Məhkəmə qərarları › İş №2(066)-419/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-419/2024

25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-419/2024 25.04.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X11 Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «atalığın müəyyən edilməsi və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-cİ il tarixdə doğulmuş X2 xx.xx.2019cu il tarixdə doğulmuş X1, xx.xx.2023-cü il tarixdə doğulmuş X4 atasının Cavabdeh olması faktı müəyyən edilməsi: Uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 70 (yetmiş) manat olmaqla, cəmi 210 (iki yüz on) manat sabit məbləğdə alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 2017-ci ildə el adəti ilə evlənərək nikahlarını xx.xx.2021-ci il tarixdə nikahlarını rəsmiləşdirməmişlər. Birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X7, xx.xx.2019-cu il tarixdə X5 və xx.xx.2023-cü il tarixdə X13 adlı uşaqları doğulmuşdur. Nikahları olmadığına görə uşaqlar onun soyadını daşıyır. Cavabdehlə ailə qurandan sonra bir müddət mehriban yaşasalarda sonradan ailədə narazılıqları yaranmışdır və Göygöl rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikahları ləğv edilmişdir. Nikahları ləğv etdirsələrdə sonradan yenə barışıb bir müddət bir yerdə yaşamışlar. Lakin nikahlarını rəsmiləşdirməmişlər və bundan sonra 09.2023-cü il tarixdə X13 adlı uşaqları doğulmuşdur. Hazırda isə yenədə ayrılmışlar. Bu dəfə ailənin bərpası qeyri mümkündür. Uşaqların hər üçü onun himayəsindədir. Cavabdeh uşaqların saxlanmasında ona heç bir maddi köməklik etmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş eədərk bildirdi ki, cavabdehlə rəsmi nikahları olmadığından, həmçinin, cavabdeh könüllü olaraq uşaqlara öz soyadını vermək üçün Qeydiyyat Şöbəsinə müraciət etmədiyindən azyaşlı uşaqların doğum şəhadətnaməsində soyadı onun soyadı ilə «Həsənov» kimi qeyd edilmişdir. Uşaqların saxlanması üçün onun cavabdehin maddi yardımına ehtiyacı vardır. O özü uşaqlar azyaşlı olduğuna görə heç bir yerdə işləmir, azyaşlı uşaqlarının saxlanmasında çətinlik çəkir. xx.xx.2017-ci il tarixdə doğulmuş qızı X2, xx.xx.2019-cu il tarixdə doğulmuş oğlu X1, xx.xx.2023-cü il tarixdə doğulmuş oğlu X4 atasının Cavabdeh olması faktının müəyyən edilməsi və uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 70 (yetmiş) manat olmaqla, cəmi 210 (iki yüz on) manat sabit məbləğdə alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək və məhkəmə yazılı ərizə təqdim edərək göstərdi ki, xx.xx.2017-cİ il tarixdə doğulmuş X7, xx.xx.2019-cu il tarixdə doğulmuş X5 və xx.xx.2023-cü il tarixdə doğulmuş X8 onun doğma övladları olmaqla onların atasıdır, uşaqların saxlanılması üçün hər ay bir uşaq 70 manat sabit pul məbləğində aliment verməyə razıdır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan AZ-İV seriyalı, 062463 nömrəli, AZ-İV seriyalı, 391853 nömrəli və AZ-İV seriyalı, 884166 nömrəli doğum şəhadətnamələrinin surətindən görünür ki, X7 xx.xx.2017ci ildə, X5 xx.xx.2019-cu ildə və X8 xx.xx.2023-cü ildə doğulmuşlar, anası qrafasında anaları kimi İddiaçı, həmin uşaqların atalığı müəyyən edilmədiyindən isə ata qrafasında ataları kimi X3 ananın sözləri əsasında göstərilmişdir. İşdə olan qətnamənin surətindən görünür ki, Göygöl rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 552 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İşdə olan İlkin mediasiya sessiyasından (İMS) sonra rosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞG/1-00353 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyasına atalıq faktının müəyyən edilməsi və aliment tələbi ilə bağlı müraciət etmiş,Hər iki tərəf mediasiya sessiyasında iştirak etmiş, İddiaçı mediasiya prosesinin davan etdirilməsinə razılıq verməmiş və İddiaçı tərəfindən 55 (əlli beş) manat məbləğində İMS xərci ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 2017-ci ildə el adəti ilə ailə qurmuşlar və nikahları olmadığı dövrdə ailə münasibətlərindən xx.xx.2019-cu il təvəllüdlü İbrahim, xx.xx.2023-cü il təvəllüdlü Nəbi və xx.xx.2017-ci il təvəllüdlü Zəhra adlı uşaqları doğulmuşdur. Uşaqlar doğulanda tərəflərin nikahı olmamış və doğum akt qeydlərinin ata qrafasında ananın soyadı göstərilmişdir. İddiaçı bu faktın məhkəmə tərəfindən müəyyən edilməsini və uşaqlarının saxlanılması üçün aliment təyin edilməsini xahiş etmişdir. Cavabdeh isə xx.xx.2017-ci il təvəllüdlü Zəhranın, xx.xx.2019-cu il təvəllüdlü İbrahimin və xx.xx.2023-cü il təvəllüdlü Nəbinin onun doğma övladları olduğunu etiraf edir və uşaqlarının hər birinin saxlanılması üçün hər ay 70 manat olmaqla üç uşaq üçün cəmi 210 manat aliment ödəməyə razı olduğunu bildirib, iddianın təmin olunmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə görə, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsində göstərilir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsində göstərilir ki, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Göründüyü kimi, doğum qeyd edilərkən atalıq müəyyən edilməmiş, uşaqlar nikahı olmayan anadan doğulduğundan və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadığından, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinin göstərişinə uyğun olaraq doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılmış, uşağın atasının adı isə uşağın anasının göstərişi üzrə yazılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən, istər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən uşaqlar barəsində görülən bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. Həmin konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideyinlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından və uşaq anasının yanında olduğundan, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu xx.xx.2024-cü il tarixdən etibarən tutulmalı, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı ödənilmiş 100 manat dövlət rüsumunu cavabdehdən tələb etməməsi nəzərə alınmalı, onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X5 (Fin: 8S7TTQ1), xx.xx.2023-cü il təvəllüdlü X8 (Fin: YD4402U) və xx.xx.2017-cİ il təvəllüdlü X7 (Fin: 8C20VRP) adlı uşaqların atasıxx.xx.1986-cı il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı (Fin: xxxxxxx) Cavabdeh olması faktı müəyyən edilsin. xx.xx.2019-cu il təvəllüdlü İbrahim, xx.xx.2023-cü il təvəllüdlü Nəbi və xx.xx.2017-cİ il təvəllüdlü Zəhra qızı adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 70 (yetmiş) manat olmaqla cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində aliment ataları Cavabdeh tutularaq, iddiaçı olan anaları İddiaçı verilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edilsin və yeni doğum haqqında şəhadətnamənin ata qrafasında xx.xx.2019-cu il təvəllüdlü İbrahim, xx.xx.2023-cü il təvəllüdlü Nəbi və xx.xx.2017-ci il təvəllüdlü Zəhra adlı uşaqların atası kimi Cavabdeh qeyd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar