Məhkəmə qərarları › İş №2(066)-332/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-332/2023

19.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-332/2023 19.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və Ərizəçi etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Mollacǝlilli kəndində yerləşən 0,22 ha torpaq sahəsi üzrə verilmiş Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN- 534F kod ********* saylı şahǝdatnamədə və JN-412 saylı Dövlət Aktında mülkiyyətçinin adı, soyadı və ailə üzvülərini göstərən qrafada Ərizəçi Qədim qızının, Ərizəçi kimi göstərilməsi, göstərilən hüquq müəyyən edən Şəhadətnamənin və Dövlət Aktının onlara məxsus olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ərizəçi mərhum əri X7 ilə nikah bağlayaraq bir yerdə yaşamaqla bir təsərrüfatı idarə etmişdir. Mərhum əri X4 Göygöl rayonunun Mollacǝlilli kəndində fərdi yaşayış evinin tikintisi üçün 0.22 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində yaşayış evi inşa edərək orada yaşamışlar. Hal-hazırda da ərizəçi həmin evdə yaşayır. Eyni zamanda həyatyanı torpaq sahəsindən heç bir mane olmadan istifadə və sahiblik hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 1995-ci il tarixli 313 saylı Fərmanı və Torpaq islahatına haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə əvəzsiz verilməsi nəzərdə tutulmuşdur. Göstərilən Fərmanın və Torpaq islahatı haqqında Qanunun 9-cu maddəsinə əsasən, həmçinin Xanlar rayon Aqrar İslahat Komissiyasının 12 iyul 1997-ci il tarixli 09 saylı qərarı ilə 0,22 ha. torpaq sahəsi, həmçinin Kənd Təsərrüfatı məsullarının istehsalı üçun 0,88 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Bu hal Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-534F kod 50812018 saylı Şəhadətnamə və JN 412 kod 50812018 saylı Dövlət aktı ilə təsdiq olunur. Göstərilən Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətmnamədə və Dövlət Aktı işlənilərkən texniki səhv olaraq mülkiyyətçinin adı, soyadı və ailə üzvülərini göstərən qrafada Ərizəçi olduğu halda Ərizəçi kimi göstərilmişdir. Azərbaycan Respublikası Vətəndaşının AZE 0******* nömrəli X1 Nərgiz Mürsəl qızı olması təsdiq olunur. Yuxarıda göstərilən torpaq üzərində qanunvericiliyə uyğun mülkiyyət hüquqlarını həyata keçirmək üçün şəhadətnamədə uyğunsuzluq aradan götürülməlidir. Mövcud şəhadətnamədə uyğunsuzluğun aradan qaldırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasının ƏMDX-nin DƏDK-ı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək şəhadətnamədə və Dövlət aktında uyğunsuzluğun aradan qaldırılmasını xahiş etmişdir. Məhkəməyə müraciət olunması ona məsləhət olunmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi X5 izahatında ərizəni müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 verdiyi izahatında ərizəçinin xalasıoğlu olmasını, onun atasının adının torpağa dair sənəddə texniki səhv olaraq Qədim yazılmasını, əslində isə atasının adının Mürsəl olmasını bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 izahatında ərizəçi ilə qonşu olmasını bildirdi və ərizədə qeyd edilənlərin doğru olmasını təsdiq etdi. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-534F saylı, KOD 50812018 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» nin surətindən görünür ki, keçmiş Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 12 iyul 1997-ci il tarixli, 09 saylı qərarı ilə 0,22 ha torpaq sahəsi Xanlar (indiki Göygöl) rayonu Mollacəlili kənd sakini X3 və Ərizəçi Qədim (Mürsəl) qızının mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-412 saylı, KOD 50812018 nömrəli «Torpağa mülkiyyət hüququna Dövlət aktı» nın surətindən görünür ki, keçmiş Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 12 iyul 1997-ci il tarixli, 09 saylı qərarı ilə 0,88 ha torpaq sahəsi Xanlar (indiki Göygöl) rayonu Mollacəlili kənd sakini X3 və Ərizəçi Qədim (Mürsəl) qızının mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 02 fevral 2023-cü il tarixli ərizəçinin nümayəndəsinə ünvanlanmış məktubundan görünür ki, şəhadətnamədə olan uyğunsuzluğun aradan qaldırılmasına görə müraciət edilmiş, uyğunsuzluğun aradan qaldırılmasına görə müvafiq düzəlişin aparılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının təqdim edilmədiyi müəyyən edildiyindən ərizənin icrasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xanlar RPŞ tərəfindən verilmiş AZE seriyalı, 0******* nömrəli, xx.xx.2005-ci il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1937-ci il tarixdə Xanlar (Göygöl) rayonunun Y.Ə.Bayramlı kəndində anadan olmuş və Xanlar (Göygöl) rayonunun Mollacəlili kəndində qeydiyyatdadır. Göründüyü kimi Xanlar (Göygöl) rayonunun Mollacəlili kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsi və 0.88 ha torpaq sahəsi Ərizəçi və onun mərhum həyatyoldaşı X3 xüsusi mülkiyyətidir və bu JN-534F saylı, KOD 50812018 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» və JN-412 saylı, KOD 50812018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, JN-534F saylı, KOD 50812018 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə» və JN-412 saylı, KOD 50812018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında texniki səhv olaraq Ərizəçi əvəzinə səhvən «Ərizəçi Qədim qızı» kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə məhkəmə ərizəçinin gətirdiyi dəlilləri həqiqətə uyğun hesab edərək, tələb üzrə hüquqi faktın müəyyən edilərək ərizəçinin hüququnun bərpa edilməsi baxımından ərizənin təmin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ərizəçiyə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307.2.11 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. JN-534F saylı, KOD 50812018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN-412 saylı KOD 50812018 saylı Dövlət aktında «Ərizəçi Qədim qızı» olan hissəsinin «Ərizəçi» məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar