Məhkəmə qərarları › İş №2(066)-372/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-372/2023

05.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-372/2023 05.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 iştirakı ilə Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Göygöl şəhərində 05 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : Ərizəçi1, Ərizəçi2 Oktay oğlu, Ərizəçi3 və Ərizəçi4 məhkəməyə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair JN-0008 Kod 50801017 saylı Dövlət Aktında mülkiyyətçinin adı, soyadı və ailə üzvülərini göstərən qrafada İsayev X10 Yasin Oktay oğlu kimi, İsayev X10 Rasim Oqtay oğlu kimi, İsayeva Sabirə Ərizəçi3 və X4 Ərizəçi4 kimi göstərilməsi, göstərilən hüquq müəyyən edən Dövlət Aktının onlara məxsus olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizəçi1 məhkəmə iclasında ərizəsini müdafiə edib göstərdi ki, Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 30 mart 2000-ci il tarixli, 04 saylı qərarına əsasən Göygöl rayonunun Xəqani kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 0,75 ha torpaq sahəsi onların yəni X8 qizinin, X6, Ərizəçi1, Ərizəçi2 Oktay oğlunun, Ərizəçi3 və Ərizəçi4 mülkiyyətlərinə verilmişdir. Bu barədə Torpağa Mülkiyyət Hüqüqna dair JN-0008 Kod 50801017 saylı Dövlət Aktında mülkiyyətçinin adı, soyadı və ailə üzvülərini göstərən qrafada Ərizəçi1 əvəzinə səhvən Ərizəçi1 Oqtay oğlu kimi, Ərizəçi2 əvəzinə səhvən Ərizəçi1 Oqtay oğlu kimi, Ərizəçi3 əvəzinə səhvən İsayeva Sabirə və Ərizəçi4 Rasin qızı əvəzinə səhvən X1 yazılmışdır. Dövlət Aktında yol verilmiş həmin səhvlərə görə sənədləşmə işlərini qaydasına salıb çıxarış ala bilmirlər. Həmin səhvlərə görə onların mülkiyyət hüququ pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair JN-0008 Kod 50801017 saylı Dövlət Aktında mülkiyyətçinin adı, soyadı və ailə üzvülərini göstərən qrafada İsayev X10 Yasin Oktay oğlu kimi, İsayev X10 Rasim Oqtay oğlu kimi, İsayeva Sabirə Ərizəçi3 və X4 Ərizəçi4 kimi göstərilməsi, göstərilən hüquq müəyyən edən Dövlət Aktının onlara məxsus olmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məhkəmə iclasında Ərizəçi1 ilə eyni məzmunda izahat verib ərizənin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlanldırılmasına baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X3 məhkəmə iclasında ifadə verərək Torpağa Mülkiyyət hüququna dair JN-0008 Kod 50801017 saylı Dövlət Aktında mülkiyyətçinin adı, soyadı və ailə üzvüləri göstərən qrafada yazılmış Ərizəçi1 Oqtay oğlu ilə Ərizəçi1, Ərizəçi1 Oqtay oğlu ilə Ərizəçi2, İsayeva Sabirə ilə Ərizəçi3 və X4 ilə Ərizəçi4 Rasin qızıın eyni şəxslər olması faktını təsdiq etdilər. İşdə olan Torpağa Mülkiyyət hüququna dair JN-0008 Kod 50801017 saylı X13 (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 30 mart 2000-ci il tarixli, 04 saylı qərarına əsasən Göygöl rayonunun Xəqani kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 0,75 ha torpaq sahəsi onların yəni X2, X6, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 mülkiyyətlərinə verilməsi göstərilmişdir. İşə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1978-ci ildə Xanlar rayonu Layış kəndində anadan olmuş və Göygöl rayonu Xəqani kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1973-cü ildə Xanlar rayonu Layış kəndində anadan olmuş və Göygöl rayonu Xəqani kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1973-cü ildə Xanlar rayonu Haça Qaya kəndində anadan olmuş və Göygöl rayonu Xəqani kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1994-cü ildə anadan olmuşdur. İşə əlavə edilmiş ölüm şəhadətnamələrinin surətindən görünür ki, X12 xx.xx.2015-ci ildə və X5 xx.xx.2017-ci ildə vəfat etmişlər. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin Ərizəçi3 ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3- 33/2-242/2023 nömrəli bildirişdə ərazi idarəsinin arxiv məlumatlarında mülkiyyətçilərin adında olan uğunsuzluğun aradan qaldırılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığından ərizənin icrasını təmin etməyin mümkün olmadığı göstərilmişdir. İşdə olan Göygöl rayon İHB-nın Xəqani kəndi üzrə İƏD-üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 42 nömrəli arayışında Ərizəçi1 Göygöl rayon Xəqani kəndində yaşadığı göstərilmişdir. İşdə olan Göygöl rayon İHB-nın Xəqani kəndi üzrə İƏD-üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 02 nömrəli arayışında Xanlar rayon Aqrar İslahat Komissiyasının 30 mart 2000-ci il tarixli, 04 saylı qərarı ilə verilmiş JN-0008 Kod 50801017 saylı Dövlət Aktında mexaniki səhv olaraq Ərizəçi3 adında hərf səhv yazılmış, atasının adı isə yazılmamışdır. . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.5-ci maddələrinə əsasən məhkəmə sənədin şəxsə məxsus olması barədə hüquq faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual-Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair JN-0008 Kod 50801017 saylı Dövlət Aktında mülkiyyətçinin adı, soyadı və ailə üzvülərini göstərən qrafada Ərizəçi1 Oqtay oğlu yazılmış hissəsının Ərizəçi1, Ərizəçi1 Oqtay oğlu yazılmış hissəsının Ərizəçi2, İsayeva Sabirə yazılmış hissəsının Ərizəçi3 və X4 yazılmış hissəsının Ərizəçi4 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair JN-0008 Kod 50801017 saylı Dövlət Aktında mülkiyyətçinin adı, soyadı və ailə üzvülərini göstərən qrafada Ərizəçi1 Oqtay oğlu yazılmış hissəsının Ərizəçi1, Ərizəçi1 Oqtay oğlu yazılmış hissəsının Ərizəçi2, İsayeva Sabirə yazılmış hissəsının Ərizəçi3 və X4 yazılmış hissəsının Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar