Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-354/2023 18.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi X17 uyğunsuzluğun aradan qaldırılması, hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 2019-cu ilin sentyabr ayının 27-si günündə 1681 nömrə ilə qeydə alınmış AZ-İİ 048661 nömrəli X17 X13 X2 göstərilməsi, göstərilən hüquq müəyyən edən ölüm haqqında şəhadətnamənin atasının adına olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Gəncə regional Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən 09 fevral 2023-cü il tarixdə məhkəməyə məktub daxil olmuşdur. Həmin məktubda 1 saylı Gəncə regional Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi iş yükünün çox olması səbəbi ilə xx.xx.2023-cü il tarixdə təyin olunmuş “X17 uyğunsuzluğun aradan qaldırılması, hüquqmüəyyənedici sənədin şəxsə məxsus olmasına dair” məhkəmə hazırlıq iclasında onların iştirakı olmadan baxılıb qanunauyğun qərar qəbul edilməsi xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum atası X14 1931-ci ildə Daşkəsən rayonunun Tülallar kəndində anadan olmuşdur. Bu hal Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Daşkəsən rayon X27 xx.xx.2022-ci il tarixli 219 saylı cavab məktubu ilə təsdiq olunur. Ərizəçinin mərhum atası X14 ilə mərhum anası X15, 1958-ci ilin oktyabr ayının 6-cı günündə 12 saylı nikah akt qeydi ilə nikahları qeydə alınmışdır. Bu hal, evlənmə haqqında şəhadətnamə ilə təsdiq olunur. Ərizəçi mərhum atası X14 ilə mərhum anası X15 arasında olan nikahdan Səfər Verdiyev, Kəklik Verdiyeva, Müxək (Verdiyeva) Məmmədova, Safura Verdiyeva, Qabil Verdiyev, Zahidə (Verdiyeva) Bayramova və Ərizəçi anadan olmuşlar. Mərhum atası X14 2019-cu ilin sentyabr ayının 27-si günündə Hipertoniya xəstəliyindən vəfat etmişdir. Onun adına verilmiş AZ- İİ 048661 nömrəli X17 texniki səhf olaraq X14 əvəzinə X5 göstərilmişdir. X1 Göygöl rayonun Tülalalar kəndində yaşayış evi və həyətyanı torpaq sahəsi miras qalmışdır. Onun atası vəvat etdikdən sonra o, mirası qanun üzrə qəbul edərək istifadə və sahiblik hüquqlarımı həyata keçirmişdir. Mərhum atası X3 Göygöl rayonun Tülallar kəndində miras qalmış yaşayış evi və həyətyanı torpaq sahəsini ərizəçinin qanun üzrə qəbul etməsini atasının digər 1-ci növbəli vərəsələrinin yəni qardaş-bacılarının heç bir narazılıqları yoxdur. Yuxarıda göstərilən mirası qanun üzrə ərizəçinin qəbul etməsini rəsmiləşdirmək üçün o, Gəncə ASAN xidmət Mərkəzinə müraciət etmiş, ona cavab olaraq bildirmişlər ki, mövcud atasının adına verilmiş X17 uyğunsuzluq aradan qaldırılmalıdır. Buna görə məhkəməyə müraciət olunmalıdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X25 verdiyi izahatında ərizəçinin qardaşı olmasını, atalarının ata adının X17 səhvən Məmməd yazılmasını, əslində isə Məmmədrza olmasını təsdiq etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 izahatında göstərdi ki, ərizəçinin həyat yoldaşıdır. Qaynatasının atasının adı texniki səhv olaraq ölüm sənədində Məmmədrza əvəzinə Məmməd kimi yazılmışdır. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Daşkəsən rayon İcra Hakimiyyəti Daşkəsən rayon Dövlət Arxivinin 20 dekabr 2022-ci il tarixli 219 saylı Ərizəçi ünvanlanmış arxiv arayışından görünür ki, ünvan 1ləri və Tülalllar kəndini əhatə edən 36 nömrəli təsərrüfatbaşına kitabının 90 nömrəli şəxsi hesabından Ərizəçi atası mərhum X4 doğumu barədə məlum olur. Soyadı, adı, atasının adı-X14, doğulduğu gün, ay, il- 1931-ci il, doğulduğu yer- Tülallar kəndi, milliyəti- Azərbaycanlı, cinsi- kişi, atası X7, anası X9r. İşdə olan 27 sentyabr 2019-cu il tarixli AZ-İİ 048661 nömrəli X17n görünür ki, X23 xx.xx.2019-cu il tarixdə hiporteniya xəstəliyindən vəfat etmişdir. İşdə olan Göygöl rayon Tülallar kənd İcra Nümayəndəliyi tərəfindən 19 yanvar 2023cü il tarixdə verilmiş AZ-T 207634 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, ərizəçinin qardaşı X25 xx.xx.1969-cu ildə doğulmuş, atası X14, anası X10r. İşdə olan Xanlar rayon Tülallar kənd sovetliyi tərəfindən 07 dekabr 1970-ci il tarixdə verilmiş AZ-1935485 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, ərizəçinin bacısı X18 xx.xx.1970-ci ildə doğulmuş, atası X14, anası isə X10r. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Gəncə regional Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsindən Ərizəçi ünvanlanmış 17 yanvar 2023-cü il tarixli, 05/Q-173/15 məktubda qeyd olunmuşdur ki, 1 saylı Gəncə regional Asan xidmət Mərkəzində ƏN qeydiyyat şöbəsi bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalara Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Vətəndaşın təqdim etdiyi NZ saylı ******* nömrəli hərbi biletdə "X11 məxsus olduğu göstərilsə də 1 saylı Gəncə regional Asan xdimət mərkəzində ƏN Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 1681 saylı ölüm haqqında akt qeydində X23 qeyd edilmişdir. Araşdırma zamanı Göygöl rayon qeydiyyat şöbəsindən daxil olmuş 05/Q-730/11 saylı xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş xx.xx.1958-ci il tarixli 12 saylı nikah haqqında akt qeydində mərhumun ata adı "Məmmərzə oğlu", övladları- Ərizəçi xx.xx.1973-cü il tarixli 07 saylı doğum haqqında akt qeydində atasının ata adı "Məmmərzə oğlu ", Verdiyeva Müxǝk Nadir qızının xx.xx.1963-cü il tarixli 20 saylı doğum haqqında akt qeydində ata qrafasında atanın ata adı Məmmədrza oğlu", X12 xx.xx.1966-cı il tarixli 09 saylı doğum haqqında akt qeydində atanın ata adı "Məmmərzə oğlu ", X16 xx.xx.1959-cu il tarixli 02 saylı doğum haqqında akt qeydində atanın ata adı "Məmmədrza oğlu"göstərilmişdir. Daşkəsən rayon Dövlət arxivindən ünvanlanmış xx.xx.2023-cü il tarixli 01 saylı məktubdan da görünür ki, vətəndaş X4 doğumu haqqında akt qeydi aşkar edilməmişdir. 1 saylı Gəncə regional "ASAN" xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 1681 saylı ölüm haqqında akt qeydində AZE 4544212, xx.xx.2006-cı il tarixli şəxsiyyət vəsiqəsinin məlumatları əks olunmuşdur. Şəxsiyyəti təsdiq edən sənəd Göygöl rayon polis şöbəsindən alındığı üçün tərəfimizdən həmin orqana sorğu edilmiş, lakin forma 1-dən kserosüǝtinin aşkar edilmədiyi barəsində rəsmi məlumat alınmışdır. Odur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq 1 saylı Gəncə regional Asan xdimǝt mərkəzində ƏN Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 1681 saylı ölüm haqqında akt qeydində X13 ata adının "Məmmədrza" ya dəyişmək məqsədə müvafiq hesab edilmədiyi üçün şöbədə imtina rəyi tərtib edilmişdir. Odur ki, adiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Göygöl RPŞ tərəfindən verilmiş AZE seriyalı, 0******* nömrəli, xx.xx.2017-ci il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Xanlar (Göygöl) rayonunun Tülallar kəndində anadan olmuş və Göygöl rayonunun Tülallar kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası ASAN-GƏNCƏ tərəfindən verilmiş AZE seriyalı, 14872941 nömrəli, xx.xx.2014-cü il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X24 xx.xx.1963-cü il tarixdə Xanlar (Göygöl) rayonunun Tülallar kəndində anadan olmuş və Göygöl şəhəri H.Aslanov küçəsi ev 46 da qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Göygöl RPŞ tərəfindən verilmiş AZE seriyalı, 13145636 nömrəli, xx.xx.2013-cü il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 xx.xx.1959-cu il tarixdə Xanlar (Göygöl) rayonunun Tülallar kəndində anadan olmuş və Göygöl rayonunun Toğanalı kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası ASAN-GƏNCƏ tərəfindən verilmiş AZE seriyalı, 16893766 nömrəli, xx.xx.2017-ci il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X20 xx.xx.1966-cı il tarixdə Xanlar (Göygöl) rayonunun Tülallar kəndində anadan olmuş və Göygöl rayonunun Zurnabad kəndində qeydiyyatdadır. Göründüyü kimi Gəncə “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 27 sentyabr 2019-cu il tarixdə AZ-İİ 048661 nömrəli ölüm haqqında şəhadətnamə verilmiş, qeyd olunan şəhadətnamədə ərizəçinin mərhum atası X5 göstərilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 27 sentyabr 2019-cu il tarixli, AZ-İİ 048661 nömrəli X17 texniki səhv olaraq X14 əvəzinə «X23» kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə məhkəmə ərizəçinin gətirdiyi dəlilləri həqiqətə uyğun hesab edərək, tələb üzrə hüquqi faktın müəyyən edilərək ərizəçinin hüququnun bərpa edilməsi baxımından ərizənin təmin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ərizəçiyə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307.2.11 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 27 sentyabr 2019-cu il tarixli, AZ-İİ 048661 nömrəli X17 X23 olan hissəsinin X8 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-354/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-354/2023
18.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver