Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-561/2025 07.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1966-cı təvəllüdlü, Azərbaycan Respublikasının Gövgöl (Xanlar) rayonun Layış kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Göygöl rayonun Xəqani kəndində yaşayan X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi və onun himayəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X8 onun doğma bacısıdır. Əsli Zeynalova anadangəlmə xəstədir, yəni özünü idarə edə bilmir, bir çox hallarda öz hərəkətlərinin mənasını anlaya bilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Heyətinin rəyi əsasında, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, kəskin inbesililik dərəcəsində olan ağıl zəifliyi, 2,1 dərəcə əlilik, 2.1 ağır dərəcəli əqli gerilik, nitqi inkişaf etməmiş, müddətsiz daima başqasının qulluğuna möhtacdır və qulluğa ehtiyacı olan xəstə olmaqla 1-ci qrup əlildir. X12 xəstə olduğundan özünə qulluq edə bilmədiyi üçün ona daima olaraq özü qulluq edir, bütün təlabatlarını, müalicə və müayinələrini həyata keçirir. Xəstə bacısı X8 qanunla müəyyən olunmuş hüquqlarını həyata keçirə bilmir, bu səbəbdən o fəaliyyət qabiliyyətli olmayan hesab edilməli və onun müəyyən hüquqlarının həyata keçirilməsi üçün onun üzərində qardaşı kimi qəyyum təyin edilməlidir. Ərizəçi məhkəməyə tələbin dəqiqləşməsi barədə ərizə təqdim edərək xx.xx.1966-cı təvəllüdlü, Azərbaycan Respublikasının Göygöl (Xanlar) rayonun Layış kəndində anadan olmuş, Azərbaycan Respublikasının Vətəndaşı, azərbaycanlı, Göygöl rayonun Xəqani kəndində yaşayan X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərini müdafiə edərək bildirdi ki, X8 onun bacısıdır. Bacısı Əsli doğulduğu vaxtdan xəstə olmuşdur. Onlar əvvəllər 3 qardaş 3 bacı olmuşlar. Qardaşlarının vəfat etmişdir. 2 bacısıda ailəlidir. Xəstə bacısına əvvəllər anası qulluq etmişdir. Hazırda anası yaşlandığı üçün bacısına özü qulluq edir. Əsli Zeynalova özünü idarə edə bilmir. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsini, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçi X12 nitq qüsurludur, özünü idarə edə bilmir. Hərəkət edərkən onun yanında kimsə olmalıdır. Əsli Zeynalova doğulan vaxtdan xəstədir. Ərizəçi öz hərəkətilərini bilmir. Onu tək buraxmırlar. Əsli Zeynalovanı qardaşı Ərizəçi saxlayır. Maraqlı şəxs Göygöl Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. AZE seriyalı 04926712 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1966-cı ildə Xanlar rayonunun Layış kəndində anadan olmuşdur. Göygöl rayonu Xəqani kəndində qetdiyyatdadır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci ildə Xanlar rayonunun Layış kəndində anadan olmuşdur. Göygöl rayonu Xaqani kəndində qetdiyyatdadır. Göygöl (Xanlar) Rayon Layış kənd soveti tərəfindən verilmiş xx.xx.1966-cı il tarixli, AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1966-cı ildə Xanlar rayonunun Layış kəndində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 1966-cı il avqust ayının 10-u günündə 26 nömrəli qeyd aparılmışdır. (atası X9, anası isə X1r) Göygöl (Xanlar) Rayon Layış kənd soveti tərəfindən verilmiş xx.xx.1975-ci il tarixli, İİİ-JQ seriyalı 370729 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci ildə Xanlar rayonunun Layış kəndində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 1975-ci il iyun ayının 5-i günündə qeyd aparılmışdır. (atası X9, anası isə X1r) Göygöl Rayon Xaqani kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-47-18/3-2-40/2025 seriyalı arayışda Göygöl rayonunun Xaqani kəndində yaşayan 1-ci qrup əlil olan X5 qardaşı Ərizəçi tərəfindən qulluq edilməsi və onun himayəsində olması qeyd edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 26 Saylı Tibbi Sosial Ekspert Komissiyasının çıxarışının surətindən görünür ki, Əsli Zeynalova müddətsiz birinci dərəcə əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2025-ci il tarixli, 312 nömrəli rəyindən görünür ki, xx.xx.1966-cı il tarixdə anadan olmuş X8 ağır dərəcəli əqli gerilik, (İmbesillik dərəcəsində) davranış pozuntuları ilə (F 72.1) xəstəliyindən əziyyət çəkir. X8 öz hərəkətlərinin mənasını dərk etmək onu idarə edə bilmək iqtidarında deyildir. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanlarının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 317.3-cü maddəsinə görə, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşadığı yer üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.1-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1966-cı il tarixdə Göygöl rayonu, Layış kəndində doğulmuş X8 ağır dərəcəli əqli gerilik, (İmbesillik dərəcəsində) davranış pozuntuları ilə (F 72.1) xəstəliyindən əziyyət çəkir. X8 öz hərəkətlərinin mənasını başa düşmək və ya özünü idarə etmək və öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. İş üzrə keçirilmiş məhkəməpsixiatrik ekspertizası tərəfindən verilmiş rəylə də müəyyən olunmuşdur ki, o, hal-hazırda öz hərəkətlərinin mənasını başa düşüb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Buna görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1966-cı il tarixdə Göygöl rayonu, Layış kəndində doğulmuş X8 (Fin: 4MQ53CZ) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-561/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-561/2025
07.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver