Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-512/2023 05.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və Ərizəçi1 iştirakı ilə, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** və ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarışlarda mülkiyyət hüququ sahiblərinin adları, soyadları və atalarının adı göstərən qrafada X6 Ərizəçi1 kimi göstərilməsi, Göygöl rayonunun Quşqara kəndində yerləşən 0,703 və 0,7989 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin onların ailə üzvlərinə məxsus olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 3 saylı Gəncə Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 izahatında ərizəni müdafiə edərək göstərdi ki, Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** və ********** qeydiyyat nömrəli xx.xx.2014-ci il tarixli Çıxarışlarla Göygöl rayonunun Quşqara kəndində yerləşən 0,703 və 0.7989 ha. kənd təsərrüfatı təyinaltı torpaq sahələri onların ailə üzvülərinin adına qeydə alınmışdır. Dövlət reyestrində ********** və ********** qeydiyyat nömrəli xx.xx.2014-ci il tarixli Çıxarışlarla Göygöl rayonunun Quşqara kəndində yerləşən 0,703 vǝ 0,7989 ha. kənd təsərrüfatı təyinaltı torpaq sahələri onların mülkiyyətində olması təsdiq olunur. Yuxarıda göstərilən Çıxarış tərtib olunan zaman, mülkiyyət hüququnun sahiblərinin adı, soyadı və atasının adı göstərən qarafada texniki səhf olaraq Ərizəçi1 olmasına bamayaraq, X4 göstərilmişdir. Göstərilən torpaq sahəsi üzrərində istifadə, sahiblik hüquqlarını heç bir maneə olmadan həyata keçirərək əkib becərirlər. Göygöl rayonunun Quşqara kəndində 0,703 və 0,7989 ha torpaq sahələri üzərində qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirə bilmirlər. Bu səbəbdən AR.ƏMDX-i, DƏDK vǝ Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** və ********** qeydiyyat nömrəli xx.xx.2014-ci il tarixli Çıxarışlarda olan texniki səhvin aradan qaldırılmasını xahiş etmişlər. Cavab olaraq məhkəməyə müraciət olunması tövsif olunmuşdur. Təqdim olunan AA ******* nömrəli şəxsiyyət vəsiqəsində Ərizəçi1 olması təsdiq olunur. X3 və anası X2 vəfat etmişlər. AZ- 1 901761 və AZ- 1 676568 nömrəli mərhumların adına olan ölüm haqqında şəhadətnamə ilə təsdiq olunur. Yuxarıda göstərilən torpaq üzərində qanunvericiliyə uyğun mülkiyyət hüquqlarını həyata keçirmək üçün çıxarışlarda olan uyğunsuzluq aradan götürülməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmalarını bildirdi və göstərdiklərinə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 izahatında Göygöl rayonunun Quşqara kəndində yaşamasını, ərizəçilərlə qonşu həm də qohum olmasını bildirdi və texniki səhv olaraq ərizəçinin adının çıxarışlarda İlahi əvəzinə İlham kimi yazılmasını təsdiq etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X9 izahatında şahid X5 ilə eyni məzmunda izahat verərək onun ifadəsini təsdiq etdi. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Quşqara kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 17 yanvar 2023-cü il tarixli, 31 saylı Ərizəçi1 verilmiş arayışdan görünür ki, ona məxsus olan RX ******* qeydiyyat nömrəsi **********, Reyestr nömrəsi **********97, qeydiyyat tarixi xx.xx.2014 olan çıxarışda adı səhvən İlham yazılmışdır. Düzgün yazılış forması Ərizəçi1 kimidir. İş materiallarında Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Quşqara kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 04 may 2023-cü il tarixli, 226 saylı Ərizəçi1 verilmiş arayışdan görünür ki, onun doğum haqqında şəhadətnaməsində həqiqətən adı İlahidir. Şəhadətnamə A2 № 1747112 İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 20 fevral 2023-cü il tarixli Ərizəçi1 ünvanlanmış məktubundan görünür ki, çıxarışlarda olan uyğunsuzluğun aradan qaldırılmasına görə müraciət edilmiş, uyğunsuzluğun aradan qaldırılmasına görə müvafiq düzəlişin aparılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının təqdim edilmədiyi müəyyən edildiyindən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, xx.xx.2014-cü il tarixli, ********** və ********** qeydiyyat nömrəli çıxarışların surətindən görünür ki, Göygöl rayonunun Quşqara kəndində yerləşən 0.7989 ha və 0.703 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələri X7, X1, X6, Ərizəçi2 və Ərizəçi3 xüsusi mülkiyyətidir. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. Göründüyü kimi Göygöl rayonunun Quşqara kəndində yerləşən ümumi sahəsi 0.703 ha və 0.7989 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri X7, X1, X6, Ərizəçi2 və Ərizəçi3 xüsusi mülkiyyətidir və bu xx.xx.2014-cü il tarixli, ********** və ********** qeydiyyat nömrəli çıxarışlarla rəsmiləşdirilmişdir. Lakin məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, xx.xx.2014-cü il tarixli, ********** və ********** qeydiyyat nömrəli çıxarışlarda texniki səhv olaraq Ərizəçi1 əvəzinə X4 qeyd olunmuşdur. Bu səbəbdən ərizəçilər çıxarışlarda olan uyğunsuzluğun aradan qaldırılmasına görə məhkəməyə ərizə ilə müraciət etmişlər. AzərbaycanRespublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. AzərbaycanRespublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə məhkəmə ərizəçilərin gətirdiyi dəlilləri həqiqətə uyğun hesab edərək, tələb üzrə hüquqi faktın müəyyən edilərək ərizəçilərin hüquqlarının bərpa edilməsi baxımından ərizənin təmin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul ərizəçilərə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307.2.11 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** və ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarışlarda hüquq sahibinin adı, soyadı və ata adını göstərən qrafada X10 olan hissəsinin Ərizəçi1 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-512/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-512/2023
05.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver