Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-460/2024 22.04.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X3 Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik Hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” nə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik Hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna dair JN-0093 KOD 50802038 saylı X2 Kifayət Şəmistan qızı yazılmış hissəsinin ona yəni, Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə hazırlıq iclasında baxılarkən Ərizəçi məhkəməyə ərizə təqdim edərək, ərizəsini və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik Hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-460/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-460/2024
22.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver