Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-511/2025 10.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə ona hesablanmış 172,8 (bir yüz yetmiş iki manat, səksən qəpik) manat məbləğində cərimənin qanunsuz və əsassız olduğu üçün silinməsi barədə qətanamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Göygöl rayonu, Quşqara kəndində yaşayış evinə Cavabdeh İB-nin Gəncə X13 İdarəsinin Göygöl XS-i (qaz paylayıcı) tərəfindən qaz sayğacı quraşdırlmış və istifadələrinə verilmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh İB-nin Gəncə X13 İdarəsinin Göygöl XS-i tərəfindən ******* №-li akt tərtib edilərək yaşadığı evdə olan qaz sayğacı çıxarılmış və yenisi ilə əvəz olunması üçün dəyişdirilmişdir. Həmin akta əsasən guya onların təqsiri üzündən G-4 markalı **********4 №-li sayğacın hesablama mexanizmi qazın həcmini qeyd etmir. Buna görə də mrəhum atasının adına əsassız şəkildə 172,8 (bir yüz yetmiş iki manat, səksən qəpik) manat cərimə yazılmışdır. Məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edir ki, onların bu cərimədən xəbərləri olmamış və onlar qaz sayğacına müdaxilə etməmişlər. Atası xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bundan başqa da sayğacın saz vəziyyətdə olmasına nəzarət etmək qaz paylayıcı üzərinə düşür. Yəni vaxtlı-vaxtında istehsalçı sayğacın işlək vəziyyətə olub olmamasını yoxlamalı və baş verə biləcək hər hansısa hadisələrin qarşısını almalıdır. Cavabdeh İB-nin Gəncə X13 İdarəsinin Göygöl XS-i tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li aktı və bunun əsasında yazılmış 172,8 (yüz yetmiş iki manat səksən qəpik) manat cəriməni qanunsuz və əsassız hesab edir və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, tarixini dəqiq xatırlamadığı bir vaxtda onların yaşadıqları evdə qaz sayğacını dəyişmişlər və bundan bir müddət keçdikdən sonra onlar çekə baxdıqda orada cərimə məbləği hesablanmasını görmüş və bundan sonra nəzarətçi ilə maraqlandıqda ona laborotoriya tərəfindən yazılmış cərimə olması bildirilmişdir. Onun isə bundan heç bir xəbəri olmamış və ona bu haqqda məlumat verilmişdir. Əlavə olaraq bildirdi ki, sayğacın çıxarılmasında iştirak etmiş, lakin sayğac çıxarılarkən ona cərimə hesablanması barədə ona heç bir şey deməmişlər. Sayğac hazırda onun adınadır. O həmin evdə doğulmuş və 33 ildir ki, həmin ünvanda yaşayır. O, tələbnaməyə qol çəkməmişdir. Onun anasına Azəriqaz əməkdaşları sayğacı yenisi ilə əvəz etmələrini bildirmişlər bu səbəbdən ona imza etdirmişlər, lakin cərimə yazılması barədə onlara heç nə deməmişlər. Onlar yay aylarında Ağdamda olurlar. Sayğaca laborotoriyada baxış keçirilməsi ilə bağlı onlar çağırılmamışdır. Ona 144 manat borc hesablanmışdır. Məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə bildirdi ki, iddiaçıya məxsus sayğac xx.xx.2021-ci il tarixdə dəyişdirilmiş və xx.xx.2021-ci il tarixdə isə akt üzrə borc hesablanmışdır. Sayğacdan keçən qazı qeyd etmədiyindən sayğac dəyişdirilmiş və texniki baxışdan sonra 1 ay göstəricisi götürülümş və abonentə 144 manat hesablama aparılmışdır. Sayğacın nə vaxt quraşdırılması aktda qeyd edilməmişdir. Sayğac növbədən kənar yoxlama əsasında çıxarılmışsa onun istismar müddəti bitməmişdir. Çıxarılan sayğac çox güman ki 2016-cı ildən əvvələ aid deyil. Sayğac çıxarılarkən möhür üzərində olmuş və hər hansı xəsarəti olmamış, sadəcə keçən qazın həcmini qeyd etməmişdir. Sayğac nöqsanla işləmiş və qazı düzgün hesablamamışdır. Onlar abonentin təqsirini deyil sayğacdan keçən növbədən kənar qaz sərfiyyatını nəzərə almışlar. Sayğacın istismar müddəttinin bitibbitməməsi və hansı tarixdə quraşdırılması barədə sənədləri vaxt verilərsə məhkəməyə təqdim edə bilərlər. Sayğaca baxış zamanı o iştirak etmədiyindən, sayğac götürülən zaman qablaşıdırılıb-qablaşdırılmaması və sayğaca laborotoriya şəraitində baxış keçirilməsi barədə abonentə bildiriş təqdim edilib-edilməməsi barədə məlumatı yoxdur. Sayğac iki ay sərfiyyatı qeydə alsa da bunu nöqsanla qeydə almışdır. Sayğac çıxarılarkən abonentin faktiki olaraq məlumatı olmuşdur. Məhkəmədən iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəfləri dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent X8 kəndində yerləşən fərdi yaşayış evində Elister G-4 markalı **********4 nömrəli sayğac növbədənkənar yoxlama zamanı əvəz olma əsası ilə çıxarılmış və Zinner markalı **********7 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, abonent X10 rayonu, Quşqara kəndi, ev 157 ünvanında quraşdırılan sayğaca ARDNŞ-i Azəriqaz İB-i Qaz sayğacının yoxlanması barədə AKT № MSK-29/1710-05231-1 nömrəli rəyinə əsasən baxış keçirilmiş və sayğacdan qaz keçməsi, hesablama mexaniziminin keçən qazın həcmini qeyd etməməsigöstərilmiş, aktı Radə Babayevanın imzalaması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş dəymiş ziyanın bərpasına dair 29 dekabr 2021-ci il tarixli tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2021-ci il tarixli MSK-29/1710- 05231-1 nömrəli Aktına əsasən G-4 markalı, **********4 nömrəli sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi aşkar edilmiş və cəmi 1440 m3 ziyan hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin (**********00000) saldosundan görünür ki, İddiaçı abonent hesabına 2021-ci ilin dekabr ayı üzrə akt əsasında 144 (bir yüz qırx dörd) manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 274317 nömrəli, xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə xroniki qaraciyər çatışmamazlığından Göygöl rayonu, Quşqara kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 03-cü ayının 31-ci günündə 118 №-li qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Göygöl (Xanlar) rayonu, Quşqara kəndində anadan olmuşdur və Göygöl rayonu, Quşqara kəndində kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nın Quşqara kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 42 saylı arayışdan görünür ki, İddiaçı Göygöl rayonu, Quşqara kəndində qeydiyyatda olmaqla yaşayır. Məhkəmə baxışı zamanı iş materialları ilə müəyyən olundu ki, Cavabdeh Gəncə X13 İdarəsinin nümayəndələri abonent olan İddiaçı yaşadığı Quşqara kəndində fərdi yaşayış evinə quraşdırılmış Elister G-4 markalı **********4 nömrəli sayğac növbədənkənar yoxlama zamanı əvəz olma əsası ilə xx.xx.2021-ci il tarixli, ******* saylı aktla çıxarılmış və Zinner markalı **********7 nömrəli sayğac quraşdırılmış, bundan sonra xx.xx.2021-ci il tarixli ******* nömrəli aktla sayğacdan qaz keçməsi, hesablama mexaniziminin keçən qazın həcmini qeyd etməməsi müəyyən edilərək Cavabdeh itirilmiş qaz sərfiyatına görə 144 (bir yüz qırx dörd) manat manat vurulmuş ziyan istehlakçının istifadəsində olan yeni qaz sayğacına hesablanmışdır. Cavabdeh aktı imzalamış əməkdaşları tərəfindən akt tərtib olunarkən abonent iştirak etməmiş, köhnə sayğac çıxarıldıqdan dərhal sonra qablaşdırılıb üzəri möhürlənməklə ekspertizaya təqdim edilməsi üçün göndərilməsinə dair hər hansı bir tədbir görülməmiş, həmçinin sayğacının ekspertizadan keçirilərkən aşkarlanmış qüsurların yaranmasında abonentin ailə üzvləri və həmin evdə yaşayan şəxslərin təqsiri olması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, bu halları təkzib edəcək hər hansı bir dəlillər cavabdeh tərəfindən irəli sürülməmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, sayğaca müdaxilə edilməməsi üçün üzərinə qoruyucu möhür vurulmuş və həmin möhür sayğac çıxarılarkən sağlam olmuş, lakin köhnə sayğac çıxarılarkən nasazlığın olması aşkar edilməmiş və abonentin ailə üzvlərinə bildirilməmiş, sayğac çıxarıldığı dövrədək abonentinin istifadə etmiş qazın dəyəri hesablanmış və abonent tərəfindən ödənilmişdir. Həmçinin sayğacının ekspertizadan keçirilərkən aşkarlanmış həmin qüsurun yaranmasında abonentin ailə üzvləri və həmin evdə yaşayan şəxslərin təqsiri olması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacında qaz keçməsi, hesablama mexaniziminin keçən qazın həcmini qeyd etməməsi gözlə görünən nöqsan olmamaqla, sayğacın üzərində qoruyucu möhrünün və zədəsinin olmaması sayğacda olan bu nöqsanın abonentin təqsirli hərəkətlərindən baş verməsini istisna edir, çünki sayğaca belə bir müdaxilənin qəsdlə edilmiş olmasını ehtimal ediləcəyi halda, bu yalnız sayğacın quraşdırılmasından və üzərinə qoruyucu möhürü vurulmasından öncə edilmiş olması mümkündür. Lakin sayğac cavabdeh təşkilatın əməkdaşları tərəfindən quraşdırılmış və üzəri möhürlənmiş, sayğac yenisi ilə əvəz edilən dövrədək qaz sərfiyyatını qeydə alınmış və abonentin saldosunda aylar üzrə gösətrilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmiş, qeyd edilən nöqsan barədə tərtib edilmiş akt sayğacı yenisi ilə əvəz etmiş şəxslər tərəfindən aşkar edilməmiş və həmin vaxt abonent və həmin evdə yaşayan ailə üzvlərinin iştirakı təmin edilməmiş, sayğac xüsusi qablaşdırma olmadan götürülmüş, sayğacda olan zədənin abonentin təqsirindən və ya istismar müddəti bitməsindən yaranması barədə sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.4-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Məhkəmə qeyd edilən akt və qərarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan əlavə, məhkəmə Cavabdeh Göygöl X12 İdarəsinin xx.xx.2021-ci il tarixli ******* nömrəli aktına əsasən sayğacında qaz keçməsi, hesablama mexaniziminin keçən qazın həcmini qeyd etməməsi qeydinin istehlakçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı evindən çıxarılmış qaz sayğacının ekspertizadan keçirilərək hansı mexanizminə müdaxilə olunmasını, bu müdaxilənin abonent tərəfindən edilməli bir hərəkət olmasını və qaz sərfiyyatının nə qədər itki ilə hesablamasını müəyyən etməməkdə cavabdeh səhvə yol vermiş və bu halları təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edilməmişdir, belə olan halda abonentin təqsiri üzündən qaz itkisinin olmasını qəbul edilməsi yol verilməzdir və iddiaçının təqsirli hərəkətləri nəticəsindən qeyd edilən nöqsanların yaranmasını təsdiq edən sübutları cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin abonent istifadə edilmiş qazın dəyərini hər ay ödəmiş və sayğac sərfiyyatı qeydə almışdır. Məhkəmə hesab edir ki, iddia tələbi borcun əsassız hesablanması hissəsində əsaslıdır. Həmçinin göstərilən akt əsasında hesablanmış abonentə 144 (bir yüz qırx dörd) manat səksən üç qəpik) manat borc məbləği hesablanmasına baxmayaraq, iddia tələbində hesablanmış 172,8 (bir yüz yetmiş iki manat, səksən qəpik) manat borcun silinməsi xahiş edilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh Gəncə X12 İdarəsinin abonent İddiaçı barəsində hesabladığı itirilmiş qaz sərfiyyatı kimi 144 (bir yüz qırx dörd) manat ziyan olaraq hesablanmış məbləğ İddiaçı abonent hesabından silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı istehlakçı olduğundan iddia ərizəsi verərkən dövlət rüsumu ödəməkdən azad edildiyi üçün dövlət rüsumu ödəməmişdir və iddia tələbi təmin edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Odur ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 144 (bir yüz qırx dörd) manat borc məbləği abonent İddiaçı (**********00000) abunə hesabından silinsin. Cavabdehndən 30 (otuz manat) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-511/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-511/2025
10.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver