Məhkəmə qərarları › İş №2(066)-458/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-458/2023

17.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-458/2023 17.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Ərizəçinın iştirakı ilə Sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Göygöl şəhərində 14 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Torpağın Mülkiyyətə verilməsinə dair JN-387A saylı KOD 50804018 nömrəli X1 yazılmış hissəsinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edib göstərdi ki, Göygöl rayonu Cümşüdlü kəndində yerləşən 0.15 ha torpaq sahəsi Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 06 avqust 2000-ci il tarixli 12 saylı qərarına əsasən onun mülkiyyətinə verilmişdir. Bu barədə Torpağın Mülkiyyətə verilməsinə dair JN-387A kod 50804018 nömrəli Şəhadətnamə var. Onun şəxsiyyətini təsdiq edən sənədlərində soyadı Cavadov olmasına baxmayaraq həmin şəhadətnamədə soyadı səhvən Cəfərov kimi yazılmışdır. Şəhadətnamədə yol verilmiş həmin səhvə görə torpağa dair rəsmiləşdirmə işləri apara bilmədiyindən eləcə də mülkiyyət hüququ pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Torpağın Mülkiyyətə verilməsinə dair JN-387A saylı KOD 50804018 nömrəli X1 yazılmış hissəsinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlanldırılmasına baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X2 və X11, məhkəmə iclasında ifadə verərək JN-387A saylı KOD 50804018 nömrəli Şəhadətnamədə göstərilən X9 ilə Ərizəçinın eyni şəxs olması faktını təsdiq etdilər. İşdə olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-387A saylı KOD 50804018 nömrəli Şəhadətnamədə Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 06 avqust 2000-ci il tarixli 12 saylı qərarına əsasən X8 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,15 ha torpaq sahəsi verilməsi göstərilmişdir. İşə əlavə edilmiş AZE seriyalı 13731806 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci ildə anadan olmuşdur. İşdə olan AZB seriyalı 026597 nömrəli doğum şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci ildə Xanlr rayonunun Balçılı kəndində anadan olmuş, atası X15, anası isə X6r. İşdə olan Göygöl rayon Balçılı kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 932 nömrəli arayışında Torpağın Mülkiyyətə verilməsinə dair JN-387A saylı KOD 50804018 nömrəli Şəhadətnamədə Ərizəçinın adı texniki səhv olaraq X4 yazıldığı və təsərrüfatbaşına kitabda X9 adlı şəxsin qeydiyyatı olmadığı göstərilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 851/2023 sayl bildirişdə Torpağın Mülkiyyətə verilməsinə dair JN-387A saylı KOD 50804018 saylı Şəhadətnamədə hüquq sahibin adı X4 qeyd olunduğu və X9 ilə Ərizəçi eyni şəxs olmasını təsdiq edən sənəd (məhkəmə qətnaməsi) təqdim olunmadığının müəyyən edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.5-ci maddələrinə əsasən məhkəmə sənədin şəxsə məxsus olması barədə hüquq faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual-Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Torpağın Mülkiyyətə verilməsinə dair JN-753A kod 50801004 X3 yazılmış hissəsinin X7 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağın Mülkiyyətə verilməsinə dair JN-387A saylı KOD 50804018 nömrəli X1 yazılmış hissəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar