Məhkəmə qərarları › İş №2(066)-5/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-5/2024

07.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-5/2024 07.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 10 avqust 2005-ci il tarixdə Azərbaycan Respublikasının Göygöl rayonunun Mollacəlilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Göygöl rayonunun Mollacəlilli kəndində yaşayan X7 fəaliyyət qabiliyyətsiz hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 16 iyil 2010-cu il tarixli, 2(043)-254/2010 saylı qətnaməsi ilə 10 avqust 2005-ci il tarixdə anadan olmuş X8 onun və X6 övladlığına verilməsi, 10 avqust 2005-ci il tarixdə anadan olmuş X9 yeni veriləcək doğum haqqında şəhadətnamədə soyadı Niyazov, adı Heydər, doğulduğu yer Göygöl rayonu Mollacəlilli kəndi valideyinləri qrafasında atası Ərizəçi, anasının adı isə X2 qeyd edilməsi qət olunmuşdur. Həmin vaxtdan oğlu onların yanında yaşayır bütün qayğılarını onlar çəkirlər. X4 anadangəlmə xəstədir, özünü idarə edə bilmir, bir çox hallarda hərəkətinin mənasını anlaya bilmir, sağ böyrəyi yoxdur, əlildir başqasının köməyindən istifadə edərək hərəkət edir, başqasının köməyinə ehtiyacı olduğundan qanunla müəyyən olunmuş hüquqlarından istifadə edə bilmir. Hesab edir ki, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və onun müəyyən hüquqlarının həyata keçirilməsi üçün onun üzərinə atası kimi o, qəyyum təyin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərini müdafiə edərək, əlavə olaraq göstərdi ki, X4nun qayğısına qalır, nə ehtiyacı olsa onu qarşılayır. X7 fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib və ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, işdə olan qətnamədən görünür ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 16 iyil 2010-cu il tarixli, 2(043)-254/2010 saylı qətnaməsi ilə 10 avqust 2005-ci il tarixdə anadan olmuş X1 Şahbaz Qurban oğlunun və X6 övladlığına verilməsi, 10 avqust 2005-ci il tarixdə anadan olmuş X9 yeni veriləcək doğum haqqında şəhadətnamədə soyadı Niyazov, adı Heydər, doğulduğu yer Göygöl rayonu Mollacəlilli kəndi valideyinləri qrafasında atası Ərizəçi, anasının adı isə X2 qeyd edilməsi qət edilmişdir. İşdə olan AZ-İİ seriyalı, 496762 saylı doğum haqqında şəhadətmnamənin surətindən görünür ki, X12 xx.xx.2010-cu il tarixdə doğulmuşdur. Valideynləri- atası Ərizəçi, anası X10 qeyd edilmişdir. İşdə olan səhhətin müayinə aktından görünür ki, 2005-ci il təvəllüdlü X3.M.C.Cavad-Zadə adına Respublika kliniki uroloji xəstəxanada xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək stasionar müaynə olunmuş ona anadangəlmə vahid sol böyrək diaqnozu qoyulmuşdur. İşdə olan Göygöl RİHB Mollacəlilli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Göygöl rayonu Mollacəlilli kəndində yaşayır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi X15 şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 53 saylı rəydən görünür ki, 10 avqust 2005-ci il tarixdə anadan olmuş X12 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, öz hərəkətlərinin mənasını anlamaq, öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində olduğundan o, hal-hazirda FƏALİYYƏT QABİLİYYƏTİ OLAN şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanlarının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 317.3-cü maddəsinə görə, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşadığı yer üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.1-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və Məhkəmə Psixiatrik Ekspertizasının rəyi ilə müəyyən olundu ki, 10 avqust 2005-ci il tarixdə anadan olmuş X12 öz hərəkətlərinin mənasını anlamaq, öz hərəkətlərini idarə edə bilmək qabiliyyətindədir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi X15 şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 53 saylı rəylə 10 avqust 2005-ci il tarixdə anadan olmuş X12 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən öz hərəkətlərinin mənasını anlamaq, öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində olduğundan hal-hazırda FƏALİYYƏT QABİLİYYƏTİ OLAN şəxs hesab edildiyindən 10 avqust 2005-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilməsin. Ərizəçi 10 avqust 2005-ci il tarixdə Azərbaycan Respublikasının Göygöl rayonunun Mollacəlilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Göygöl rayonunun Mollacəlilli kəndində yaşayan X7 fəaliyyət qabiliyyəti olmayan hesab olunması tələbi rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar