Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-340/2025 19.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X9 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh və maraqlı şəxslər Göygöl rayon Notariat Ofisinə və Maraqlı şəxs2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlaklarda payların müəyyən olunması” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh və maraqlı şəxslər Göygöl rayon Notariat Ofisinə və Maraqlı şəxs2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlaklarda payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, həmin mənzil üzərində iddiaçıların qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakda payların müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, miras əmlak ünvan 1 ünvanında yerləşən yaşayış evindən ibarətdir və sözügedən əmlak X4 mülkiyyətində olmuşdur. X10 xx.xx.2007-ci ildə vəfat etmişdir. Ondan yuxarıda qeyd edilən əmlak miras qalmışdır. Miras qoyanın X11 ilə birgə nikahından 7 övladı olmuşdur: Nəcibə, Lətifə, Rahilə, Mehriban, Mirzə, Əli (xx.xx.2003 vəfat edib) və Leyla (2 yaşında olarkən vəfat edib). Eyni zamanda, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh (miras qoyanın öz nəvəsi - övladı Əli Nadirovun qızı) xx.xx.2002-ci il tarixdə miras qoyan B.Məmmədov tərəfindən övladlığa götürülmüşdür. xx.xx.2009-cu il tarixdə Göygöl İH Başçısının xx.xx.2009-cu il tarixli Sərəncamı ilə X2 Məmmədovanın qəyyumu təyin edilmişdir. Həyat yoldaşı Tamara Məmmədova isə xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Etibarsız vəsiyyətnamə nəticəsində əmlak cavabdehin mülkiyyətinə keçmişdir. Belə ki, Nəcibə Məmmədova valideynlərinin vəfatından bir müddət əvvəl öz məkrli niyyətlərini həyata keçirmək üçün valideynlərini öz evinə aparmış və atalarının vəfatından əvvəl nəvəsi Emmanı valideynlərinə övladlığa götürməyə məcbur etmişdir. xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh xx.xx.2002-ci ildə 1 yaşı tamam olmamış, Nəcibə onu 80 yaşlı atalarını övladlığına verilməsinə dair şəhadətnamə almışdır. Bununla da, miras qoyan tərəfindən xx.xx.2007-ci il tarixli vəsiyyətnamə ilə ünvan 1 ünvanda yerləşən yaşayış evinin Cavabdeh vəsiyyət edilməsinə nail olunmuşdur. Lakin, X10 tərəfindən vəsiyyətnamənin faktiki olaraq imzalanması mümkün deyildi. Belə ki, atalarının xəstəliyi ilə bağlı şəxsən özünün imza edə bilməməsinin səbəbləri ilə bağlı vəsiyyətnamədə hər hansı qeydlər göstərilməmişdir. Halbuki xx.xx.2007-ci il tarixli vəsiyyətnamənin tərtib edilməsi zamanı notarius tərəfindən vəsiyyətnamənin şəxsən onu verən səxs tərəfindən imza edildiyi qeyd edilmişdir. İddiaçılar olaraq vəsiyyətnamədən məlumatsız olmaqla yanaşı elan etmə proseduruna da cəlb edilməmiş, bundan yalnız cavabdeh məlumatlı olmuşdur. Xanlar rayon Dövlət Notariat Kontorunun xx.xx.2007-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnamənin mətnində X4 mübahisəli fərdi yaşayış evini Cavabdeh vəsiyyət etdiyi qeyd edilmişdir. Həmin vəsiyyətnamənin 2-ci bəndində şahidlərə yalnız vəsiyyətnamənin texniki vasitələrdən istifadə edilməklə tərtib olunması izah edilmişdir. Halbuki, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-1178-ci və 1193-cü maddələrinə uyğun olaraq vəsiyyətnamənin məzmunu dövlət notariusu tərəfindən şahidə izah edilməli və bu barədə qeyd edilməli, həqiqətən də notarius tərəfindən ona izah edilməsi barədə təsdiqedici qeyd mövcud olmalıdır. Həmçinin qeyd edək ki, Bayraməli Məmmədov vəsiyyətnamə imzalanarkən onun ahıl yaşlı olmuş, yaddaşı ilə bağlı müvafiq dərmanlar qəbul etmiş, belə bir vəziyyətdə xəstəliyin vəsiyyətnamənin onun tərəfindən imzalanmasına mane olur. Bundan sonra isə Cavabdeh vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin alınması ücün notariat kontoruna müraciət etmədən məhkəməyə müraciət etmiş, nəticədə Göygöl Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(066)- 09/2014 səylı qətnaməsi ilə Cavabdeh Məmmədova Bayraməli Nadir oğlunun vəsiyyət üzrə vərəsəsi kimi tanınaraq ünvan 1 ünvanda yerləşən yaşayış evinin Cavabdeh mülkiyyətinə verilməsi qət edilmişdir. Digər bir məhkəmə aktı ilə Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(066)-1838/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçı Cavabdeh qəyyumu X6 ilə birlikdə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 3 otaqdan ibarət olan fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, iddia digər hissədə təmin edilməmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-802/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Maraqlı şəxs2, X21 və X20 10 000 manat kompensasiya ödəməklə ünvan 3 ünvanında yerləşən 3 otaqdan ibarət olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı sahəsindən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin mövcudluğundan icra mərhələsindən məlumat əldə etmişlər. Bundan sonra İddiaçı1 miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün Göygöl Rayon Notariat Ofisinə müraciət edilsədə şəhadətnamənin verilməsindən imtina edilmişdir. Miras qalan yaşayış evi bu günədək vərəsələr - Lətifə, Rəhilə, Mehriban və Mirzə tərəfindən faktiki olaraq idarə edilir. Belə ki, hazırda həmin yaşayış evinin bütün kommunal və digər xərcləri tərəflərindən ödənilməklə yaşayış evinə daima nəzarət edilir. Miras qalan yaşayış evinə daima nəzarət edilməsi ücün faktiki vərəsələr miras qoyan Bayraməli Məmmədovun nəvəsi - Əlinin oğlu Maraqlı şəxs2 yerləşdirmişlər. xx.xx.1989-cu ildən bu günədək həmin mənzildə mərhum qardaşları Əli Nadirovun övladı Maraqlı şəxs2 və onun ailə üzvləri hazırda həmin yaşayış evində yaşamaqla təsərrüfat aparırlar. Məhrum atalarının qoyduğu vəsiyyətnamə əsasında məhkəmənin qərarı ilə mülkiyyətçi kimi tanınan azyaşlı Emma, mərhum qardaşları Əlinin oğlu İlqarın qızıdır. Digər tərəfdən vərəsələr Nəcibə, Lətifə, Rəhilə, Mehriban və Mirzə vəsiyyətnamənin və Göygöl Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(066)-09/2014 saylı qətnaməsinin olmasından sonradan məlumatlı olmuşlar. Hazırda vərəsələr tərəfindən "mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü sayılaraq bərpa edilməsi, miras əmlaka dair məcburi mirasda pay hüququnun tanınması, həmin paya dair vəsiyyətnamənin verilməsinin notariat ofisinə həvalə edilməsi və xx.xx.2028-ci il tarixli, **********3 nömrəli çıxarışın ləğv edilməsi" barədə iddia tələbinə dair mülki iş üzrə icraat dayandırılmışdır. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən yaşayış evində bu günədək Maraqlı şəxs2 və onun ailə üzvləri qeydiyyatda olmaqla yaşayırlar. Bunu AR DİN-nin X25 xx.xx.2024-cü il tarixli, MKTB-nin xx.xx.2021-ci il tarixli arayışı və qonşuların xx.xx.2024-cü il tarixli aktı da təsdiq edir. İş materiallarında olan qəbzlərlə sübut olunur ki, indiyədək mənzildə Maraqlı şəxs2 və onun ailə üzvləri faktiki yaşayırlar, mənzilin saxlanılması və kommunal xərcləri (su, enerji, qaz və s.) onların hesabına ödənilir. X3 şəhəri H.Əliyev prospekti 40 saylı ünvanında yerləşən yaşayış evini övladı Adil Nadirova vəsiyyət etmiş, lakin 2007-ci ildə Emma Bayramovanın təkidi ilə məcburiyyət qarşısında qalaraq həmin yaşayış evini sonuncuya vəsiyyət etmişdir. Əlavə edilən 1993-cü ilin vəsiyyətnaməsi bunu təsdiq edir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddianı qəbul etmir. Belə ki, uşaq vaxtlarından nənəsi və babası ilə birlikdə yaşamışdır. İddiada evin saxta yollarla onun mülkiyyətinə keçməsi göstərilmişdir. Həmin miras əmlak qanuni yolla onun mülkiyyətinə keçmişdir. İddiaçılar miras əmlak onun adına keçməsi ilə bağlı məhkəmə qətnamələrindən verdikləri şikayətlər təmin edilməmişdir. Odur ki, iddianı əsaslı hesab etmir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçılar və maraqlı şəxslər məhkəmə iclasına gəlməmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Maraqlı şəxs2 məhkəməyə vəsatətə göndərərək məhkəmə hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə iddiaçıların və maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehi dinləyib, iddia ərizəsini və ona əlavə edimiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-09/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiаçı Cavabdeh X4 vəsiyyət üzrə vərəsəsi tanınması, Göygöl şəhəri, Heydər Əliyev prospekti 40 nömrəli ünvanda 916.0 kvm torpaq sahəsində yerləşən, ümumi sahəsi 211 kvm, o cümlədən 67.8 kvm 3 yaşayış otağından 7.8 və 6.1 kvm mətbəxlərdən, 4.1 kvm açıq eyvandan, 5.2 və 5.5 kvm hamamlardan, 10.6 kvm dəhlizdən, 31.2 kvm əl damından, 70.5 kvm çardaqdan ibarət olan yaşayış evinin Cavabdeh mülkiyyətinə verilməsi qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-860/2014 nömrəli, 22 iyul 2014-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs2, İddiaçı1, X7, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətinin təmin edilməməsi, Göygöl Rayon Məhkəməsinin 2(066)- 09/2014 nömrəli, 28 yanvar 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-860/2014 nömrəli, 01 fevral 2024-cü il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-860/2014 nömrəli, 22 iyul 2014-cü il tarixli qətnaməsindən cavabdeh İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1514/2024 nömrəli qərarı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı3 kassasiya şikayətinin təmin edilməməsi və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-860/2014 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-860/2014 nömrəli, 24 may 2024-cü il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-860/2014 nömrəli, 22 iyul 2014-cü il tarixli qətnaməsindən maraqlı şəxs İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2592/2024 nömrəli qərarı ilə maraqlı şəxs İddiaçı2 kassasiya şikayətinin təmin edilməməsi və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-860/2014 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-860/2014 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qərardadı ilə maraqlı şəxslər İddiaçı2 və İddiaçı3 Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-860/2014 nömrəli, 22 iyul 2014-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermə müddətinin bərpasından imtina edilməsi maraqlı şəxslər İddiaçı2 və İddiaçı3 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-4071/2024 nömrəli qərarı ilə maraqlı şəxslər İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-860/2014 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan Göygöl Rayon Məhkəməsinin 2(066)-802/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Maraqlı şəxs2, X12 və X14 10000 (on min) manat kompensasiya ödənilməklə ünvan 6 ünvanında yerləşən yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsindən istifadə hüquqularına xitam verilməsi qət edilmişdir. İşdə olan Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-802/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Maraqlı şəxs2, X15 və X20 10000 manat kompensasiya ödənilməklə Göygöl şəhəri, H.Əliyev prospekti 40 ünvanında yerləşən yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsindən istifadə hüququna xitam verilmiş və icra sənədində qeyd olunan tələb tam şəkildə təmin edilmişdir. İşin məhkəmədə müəyyən edilmiş faktiki halı bundan ibarət olmuşdur ki, ünvan 6 ünvanda yerləşən yaşayış evi və həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsini X1 Emma Bayraməli qızına vəsiyyət etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-09/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh X4 vəsiyyət üzrə vərəsəsi tanınması, Göygöl şəhəri, Heydər Əliyev prospekti 40 nömrəli ünvanda yerləşən yaşayış evinin Cavabdeh mülkiyyətinə verilməsi qət edilmişdir. Daha sonra məhkəmənin 2(066)- 802/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs2, X15 və X20 10000 manat kompensasiya ödənilməklə Göygöl şəhəri, H.Əliyev prospekti 40 ünvanında yerləşən yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsindən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunmuşdur. Hazırda iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh və maraqlı şəxslər Göygöl rayon Notariat Ofisinə və Maraqlı şəxs2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlaklarda payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, həmin mənzil üzərində iddiaçıların qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakda payların müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bununla da müəyyən edilir ki, hazırki iş üzrə Cavabdeh vəsiyyət üzrə vərəsə tanınması və qeyd edilən miras əmlakda onun payının müəyyən edilməsinə dair mülki işə əvvəllər məhkəmə tərəfindən baxılmış, həmin mülki iş üzrə qətnamədən hazırki mülki iş üzrə iddiaçılar İddiaçı1, X7, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş şikayətlər təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Buna baxmayaraq yenidən vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlaklarda payların müəyyən edilməsi ilə bağlı iddia tələbi irəli sürülmüşdür. İddiaçının dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında olan mübahisəyə artıq hüquqi qiymət verildiyindən və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcud olduğundan, bundan sonra tərəflərin arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” qərardadından göstərilmişdir ki, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iddia üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, iş üzrə icraata xitam verilməlidir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş 100 manat dövlət rüsumu geri ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh, maraqlı şəxslər Göygöl rayon Notariat Ofisinə və Maraqlı şəxs2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlaklarda payların müəyyən olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə İddiaçı1 "xxxx" ASC vasitəsi ilə xx.xx.2025-ci il tarixdə, qəbzin nömrəsi **********, sənədin FİN kodu xxxxxxx ilə Göygöl Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi Göygöl Rayon Maliyyə şöbəsi tərəfindən İddiaçı1 geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-340/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-340/2025
19.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver