Məhkəmə qərarları › İş №2(066)-447/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-447/2025

18.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-447/2025 18.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X2 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X2 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Göygöl Rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998ci il tarixli 02 saylı qərarı ilə verilmiş 0.14 hektar fərdi həyətyanı torpaq sahəsinə dair JN- 079B KOD 50807018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “Nazilə” olaraq səhvən qeyd edilmiş adın düzəliş olunaraq “Nəribə” olaraq qeyd edilməsi, torpağın mülkiyyət hüququna dair JN-0002 KOD 50807005 saylı Dövlət Aktında “Naribə” olaraq səhvən qeyd edilmiş adın düzəliş olunaraq “Nəribə” olaraq qeyd edilməsi, Seriya RX № ******* Çıxarışda “Naribə” olaraq səhvən qeyd edilmiş adın düzəliş olunaraq “Nəribə” olaraq qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə hazırlıq iclasında baxılarkən Ərizəçi məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X2 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar