Məhkəmə qərarları › İş №2(066)-483/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-483/2024

03.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-483/2024 03.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-021A, KOD 50811018 saylı şəhadətnamənin X8 yazılmış hissəsinin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, tel:01.01.2000xx.xx.2000-ci il tarixdə Xanlar rayonunun Çaylı kəndində anadan olmuşdur. Şəxsiyyətini təsdiq edən sənədlərində soyadı Hüseynova, adı Aysu, atasının adı Şükürdür. Xanlar (Göygöl) rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1997-ci il tarixli 04 saylı qərarına əsasən onun və eləcə də ailə üzvülərinin mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,10 ha torpaq sahəsi verilmişdir. Bu barədə Torpağın Mülkiyyətə verilməsinə dair JN-021A KOD 50811018 saylı şəhadətnamə var. Həmin şəhadətnamədə onun adı Aysu əvəzinə səhvən Aysel kimi yazılmışdır. Belə ki, Ərizəçi əvəzinə səhvən X2 yazılmışdır. Şəhadətnamədə yol verilmiş həmin səhvin mövcudluğu onun mülkiyyət hüququnu pozduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı Ərizəçi izahatında ərizəni müdafiə edərək göstərdi ki, onun adı torpağa dair şəhadətnamədə Aysu əvəzinə səhvən Aysel yazılmışdır. Özündən başqa bir bacısı və bir qardaşı vardır. Lakin onların adı şəhadətnamədə qeyd olunmamışdır. Şəhadətnamədə özündən başqa ancaq ata və anasının adı vardır. Qeyd edilən yalnışlığı məhkəmədən kənar aradan qaldıra bilməmişdir. Odur ki, ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ərizəçi Aysu onun qızıdır. Aysel adı Torpağın Mülkiyyətə verilməsinə dair JN-021A KOD 50811018 saylı şəhadətnamə səhv yazılmışdır. X16 rəhmətə getmişdir. Aysel adının şəhadətnamədə səhv yazılmasını təsdiq etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşının nəvəsidir. X5r. Onun adı torpaq sənədində səhvən Aysel yazılmışdır. Həmin torpağın üzərində heç bir mübahisə yoxdur. X15, Gültəkin və Vaqif adlı uşaqları vardır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ərizəçinin qonşusudur. Onun mərhum atası ilə 1968-ci ildən eyni kənddə qonşu kimi yaşayırlar. Şükür rəhmətə getmişdir. Aysugil ailədə 3 uşaqdır. Onların Aysel adında ailə üzvləri və qohumları yoxdur. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan JN-021A, KOD 50811018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1997-ci il tarixli, 04 saylı qərarı ilə X3 və digər şəxslərin mülkiyyətinə 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubundan görünür ki, Şahid2 ərizəsinə əsasən aparılan araşdırma zamanı Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən, faktiki torpaq sahəsinin koordinatları ilə sənəd üzrə korrdinatları arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Həmçinin qeyd olunan şəhadətnamədə hüquq sahibinin adına X2 qeyd olunduğu və Ərizəçi ilə şəhadətnamədə qeyd olunmuş eyni şəxs olmalarını təsdiq edən sənədin (məhkəmə qətnaməsinin) tərəflərindən təqdim ediilmədiyi müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Çaylı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 15 dekabr 2023-cü il tarixli arayışından görünür ki, Şahid2 mərhum əri X4 verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-021A, kod 50811018 nömrəli şəhadətnamədə olan şəxslərin düzgün adı, soyadı, atasının adı Ərizəçi kimidir. İşdə olan xx.xx.2014-cü ildə verilmiş AZ-İİİ 346866 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2000-ci ildə doğulmuş Ərizəçi atası X7, anası isə Şahid2dır. İşdə olan 01 mart 2000-ci il tarixdə nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X1 nikahları 01 mart 2000-ci ildə bağlanmış, nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İşdə olan Göygöl rayon İHB-nın Çaylı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ 286950 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2009-cu ildə ölmüşdür. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, həqiqətən Ərizəçi ünvan 1 ünvanda qeydiyyatsız yaşayır. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2000-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1997-ci il tarixli, 04 saylı qərarı ilə ərizəçi X6 və ataanasına fərdi yaşayış evi təyinatlı 0,10 ha torpaq sahəsi ayrılmış və bununla bağlı JN- 021A, KOD 50811018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamədə ərizəçinin adı Ərizəçi olduğu halda səhvən X2 qeyd edilmişdir. Ərizəçinin ailə üzvü Şahid2 bu iş üzrə maraqlı şəxs kimi qeyd etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək Göygöl rayonu Çaylı kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin həmin təşkilatdan ona imtina edilmişdir ki, qeyd olunan şəhadətnamədə hüquq sahibinin adına X2 qeyd olunduğu və Ərizəçi ilə şəhadətnamədə qeyd olunmuş eyni şəxs olmalarını təsdiq edən sənədin (məhkəmə qətnaməsinin) tərəflərindən təqdim ediilmədiyi müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Sözügedən sənədin “Ərizəçi” na məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Belə ki, sənədi vermiş DTXK Xanlar rayon şöbəsi artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Digər şəxslərə məxsus olması nəzərə alınmaqla, JN-021A saylı, KOD 50811018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim :Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar