Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-458/2024 15.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Ərizəçilər Hacıyeva (Məmmədova) Aminə Kamran qızının, Ərizəçi2 cavabdeh «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Hacıyeva (Məmmədova) Aminə Kamran qızının, Ərizəçi2 cavabdeh «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” dair ərizə ilə məhkəməyə müraciət edərək, keçmiş Xanlar rayon Aqrar İslahat Komissiyasının 3 noyabr 1997-ci il tarixli 16 saylı qərarına əsasən onun və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,87 hektar kənd təsərrüfatı təyinatlı, yəni kənd təsərrüfatı məhsulları yetişdirilməsi üçün bizim və digər ailə üzvlərimin adına verilmiş JN-241 KOD 50802038 saylı torpağa mülkiyyət hüquqununa dair dövlət aktının onlara məxsus olması faktının təsdiq edilməsi, yəni sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir. Ərizəçilər məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.06, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: Ərizəçilər Hacıyeva (Məmmədova) Aminə Kamran qızının, Ərizəçi2 cavabdeh «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-458/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-458/2024
15.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver