Məhkəmə qərarları › İş №2(066)-454/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-454/2023

12.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-454/2023 12.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh1, X6, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə 12 may 2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1, X6, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X7 mülkiyyətində olmuş, ondan miras qalmış AZ **-BB-*** dövlət qeydiyyat nişanlı, 1980-ci il buraxılışlı VAZ-21011 markalı avtomobilin qanun üzrə mirasın qəbul edilməsi faktı müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh1, X11, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Qeyd olunan cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X14 ilə anası X15 nikah orqanlarında nikah qeydə alınmadan bir yerdə yaşamaqla bir təsərrüfatı idarə etmişlər. Bu nikah 1974-cü ildə Yevlax şəhəri qəsəbə sovetində rəsmiləşərək 1974-cü ilin oktyabr ayının 11-i günündə 16 nömrə ilə nikah aktları kitabında qeydə alınmışdır. Mərhum atası X16 ilə anası X4 iddiaçı anadan olmuşdir. Bu hal X13 ilə təsdiq olunur. Mərhum atası X16 06 yanvar 2018-ci il tarixdə vəfat etmişdir. Bu hal onun adına tərtib edilmiş AZ-1 909068 saylı 17 yanvar 2018-ci il tarixli 11 nömrə ilə qeydə alınmış X19 ilə təsdiq olunur. Mərhum atası Namaz Hüseynovun sağlığında AZ ** BB *** dövlət qeydiyyat nişanlı 1980-ci il buraxılışlı VAZ-21011 markalı yüngün avtomobil mülkiyyətində olmuşdur. Həmin göstərilən avtomobili mərhum atasının ölümündən sonra iddiaçı qanun üzrə qəbul edərək heç bir maneə olmadan istifadə və sahiblik hüquqlarını həyata keçirir. Mövcud avtomobili qanun üzrə qəbul edilməsi ilə əlaqədar vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Gəncə "ASAN" xidmət mərkəzinin Notariat Kontoruna müraciət etmiş, oradan ona bildirmişlər ki, mirasın qəbulu üçün müddət keçmişdir, odur ki, mirasın qanun üzrə qəbul edilməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməyi ona məsləhət görülmüşdür. Məhkəmə iclasında şahid qismində iştirak edən X15 izahatında iddiaçının onun oğlu olmasını, oğlu X3 olmasını və ailə qurmadan 2003-cü ildə vəfat etməsini, oğlu Ədalət Hüseynovun da rəhmətə getməsini, onun da bir qızı olmasını və onun da əvvəldən Mingəçevir şəhərinə ərə getməsini, digər oğlu Elburus Hüseynovun da atası rəhmətə getməmişdən 2 il qabaq vəfat etməsini, özünün isə notariat orqanında miras qalmış avtomaşından ona çatası paydan imtina etməsini bildirdi və odur ki, iddianın qanunauyğun həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və şahidlərin izahatını dinləyib və iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AAN seriyalı, 022041 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, AZ ** BB *** dövlət qeydiyyat nişanlı 1980-ci il buraxılışlı, VAZ-21011 markalı nəqliyyat vasitəsi X7 adına qeydə alınmışdır. İş materiallarında olan Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin 01 noyabr 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı mərhum atası X16 ölən bir günə kimi Göygöl şəhəri A.Kazımov küçəsi 14 saylı evdə qeydiyyatda olmaqla yaşamış və 06 yanvar 2018-ci il tarixdə vəfat etmişdir. İddiaçı təqdim etdiyi sənədlərə və özünün verdiyi məlumata əsasən atası X2 ölümündən sonra həyat yoldaşı X15, oğlu İddiaçı,vəfat etmiş oğlu X17, vəfat etmiş oğlu X18 və vəfat etmiş oğlu X12 ailə üzvləridir. İş materiallarına əlavə olunan Yevlax şəhəri 28 aprel qəsəbə soveti tərəfindən 11 oktyabr 1974-cü il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X15 nikahlarını 11 oktyabr 1974-cü -cü ildə bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadları verilmişdir. İş materiallarına əlavə edilmiş 30 dekabr 1974-cü il tarixdə verilmiş X13nin surətindən görünür ki, xx xxx 1962-ci il təvəllüdlü İddiaçı atası X14, anası isə X10r. İş materiallarında olan Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 909068 nömrəli X19nin surətindən görünür ki, X14 06 yanvar 2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 849222 nömrəli X19nin surətindən görünür ki, X12 21 sentyabr 2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Yevlax şəhəri İHB-nın Aran qəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 087727 nömrəli X19nin surətindən görünür ki, X18 13 iyul 2004-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Yevlax şəhəri İHB-nın Aran qəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 035566 nömrəli X19nin surətindən görünür ki, X17 07 sentyabr 2003-cü il tarixdə ölmüşdür. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, X15 əri X9 xx.xx.2018-ci il tarixdə ölümündən sonra miras qalmış AZ66BB387 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ona çatası ½ hissəyə dair mülkiyyət hüquqlarını rəsmiləşdirmək və mülkiyyət hüququ haqqında şəhadətnamə almaq istəmir. Gələcəkdə bu barədə hər hansı bir mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional ASAN Xidməti Mərkəzində notariat ofisinin 21 oktyabr 2022-ci il tarixli İddiaçı ünvanlanmış məktubdan görünür ki, müraciətə cavab olaraq bildirilmişdir ki, mirasın qəbul müddəti keçirilldiyindən mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı bütün diqqətəlayiq hallara aydınlıq gətirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, AZ ** BB *** dövlət qeydiyyat nişanlı 1980-ci il buraxılışlı, VAZ-21011 markalı nəqliyyat vasitəsi X7 adına qeydə alınmışdır. Nəqliyyat vasitəsinə dair AAN seriyalı, 022041 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. İddiaçının mərhum atası X14 06 yanvar 2018-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra iddiaçı və cavabdehlər onun vərəsələri qalmışdır. Cavabdehlər miras açılandan sonra nə qanunla müəyyən edilmiş müddətdə mərhum N.Hüseynovdan qalan mirasın qəbulu ilə bağlı notariusa müraciət etməmiş nə də ki, miras əmlaka sahiblik etməmişlər. İddiaçı mülkiyyət hüququnun əmələ gəldiyi andan AZ ** BB *** dövlət qeydiyyat nişanlı 1980-ci il buraxılışlı, VAZ-21011 markalı nəqliyyat vasitəsini sahiblik edərək istifadə edir. Həmçinin mərhum N.Hüseynovun həyat yoldaşı X15 notariat orqanında ərizə verərək mərhum əri N.Hüseynovdan miras qalmış nəqliyyat vasitəsindən ona çatası ½ hissəyə dair mülkiyyət hüququ haqqında şəhadətnamə almaq istəməmişdir və gələcəkdə də bu barədə hər hansı mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin iddiaçının izahatına əsasən cavabdehlər miras qalmış nəqliyyat vasitəsindən öz paylarını tələb edir. Odur ki, İddiaçı mərhum atası X5 miras qalmış AZ ** BB *** dövlət qeydiyyat nişanlı 1980-ci il buraxılışlı, VAZ-21011 markalı nəqliyyat vasitəsinə dair özü tərəfindən qanun üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağırılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik münasibətləridir. Mirasın açılması (vərəsəlik hüquq münasibətinin yaranması) iki məsələ - mirasın açıldığı vaxt və mirasın açıldığı yerlə bağlıdır. Mirasın açıldığı vaxt vərəsələrin dairəsinin, vərəsələrin fəaliyyət qabiliyyətinin, miras əmlakın tərkibinin (həcminin), məcburi payın müəyyənləşdirilməsi, iddia müddətinin axımının keçməsi və bu kimi bir çox məsələlərin həlli üçün zəruridir. Bundan əlavə, mirası qəbul etmək və ondan imtina etmək üçün nəzərdə tutulan müddət mirasın açıldığı vaxtdan asılı olaraq müəyyən edilir. Həmçinin miras açıldığı vaxtdan qəbul edilmiş miras vərəsəyə məxsus hesab olunur, yəni vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin müəyyənləşdirilməsi də mirasın açıldığı vaxta bağlıdır (Mülki Məcəllənin 1322-ci maddəsi). Mülki qanunvericilik mirasın açıldığı yerin tənzimlənməsinə xüsusi diqqət yetirmişdir. Mülki Məcəllənin 1147-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1-ci maddəsində isə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrin dairəsi müəyyən edilmişdir. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər (Mülki Məcəllənin 1134.2-ci maddəsi). Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Qarşılıqlı razılıq əsasında mirasın bölgüsü ümumi qayda olmaqla vərəsələr arasında birgə sazişə uyğun notariat və ya məhkəmənin iştirakı olmadan miras əmlakın bölüşdürülməsidir. Miras əmlakın bölgüsü barədə vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı razılaşma əsasında miras bölgüsü həyata keçirilir. Mirasın vərəsələr arasında miras qoyan tərəfindən bölüşdürülməsi də mümkündür. Bu halda miras hələ miras qoyanın sağlığında qoyulmuş vəsiyyətnamə üzrə vərəsələr arasında bölüşdürülür. Belə ki, Mülki Məcəllənin 1275‐ci maddəsinə əsasən, miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər. Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyrimümkün olsun. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X2 mülkiyyətində olan, ondan miras qalmış AZ **-BB-*** dövlət qeydiyyat nişanlı 1980-ci il buraxılışlı VAZ- 21011 markalı avtomobilin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X2 mülkiyyətində olan, ondan miras qalmış AZ **-BB-*** dövlət qeydiyyat nişanlı 1980-ci il buraxılışlı VAZ-21011 markalı avtomobilin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. Bu qətnamə hüquqların qeydiyyata alınması üçün əsas hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar