Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-42/2023 17.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə Sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Göygöl şəhərində 17 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,05 ha torpaq sahəsinə dair Torpağın Mülkiyyətə verilməsinə dair JN-1024A saylı X1 yazılmış hissəsinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizəçi ərizəsinin dəqiqləşirilməsi barədə ərizə təqdim edərək Göygöl rayonu Üçtəpə kəndində yerləşən torpaq sahəsinə dair Xanlar rayon Aqrar İslahat komissiyasının Xanlar rayonunun Üçtəpə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin ailə başçılarının və ailə üzvülərinin soyadı, adı və atasının adı qeyd edilən hissənin 1024-cü sırada yazılmış və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinin elektron bazasında (DVJ) öz əksini tapmış JN-1024A saylı şəhadətnamədə göstərilən X9 yazılmış hissəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Qeyd olunanlara görə məhkəmə Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizəsini məqsədəuyğun hesab etdi. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edib göstərdi ki, Göygöl rayonu Üçtəpə kəndinə yerləşən torpaq sahəsi Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən onun mülkiyyətinə verilmişdir. Bu barədə ona Torpağın Mülkiyyətə verilməsinə dair JN-1024A Kod 50806028 saylı şəhadətnamə verilmiş, lakin sonradan həmin şəhadətnaməni itirmişdir. Yenidən şəhadətnamə almaq üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinə müraciət etsədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən həmin şəhadətnamənin nüsxəsinin ərazi idarəsinə təhvil verilmədiyi və Şəhadətnamələrin qeydiyyatı kitabında öz əksini tapmadığından ona yeni şəhadətnamə verilməsi mümkün olmamışdır. Xanlar rayon Aqrar İslahat komissiyasının Xanlar rayonunun Üçtəpə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl təqdim olunmuş və həmin cədvəldə də Şəhadətnamədə olduğu kimi onun soyadı Əsgərova əvəzinə səhvən Həsənova kimi, adi Simnaz əvəzinə səhvən Çimnaz kimi yazılmışdır. Yol verilmiş həmin səhvə görə torpağa dair rəsmiləşdirmə işləri apara bilmir. Onun qızlıq soyadı Cəfərova olmuş və xx.xx.1986-cı ildə X15 ilə nikaha daxil olarkan Əsgərova soyadını götürmüşdür. Yol verilmiş həmin səhvə görə torpağa dair rəsmiləşdirmə işləri apara bilmir. X2 və qardaşi oğlu X12 torpaq sahələri də onun torpaq sahəsinin qonşuluğunda yerləşir və Xanlar rayonunun Üçtəpə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə 1025-ci sırada X2 və 1026-cı sırada qardaşi oğlu X12 adları qeyd edilmiş və qardaşı vəfat etdikdən sonra onun torpaq sahəsi vərəsəlik yolu ilə oğlu Zaur Cəfərovun mülkiyyətinə keçmiş və onun adına çıxarışlar işlənmişdir. Odur ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən Xanlar rayon Aqrar İslahat komissiyasının Xanlar rayonunun Üçtəpə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin ailə başçılarının və ailə üzvülərinin soyadı, adı və atasının adı qeyd edilən hissənin 1024-cü sırada X9 yazılmış hissəsinin həmcinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinin elektron bazasında (DVJ) öz əksini tapmış JN-1024A saylı şəhadətnamədə göstərilən Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlanldırılmasına baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X3 və X16 məhkəmə iclasında ifadə verərək Xanlar rayon Aqrar İslahat komissiyasının Xanlar rayonunun Üçtəpə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin ailə başçılarının və ailə üzvülərinin soyadı, adı və atasının adı qeyd edilən hissənin 1024-cü sırasında X9 yazılmış hissəsinin Ərizəçi məxsus olması faktının təsdiq etdilər və bildirdilər ki, sözü gedən torpaq sahəsi 1995-ci il tarixdən indiki dövrə qədər Ərizəçi istifadə etmişdir. İşə əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********34 nömrəli məktubunda təqdim edilmiş sənədlərdə mülkiyyətçinin ad, soyadında olan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı müvafiq düzəlişin aparılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyindən müraciətin icrasının mümkün olmadığı göstərilmişdir. İşə əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********79 nömrəli məktubunda Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0.05 ha torpaq sahəsinə dair JN-1024 saylı şəhadətnamənin ləğv olunması barədə 3 saylı Gəncə ərazi idarəsinə məlumat daxil olmadiği göstərilmişdir. İşə əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********98 nömrəli məktubunda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən Göygöl rayonunun Üçtəpə kəndində yerləşən JN-1024 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin nüsxəsi ərazi idarəsinə təhvil verilmədiyi və Şəhadətnamələrin qeydiyyatı kitabında öz əksini tapmadığı göstərilmişdir. İşə əlavə olunmuş "xxxx"MMC –nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-555/2023 nömrəli məktubunda mərkəzin arxivndə JN-1024A Kod 50806028 saylı şəhadətnamənin nüsxəsi olmadığından rayon aqrar islahat komissiyasının hansı qərarı əsasında işlənməsinə dair məlumatın araşdırılmasının mümkün olmadığı göstərilmiş və həmin məktuba əlavə edilmiş Xanlar rayon Aqrar İslahat komissiyasının Xanlar rayonunun Üçtəpə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə Xanlar rayon Aqrar İslahat komissiyasının Xanlar rayonunun Üçtəpə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin 1024-cü sırasında X9 adı qeyd edildiyi göstərilmişdir. İşdə olan İİ-JQ seriyalı 313362 nömrəli doğum şəhadətnaməsinin surətindən görünür ki, X11 19 fevral 1960-cı ildə Kirovabad şəhərində anadan olmuş, atası X14, anası isə X7r. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X5 nıkahları xx.xx.1986-cı il tarixdə Kirovabad şəhər VVADQ şöbəsində 106 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə “Əsgərov”, arvada “Əsgərova” soyadı verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1997-ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş AZE seriyalı 08409230 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Kirovabad şəhərində anadan olmuş və ünvan 1 ünvanda qeydiyyatdadır. İşdə olan Göygöl rayon Üçtəpə kəndi üzrə İƏD-üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 320 nömrəli arayışında Ərizəçi Göygöl rayon Üçtəpə kəndində yaşadığı göstərilmişdir. İşə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən yaşayış məntəqələri üçün nəzərdə tutulmuş 0.06 ha torpaq sahəsi X12 mülkiyyətidir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən yaşayış məntəqələri üçün nəzərdə tutulmuş 0.12 ha torpaq sahəsi X12 mülkiyyətidir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 154 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.5-ci maddələrinə əsasən məhkəmə sənədin şəxsə məxsus olması barədə hüquq faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual-Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,05 ha torpaq sahəsinə dair Xanlar rayon Aqrar İslahat komissiyasının Xanlar rayonunun Üçtəpə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin ailə başçılarının və ailə üzvülərinin soyadı, adı və atasının adı qeyd edilən hissənin 1024-cü sırasında X9 yazılmış hissəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Xanlar rayon Aqrar İslahat komissiyasının Xanlar rayonunun Üçtəpə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin ailə başçılarının və ailə üzvülərinin soyadı, adı və atasının adı qeyd edilən hissənin 1024-cü sırasında göstərilmiş X6, həmcinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinin elektron bazasında (DVJ) öz əksini tapmış JN-1024A saylı şəhadətnamədə göstərilən X9 yazılmış hissəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-42/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-42/2023
17.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver