Məhkəmə qərarları › İş №2(066)-612/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-612/2023

03.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-612/2023 03.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X11 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 2 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, Göygöl şəhəri S.Hacıyev küçəsi ev 57 hal-hazırda X5 mülkiyyətindədir. Ona görə də X6 üçüncü şəxs kimi cəlb edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə qəbul ediləcək qətnamə X5 mülkiyyət hüququna təsir edə bilər. Belə olan halda məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X12 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. İddiaçı vəkili ƏliyevNatiq İltifat oğlu tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair mülki iş üzrə həqiqətin müəyyən edilməsi üçün zəruri tədbirlər tərəfinizdən görülür. xx.xx.2023-cü il tarixdə özlərinin vəsatəti ilə şahidlər dindirilmişdir. Məhkəmə iclasında dindiriılən şahidlərin ifadələri və iddia ərizəsinin xüsusatları məhkəmə iclasında X3 şahid kimi dindirilməsini zəruri etmişdir. Məhkəmə baxışı iclası X3 məhkəmədə şahid kimi dindirilməsini təmin etmək üçün məhkəmə iclası xx.xx.2023-cü il tarixdə saat 10:00-təyin edilmişdir. X4 məhkəmə üçün həqiqətən müəyyən edilməsi xüsusi zəruri olan səs yazılarının CD diskə yazılmış surətlərini gətirmişdir. Qeyd olunan səs yazısının məhkəmə hazırlıq iclasında təqdim etməmələrinin səbəbi Bayraməli İsmayılovun Azərbaycan Respublikasında olmaması olmuşdur. Ona görə də xahiş etmişdir ki, Bayraməli İsmayılov və Şakir Süleymanovun səs yazısına məhkəmədə baxış keçirilərək dinlənilsin. Bayraməli İsmayılov tərəfindən Şakir Süleymanova göndərilmiş ödəniş çeki və CD disk mülki iş materiallarına əlavə edilsin. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının hal-hazırda mübahisələndirdiyi alqısatqı müqaviləsi tamam başqa məsələni pərdələmək üçün bağlanmışdır. Belə ki, iddiaçının oğlu Bayramǝli İsmayılovla Cavabdeh digər şəxslərdən işə düzəltmək adı altında 28000 manat pul almışlar. Həmin şəxslər hər ikisindən şikayət etmək istəyirdilər. Həmin vəsaitin yarısı Bayramǝlinin, yarısı isə Yanarın üzərinə düşürdü. Ailənin həmin vəsaiti ödəmək üçün heç cürə imkanı yox idi. Yanar iddiaçının evinə gələrək bildirmişdir ki, bir şərtlə həmin vəsaitin hamısını ödəyəcək ki, yaşadıqları ev onun adına rəsmiləşdirilsin. Bununla bağlı olaraq ailə üzvləri və cavabdehin iştirakı ilə bağlı qəbz tərtib etmişlər. Həmin qəbzdə göstərilirdi ki, ev 50000 (əlli min) manata Cavabdeh satılır. İlkin olaraq həmin məbləğdən 28000 (iyirmi səkkiz min) manat ödənilir. Qalan 22000 ( iyirmi iki min) manat isə borc olaraq qalır. Bundan sonra həmin qəbzi əsas götürərək, notariusda ev 28000 (iyirmi səkkiz min) manata alqı-satqı müqaviləsi əsasında oğlu Bayramǝli İsmayılov tərəfindən Cavabdeh satılmışdır. Əslində isə alqı-satqı müqaviləsi də, formal olmuşdur. Çünki, 28000 (iyirmi səkkiz min) manat məbləğ Cavabdeh tərəfindən banka qoyulmuş və onun tərəfindən də götürülmüşdür. Hal-hazırda da, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırlar. Yanar Şahvediyev 22000 manatı bu günədək qaytarmır. Müxtəlif bəhanələrlə pulun verilməsindən yayınır. Ona görə də məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Məhkəmə iclasında iştirak edən İddiaçı verdiyi izahatında iddianı müdafiə etdiyini, notariusda evinin satılmasında özünün imza çəkməsini, alqı-satqı müqaviləsinin formal bağlanmasını bildidi və ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X14 izahatında iddia tələbini müdafiə etdiyini, mülki işə sübutlar təqdim etməsini, işə əlavə olunan CD diskdən hər şeyin aydın görünməsini və ona görə də bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini istəməsini bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etməyərək göstərdi ki, Bayraməli İsmayılov onun uşaqlıq dostudur. Özü hərbidə işləyir. Bayraməli ondan borc pul istəmişdir. Özü isə bunun qarşılığında ona ipoteka ilə özlərinə məxsus olan evi onun adına keçirməyi təklif etmişdir. Bundan sonra Bayraməli bu təklifdən imtina etmişdir. Qeyd edir ki, onların məhlələrində iki ev yerləşir. Evin birini qanuni şəkildə özü almış və bu barədə akt da bağlamışlar. Özü evi ona satmalarını istəməmişdir. Alınan pulun hissə-hissə ödənilməsini Bayraməliyə bildirmişdir. Həmin vaxtı evin birinə özü alıcı tapmışdır. Yekunda özü Bayraməli ilə razılaşıb evi özünün adına keçirmiş və sonra 28000 manata sözügedən evi Şükür adlı şəxsə satmışdır. Özünün kimisə işə düzəltməklə bağlı heç bir məlumatı yoxdur. Məhkəmə iclasında onun haqqında deyilənlərin heç birini qəbul etmir. Hazırda hətta razıdır ki, Bayraməli onunla notariusa gedib alınan pulu ona ödəməyi öz öhdəsinə götürərsə, onda evi iddiaçıya qaytarmağa razılaşaqdır. Göstərdiklərinə əsasən iddianın heç bir əsası olmamasına görə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X12 izahatında göstərdi ki, bir övladı var. 2019-cu ildən hərbidə işləyir. Oğlunu işə düzəltmək adı ilə Yanar və Bayraməli ondan 28000 manat pul almışlar, ancaq bir müddət sonra bu baş tutmamış və özünün verdiyi pul batmışdır. Bundan sonra Yanar ona öz adına evi olmasını bildirmiş və ona verdiyi pulun qarşılığında həmin mübahisəli evi ona verəcəyini vəd etmişdir. Sonra adı çəkilən mənzili Gəncə şəhər 2 saylı notariat ofisinin xüsusi notarisusu tərəfindən təsdiq edilmiş 30 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Yanardan almışdır. Evi alqı-satqı edəndən sonra özü evə gələrək evin foto şəkillərini də çəkmiş, foto şəkilləri çəkən zaman Yanar və digər iki nəfərdə onların yanında olmuşdur. Sözügedən ev onun özünə məxsusdur. Qeyd edir ki, qış fəsili olduğu üçün, yəni dekabr ayında 1-2 ay müddətinə iddiaçıya və onun ailəsinə o evdə yaşamaq üçün möhlət vermişdir. Ancaq Yanar və Bayraməli ona müəyyən vədlər verərək həmin evdən çıxmaqdan imtina etmişlər. Ona 02 martda evi boşaldacaqlarını bildirmələrinə baxmayaraq, hələ də evdən çıxmamışlar. Bundan sonra özü məcbur olub 102 xidmətinə müraciət etmişdir. Odur ki, iddianın qanunauyğun həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 izahatında göstərdi ki, iddiaçının oğludur. 28000 manat pulu özü Cavabdeh almışdır. Şakirdə ona 30000 manat verməlisən demişdir. İddiaçı oğlu kimi onu özü təmsil etmişdir. Bundan sonra notarisa gedərək pulu banka qoymuşlar və sonra Cavabdeh evi onun adına keçirməsini ona bildirmişdir. Ondan əlavə 2000 manat istəmələrinə görə özü həmin pulu Şakirin kartına yükləmişdir. Bundan sonra Yanar ona zəng vuraraq Şakirin evi rəsmiləşdirməsini ona bildirmişdir. Sözügedən pulu özü Yanara vermişdir ki, Şakirin uşağını işə düzəltsin, oda düzəltməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X15 izahatında göstərdi ki, Bayraməli onun qaynıdır. Özü onun işə adam düzəldəcəyini və həmin pulun batdığından xəbərdardır. Həmçinin Bayraməligilə məxsus evin Şükür adlı şəxsə satıldığı haqqında məlumatı var. Cavabdeh tanıyır. Onunla qonşudur. Həmin evin satılmasında Yanar vasitəçilik etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 izahatında Bayraməlinin qardaşı olmasını, bir gün qardaşı Bayraməligilə gedəndə onun 1 nəfəri işə düzəldəcəyi adınla pul aldığını, ancaq bunun alınmadığını və pulun batmasını və həmin vaxtı evi banka qoyub pul götürəcəyini Bayraməlinin ona bildirməsini qeyd etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X19 izahatında Bayraməli ilə qohum olmasını, özlərinə məxsus olan evi satmasını Bayraməlinin ona bildirməsini və işdə olan qəbzə özünündə qol çəkməsini təsdiq etdi. Məhkəmə iş üzrə tərəflərin və şahidlərin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 27 oktyabr 2022-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı özünə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.8 kv.m olan 2 otaqlı yaşayış evini 25000 (iyirmi beş min) manata alıcı Cavabdeh satmışdır. İş materiallarında olan 30 dekabr 2022-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh özünə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.8 kv.m olan 2 otaqlı yaşayış evini 30000 (otuz min) manata alıcı X1. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X2 rayonunun Qabaqtəpə kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Göygöl Rayon Polis Şöbəsinin 29 mart 2023-cü il tarixli arayışından görünür ki, Göygöl şəhəri S.Hacıyev küçəsi ev 90-da yaşayan X7 xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə 050 ***-**-** saylı mobil telefon vasitəsi ilə zəng edərək qeyd edilən ünvanda yerləşən anasının evinin satılması və alıcı ilə aralarında münaqişə olması barədə məlumat vermişdir. Bundan başqa Gəncə şəhəri Avtozavod qəsəbəsində yaşayan X12 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə mobil telefon vasitəsi ilə zəng edərək qeyd edilən ünvanda yerləşən evi aldığını və keçmiş ev sahibini evdən çıxara bilməməsini, həmçinin polis gəlməsi barədə məlumat vermişdir. Əlavə olaraq Göygöl rayon PŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə Göygöl şəhəri S.Hacıyev küçəsi ev 90-da yerləşən evi Yanar adlı şəxsdən 30.000 manata aldığını və hazırda evinə köçmək istədiyini, lakin evdə yaşayanlar evdən çıxmadığı üçün bu barədə tədbir görülməsini xahiş etmişdir. Aparılan araşdırma zamanı X12 öz izahatında xx.xx.2022-ci il tarixdə Göygöl şəhər sakini Cavabdeh ilə sövdələşib Göygöl şəhəri S.Hacıyev küçəsi ev 90-da yerləşən evi ondan notarial qaydada 30.000 manata aldığını və aldığı evdə yaşayan Bayraməli adlı şəxslə görüşüb evin 2023-cü ilin fevral ayının axırına qədər boşaldılması ilə razılaşdığını göstərmişdir. Sonradan xx.xx.2023-cü il tarixdə evi təhvil almağa gedən vaxt qeyd olunan evdə yaşayan Bayraməli evi boşaltmayacağını ona bildirərək münaqişə etmiş və əlavə olaraq evi xx.xx.2023-cü il tarixə təhvil verəcəyinə yenidən razılığa gəlmişlər. Lakin xx.xx.2023-cü il tarixdə təkrarən evi təhvil almağa gedərkən Bayraməli yenidən müxtəlif bəhanələr gətirərək evi təhvil verməkdən imtina etmiş və ona əsəbləşib Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zeng edərək bu barədə məlumat vermiş və tədbir görülməsini xahiş etmişdir. Bununla bağlı izahatı alınan X4 öz izahatında anasına məxsus evi 50 000 manat müqabilində Cavabdeh satdığını, lakin ondan 28 000 manat pulu nəğd aldığını, qalan 22 000 manat pulu isə evdən çıxarılan vaxtı Yanar tərəfindən ödəniləcəyini bildirmiş və buna görə də özünün yeni ev ala bilmədiyi üçün evden çıxa bilmədiyini göstərmişdir. İş materiallarında olan Göygöl şəhəri Qarabağ küçəsi 2 OBA Göygöl 2-də yerləşən eManat ödəniş terminalının qəbzindən görünür ki, X9 2000 manat ödənilmişdir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1938-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş və Xanlar (ünvan 4 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. İşin tədqiq olunan hallarından göründüyü kimi mübahisə predmetini təşkil edən yaşayış evi daşınmaz əmlakdır və mülki qanunvericiliyin tələblərinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarial qaydada təsdiqlənməlidir. (Mülki Məcəllənin 144.1-ci maddəsi). Başqa sözlə, bu tipli mübahisələrdə işin halları şifahi izahat və yaxud ifadələrlə deyil, notarial qaydada təsdiq olunmuş sübutlarla təsdiq oluna bilər. Məhkəmə iclasında toplanmış sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59.8 kvm olan 2 otaqlı yaşayış evini Cavabdeh 25000 (iyirmi beş min) manata satmış və bu barədə 27 oktyabr 2022-ci il tarixdə Gəncə şəhər 2 saylı notariat ofisində öz aralarında alqı-satqı müqaviləsi bağlamışlar. Bundan sonra Cavabdeh özünə məxsus olan fərdi yaşayış evini 30 dekabr 2022-ci il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbində 27 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin formal olmasını, alqı-satqının tamam başqa məsələni pərdələmək üçün bağlanmasını, yəni özünə məxsus olan evi əslində 50000 manata Cavabdeh satmalarını, həmin pulun 28000 manatını cavabdehdən almasını, lakin 22000 manatın isə borc qalmasını, bugünə qədər də Cavabdeh 22000 manatı müxtəlif bəhanələr edərək qaytarmamasını, oğlu Bayramǝli İsmayılovla Cavabdeh digər şəxslərdən işə düzəltmək adı altında 28000 manat pul almalarını, həmin vəsaitin yarısının Bayramǝlinin, yarısının isə Yanarın üzərinə düşməsini, ailənin həmin vəsaiti ödəmək üçün heç cürə imkanı olmamasını, Yanarın iddiaçının evinə gələrək bir şərtlə həmin vəsaitin hamısını ödəyəcək ki, yaşadıqları evin onun adına rəsmiləşdirilməsini onlara bildirməsini, bununla bağlı olaraq ailə üzvləri və cavabdehin iştirakı ilə bağlı qəbz də tərtib etmələrini, qəbzdə evin 50000 (əlli min) manata Cavabdeh satılmasının göstərilməsini, ilkin olaraq həmin məbləğdən 28000 (iyirmi səkkiz min) manat ödənilməsini, qalan 22000 (iyirmi iki min) manatı isə borc olaraq qalmasını, bundan sonra həmin qəbzin əsas götürülərək notariusda evin 28000 (iyirmi səkkiz min) manata alqı-satqı müqaviləsi əsasında nümayəndəsi olan oğlu Bayramǝli İsmayılov tərəfindən Cavabdeh satılmasını, əslində isə alqı-satqı müqaviləsinin formal olmasını məhkəmədə bildirsə də, qeyd olunan 27 oktyabr 2022-ci il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsində bu öz təsdiqini tapmamışdır. Sözügedən alqı-satqı müqaviləsi tərəflərin öz iradələrinə uyğun və onların aralarında olan razılığa əsasən bağlanmışdır. Müqavilə bağlanarkən Mülki Məcəllənin 567, 646 və 647-ci maddələrinin məzmunu, müqavilənin bütün şərtləri və müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən satıcı və alıcıya izah edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbində qeyd olunan fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin legitimsizliyi barədə şübhə olması barədə hər hansı mötəbər sübut yoxdur. Ona görə də, məhkəmə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə heç bir əsas görmür. Bu səbəbdən məhkəmə həmin iddianın qanuni əsası olmamasına görə təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bu isə, onu deməyə əsas verir ki, iddiaçının Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit olunmuş başqasının, yəni cavabdehin (Gəncə şəhər 2 saylı notariat ofisində bağlanmış 27 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında) istifadəsində olan fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi istəyi tam əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, işin faktiki hallarına və mövcud maddi və prosessual hüquq normalarına uyğun olduğuna görə iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri 2 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 1 (bir) ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimQələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar