Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-428/2025 22.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Qurbanov Sənan Vüsal oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs5 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs5, Göygöl Rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs5, Göygöl Rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyyən edilməsinə” faktının müəyyən edilməsi barədə ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, JN-068C, KOD50805028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair şəhadətnamə, JN-068G, KOD50805028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair şəhadətnamə, JN-068A, KOD50805028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair şəhadətnamə, JN-0043, KOD50805028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında qeyd olunmuş Maraqlı şəxs5 Məhəmməd oğlunun Maraqlı şəxs5 Məmmədəli oğlu kimi, X13 X1, X2 Ərizəçi kimi, X17 Maraqlı şəxs3 kimi, X4 Şəbəndəyeva (əvvəlki soyadı Cəfərova) Təhminə Əlistan qızı kimi, X6 Məhərrəmova (əvvəlki soyadı Heydərova) Firuzə Əlastan qızı kimi, Maraqlı şəxs5 Əlastan oğlunun Maraqlı şəxs5 kimi oxunmaqla həmin şəhadətnamələrin və dövlət aktının onlara məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 saylı qərarı ilə Xanlar (indiki Göygöl) rayonu Üçbulaq kəndi ərazisində mərhum atası Maraqlı şəxs5 Məmmədəli oğluna 0.05 ha həyətyanı torpaq sahəsi və həmin torpağa aid JN-068C, KOD50805028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair şəhadətnamə, 0.15 ha həyətyanı torpaq sahəsi və həmin torpağa aid JN- 068G, KOD50805028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair şəhadətnamə, 0.05 ha yaşayış sahəsi ilə birlikdə həyətyanı torpaq sahəsi və həmin torpağa aid JN-068A, KOD50805028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair şəhadətnamə və 1.42 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi və həmin torpaq sahəsinə dair JN-0043, KOD50805028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı verilmişdir. Qeyd olunan şəhadətnamələrdə və dövlət aktlarında o və ailə üzvlərinin “adı" səhv yazılmışdır. Belə ki, mərhum atası Maraqlı şəxs5 Məmmədəli oğlunun ata adı səhv olaraq "Maraqlı şəxs5 Məhəmməd oğlu" kimi, mərhum anası X5 adı və soyadı səhv olaraq "X21" kimi, onun adı Ərizəçi Dünayamalı oğlu səhv olaraq "X8" kimi, arvadı Maraqlı şəxs3 soyadı səhv olaraq "X24" kimi, qızı Şəbəndəyeva (əvvəlki soyadı Cəfərova) Təhminə Əlistan qızının soyadı və ata adı səhv olaraq "X11" kimi, qızı Məhərrəmova (əvvəlki soyadı Heydərova) Firuzə Əlastan qızının soyadı və atasının adı səhv olaraq "X14" kimi, oğlu Maraqlı şəxs5 atasının adı səhv olaraq "Maraqlı şəxs5 Əlastan oğlu" kimi yazılmışdır. Mərhum atası və anası 2018-ci ildə vəfat etmələrinə baxmayaraq, o, vərəsəliyi faktiki olaraq qəbul etsə də, bu günə qədər sənədlərdə olan uyğunsuzluqlara görə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Məsələ ilə bağlı Göygöl Rayon Notariat Ofisinə müraciət edərkən qeyd olunan yanlışlığın aradan qaldırılmasından imtina edilmişdir. O, hazırda qeyd olunan yanlışlığı başqa vasitə ilə aradan qaldıra bilmir. Ona görə də məcbur olub bu faktı təsdiq etdirmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi izahatında göstərdi ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə onun adı “Əlistan” olmasına baxmayaraq “Ələstan” kimi yazılmışdır. Bundan əlavə ölüm haqqında şəhadətnamədə atasının ata adı “Məmmədəli” olmasına baxmayaraq, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə atasının ata adı “Məhəmməd” kimi qeyd olunmuşdur. Həmçinin anasının adı “Güllizar” olmasına baxmayaraq həmin şəhadətnamələrda “Gülzar” olaraq qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq “sənədin şəxsə məxsus olması faktı” ilə bağlı ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs3 izahatında göstərdi ki, sözügedən şəhadətnamələrdə onun soyadı “Heydərova” əvəzinə “Cəfərova” kimi yazılmışdır. Nikahdan əvvəlki soyadının “Cəfərova” olmasına baxmayaraq torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə verilərkən o, soyadını “Heydərova” olaraq dəyişdirmişdir. Göstərilənləri nəzərə alaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 izahatında göstərdi ki, ölüm haqqında şəhadətnaməsində mərhum babasının adı “Maraqlı şəxs5 Məmmədəli oğlu” kimi qeyd olunmasına baxmayaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə “Maraqlı şəxs5 Məhəmməd oğlu” kimi qeyd olunmuşdur. Həmçinin öz adı “Maraqlı şəxs2 Şəmistan qızı” olmasına baxmayaraq sözügedən şəhadətnamələrdə texniki səhv olaraq “X11” kimi qeyd olunmuşdur. Həmçinin bildirdi ki, torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə verilərkən soyadı “Cəfərova” olmuşdur. Göstərilənləri nəzərə alaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs5 izahatında göstərdi ki, torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamələrdə adı “Maraqlı şəxs5” əvəzinə səhv olaraq “Maraqlı şəxs5 Ələstan oğlu” kimi qeyd olunmuşdur. Göstərilənləri nəzərə alaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs4 izahatında göstərdi ki, torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamələrdə adı “Maraqlı şəxs4” əvəzinə səhv olaraq “X9” kimi qeyd olunmuşdur. Göstərilənləri nəzərə alaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iş üzrə maraqlı şəxslər Göygöl Rayon Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, məhkəmə iclasında iştirak edən ərizəçi və digər şəxslər maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan 06 mart 1998-ci il tarixli, 260785 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1998-ci ildə Xanlar rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1998-ci ilin mart ayının 06-sı günündə 09 nömrəli qeyd aparılmışdır. (atası X8, anası isə Maraqlı şəxs3dır) Ermənistan SSR Basarkeçər rayonu Təmbək kənd soveti tərəfinədən verilmiş 16 aprel 1964-cü il tarixli, 690564 nömrəli şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxx 1964-cü ildə anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 27 nömrəli qeyd aparılmışdır. (atası Maraqlı şəxs5 Məmmədəli oğlu, anası isə X12r) Azərbaycan SSR Füzuli rayonu Horadiz kənd soveti tərəfindən verilmiş 23 mart 1978-ci il tarixli, V-ЖГ seriyalı 369629 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx xxxx 1978-ci ildə Azərbaycan SSR Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 1978-ci il mart ayının 23-də 16 nömrəli qeyd aparılmışdır. Azərbaycan Respublikası Göygöl rayonu Zurnabad kənd icra nümayəndəliyi tərəfindən verilmiş 08 fevral 2018-ci il tarixli, AZ-İİİ seriyalı 918694 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx xxxxxxx 1996-cı ildə Göygöl rayonu Üçbulaq kəndində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 1997-ci il avqust ayının 01-i günündə 21 nömrəli qeyd aparılmışdır. (atası Ərizəçi, anası isə Maraqlı şəxs3dır) Xanlar rayonu Aşıqlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş 14 noyabr 2001-ci il tarixli doğum haqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs5 20 sentyabr 2001-ci ildə Xanlar rayonu Üçbulaq kəndində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 2001-ci ilin 11-ci ayının 14-ü günündə 25 nömrəli qeyd aparılmışdır. (atası Ərizəçi, anası isə Maraqlı şəxs3dır) İş materiallarına əlavə edilmiş Göygöl Rayon Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış 22 yanvar 2025-ci il tarixli 49 nömrəli məktubdan görünür ki, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair miras qoyanla vərəsələr arasında qohumluq münasibətlərini sübut edən sənədləri təqdim edə bilmədiklərindən onların ataları və analarının ölüm haqqında şəhadətnaməsində yazılmış adla torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərində yazılmış ad arasında uyğunsuzluq olduğundan və həmçinin vərəsələrin dairəsini müəyyən edən zəruri sənədləri təqdim edə bilmədiklərindən onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Göygöl rayonu Aşıqlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş 08 iyun 2018-ci il tarixli AZ-İ seriyalı 886080 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 04 iyun 2018-ci il tarixində Göygöl rayonu Üçbulaq kəndində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin iyun ayının 8-i günündə 07 nömrəli qeyd aparılmışdır. Göygöl rayonu Aşıqlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 886075 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs5 Məmmədəli oğlu 27 fevral 2018-ci il tarixində Göygöl rayonu Üçbulaq kəndində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin mart ayının 02-si günündə 02 nömrəli qeyd aparılmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN – 068G, Kod 50805028 nömrəli şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 saylı qərarı ilə Maraqlı şəxs5 Məhəmməd oğluna 0.15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamə 2735 nömrə ilə kitabda qeydə alınmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN – 068A, Kod 50805028 nömrəli şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 saylı qərarı ilə Maraqlı şəxs5 Məhəmməd oğluna 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamə 2736 nömrə ilə kitabda qeydə alınmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN – 068C, Kod 50805028 nömrəli şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 saylı qərarı ilə Maraqlı şəxs5 Məhəmməd oğluna 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamə 2734 nömrə ilə kitabda qeydə alınmışdır. JN – 0043, Kod 50805028 nömrəli torpağa mülkiyyət haqqında dövlət aktının surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 saylı qərarı ilə Maraqlı şəxs5 Məhəmməd oğlu və X3 təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün 1.42 ha həyətyanı torpaq sahəsi verilmişdir. Dövlət aktı qeydiyyat kitabında 3712 nömrə ilə qeydiyyata alınmışdır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs5 xx.xx.2001-ci il tarixdə Xanlar rayonu Üçbulaq kəndində anadan olmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs3 xx.xx.1978-ci il tarixində Füzuli rayonu Horadiz kəndində anadan olmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs4 xx.xx.1998-ci ildə anadan olmuşdur. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixində Ermənistan respublikası Vardenis rayonu Pənbək kəndində anadan olmuşdur. Göygöl RİHB-nin Aşıqlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 yanvar 2025-ci il tarixli, 5-47-13/3-2-42/2025 saylı arayışdan görünür ki, Göygöl rayonu Üçbulaq kəndində Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 saylı qərarı ilə JN – 068G, Kod 50805028 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” şəhadətnamədə vətəndaşların ad, soyad və ata adlarında texniki səhvlərə yol verilmiş, onların düzgün soyad, ad və ata adları isə “Maraqlı şəxs5 Məmmədəli oğlu”, “X10”, “Ərizəçi”, “Maraqlı şəxs3”, “Maraqlı şəxs4”, “Maraqlı şəxs2”, “Maraqlı şəxs5” kimidir. Göygöl RİHB-nin Aşıqlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 yanvar 2025-ci il tarixli, 5-47-13/3-2-43/2025 saylı arayışdan görünür ki, Göygöl rayonu Üçbulaq kəndində Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 saylı qərarı ilə JN – 0043, Kod 50805028 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” şəhadətnamədə vətəndaşların ad, soyad və ata adlarında texniki səhvlərə yol verilərək “Maraqlı şəxs5 Məhəmməd oğlu” və “X21” olaraq qeyd edilmiş, onların düzgün soyad, ad və ata adları isə “Maraqlı şəxs5 Məmmədəli oğlu” və “X10” kimidir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 02 aprel 2025-ci il tarixli məktubundan görünür ki, JN – 068G, Kod 50805028, JN – 068A, Kod 50805028, JN – 068C, Kod 50805028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin və JN – 0043, Kod 50805028 nömrəli Torpağa Mülkiyyət Haqqında Dövlət Aktının ləğv edilməsinə dair 3 saylı Gəncə Ərazi İdarəsinə məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə ərizəçinin izahatını və işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 saylı qərarı ilə Maraqlı şəxs5 Məmmədəli oğluna JN-068C, KOD50805028 nömrəli, JN-068G, KOD50805028 nömrəli, JN-068A, KOD50805028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrə əsasən mavafiq olaraq 0.05 ha, 0,15 ha və 0.05 ha həyətyanı torpaq sahəsi, JN-0043, KOD50805028 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət aktına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.42 ha torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamələrdə və dövlət aktında vətəndaşların ad, soyad və ata adlarında texniki səhvlər qeyd olunmuşdur. Ərizəçi maraqlı şəxs kimi qeyd etdiyi Göygöl Rayon Notariat Ofisinə müraciət edərək Göygöl rayonu Üçtəpə kəndində atası Maraqlı şəxs5 Məmmədəli oğlunun və anası X5 adlarına qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Göygöl Rayon Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış 22 yanvar 2025-ci il tarixli 49 nömrəli məktubla vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair miras qoyanla vərəsələr arasında qohumluq münasibətlərini sübut edən sənədləri təqdim edə bilmədiklərindən onların ataları və analarının ölüm haqqında şəhadətnaməsində yazılmış adla torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərində yazılmış ad arasında uyğunsuzluq olduğundan və həmçinin vərəsələrin dairəsini müəyyən edən zəruri sənədləri təqdim edə bilmədiklərindən onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilə bilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin Göygöl Rayon Məhkəməsinə ünvanladığı 02 aprel 2025-ci il tarixli məktubda JN – 068G, Kod 50805028, JN – 068A, Kod 50805028, JN – 068C, Kod 50805028 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” şəhadətnamələrin və JN – 0043, Kod 50805028 nömrəli “Torpağa Mülkiyyət Haqqında” Dövlət Aktının ləğv edilməsinə dair 3 saylı Gəncə Ərazi İdarəsinə məlumat daxil olmadığı bildirilmişdir. Bununla belə sözügedən sənədlərin ərizəçi Maraqlı şəxs5 və maraqlı şəxslər, Maraqlı şəxs3, Şəbəndəyeva (Cəfərova) Təhminə Əlistan qızına, Məhərrəmova (Heydərova) Firuzə Əlastan qızına məxsus olması faktının müəyyən edilməsinin qanunvericiliklə başqa qaydası nəzərdə tutulmamışdır. Belə ki, miras qalmış torpaq sahələri ilə bağlı sənədi vermiş DTXK Xanlar rayon şöbəsi artıq fəaliyyətini dayandırdığından ərizəçi və maraqlı şəxslər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməzlər. Bu səbəbdən sənədin şəxsə məxsus olma faktına dair ərizəyə baxılaraq təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Birgə mülkiyyətçiləri olması nəzərə alınmaqla, JN-068G saylı, KOD 50805028 saylı, JN-068A saylı, KOD 50805028 və JN-068C saylı, KOD 50805028 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin və JN-0043 saylı, KOD 50805028 “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Maraqlı şəxs5 Məmmədəli oğluna, X7, Ərizəçi, Maraqlı şəxs3, Şəbəndəyeva (Cəfərova) Təhminə Əlistan qızına, Məhərrəmova (Heydərova) Firuzə Əlastan qızına Maraqlı şəxs5 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-428/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-428/2025
22.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver