz, kəskin koronar sindrom diaqnozu ilə stasionar müalicə olunmuşdur. xx.xx.2014 xx.xx.2014-cü il tarixində "Kəskin Beyinciyin sağyarımkürəsinin işemik tip insultu" diaqnozu ilə Mingəçevir ŞMX- da stasionar müalicələr almışdır. Daha sonra isə xx.xx.2014-xx.xx.2014, xx.xx.2014xx.xx.2014, xx.xx.2014-xx.xx.2014, xx.xx.2014-2012.2014, xx.xx.2015-xx.xx.2015, xx.xx.2016-xx.xx.2016, xx.xx.2016-xx.xx.2016, xx.xx.2016-xx.xx.2017-xx.xx.2017, xx.xx.2017-xx.xx.2017, xx.xx.2018-xx.xx.2018, xx.xx.2019-xx.xx.2019, xx.xx.2021xx.xx.2021, xx.xx.2022-xx.xx.2022, xx.xx.2023 xx.xx.2023-cü-il tarixlərində davamlı olaraq stasionar müalicə olunub. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfinən verilmiş xx.xx.2020-ci il tarixli, 100/09-07-130 nömrəli arayışdan görünür ki, arayış Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin X65 və avtomatika sexinin aparıcı mühəndisi İddiaçı ondan ötrü verilmişdir ki, o həqiqətən xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək növbəti əmək məzuniyyətində olmuşdur. Bundan əlavə xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək əmək qabillyəti olmamaq vərəqəsində olmuş və bu barədə "xxxx" MMC-yə xəstəlik vərəqəsi təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-106A Kod 50810018 saylı şəhadətnamədən görünür ki, X11 Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 saylı qərarı ilə 0.15 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1445/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli qərardadına əsasən Cavabdeh3 və nümayəndəsi-Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2(066)-1318/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı cavabdehlər X25 və Cavabdeh3 qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-1364/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki,ərizəçi İddiaçı ərizəsinə əsasən Göygöl rayon Toğana kəndində yerləşən 0,15 ha torpaq sahəsinə dair JN 106A KOD 50810018 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə”də X27 deyil, X24, X35 deyil, X50 olması və həmin sənədin mərhum X15 və mərhum X36 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-4580/2020 saylı qərarından görünür ki, İddiaçı cavabdehlər X16 və X29 qarşı iddia ərizəsi, sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, anasından və qardaşından qalmış miras əmlakın qəbul edilməsi müddətinin uzadılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-1318/2018 nömrəli iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia (ərizə) təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-613/2020 nömrəli iş üzrə 15 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər-F.Mehtiyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və A.Bayramov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-4580/2020 saylı qərarı ilə Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-613/2020 nömrəli iş üzrə 15 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-31/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Göygöl rayon Notariat ofisinə qarşı “mirasın qəbulu müddətinin üzadılması və miras payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə X30 və Cavabdeh2 işə cavabdeh qismində cəlb edilmələri qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1552/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(104)-219/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(104)-899/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X16, Verdiyeva (Rzayeva) Gülxar Nəriman qızına və Cavabdeh2, üçüncü şəxs Cavabdeh1na qarşı Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, anası X5 və qardaşı X20 miras qalmış Göygöl rayonu, Toğana kəndində yerləşən 0.15 ha torpaq sahəsinə dair onun və vəsiyyət və ya qanun üzrə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Göygöl Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(066)-602/2019 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Həmin qətnamədən cavabdeh X25 tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(104)-899/2021 nömrəli qətnaməsi ilə apellyaisya şikayəti təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(066)-602/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5525/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apelyasiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(104)-899/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(104)-480/2024 nömrəli qərardadının sürətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Energetika Nazirliyi X1rşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs X38 tərəfindən quraşdırılmış 21433196M1784447 nömrəli işıq sayğacının sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)890/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs X38) işıq sayğacının sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(104)-480/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)890/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2-1(104)-219/2022 nömrəli qərardadının sürətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X25 və X38) qarşı “Göygöl rayonu, Toğana kəndində yerləşən fərdi yaşayış evinə mərhum X9 və X17 mülkiyyət hüquqlarının tanınması, bu barədə onların hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Göygöl rayonu, Toğana kəndində yerləşən fərdi yaşayış evinə onun mülkiyyət hüququnun tanınması və bu barədə hüquqların dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar çıxarılmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-131/2022 saylı qərarı ilə (hakim U.Osmanov) iddianın qismən təmin edilməsi, Göygöl rayonu, Toğana kəndində 0,15 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində mərhum X9 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs X25 tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2- 1(104)-219/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-131/2022 saylı qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X25 və X38) qarşı “Göygöl rayonu, Toğana kəndində yerləşən fərdi yaşayış evinə mərhum X9 və X17 mülkiyyət hüquqlarının tanınması, bu barədə onların hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə X9 və X31 mülkiyyətinə Xanlar (Göygöl) rayonu Toğana kəndində yerləşən 0.15 ha fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi verilmişdir. X24 xx.xx.2007-ci ildə, X43 xx.xx.2014-cü ildə vəfat etmişlər. Miras qoyanların ölümü ilə müvafiq olaraq miras əmlak açılmışdır. İddiaçı cavabdehlər X16, Verdiyeva (Rzayeva) Gülxar Nəriman qızına və Cavabdeh2, üçüncü şəxs Cavabdeh1na qarşı anası X5 və qardaşı X20 miras qalmış Göygöl rayonu, Toğana kəndində yerləşən 0.15 ha torpaq sahəsinə dair onun vəsiyyət və ya qanun üzrə payının müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməsi barədə Göygöl Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(066)-602/2019 saylı qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(104)-899/2021 nömrəli qətnaməsi ilə ləğv edilərək, iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(104)-899/2021 nömrəli qətnaməsi ilə İddiaçı anası X5 və qardaşı X20 qalmış mirası qəbul etməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5525/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı həmin qətnamədən verdiyi kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apelyasiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(104)-899/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda cavabdehlər cavabdehlər Göygöl rayon Notariat ofisinə, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia irəli sürərək, xx.xx.2007-ci ildə vəfat etmiş X5 miras qalmış əmlakın vəsiyyət üzrə qəbulu müddətinin və xx.xx.2014-cü ildə vəfat etmiş X20 miras qalmış əmlakın qanun üzrə qəbulu müddətinin uzadılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1.-ci madəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmçinin həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və qanunvericiliklə müəyyən olunmuş hüquqi mövqeyə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Məhkəmə işin faktiki hallarını və yuxarıda qeyd edilən Qanunvericilik normalarını nəzərdən keçirib qeyd edir ki, İddiaçı hazırki iddia tələbində mərhum anası X5 miras qalmış əmlakın vəsiyyət üzrə qəbulu müddətinin və mərhum qardaşı X20 miras qalmış əmlakın qanun üzrə qəbulu müddətinin uzadılmasın tələb etmiş olsa da, iddiaçı tərəfindən mərhum anası X5 və mərhum qardaşı X20 qalmış miras qəbul edilmədiyindən və bu hal əvvəlki məhkəmə araşdırmaları zamanı müəyyən edilərək, qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(104)-899/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X16, Verdiyeva (Rzayeva) Gülxar Nəriman qızına və Cavabdeh2, üçüncü şəxs Cavabdeh1na qarşı anası X5 və qardaşı X20 miras qalmış Göygöl rayonu, Toğana kəndində yerləşən 0.15 ha torpaq sahəsinə dair onun vəsiyyət və ya qanun üzrə payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmədiyindən və qeyd olunan məhkəmə qətnaməsində müəyyən edilmiş hallar hazırki iddia tələbi üzrə preyudisial əhəmiyyət daşıdığından artıq iddiaçının mərhum anasından və mərhum qardaşından qalmış mirasın qəbulu ilə bağlı müddəti mübahisələndirməsi üçün qanuni əsaslar aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 82-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır, çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151). Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr hesab olunurlar (maddə 1159.1.1). Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir (maddə 1179.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki iddia tələbində İddiaçı mərhum anası X10 və mərhum qardaşı X20 qalmış mirasın qəbulu müddətinin uzadılması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir ki, hazırki iddia tələbinə məhkəmədə baxılarkən iddiaçının subyektib hüququnun mövcudluğu ilə bağlı mümkünlük şərtinin yoxlanması zamanı həmin miras əmlakla bağlı qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021ci il tarixli, 2(104)-899/2021 saylı qətnaməsinin nəzərə alınması zəruridir. Belə ki, həmin məhkəmə qətnaməsi ilə İddiaçı cavabdehlər X16, Verdiyeva (Rzayeva) Gülxar Nəriman qızına və Cavabdeh2, üçüncü şəxs Cavabdeh1na qarşı anası X5 və qardaşı X20 miras qalmış Göygöl rayonu, Toğana kəndində yerləşən 0.15 ha torpaq sahəsinə dair onun vəsiyyət və ya qanun üzrə payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmiş, eyni zamanda həmin qətnamə ilə iddiaçı X23 mərhum anası X15 və mərhum qardaşı X37 münasibətdə onlardan miras qalan əmlakı qəbul etməməsi müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən qeyd edir ki, iddiaçının mərhum anasından və mərhum qardaşından qalmış mirasın qəbul edilməsi müddətinin uzadılmasını tələb etsə də, artıq qanuni qüvvəsini almış məhkəmə qərarları ilə iddiaçının ümumiyyətlə mərhum anasından və mərhum qardaşından qalmış mirası qəbul etməməsi müəyyən edildiyindən və həmçinin iddiaçının mirasın qəbul edilməsi müddətinin ondan aslı olmayan üzrlü səbəblərdən ötürməsi barədə mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Həmçinin iddiaçının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarının hazırki mülki işə tətbiq edilməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırılması nəzərə alınararaq hesab etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Lakin hazır ki mülki iş üzrə miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi məsələsinə məhkəmə tərəfindən baxılmış və qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəsini almışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmədiyindən və bu hal qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edildiyindən, müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edən mötəbər sübutu təqdim edəbilmədiyindən iddiaçını hazırki məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli miras əmlakın üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Belə olan halda onun mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Göygöl rayon Notariat ofisinə, Cavabdeh3 və Cavabdeh2 qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-31/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-31/2024
25.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver