Məhkəmə qərarları › İş №2(066)-452/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-452/2024

21.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-452/2024 21.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Göygöl rayonu Üçtəpə ərazisində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-1006A saylı, KOD 50806028 saylı şəhadətnamənin mərhum anası X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X8 ərizəsini onunla əsaslandırmışdır ki, mərhum anası X6 X14 Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 saylı qərarı ilə Göygöl rayonu, Üçtəpə kəndində 0.12 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən indiyənə kimi istifadə etmişlər, hal-hazırda həmin torpaq sahəsi onların istifadəsindədir. Buna baxmayaraq torpağın mülkiyyətə verilməsinə dair JN-1006A, KOD 50806028 saylı şəhadətnamədə mərhum anası X4 adı və ata adı səhvən X5 yazılmışdır. Mərhum anası X4 adı və ata adı səhv yazıldığından həmin torpaq sahəsi üzərində vərəsə kimi miras əmlakı qəbul edə bilmir və torpaq sahəsi üzərində sərəncam vermək hüququndan mərhum olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi idarəsinə şəhadətnamənin sürətinin verilməsi və hərf səhvliyi ilə bağlı müraciət etmiş, lakin nə şəhadətnamənin sürəti verilmişdir nədə ki, hərf səhvliyi düzəldilmişdir. Ona görə də torpağın mülkiyyətə verilməsinə dair JN-1006A, KOD 50806028 saylı şəhadətnamənin mərhum anası X6 məxus olması barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı Ərizəçi nümayəndəsi (vəkili) Vəkil izahatında ərizəni müdafiə edərək göstərdi ki, X6 Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001ci il tarixli, 14 saylı qərarı ilə Göygöl rayonu, Üçtəpə kəndində 0.12 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi verildiyi vaxtdan ərizəçinin mərhum anası Dilbər Məmmədova ailə üzvləri ilə birgə torpaqdan istifadə etmişlər və torpaqda daş hasarla ev tikərək orada yaşamışlar. Ərizəçinin mərhum anası X8 xx.xx.2022-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra qeyd olunan torpaq sahəsi miras qalmışdır. Ərizəçi mərhum anası Dilbər Məmmədovanın qanun üzrə vərəsəsi olmaqla miras qalmış torpaq sahəsini qəbul edərək istifadə etmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mərhum anasının adı səhv yazıldığından ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Bu barədə Daşınmaz Əmlaka müraciət edilərək torpağa dair sənədlərin təsdiq olunmuş surəti tələb edilmiş, lakin torpağa dair şəhadətnamədə mərhumun adı səhv yazıldığından sənədlərin surətinin verilməsindən imtina edilmişdir. Hal-hazırda sözügedən torpaq sahəsində ərizəçi ev tikərək orada yaşayır. Həmçinin torpaq sahəsinin ərizəçinin mərhum anasına məxsus olmasını şahidlər də təsdiq edə bilər. Odur ki, ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Göygöl rayonunun Üçtəpə Bələdiyyəsinin sədridir. Hal-hazırda 1006A saylı, KOD 50806028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə olan 0,12 ha torpaq sahəsi Ərizəçi istifadəsindədir. Həmin torpağa dair heç bir mübahisə yoxdur. Bələdiyyədə olan siyahida Göygöl rayonu Üçtəpə kəndi ərazisində X5 adında vətəndaş qeyd olunmamışdır. Odur ki, sözügedən şəhadətnamənin X6 məxsus olmasını təsdiq edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Göygöl rayonu Üçtəpə kəndinin icra nümayəndəsidir. Ərizəçi X3 tanıyır. Üçtəpə kəndində yerləşən 0.12 ha torpaq sahəsi ərizəçinin mərhum anasının adına olub. Həmin torpaq sahəsini Ərizəçi istifadə edib və hazırda orada yaşayır. Həmin şəhadətnamədə ərizəçinin mərhum anasının adı Dilbər əvəzinə Dilbazi kimi qeyd olunmuşdur. Göygöl rayonunun Üçtəpə kəndində Dilbazi adında vətəndaş yaşamamışdır. Sözügedən torpaq sahəsi ilə bağlı hər hansı bir mübahisə yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Göygöl rayonunun Üçtəpə kəndində yaşayır. Taksi fəaliyyəti ilə məşğul olur. Ərizəçi Rəsmiyənin qardaşını 6-7 ildir ki, tanıyır. Üçtəpə kəndində Dilbazi adında vətəndaş yoxdur. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan JN-1006A, KOD 50806028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 saylı qərarı ilə X2 mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli əmlaka dair arayışın verilməsi barədə məktubundan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0.12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair Göygöl (keçmiş Xanlar rayon) rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 saylı qərarına əsasən JN-1006A, KOD 50806028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə X2 adına işlənilmişdir. Məlumat üçün bildirilmişdir ki, bu əmlak barədə məlumat təqdim edilmiş və sənədlərin surətinin verilməsi mümkün deyildir. İşdə olan xx.xx.1965-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 1965-ci ildə doğulmuş Ərizəçi atası X11, anası isə X7r. İşdə olan 1953-cü ildə verilmiş evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X4 nikahları bağlanmış, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İşdə olan Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ 246479 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci ildə ölmüşdür. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Üçtəpə kənd İnzibati Ərazi Dairəsi nümayəndəliyinin 15 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi Göygöl rayonunun Üçtəpə kəndində yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadəsini və işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 saylı qərarı ilə ərizəçinin mərhum anası X6 yaşayış məntəqələri təyinatlı 0,12 ha torpaq sahəsi ayrılmış və bununla bağlı JN- 1006A, KOD 50806028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamədə onun adı X8 olduğu halda səhvən X1 qeyd edilmişdir. Ərizəçinin vəkili bu iş üzrə maraqlı şəxs kimi qeyd etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək torpaq sahəsinə dair şəhadətnamənin təsdiq edilmiş surətinin alınmasını xahiş etmişdir. Lakin həmin təşkilatdan ona imtina edilmişdir ki, qeyd olunan şəhadətnamə X2 adına işlənib və bu baxımdan sənədlərin surətinin verilməsi mümkün olmamışdır. Sözügedən sənədin “X8” na məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Belə ki, sənədi vermiş DTXK Xanlar rayon şöbəsi artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа-MPM) 4-cü mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. MPM-in 14.2.-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. MPM-in 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. MPM-in 217.3-cü mаddəsinə əsаsən qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. MPM-in 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Şərh оlunаnlаrа əsаsən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. JN-1006A saylı, KOD 50806028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar