Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-4/2024 11.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ASC-nin nümayəndəsi X35 ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdehn və onun vəkili X4 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ASC-nin ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı “Mülkiyyətdə olan 1,70 hektar torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin (fərdi yaşayış evlərinin) sökülməsi, vaqonun və avadanlıqların ərazidən çıxarılması tələbinə dair” ilkin iddiası üzrə və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı “Mülkiyyətdə olan 1,70 hektar torpaq sahəsinə çıxarış alınmasına görə 510000 (beş yüz on min) manat pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “Mülkiyyətdə olan 1,70 hektar torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin (fərdi yaşayış evlərinin) sökülməsi, vaqonun və avadanlıqların ərazidən çıxarılması tələbinə dair” iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin mülkiyyətində olan Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən 1,70 hektar torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin (fərdi yaşayış evlərinin) onun hesabına sökülməsini, həmin ərazidə Cavabdeh tərəfindən quraşdırılmış vaqonun və avadanlıqların ərazidən onun hesabına çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı “Mülkiyyətdə olan 1,70 hektar torpaq sahəsinə çıxarış alınmasına görə 510000 (beş yüz on min) manat pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətdə olan Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən 1,70 hektar torpaq sahəsinə çıxarış alınmasına görə İddiaçı ASC tərəfindən 510000 (beş yüz on min) manat pulun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X36 məhkəməyə vəsatətlə müraciət edərək, X3, X15, X16, Məmmədov Mübariz Aydın oğlunun, X17, X11, X12, X13, X18, X14 və X19 mülki iş üzrə əlavə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(066)-08/2023 sayl qərardadına əsasən vəsatətdə adları qeyd edilən şəxslər mülki işə cavabdeh qismində cəlb edilmişlər. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X35 məhkəməyə vəsatətlə müraciət edərək, X11, X18, X14 və X19 mülki iş üzrə cvabdehlik qismindən çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli 2(066)-08/2023 sayl qərardadına əsasən vəsatətdə adları qeyd edilən şəxslər mülki işə cavabdehlik qismindən çıxarılmışlar. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X35 ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(043)-166/2011 sayli Qətnaməsinə əsasən “Bank Respublika" ASC ilə "xxxx" MMC arasında bağlanmiş 16 aprel 2008-ci il, 24 aprel 2008-ci il, 29 avqust 2009-cu il tarixli və Cavabdeh arasında bağlanmış 21 oktyabr 2009-cu il tarixli kredit müqavilələrinin ləğv edilməsi, tutmanın Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləsən evə vəcavabdeh X33 məxsus Göygöl (Xanlar) rayonu, Quşqara kəndində, Gəncə-Daşkəsən yolunun sağ tərəfində yerləşən ümumi sahəsi 441 kv.m olan əmlak kompleksinə yönəldilməsi qət edilmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, mülki iş baxilmasi ücün GəncəApellyasiya məhkəməsinə göndərilmiş və Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2011-ei il tarxili 2(104)-595/2011 sayli qətnaməsi ilə Gənca şəhər Kəpəz rayon Məhkəməsinin Qətnaməsi dəyişdirilmədən saxlanilmisdir. Bundan narazı qalan cavabdeh kasassiya şikayəti vermiş və iş baxilması üçün Azərbaycan Respublikasi Ali Məhkəməsine göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(102)-3734/11 saylı Qətnaməsinə əsasən cavabdeh "xxxx"MMC-nin direktoru Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin MK-nıin xx.xx.2011-ci il tarixli qətnaməsi dəbbə pulunun tutlması hissəsində dəyişdirilməklə cavabdeh "xxxx" MMC -dən İddiaçı ASC-nin xeyrinə 16 aprel 2008-ci il, 24 aprel 2008-ci il vəxx.xx.2009-cu il tarixli kredit müqavilələri üzrə tutulmalı olan dəbbə pulu 15.000 (on bes min) manat müəyyən edilməsi Qərara alınmış və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanilmişdır. Bu is üzrə verilmiş icra vərəqəsi Cavabdeh Əlí oğluna məxsus olan Gəncə səhəri Kəpəz rayonu, İ.M.Əliyev küçəsi 41 ünavanında yerləsən evə aid hissədə Gəncə şəhəri üzrə İcra idarəsinə, cavabdeh X56 qizina məxsus Göygöl (Xanlar) rayonu, Quşqara kəndində, Gəncə-Daşkəsən yolunun sağ tərəfində yerləşən ümumi sahəsi 441 kv.m olan əmlak kompleksinə yönəldilməsi hissəsində isə icra olunması üçün Göygöl rayon icra və probasiya şöbəsinə göndərilmiş və hər iki icra sənədi icraata götürülmüşdür. Hər iki icra orqanı tərəfindən aparılmış icra tədbirləri nəticəsində ipoteka predmeti olan əmlaklar ixtisaslaşdırılmış hərrac vasitəsilə satılmamnış, bu səbəbdən hər iki əmlak tələbkar tərəfindən balansa götürülmüş və alqısatqı müqaviləsi bağlanmışdır. Bu hüquqlar müvafiq DƏDRX tərəfindən verilmiş Çıxarışlar əsasında dövlət qeydiyyatına alınmışdır. Bundan sonra İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh və X37in İddiaçı ASC-nin mülkiyyətində olan Göygöl rayonu Quşqara kəndində, Gəncə-Daşkəsən yolunun sağtərəfində, 1.70 ha torpaq sahəsində yerləşən 441 kv.m ümumi, 403,2 kv.m əsas, 37,8kv.m köməkçi sahədən ibarət olan qeyriyaşayış sahəsindən (əmlak kompleksindən) çıxarılması tələbi ilə məhkəmədə iddia qaldırılmış və Göygöl Rayon Məhkəməsinin 2(066)-29/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmisdir. Göygöl Rayon Məhkəməsinin 2(066)- 29/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya və kassasiya sikayətləri təmin edilməmiş və Göygöl Rayon Məhkəməsinin 2(066)-29/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu iş üzrə verilmiş icra sənədi Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmiş vəicraata götürülmüşdür. Aparıliış icra tədbirləri nəticəsində xx.xx.2019-cu il tarixdə fərdi yasayis evinin, xx.xx.2019cu il tarixdə 441 kv.m əmlak kompleksinin boşaldılması təmin edilmiş və hər iki əmlak banka təhvil verilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin, tələbkar bankın nümayəndəsinin və həmçinin digər səxslərin istiraki ilə 21 iyun 2019-cu il tarixdə banka məxsus 441 kv.m əmlak kompleksinin boşaldılması zamanı əraziyə baxış kecirilmişdir. Yoxlama zamanı bankın mülkiyyətində olan 1.70 ha torpaq sahəsində bir necə şəxs tərəfindən qanunsuz fərdi yaşayış evlərinin insa olunması, həmcinin cavabdeh tərəfindən əraziyə dəmir konstruksiyalı vaqon yerləşdirilməsi və bu vaqona bitişik cardağin insa olunaraq mərmər daşlarının kəsilməsi və istehsalı üçün nəzərdə tutulmuş avadanlıqların və dəzgahların həmin, çardağın qarşısına yerləşdirilərək torpaq sahəsinin qanunsuz zəbt olunması müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə qətnaməsi ilə boşaldılması nəzərdə tutulmuş 441 kv.m sahəsi olan əmlak kompleksi boşaldılaraq banka təhvil verilmiş və ərazidəki qanunsuz tikililərin sökülməsi və digər tələblərlə bağlı məhkəməyə müraciət edilməsi qaydalari izah edilmişdir. Bundan sonra banka məxsus torpaq sahəsində inşa olunmuş qanunsuz tikililərin müəyyən olunması məqsədilə DƏDRX-a sorğu verilmiş və nəticədə həqiqətən həmin ərazidə inşa olunmuş tikililərin qanunsuz olduğu və bu barədə DƏDRX-də hər hansi qeydiyyat aparılmadığı məlum olmuşdur. Ona görə də, o, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh ilkin iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etməklə göstərdi ki, iddiaçı "xxxx" ASC Göygöl Rayon Məhkəməsində onlara qarşı 1,70 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evlərinin sökülməsi onlara məxsus avadanlıqlarının çıxarılması barədə iddia qaldırmislar. Ondan əvvəl Gəncə Daşkəsən yolunu sağ tərəfində yerləsən torpaq sahəsindən vətəndaşlar ev tikmiş, halhazırda həmin ərazidə evlərdə yaşayırlar. Hər birinin çıxarışı vardır. İddiaçı ASC-nin ona qarşı qaldırdığı iddiaya uyğun bu mülki işin mahiyyətinə uyğun olduğundan qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edirik ki, 3-cü şəxs qismində Göygöl rayon Ícra və Propasiya şöbəsi, DƏDRX-nin 3 sayli Gəncə Ərazi İdarəsi "xxxx" MMC cəlb edilməlidir. Çünki onların əmlaklarının hərraca çıxarılıb,satilmasında və cıxarış alınmasında 3-cü şəxlərin iştirakı olmuşdur. xx.xx.2012-ci ildə DƏDRX-nin nümayəndələri tərəfindən baxış keçirilərkən 441 kv/m əmlak 360 min manata qiymətləndirilmişdir. Əgər 1,70 ha torpaq sahəsi həmin ərazidə inşa olunmuş yaşayış evləri qiymətləndirilməli idi. Onda ümumi əmlaklarin cəmi dəyəri 1 million 200 min manat təşkil edərdi. Torpaq sahəs iayrılarkən DƏDRX-nin nümayəndələri iştirak etməli sərhədlər müayyən edilməlidir. Ancaq bu barədə nümayəndələr iştirak etməmiş sərhədlər müəyyən edilməmisdir. Sahibkarlıq fəaliyyəti ilə məsgul olmaq üicün xx.xx.2006-ci ildə Dasinmaz Əmlakin AN-1 No ******* sayli alqi-stqi müqavilasina asasən Ísmayilov Qanbər Ənver oğlundan Göygöl (Xanlar) rayon Gəncə- Daşkəsən yolunun sağ tərəfində yerləsen 1000,0 kv m. torpaq sahəsində yerləsən daş sexini 5500 manat pul odəməklə həyat yoldası X56 qizınmn adına almışdır. Həmin vaxtdan sahibkar kimi qara mərmər yönümlü daş istehsalı ilə məşğul olurduq. Fəaliyyətini genişləndirmək məqsədi ilə xx.xx.2006-cı ildən Göygöl (Xanlar) rayonu Quşqara Belədiyyəsinin 16 saylı qərar ilə Qusqara Bələdiyyəsinin qəsəbə daxili ərazisindəki 1,70 hektar xüsusi mülkiyyəti kimi həyat yoldaşı X27 adına alqı-satqı yolu ilə almışdır.Torpaq xüsusi mülkiyyetilərində idi. 24 aprel 2008-ci il tarixli 08050632 sayl kredit müqaviləsinə əsasən “Bank Respublika ASC”-dən kredit götürülərkən 441 kvm (das sexi) girov qoyulmuş 190.000 manat kredit götürmüşlər.xx.xx.2008-ci il, tarixli 09050129/si kredit müqaviləsinə əsasən fərdi evimizi 250 min manata qiymətləndirərək 60.000 manat kredit götürmüşlər. İddiaçı ASC-nin 19 mart 2010-cu ildə onlara göndərdikləri 261 saylı bildirislərində qeyd etmişlər ki, Sizin “Bank Respublika ASC”-yə 222220 manat əsas borc 12 min 20 manat faiz borcunuz vardir. İddiaçı ASC bizə qarşı məhkəmədən iddia qaldırdı. Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 04 mart 2011-ci il tarixli 2(043)-166/2011saylı qətnaməsi ilə kredit müqavilələri ləğv edildi, tutma onlara məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evilərinə, o, X33 məxsus Gəncə Daşkəsən yolunun sağ tərəfində yerləşən ümumi sahəsi 441 kv.m olan əmlak kompleksi, daş sexinə yönəldilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmentinin satışından əldə edilən vəsaitin qalan hissəsi ipoteka qoyanlara qaytarilsın. Satışdan əldə olunan vəsait borcun qaytarılması üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehlərin digər əmlaklarına yönəldilməsi hissəsi təmin edilməsin. İstifadə və sərəncam hüquqlarına xitam verilməklə boşaldılması hissəsi təmin edilməsin. Mülkiyyətlərində olan 441 kv/m daş sexi var, 360 min manata Göygöl rayon icra məmuru Taryel Qəhramanov tərəfindən xx.xx.2013-cü ildə hərraca çıxarılmışdır, lakin mülkiyyətimiz olan 1,70 ha torpaq sahəsi hərraca çıxarilmamışdır. X58 İqtisadi Məhkəməsində Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasında icra məmuru Taryel Qəhrəmanov bildirdmişdir ki, sözü gedən 1,70 ha torpaq sahəsinə dair hərraca çıxarmaq üçün heç bir sifariş olmamışdr. Ona görədə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Koļlegiyası iddia ərizəmizi mümkünsüz saymışdır və qeyd etmişdir ki, Gəncə inzibati iqtisadi Məhkəməsi iddia ərizənizi mümkünsüz saymaqla haqlı olmuşdur. Göygöl rayon icra məmuru Bakı səhər Nərimanov rayon Məhkəməsininxx.xx.2013-cü il 2(005)-531/2013 saylı icra vərəqəsinə əsasən iki dəfə xx.xx.2013-cü ildə 441 kv/m sahədə yerləşən daş sexini 360 min manata, xx.xx.2014-cü ildə 1,70 ha torpaq sahəsində yerləşən daş sexini 360 min manata hərraca çıxarmışdır. Buradan belə görünür ki, 1,70 hektar torpaq sahəsi qiymətləndirilməmişdir. Deməll icra məmuru tərəfindən verilmiş sifarişlər biri-birinə ziddir. Göygöl rayon İcra və Prorasiya söbəsi 26sentyabr 2022-ci ildə onlara cavab məktublarında qeyd etmişdilər ki, 1,70 ha torpaq sahəsində yerləşən 441 kv/m olan əmlak kompleksi (daş sexi) 360 min manat qiyməti ilə xx.xx.2014-cül ildə herrac keçirilməsi üçün "xxxx" MMC-ye göndərilmişdir. Nəriman Rayon Məhkəməsinin 2(005)-531/2013 sayli xx.xx.2013-cü il tarixli icra sənədi icra olunduğundan xx.xx.2015-ci il tarixdə Məhkəməyə geri qaytarılmişdır. Gəncə səhər Kəpəz rayon Məhkəməsinin 04 mart 2011ci tarixli, 2 (102)-3734/11saylı qətnaməsində yerləşən Daş sexinin hərraca cıxarilmasi qeyd edilmis. Müddət keçdikdən sonra yenidən İddiaçı ASC qətnaməyə düzəliş edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 18 dekabr 2014-cu il tarixli, 8 (043)-296/2014, 22 may 2012-ci il tarixli 8 (043) - 97/2012 saylı qərardadı ilə 1,70 ha torpaq sahəsinin “Daş sexinə” aid olması eyni zamanada əmlak satıldıqdan sonra mülkiyyətilərindən çıxarılmasi qərara alınmişdır. Hesab edir ki, 1,70 hektar torpaq sahəsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarından sonra qətnaməyə düzəlis edilməsi düzgün deyildir. Necə ola bilər ki, Ali Məhkəmənin qərarı ilə qanun qüvvəsini almış qətnamə düzəliş edilsin. Bu əsassızdır. Gəncə şəhəri üzrə Ícra İdarəsinin İcra məmuru Ülvü Əlizadə 21 iyun 2019-cu ildə AKT əsasında 441 kvm sahədə yerləsən "xxxx" akt əsasında Bank Respublika ASCyə təhvil vermişdir. Həmin vaxt DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X42 iştirak etmiş, İddiaçı ASC-nin nümayəndəsi X28 təhvil verilmişdir. İşin icraatına xitam verilmişdir. Necə ola bilər ki, iş xitam olunduqdan sonra 1,70 ha torpaq sahəsini tələb etsinlər. 1,70 hektar torpaq sahəsi təkrar edirəm ki, kənd təsərrüfatlı təyinatlı torpaq olduğundan daş sexinin genişləndirilməsi üçün istifadə edilməmişdir. Alqı-satqı etdiyimiz 0,10 ha torpaq sahəsində yerləşən daş sexinin 1,70 hektar mülkiyyətilərində olan torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. İddiaçı ASC 2016-cı ildə 1,70 ha torpaq sahəsinə dair öz adlarına çıxarış almislar. X8 1.000 km torpaq sahəsində yerləşən daş sexinə çıxarış almaq üçün Gəncə İnzibati Məhkəməsinə müraciət etmişlər. İddiaları mümkünsüz sayildi. Dəfələrlə mən mülkiyyətçi X27 adından xx.xx.2006-ci ildə alqı-satqı müqaviləsinə əsasən X9 Göygöl (Xanlar) Gəncə-Daşkəsən yolunun sağ tərəfində 1000,0 kv/m torpaq sahəsindi yerləşən Daş sexinə çıxarış almaq Gəncə 3 saylı Ərazi İdarəsinə Gəncə İnzibati Məhkəməsinə müraciət etsələt də imtina almışlar. Sonda bildirdilər ki, ilkin mülküyyətci X29 çıxarış almaq üçün özü iddia qaldırmalıdır. 2006-cı ildən hal-hazırdək daş sexindən onlar istifadə edir. X6 İnzibati Məhkəməsində qaldırdığı iddia mümkünsüz sayilmış həmin qərardan Apellyasiya sikayəti vermişdi. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasinin 06 dekabr 2022-ci tarixli is No 2-1 (104)-633/2022 sayli qərardadı ilə mütəxəssis tədqiqatin: təyin elmasi barədə qərar qəbul etmisdir. 3 saylı Ərazi İdarəsinin təklifi ilə sözii gedən ərazidan yüksək gərginlikli elektrik xəttinin keçib-keçməməsi barədə mütəxəssis arasdirma olmasını xahiş etmişdir. Bank Respublika ASC-yə 441 kv.m torpaq sahəsində yerləşən das sexini girov qoymuslar 1,70 hektar torpaq sahəsi girov qoyulmamıs,qiymətləndirilməmişdir. Əgər “Bank Respublika " ASC 1, 70 hektar torpaq sahəsinə dair çıxanış alarkən nə üçün alqı satqı etdikləri 0,10 hektar torpaq sahəsində yerləsən daş sexinin ərazisini birgə mülkiyyət kimi hesab edərkən 1,80 hektar torpaq sahəsi göstərilməmişlər. 0,10 hektar torpa sahəsini həm də 1,70 ha torpaq sahəsini alqisatqi etmişlər. Onun torpağının 1 sotu 3.000 manatdır, yəni cəmi 510.000 manat qiyməti təşkil edir. Əgər “Bank Respublika" ASC mənim 1,70 hektar torpaq sahəsini götürdüyündən 510.000 manat dəyərini ona ödəməlidir. 2013-cü ildə Audit tərəfindən 1,70 hektar torpaq sahəsi 374 min manata qiymətləndirilmişdir. “Bank Respublika" ASC 18 mart 2019-cu ildə onlara ünvanladıqları öz məktublarında qeyd etmişlər ki, Kəpəz rayon Məhkəməsinin 04.03. 2011-ci il tarixli qətnaməsi ilə 441 kv/m sahədə yerləşən daş sexi hərraca çıxarılmışdir. Maliyyə Bazarlarına Nəzarət Palatasına 03 avqust 2016-cı ildə bizə göndərdikləri məktublarında bildirmişlər ki, Cavabdeh kredit öhdəlikləri üzrə ödənişləri vaxtinda icra etmədikləri üçün qüvvəyə minmiş qətnaməyə əsasən girovda olan əmlaklar hərrac vasitəsilə satılaraq banka olan öhdəlik tam ödənilmişdir. Hal-hazırda müştərinin heç bir kredit öhdəliyi mövcüd deyildir. Azərbaycan Respublikasi Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının Məhkəmə müdafiəsinə təminat verir. Ona görə də hüquq və azadlıqlarimizdan istifadə edərək İddiaçı ASC tərəfindən mülkiyyətlərində olan 1,70 hektar torpaq sahəsinə dair çıxarış aldıqlarından, həmin torpaq sahəsi qiymətləndirilmədiyindən pul şəklində dəyəri onlara ödənilməlidir. İddiaçı ASC xx.xx.2019-cu il 1549 saylı məktublarında qeyd etmişlər ki, 441 kv/m sahədə yerləşən daş sexi eyni zamanda İ. Əliyev küçəsi 41 saylı ünvanda yerləşən fərdi yaşayiş evi İddiaçıSC tərəfindən götürülmüşdür. Kredit büro MMc-dən aldığımız cavab məktubunda bizim İddiaçı ASC-yə borclarının olmadığı qeyd olunmuşdur. Ona görə də, o, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə cavabdehlər X5, X22, X23, Məmmədov Mübariz Aydın oğluna, X24, X20 və X21, maraqlı şəxslə Göygöl rayon İcra və Probasiya şöbəsinə, hərrac mərkəzi "xxxx" MMC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i DƏDKR-i publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxyaraq cavabdehlər və maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə onların iştirakları olmadan baxnağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, ilkin iddia qismən təmin olunmalı, qarşılıqlı iddia isə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli, reyestr nömrəsi **********69-12301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 29 aprel 2008-ci il olan Çıxarışdan məlum olur ki, Xanlar rayonu Qşuşqara kəndində Gəncə-Daşkəsən yolunun sağ tərəfində mülkiyyətində olan 1,70 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 441 kvadrat metr, əsas sahəsi 403,2 kvadrat metr, köməkçi sahəsi 37,8 kvadrat metr olan əmlak kompleksi (daş sexi) tam mülkiyyət hüququ üzrə X27 adına qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli, reyestr nömrəsi **********69-12301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 23 aprel 2008-ci il olan Çıxarışdan məlum olur ki, X27 mülkiyyətində olan Xanlar rayonu Qşuşqara kəndində Gəncə-Daşkəsən yolunun sağ tərəfində yerləşən əmlak kompleksi (daş sexi) 190000 manat məbləğində kreditə görə, 24 aprel 2008-ci il tarixli kredit müqaviləsinə əsasən 48 ay müddətinə İddiaçı ASC-nin Gəncə filalının xeyrinə yüklü edilmişdir. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********69-12301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 20 avqust 2016-cı il olan Çıxarışdan məlum olur ki, Göygöl rayonu Qşuşqara kəndi ərazisində yerləşən, ümumi sahəsi 441 kvadrat metr olan, əmlak kompleksi kimi müəsissə, həmin əmlak kompleksi kimi müəsissənin yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 1,70 hektar torpaq sahəsi tam payı olaraq İddiaçı ASC-nin mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli, reyestr nömrəsi **********73, qeydiyyat nömrəsi ********* və qeydiyyat tarixi 01 avqust 2006-cı il olan Çıxarışdan məlum olur ki, X39 mülkiyyətində Xanlar rayonu Yeni Qızılca kəndi ərazisində yaşayış məntəqələri torpaqlar kateqoriyasına aid olan 0,12 hektar həyətyanı torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********07-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 02 avqust 2014-cü il olan Çıxarışdan məlum olur ki, X12 mülkiyyətində Göygöl rayonu Qaraməmmədli kəndi ərazisində ümumi sahəsi 169 kvadrat metr olan fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin üzərində yerləşdiyi 0,12 hektar həyətyanı torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli, reyestr nömrəsi **********48-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 06 oktyabr 2008-ci il olan Çıxarışdan məlum olur ki, Məmmədov Mübariz Aydın oğlunun Göygöl rayonu Yeni Qızılca kəndində mülkiyyətində olan 0,07 hektar torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı, 82 kvadrat metr yaşayış sahəsi, 13,5 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Məmmədov Mübariz Aydın oğlunun adına qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 09 aprel 2024-cü il tarixli, 3- 16-16/2-10/466 saylı rəyindən məlum olur ki, İddiaçı "Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan RX seriyali,0896568 nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-c il qeydiyyat tarixli Çıxarışda göstərilən Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşən 1.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müəyyən hissəsi, Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Cavabdeh naturada təqdim etdiyi 0,29 ha torpaq sahəsi, RX Seriyali,0896568 nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il qeydiyyat tarixli,Çıxarışda göstərilən torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. X1 Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi ldarəsinin Yerqûruluşu üzrə mühəndisləri tərəfindən cavablandırılmadığı üçün sual üzrə tədqiqat aparilması və cavablandırılması mümkün olmamışdir. Mübahisəli torpaq sahəsi üzərində mövcud olmaqla yanaşı, “Bank Respublikas" ASC-nin adına tərtib edilmiş **********69- 12301 reyestr nömrəli Texniki Pasportda öz əksini tapmış, daş sexi, inzibati bina, xidməti bina, tornaçı sexi, və anbar, faktiki olaraq Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi səxsin 3 sayli Gəncə Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisləri tərəfindən cavablandırilmadığı üçün sual üzrə tədqiqat aparılması və cavablandırılması mümkün olmamışdir. ********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il qeydiyyat tarixli Çıxarış ilə iddiacı “Bank Respublika" ASC-nin mülkiyyətində olan 1.70 ha kənd təsərrüfatı təyinatli torpaq sahəsi ilə ********* qeydiyyat nömrəli, xx.xx.2006-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X40 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. X7, X34 və X50 qizının faktiki istifadə sahələrinin, ********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı ASC-nin mülkiyyətində olan 1.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. ********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il qeydiyyat tarixli Çıxariş ilə İddiaçı ASC-nin mülkiyyətində olan 1.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Çıxarısa əsasən X12 mülkiyyətində 0.12 ha torpaq sahəsində yerləsən fərdi yaşayış evinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. X12, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Çıxarışa əsasən mülkiyyətində olan 0.12 ha torpaq sahəsindən əlavə,naturada faktiki istifadə sahəsi olaraq təqdim etdiyi 0,09 ha torpaq sahesi, **********qeydiyyat nömrəli xx.xx.2016-ci il qeydiyyat tarixli Çıxarışa əsåsən İddiaçı ASC-nin mülkiyyətində olan 1.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir. X12, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Çıxarışa əsasən mülkiyyəündərplan 0.12 ha torpaq sahəsindən əlavə,naturada faktiki istifadə sahəsi olaraq təqdim etdiyi 0,09 ha torpaq sahəsinin 79,0 kv.m-dək hissəsi üzərində tikili mövcuddur. Daşınmaz əmlaka dair məhkəmə mübahisələrinin araşdırılması zamanı Hüquqları dövlət qeydiyyatına alınmamış tikililərin təyinatı və texniki göstəriciləri barədə münasibət bildirilməsi mümkün deyildir. ********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il qeydiyyat tarixli Çıxarış ilə iddiaçı "Bank Respublika” ASC-nin mülkiyyətində olan 1.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahesi ilə ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli Çixarisa əsasən Məmmədov Mübariz Aydın oğlunun mülkiyyətində olan 0.07 ha torpaq sahəsinin üst-üstədüşmədiyi müəyyən edilmişdir. Məmmədov Mübariz Aydın oğlu və X17 faktiki istifadə sahələrinin, ********** qeydiyyat nömralp xx.xx.2016-ci il qeydiyyat tarixli Çixarisa əsasən İddiaçı ASC-nin mülkiyyatinde olan 1,70 ha kənd təsərrüfati təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edülmişdir. Mülki işəəlavə edilmişödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manatməbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan 1,70 hektar Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşən 1.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müəyyən hissəsi, Cavabdeh tərəfindən istifadə olunur. Mübahisəli torpaq sahəsi üzərində mövcud olmaqla yanaşı, “Bank Respublikas" ASC-nin adına tərtib edilmiş **********69- 12301 reyestr nömrəli Texniki Pasportda öz əksini tapmış, daş sexi, inzibati bina, xidməti bina, tornaçı sexi, və anbar, faktiki olaraq Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir. X2 İddiaçı ASC-nin mülkiyyətində olan 1.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,09 hektar hissəsindən istifadə etməklə, həmin 0,09 ha torpaq sahəsində 79,0 kvadrat metr hissəsində tikili tikmişdir. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.
1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarım ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi iləəlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödədiyi dövlət rüsumu, iddia tələbləri qismən təmin edilməsinə görə olaraq cavabdehdən yarı hissəsi alınır. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pula görə 50 (əlli) manat məbləğində pul cavabdehdən müştərək qaydada alınıb iddiaçıya verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pul cavabdehlər Cavabdeh və X12 hər birindən 25 (iyirmi beş) manat alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X10, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 115ci maddəsinə əsasən ekspertiza xərci məhkəmə xərclərinə aiddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıMPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə
QƏT ETDİ:
İddiaçı ASC-nin Cavabdeh qarşı “Mülkiyyətdə olan 1,70 hektar torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin (fərdi yaşayış evlərinin) sökülməsi, vaqonun və avadanlıqların ərazidən çıxarılması tələbinə dair” iddiası qismən təmin olunsun.
1. Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********69-12301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 20 avqust 2016-cı il olan Çıxarışda qeyd edilən İddiaçı ASC-nin mülkiyyətində olan Göygöl rayonu Qşuşqara kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 1,70 hektar torpaq sahəsinin istifadə etdiyi hissəsindən, həmin torpaq sahəsinin üzərində olan daş sexi, inzibati bina, xidməti bina, tornaçı sexi, və anbardan çıxarılsın.
2. Cavabdeh X31 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********69-12301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 20 avqust 2016-cı il olan Çıxarışda qeyd edilən Göygöl rayonu Qşuşqara kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 1,70 hektar torpaq sahəsinin 0,09 hektar hissəsindən çıxarılsın və həmin 1,70 hektar torpaq sahəsinin 0,09 hektar hissəsində tikmiş olduğu 79,0 kvadrat metr sahəsi olan tikili cavabdeh X12 hesabına sökülsün.
3. İlkin iddia qalan hissədə təmin edilməsin.
4. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı “Mülkiyyətdə olan 1,70 hektar torpaq sahəsinə çıxarış alınmasına görə 510000 (beş yüz on min) manat pul tələbinə dair” qarşılıqlı iddiası təmin edilməsin.
5. Ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pul cavabdehlər Cavabdeh və X12 hər birindən 25 (iyirmi beş) manat alınaraq dövlət büdcəsinə Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X10, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Mübariz Məmmədov