Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-521/2025 23.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X19 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestripublik hüquqi şəxsi 3saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” dair ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 saylı qərarı ilə mülkiyyətlərinə verilimiş 0.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid JN-411, KOD-50806028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında yazılmış “X2” “X6” olmaqla həmin Dövlət aktının ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 saylı qərarı ilə Xanlar rayon Üçtəpə kəndi ərazisində ona və ailə üzvlərinə 0.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilib və həmin torpağa aid JN-411, KOD-50806028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı var. Qeyd olunan aktda onun adı, soyadı və ata adı səhv olaraq “X9” kimi yazılmışdır. Məsələ ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsədə, qeyd olunan yanlışlığın aradan qaldırılmasından imtina edilib və məhkəməyə müraciət etməyi tövsiyyə olunub. Hazırda qeyd olunan yanlışlığı başqa vasitə ilə aradan qaldıra bilmir, ona görə də məcbur olub bu faktı təsdiq etdirmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə izahatında ərizəni müdafiə edərək göstərdi ki, JN-411, KOD-50806028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında ərizəçinin soyadı Məmişova (Süleymanova) əvəzinə Süleymanov, adı Nərminə əvəzinə Nəriman, yəni “X9” kimi yazılmışdır. Torpaq sahəsi Göygöl rayonunun Üçtəpə kəndində yerləşir və 0.42 hektardır. Dövlət aktında olan səhvliyin düzəlməsini istəyir. Xanlar Rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 saylı qərarı ilə mülkiyyətlərinə verilimiş 0.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid JN-0411, KOD-50806028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında yazılmış “X2” X6 olmaqla həmin Dövlət aktının ərizəçi X3 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Göygöl rayonu Üçtəpə kəndində yaşayır ərizəçi X6 ilə qonşu olmuşlar. Sonradan Rusiyaya köçüblər. Onun atasının adı Ramiz anasının adı isə Sevdadır. İki uşaqdılar, anası iki ildi rəhmətə gedib. Ramiz uşaqları Nərminə və Rasim ilə Rusiyada yaşayır. Torpaqları Üçtəpədə kəndində yerləşir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Kəlbəcər qaçqınıdır. 1995-ci ildən Üçtəpə kəndinə köçüb orada yaşayır. Ərizəçi X6 ilə qonşudur. Nərminənin atasının adı Ramiz anasının adı isə Sevdadır. Onların Nərminə və Rasim adlı iki uşaqları var. Sevda rəhmətə gedib. Ramiz uşaqları Nərminə və Rasimlə birlikdə Rusiyada yaşayırlar. Onlar Rusiyaya gedəndə uşaqlar balaca olmuşlar. Ərizəçiyə və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan JN-411, KOD-50806028 saylı «Torpağa mülkiyyət mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 saylı qərarı ilə Xanlar rayon Üçtəpə kəndi ərazisində X4, X12, X10 və X5 0.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə X4 ünvanlanmış məktubdan görünür ki, ərizəyə baxılmış və Torpağa mülkiyyət hüququna dair JN-0411 saylı Dövlət Aktında hüquq sahiblərinin birinin soyadı, adı və ata adında uyğunsuzluğun olduğu, belə ki, X9 ilə sənədlərdə qeyd olunmuş Ərizəçi” eyni şəxs olmasını təsdiq edən sənədin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı) tərəflərindən təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli Göygöl rayon Vəkil bürosunun vəkili Nümayəndə ünvanlanmış məktubda ləğv edilmiş DT və XK Göygöl rayon şöbəsi tərəfindən X1,X11 , X7, X2 adlarına Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-411 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. İşdə olan Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 381 nömrəli arayışdan görünür ki, X6 xx.xx.1995-ci ildə Göygöl rayonunun Üçtəpə kəndində anadan olmuş, atası X8 anası X13r. İşdə olan 10 may 2014-cü il tarixli, İ-PK 850845 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X6 arasında xx.xx.2014-cü il tarixdə Volqoqrad Krasnoarmeyskiy rayonu Adminstrasiyasının VVAQ şöbəsində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 350 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Məmişov, arvada isə Məmişova soyadı verilmişdir. İşdə olan 75 № ******* nömrəli Rusiya Federasiyası tərəfindən verilmiş pasportdan görünür ki, X14 xx.xx.1995-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən Dövlət aktılərdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə ərizəçinin izahatını və işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 saylı qərarı ilə ərizəçi X4 və ailə üzvülərinə kənd təsərrüfatı məhsulları təyinatlı 0.42 ha torpaq sahəsi ayrılmış və bununla bağlı JN-0411, KOD 50806028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Dövlət aktında X6 əvəzinə səhv olaraq «X9» kimi qeyd edilmişdir. Sözügedən sənədin “X6”na məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Belə ki, sənədi vermiş DTXK Xanlar rayon şöbəsi artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Bu səbəbdən sənədin şəxsə məxsus olma fatına dair ərizəyə baxılaraq təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Birgə mülkiyyətçilər olması nəzərə alınaraq, JN-0411 saylı, KOD 50806028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-521/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-521/2025
23.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver