Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-567/2025 24.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı və cavabdeh X2 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 tərəfindən qanunsuz və əsassız olaraq ona yazılmış 967 manat 20 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl şəhəri, H.Əliyev pr., 28 ünvanında mülkiyyətlərində yaşayış evi var. Qeyd olunan yaşayış evinə kommunal xidmətlərə görə sayğaclar quraşdırılıb, o cümlədən təbii qaza görə də qaz sayğacı quraşdırılıb. Qeyd olunan sayğac üzrə hər ay sərf olunan təbii qazın pulunu vaxtlı-vaxtında ödəmiş. O, qış aylarında hər ay 400-700 kub təbii qaz sərf etmiş, buna baxmayaraq 2023-cü ilin sentyabr ayında Azəriqaz İB-nin əməkdaşı tərəfindən qazın sərfiyyatı 2023-cü ilin sentyabr ayına görə 4836 kub qeyd edilərək ona 967.20 manat borc kimi yazılmışdır. Halbu ki, qeyd olunan vaxtda ümumiyyətlə qaz sərf edilməmişdir, edilsə də belə yay ayına təsadüf etdiyi üçün bu qədər təbii qazın sərfi qeyri-mümkündür. Həmçinin qış aylarında da bu qədər təbii qazın sərfi mümkün deyil. O, qeyd olunanlarla bağlı cavabdeh orqana müraciət edərək etirazını bildirsə də heç bir nəticəsi yoxdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək göstərdi ki, sayğacın üzərində olan rəqəm, ona verilən bildiriş və saldo ilə 2023-cü ilin 9-cu ayında ona hesablanmış rəqəmlə razı deyil, onun sayğacı 2021-ci ilin 9-cu ayında dəyişidirlmiş və yeni sayğacla əvəz edilmiş, bundan sonra həmin vaxt 4 ay istifadə edilmiş, xx.xx.2022-ci il tarixdə onun oğlu qəzaya düşdüyündən onlar ailəliklə Bakı şəhərinə getmişlər, üç ay orada qalmışlar və 2023-cü ilin yanvar ayında qayıtmışlar. Həmin vaxtdan kombidən istifadə etmişlər və qazdan istifadə üçün mütamadi pul ödəmişlər, nəzarətçi dəyişdikdən sonra təzə gələn nəzarətçi gəlib ona bildiriş verən zaman bir aya 4836 kub qaz yandırmasını görmüş və bundan sonra Azəriqaza borcu artmışdır. Bundan sonra o köhnə nəzarətçini tutumuş, köhnə nəzarətçi ona yalvarmış və özünün düzəldəcəyini bildirərək yoluna qoyacağını bildirmiş və onu X3 satış rəisinin yanına aparmış, satış rəisi ona sənədləri Bakıya göndərdiyini və ona kömək edəcəyini bildirərək, onu hər dəfəsində gözlətmiş və 1 il 6 ay keçdikdən sonra ona kömək edə bilmədiyini nə edirsə etməsini demişdir. Əlavə olaraq bildirdi ki, 15 ilin saldosunu çıxartdırmış və hesablama zamanı ilə təxminən 2500-3000 kub qazdan istifadə etməsi müəyyən edilmişdir. Yay aylarında onlar qazdan az, qış aylarında isə ona nisbətən çox istifadə edir. Sayğacın düz işləyib-işləməməsini bilmir. Sayğac quraşdırılarkən üzəri sıfır olmuşdur. Onlar 3 ay Bakıda olarkən evdə bacısı yaşamış və cəmi bir otaqda kombi işləmişdir. Onun narazılığı birdən-birə 4836 kub hesablama aparılması ilə bağlıdır. O, 967.20 manatdan əlavə olan borcunu mübahisə olması səbəbindən ödəməmişdir. İşə düzgün baxılmasını və düzgün qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə bildirdi ki, iddiaçı tərəf iddia edir ki, evdə üç ay bir nəfər olmuşdur. Belə ki, evdə bir nəfər və ya bir neçə nəfər olması bir şey dəyişdirmir. Belə ki, kombidə qaz sərfiyyatı eyni olur. 2023-cü ilin sentyabr ayında olan göstərici ilə bağlı söhbət aparmışdır. Belə ki, əvvəlki işçi həmin sayğacın üzərini evdə insanlar olmadığı səbəbindən götürə bilməmiş və təxminən 4-5 ay özündən 50-100 kub yazmışdır. Lakin həmin işçi ərazini yeni işçi üçün təhvil verən zaman sayğaca baxılmış və üzərində olan sərfiyyat düzgün götürülmüş, bu səbəbdən də hazır ki vəziyyət yaranmışdır. Sayğac keçən qazın sərfiyyatını faktiki olaraq qeyd edir. Əvvəlki nəzarətçi olan Elşən Hüseynov barəsində etmiş olduğu səhlankarlığa görə tənbeh edilmiş və ona töhmət verilmişdir. Hazırda həmin işçi şəhərdən qıraq ərazidə işləyir. Hazırda faktiki olaraq qaz sayğacının üzərində olan göstərici ilə abonentin saldosunda olan rəqəmlər eynilik təşkil edir və heç bir fəqlilik yoxdur. Əlavə olaraq bildirdi ki, nəzarətçi səhlankarlıq edərək, ayğacın üzərində olan göstəricini bir neçə ay az qeydə almış və özündən rəqəmlər yazmış, həmin hadisə 2023-cü ildə baş vermişdir. Sayğacın möhürü üzərində olmuş və heç bir problemi yoxdur. 2023-cü ilin sentyabr ayından bu günə faktiki göstəricilər götürülür. Hesablama aparılan zaman abonent 3-cü və sonuncu limitdə olmuş, bu səbəbdən də hesablama zamanı ona hər hansı əlavə hesablama aparılmamışdır. Sistem tərəfindən hesablama aparılmış və tam qanuni olmuşdur. Saldoda abonentin ödənişləri və göstəriciləri vardır. Məhkəmədən iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İş materiallarına əlavə edilmiş; - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. - İşdə olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent X7 şəhəri, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evində 1202AQ**********9 nömrəli sayğac növbəti yoxlama zamanı əvəz olma əsası ilə çıxarılmış (həmin vaxt sağacın göstəricisi 40581 m3 olmuş) və Zinner markalı **********1 nömrəli sayğac quraşdırılmış, həmin sayğacın göstəricisi 0000 m3 olmuşdur. - Abonentin (**********00000) saldosundan görünür ki, Rəşad Məhərrəmovun abonent hesabına 2023-cü ilin sentyabr ayı üzrə sərfiyyatı 4836 kub olmuş və 967.2 (doqquz yüz altmış yeddi manat, iyirmi qəpik) manat borc hesablanmışdır. -Sayğacın fotoşəklindən görünür ki, xx.xx.2025-ci il tarixdə **********1 nömrəli sayğacın göstərici 17145,548 kubmetrdir.
7. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
8. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir.
9. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Göygöl şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən Rəşad Məhərrəmovun fərdi yaşayış evinə xx.xx.2021-ci il tarixində Zinner markalı **********1 nömrəli sayğac quraşdırılmış, həmin sayğacın göstəricisi 0000 m3 olmuş və bu barədə ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunmuşdur. 2023-cü il üzrə bir neçə ayı ərzində abonentin qaz sayğacında olan rəqəmlərə evdə insanlar olmadığı səbəbindən baxış keçrilmədən həmin əraziyə nəzarət edən əvvəlki nəzarətçi Elşən Hüseynov tərəfindən özündən təxminən 50-100 kub hesablama aparılmış, daha sonra 2023-cü ilin sentyabr ayında həmin ərazi yeni nəzarətçiyə təhvil verilməsi səbəbindən abonent Rəşad Məhərrəmovun fərdi yaşayış evində olan qaz sayğacına baxış keçirilmiş, sayğaca baxış zamanı göstəricinin 4836 m3 olduğu müəyyən edilərək abonentə 967.2 (doqquz yüz altmış yeddi manat, iyirmi qəpik) manat məbləğində borc hesablanmışdır.
10. “Qaz Təchizatı haqqında” Qanun: - Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması - Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” - 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. - 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. - 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. - 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
12. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir.
13. Belə ki, iddiaçı 967.2 (doqquz yüz altmış yeddi manat, iyirmi qəpik) manat məbləğində borcun “X6 tərəfindən qanunsuz və əsassız olaraq ona hesablandığını iddia etsə də, məhkəməyə bunu təsdiq edən sənədləri təqdim etməmişdir.
14. Məhkəmə tərəfindən işdə olan sənədlər və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, Göygöl şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən Rəşad Məhərrəmovun fərdi yaşayış evinə xx.xx.2021-ci il tarixində Zinner markalı **********1 nömrəli sayğac quraşdırılmış, həmin sayğacın göstəricisi 0000 m3 olmuş və bu barədə ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunmuşdur. 2023-cü il üzrə bir neçə ayı ərzində abonentin qaz sayğacında olan rəqəmlərə evdə insanlar olmadığı səbəbindən baxış keçirilmədən həmin əraziyə nəzarət edən əvvəlki nəzarətçi Elşən Hüseynov tərəfindən özündən təxminən 50-100 kub hesablama aparılmış, daha sonra 2023-cü ilin sentyabr ayında həmin ərazi yeni nəzarətçiyə təhvil verilməsi səbəbindən abonent Rəşad Məhərrəmovun fərdi yaşayış evində olan qaz sayğacına baxış keçirilmiş, sayğaca baxış zamanı göstəricinin 4836 m3 olduğu müəyyən edilərək abonentə 967.2 (doqquz yüz altmış yeddi manat, iyirmi qəpik) manat məbləğində borc hesablanmışdır.
15. Göründüyü kimi, iddiaçıya hesablanmış 967.2 (doqquz yüz altmış yeddi manat, iyirmi qəpik) manat məbləğində borc onun tərəfindən istifadə edilən qazın sərfinə görə hesablandığından, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməli olduğundan Cavabdeh İB tərəfindən abonentdən həmin borcun tələb edilməsi qanuni və əsaslı olmuş, iddiaçıdan yalnız istehlak etdiyi qaza əsasən hesablanmış borc tələb edilmiş və bu səbəbdən də hesablanmış borcun silinməsi üçün heç bir əsas yoxdur.
16. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir.
V. Nəticə:
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Rəşad Mustafayev