Məhkəmə qərarları › İş №2(066)-336/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-336/2024

15.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-336/2024 15.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, iddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı «atalığın müəyyən edilməsi və aliment tələbinə dair» iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: İddiaçı X4 iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə ərarvad münasibətlərindən 04 dekabr 2023-cü il tarixdə doğulmuş X5 atası Cavabdeh olması və uşağın yetkinlik yaşına çatana kimi salanması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X4 iddianı müdafiə edib izahat verərək bildirdi ki, o, 2019-cu ildə Cavabdeh ilə nikahlarını rəsmiləşdirmədən, evlənmişlər. Onların birgə yaşayışlarından 07 avqust 2020-ci il təvəllüdlü X11 və 04 dekabr 2023-cü il təvəllüdlü X9 adlı uşaqları olmuşdur. Cavabdeh ərizəsinə əsasən 07 avqust 2020-ci il təvəllüdlü X6 atalığı müəyyən edilmiş məhkəmə qətnaməsinə əsasən onun saxlanması üçün aliment də müəyyən edilmişdir. Cavabdeh 04 dekabr 2023-cü il təvəllüdlü X9 aliment verməmək üçün atalığın könüllü etirafına dair ərizə verməkdən yayındığına görə uşağın doğum haqqında şəhadətnaməsində onun soyadı qeyd olunmuşdur. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və xəstə olmasını, heç bir yerdə işləməsini, əvvəlki nikahdan olan uşaqlarına görə də hər ay cəmi 250 manat aliment ödəməsini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM-in) 185.5-ci maddəsinə əsasən hazırki mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında dindirilən şahidlərdən X12 məhkəmə iclasında göstərdi ki, o, iddiaçı X2 xalasıdır. İddiaçı X4 2019-cu ildə Cavabdeh ilə nikahlarını rəsmiləşdirmədən, evlənmişlər. Onların birgə yaşayışlarından 07 avqust 2020-ci il təvəllüdlü X11 və 04 dekabr 2023-cü il təvəllüdlü X9 adlı uşaqları olmuşdur. Sonvaxtlar aralarrındakı narazılıqlara görə ayrılmışlar. Məhkəmə baxışı iclasında dindirilən şahidlərdən X7 və X10 da əsasən şahid X12 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, qismən iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X4 xx xxxxxxx 1991-ci il tarixdə Daşkəsən şəhərində anadan olmuşdur. İş materiallarında olan “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”-nin “Doğum haqqında şəhadətnamə”-nin surətindən görünür ki, Cavabdeh ilə X2 birgə yaşayışlarından 07 avqust 2020-ci il tarixdə X11 adlı uşaqları olmuşdur. Onun atası kimi “Cavabdeh”, anası kimi isə “X13” qızı qeyd edilmişdir. İş materiallarında olan “Doğum haqqında şəhadətnamə”-nin surətindən görünür ki, X9 04 dekabr 2023-cü il tarixdə anadan olmuşdur. Onun atası kimi “X8”, anası kimi isə “X4” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sahiyyə Nazirliyi “Məhkəmə-Tibbi ekspertiza və patolojı anatomiya birliyi” publik huquqi şəxsi 02 may 2024-cü il tarixli 9/376 nömrəli məktubundan məlum olur ki, hazırkı mülki iş üzrə təyin edilmiş məhkəmə-tibbi genetik ekspertizası üzrə tərəflər təyi edilmiş vaxtda publik huquqi şəxsin məhkəmə-tibbi biologiya şöbəsinə gəlmədiklərinə görə ekspertizanın keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göründüyü kimi, doğum qeyd edilərkən atalıq müəyyən edilməmiş, uşaq nikahı olmayan anadan olduğundan və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadığından, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM-in) 46.3-cü maddəsinin göstərişinə uyğun olaraq doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılmış, uşağın atasının adı isə uşağın anasının göstərişi üzrə yazılmışdır. Doğum qeydə alınandan sonra iddiaçı atalığın müəyyən edilməsi üçün Məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası AM-in 45.1-ci maddəsinə görə atalığın müəyyən edilməsi barədə ərizəyə baxılarkən məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Beləliklə məhkəmə iclasında aydın oldu ki, İddiaçı X4 2019-cu ildə Cavabdeh ilə nikahlarını rəsmiləşdirmədən, evlənmişlər. Onların birgə yaşayışlarından 07 avqust 2020ci il təvəllüdlü X11 və 04 dekabr 2023-cü il təvəllüdlü X9 adlı uşaqları olmuşdur. Bu hal məhkəmə iclasında dindirilən şahidifadələri, işin materialları ilə bir daha da təsdiq edilmişdir. Ona görə də Məhkəmə hesab edir ki, Cavabdeh 04 dekabr 2023-cü il təvəllüdlü X9 adlı uşağın atası olması faktı hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməlidir. Azərbaycan Respublikası AM-in 46-cı maddəsinin 1 və 2-ci hisələrinə müvafiq olaraq valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası AM-in 186-cı maddəsinə əsasən atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə və ya atalığın müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. Atalıq tələbi təmin edilərkən məhkəmə, 04 dekabr 2023-cü il təvəllüdlü X5 mənafeyini nəzərə alaraq onun anasına X1 pul məbləğində alimentin verilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsini mümkün qədər maksimal saxlanılması üçün əsas tutularaq müəyyən edilir. İddiaçı X4 Cavabdeh hər ay 250 (iki yüz əlli) manat aliment tələb etsə də, cavabdehin aylıq gəliri və qazancı barədə Məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə, 04 dekabr 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb iddiaçı X3 verilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddiaçı tərəfindən imzalanmış iddia ərizəsi Məhkəməyə 06 fevral 2024-cü il tarixdə daxil olduğundan alimentin alınması həmin vaxtdan hesablanaraq tutulmalıdır. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatına və iş materiallarına əsasən müəyyən edildi ki, tərəflər rəsmi nikah bağlamamışlar. Onların birgə yaşayışlarından 04 dekabr 2023-cü il tarixdə İmran adlı uşaq doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi ücün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə Qət etdi: İddiaçı X2 Cavabdeh qarşı «atalığın müəyyən edilməsi və aliment tələbinə dair» iddiası qismən təmin edilsin. 04 dekabr 2023-cü il təvəllüdlü X5 atasının Cavabdeh olması müəyyən edilsin. 04 dekabr 2023-cü il təvəllüdlü X5 doğum akt qeydində soyadının “Abbasov”, adının “İmran”, ata adının isə “Tural”, ata qrafasına “Cavabdeh” olaraq qeyd edilməsi Göygöl rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq 04 dekabr 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 ödənilsin. Alimentin bu qaydada tutulması 06 fevral 2024-cü il tarixdən hesablansın. Cavabdeh ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumuna görə pul iddiaçı X3 ödənilsin. Qətnamə alimentin ödənilməsi hissəsində dərhal icra edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar