Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-617/2023 16.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X5 iclas kаtibliyi, İddiaçı, onun vəkili X10 və Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “aliment və xərclər” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qаrşı “aliment və xərclər” tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, övladları 27 mart 2010-cu il təvvəllüdlü X3 və 26 avqust 2012-ci il təvvəllüdlü X1 üçün Göygöl Rayon Məhkəməsinin 2(066)-513/2022 nömrəli iş üzrə 21 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər uşaq üçün 225 manat olmaqla cəmi 450 manat miqdarında sabit məbləğdə alimentin müəyyən edilməsi və cavabdehdən tutularaq ona ödənilməsi barədə, həmçinin 3000 manat yol pulu xərcinin ½ hissəsinin cavabdehdən tutularaq ona ödənilməsi barədə, həmçinin X3 xəstəliyi ilə bağlı aylıq müəyyən edilmiş 100 manat xəstəlik xərcin miqdarının artırılaraq 200 manat miqdarında müəyyən edilməsi barədə və digər oğlu X2 hazırlıq kursuna qoyulması üçün 4 ay ərzində ödədiyi 540 manat təhsil haqqı xərcinin ½ hissəsi cavabdehdən tutularaq ona ödənilməsi barədə, həmçinin hər iki övladı üçün Nabranda sanatoriyaya getdikdə ayaqlarında olan xəstəliyə görə hər gün 8 manat olmaqla 14 gün ərzində velosiped sürmək pulu olan 112 manatın ½ hissəsinin cavabdehdən alınaraq, ona odənilməsi barədə, həmçinin oğlu X2 Naftalanda müalicəsi ilə bağlı sanatoriyaya ödədiyi 216 manat xəstəlik xərcinin ½ hissəsinin cavabdehdən alınaraq, ona ödənilməsi barədə, cavabdeh tərəfindən alimentin gecikdirilməsinə görə cavabdehdən 395 gün ərzində gecikdirməyə görə 790 manat məbləğdə dəbbə pulunun alınaraq ona ödənilməsi barədə, həmçinin mediasiya xidməti üçün ödənilmiş 55 manat xidmət haqqının və məhkəmə üçün ödənilmiş 64 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, əlavə olaraq 1700 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Ərizə Azərbaycan Republikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən qəbul edildi. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlə 2009-cu il may ayının 5-də rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 26 mart 2010-cu il təvvəlüdlü X8 və 26 avqust 2012-ci il təvvəlüdlü X7 adlı iki uşaqları olmuşdur. Cavabdehlə iddiaçı məhkəmə qətnaməsinə əsasən boşanmışlar. Cavabdehlə iddiaçının birgə nikahlarından olan 1-ci övladları X8 2012-ci ilin may ayında xəstələnərək iflic xəstəliyi keçirmişdir. Cavabdeh uşaq xəstələndiyi gündən, müalicə olunduğu ərəfədən uşağa heç bir müalicəsi ilə bağlı köməklik göstərməmişdir. Uşağın müalicə və müayinəsi, yol xərci ilə bağlı bütün çəkilən xərclərdə valideyn kimi iddiaçı tək başına iştirak etmişdir. Uşağın müalicəsi ilə bağlı Gəncə şəhərində, Bakı şəhərində yerləşən müalicə mərkəzlərinə, xəstəxanalara uşağı iddiaçı aparmışdır. Bütün xərcləri iddiaçı özü çəkmişdir. Eyni zaman da uşağı Ramalın müalicə olunması ilə əlaqədar bütün dərmanları, müalicəvi preparatları öz gəliri hesabına almışdır. İddiaçı cavabdehi öz xoşu ilə deyil ancaq məhkəmə qətnamələri ilə əlavə xərclərə cəlb etdirə bilmişdir. Cavabdeh uşağın saxlanılması üçün kifayət qədər qazanca və gəlirə malik olduğu halda alimentin miqdarını könüllü sürətdə özü artırmaq istəmir və həmçinin hazırki təyin edilən alimentlə iddiaçı uşağın bugünkü maddi tələbatlarını təmin edə bilmir. Çünki oğlu X8 xəstədir və fiziki qüsurludur. Belə ki, oğlu İbrahimov Ramal həm kar və laldır. Həmçinin serebral iflic xəstəliyindən əziyyət çəkir. Digər tərəfdən isə yasdı ayaqlığından, yəni ayağının birinin sümüyündə gödəlmə gedir və kifayət qədər ona iddiaçı xəstəliyinə görə xərc çəkməli olur. İddiaçı hesab edir ki, təyin edilmiş əlavə xərclərin də miqdarı məhkəmə tərəfindən artırılmalıdır. Həmçinin digər oğlu X2 da əlavə xərclərində də cavabdeh iştirak etməlidir. Belə ki, iddiaçı digər uşağı X4 hazırlıq kursuna qoymuşdur. Uşağın təhsili ilə bağlı hər ay ona 150 manat olmaqla 4 ay hazırlıq kursuna 540 manat pul xərcləmişdir. İddiaçı həmçinin oğlu Şahbazın Naftalanda sanatoriyada müalicəsi üçün 216 manat pul ödəmişdir. Həmçinin hər gün hər iki övladının Nabranda sanatoriyada ayaqlarında olan xəstəliyə görə 8 manat velosiped sürməyinə görə 114 manat pul vermişdir. Digər bir tərəfdən isə iddiaçı uşağın müalicəsi ilə bağlı övladı Ramal İbrahimovu xüsusi internat məktəbinə qoymuşdur və həmin internat məktəbində uşağı ilə görüşmək üçün gedib gəlmək üçün və uşağı müalicələri ilə bağlı aparıb gətirmək üçün yol xərci çəkir. İddiaçı ümumilikdə yol xərclərinə ayda 300 manat yol pulu xərcləyir və hesab edir ki, həmin yol pulu xərclərinə də cavabdeh cəlb olunmalıdır. İddiaçı hər ay 300 manat xərclədiyinə görə artıq 10 aydan çoxdur ki, o, yol pulu xərcləyir. Cavabdehin iddiaçıya 3 aylıq aliment borcu ola ola krediti olduğuna görə, pula ehtiyacı olduğuna iddiaçıdan cavabdeh 1700 manat pul istəmişdir. İddiaçı hissə-hissə həmin pulları cavabdehə bank kartı vasitəsi ilə göndərmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X10 iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, heç bir yerdə işləmir, adına əmlak yoxdur, özünü birtəhər dolandırır. Odur ki, iddianın aliment və digər xərclərlə bağlı hissəsinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun doğrudan da iddiaya 1700 manat pul borcu vardır. İmkanı olmadığı üçün həmin pulu iddiaçıdan borc kimi almışdır. İddianın borcla bağlı hissədə təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Ermənistan Respublikası, Vardenis rayonu, Zod kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Göygöl rayon İcra Hakimiyyəti Göygöl MKTİB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1021 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayır. Göygö rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 sentyabr 2012-ci il tarixli, AZ-İİ seriyalı, 919129 nömrəli doğum haqqında şəahdətnamənin surətindən görünür ki, X7 (Atası Cavabdeh, anası İddiaçı) 26 avqust 2012-ci ildə Göygöl şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2012-ci ilin 09-cu ayının 14-cü günündə 550 nömrə ilə qeyd edilmişdir. Gəncə nikah evi tərəfindən verilmiş 21 may 2010-cu il tarixli, AZ-İİ seriyalı, 456170 nömrəli doğum haqqında şəahdətnamənin surətindən görünür ki, X8 (Atası Cavabdeh, anası İddiaçı) 27 mart 2010-cu ildə Gəncə şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2010-cu ilin may ayının 21-ci günündə 196 nömrə ilə qeyd edilmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-513/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, 27 mart 2010cu il təvəllüdlü X8 və 26 avqust 2012-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-386/2020 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, hər ay, hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində müəyyən edilsin və qətnаmə qаnuni qüvvəsini аldığı vаxtdаn bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı xeyrinə ödənilməsi, 27 mart 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-386/2020 nömrəli qətnaməsi əsasında tutulan müalicə xərcinin məbləği dəyişdirilərək, hər ay 100 (bir yüz) manat məbləğində müəyyən edilsin və qətnаmə qаnuni qüvvəsini аldığı vаxtdаn bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhər protez bərpa mərkəzi tərəfindən verilmiş xəstənin ambulator-stasionar tibbi kartasından çıxarışın surətindən görünür ki, X6 iki tərəfli neyrosensor ağır eşitmə, skalioz əyri pəncəlik diaqnozu kimi qeyd edilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qəbzlərin surətindən görünür ki, Cavabdeh kart hesabına ümumilikdə 1700 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qаrşı “aliment və xərc” tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, İddiaçı cavabdehlə 2009-cu il may ayının 5-də rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 26 mart 2010-cu il təvvəlüdlü X8 və 26 avqust 2012-ci il təvvəlüdlü X7 adlı iki uşaqları olmuşdur. Cavabdehlə iddiaçı məhkəmə qətnaməsinə əsasən boşanmışlar. Cavabdehlə iddiaçının birgə nikahlarından olan 1-ci övladları X8 2012-ci ilin may ayında xəstələnərək iflic xəstəliyi keçirmişdir. Cavabdeh uşaq xəstələndiyi gündən, müalicə olunduğu ərəfədən uşağa heç bir müalicəsi ilə bağlı köməklik göstərməmişdir. Uşağın müalicə və müayinəsi, yol xərci ilə bağlı bütün çəkilən xərclərdə valideyn kimi iddiaçı tək başına iştirak etmişdir. Uşağın müalicəsi ilə bağlı Gəncə şəhərində, Bakı şəhərində yerləşən müalicə mərkəzlərinə, xəstəxanalara uşağı iddiaçı aparmışdır. Bütün xərcləri iddiaçı özü çəkmişdir. Eyni zaman da uşağı Ramalın müalicə olunması ilə əlaqədar bütün dərmanları, müalicəvi preparatları öz gəliri hesabına almışdır. İddiaçı cavabdehi öz xoşu ilə deyil ancaq məhkəmə qətnamələri ilə əlavə xərclərə cəlb etdirə bilmişdir. Cavabdeh uşağın saxlanılması üçün kifayət qədər qazanca və gəlirə malik olduğu halda alimentin miqdarını könüllü sürətdə özü artırmaq istəmir və həmçinin hazırki təyin edilən alimentlə iddiaçı uşağın bugünkü maddi tələbatlarını təmin edə bilmir. Çünki oğlu X8 xəstədir və fiziki qüsurludur. Belə ki, oğlu İbrahimov Ramal həm kar və laldır. Həmçinin serebral iflic xəstəliyindən əziyyət çəkir. Digər tərəfdən isə yasdı ayaqlığından, yəni ayağının birinin sümüyündə gödəlmə gedir və kifayət qədər ona iddiaçı xəstəliyinə görə xərc çəkməli olur. İddiaçı hesab edir ki, kəsilmiş əlavə xərclərin də miqdarı məhkəmə tərəfindən artırılmalıdır. Həmçinin digər oğlu X2 da əlavə xərclərində də cavabdeh iştirak etməlidir. Belə ki, iddiaçı digər uşağı X4 hazırlıq kursuna qoymuşdur. Uşağın təhsili ilə bağlı hər ay ona 150 manat olmaqla 4 ay hazırlıq kursuna 540 manat pul xərcləmişdir. İddiaçı həmçinin oğlu Şahbazın Naftalanda sanatoriyada müalicəsi üçün 216 manat pul ödəmişdir. Həmçinin hər gün hər iki övladının Nabranda sanatoriyada ayaqlarında olan xəstəliyə görə 8 manat velosiped sürməyinə görə 114 manat pul vermişdir. Digər bir tərəfdən isə iddiaçı uşağın müalicəsi ilə bağlı övladı Ramal İbrahimovu xüsusi internat məktəbinə qoymuşdur və həmin internat məktəbində uşağı ilə görüşmək üçün gedib gəlmək üçün və uşağı müalicələri ilə bağlı aparıb gətirmək üçün yol xərci çəkir. İddiaçı ümumilikdə yol xərclərinə ayda 300 manat yol pulu xərcləyir və hesab edir ki, həmin yol pulu xərclərinə də cavabdeh cəlb olunmalıdır. İddiaçı hər ay 300 manat xərclədiyinə görə artıq 10 aydan çoxdur ki, o, yol pulu xərcləyir. Cavabdehin iddiaçıya 3 aylıq aliment borcu ola ola krediti olduğuna görə, pula ehtiyacı olduğuna iddiaçıdan cavabdeh 1700 manat pul istəmişdir. İddiaçı hissə-hissə həmin pulları cavabdehə bank kartı vasitəsi ilə göndərmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir (Konstitutsiya 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikasının Ailə Məcəllənin (bundan sonra AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (Ailə Məcəlləsi 75; 78). “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair”Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarda daha sonra göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmin Qərarda daha sonra göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarda daha sonra göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Elşolts Almaniyaya qarşı» işi üzrə Avropa Məhkəməsinin qərarına əsasən, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valildeynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, cаvаbdeh uşağının yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ eyni zаmаndа iddiаçının uşaqlarına dа şamil olunur. Məhkəmə uşаğın sаxlаnmаsı üçün аlimentin miqdarına dаir məsələni müzakirə edərkən uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiаçının üzərinə düşməsini və uşağa qulluq etməsini diqqətəlayiq hal kimi nəzərə alır. Beləliklə məhkəmə hesаb edir ki, vаlideynlərin hər ikisinin hüquqlаrı bərаbər оlmаqlа, оnlаrın hər ikisinin uşаğa qаyğı göstərmək bоrcu оlduğundаn, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək səviyyədə saxlanmasını əsas tutаrаq, hаbelə uşаğın qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiаçının üzərinə düşməsini nəzərə аlаrаq uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-513/2022 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, hər ay, hər uşaq üçün 210 manat olmaqla, cəmi 420 manat məbləğində müəyyən edilməli və qətnаmə qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdehdən tutulub iddiаçının xeyrinə ödənilməlidir. Məhkəmə yuxarıda qeyd olunan alimentin məbləği ilə bağlı nəticəyə gələrkən onu da qeyd edir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi oxşar presedent qərarlarında vurğulamışdır ki, ədalətli məhkəmə araşdırması o zaman tamamlanmış hesab edirlir ki, məhkəmə qərarları tam icra edilmiş olsun. Belə olan halda, gələcəkdə məcburi qüvvəyə malik olacaq hazırki yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına icra olunmadan qalması ehtimalı, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququnu (ədalətli məhkəmə araşdırması hüququ) da xəyali hüquqa çevirə bilər. Odur ki, iş üzrə qətnamənin icra olunmadan qalma ehtimalı aradan qaldırmaq üçün məhkəmə hazırki nəticəyə gəlmişdir. Məhkəmə iddia tələbinin müalicə xərcinin artırılması hissəsinə münasibət bildirib qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Qərarda daha sonra qeyd edilir ki, qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Həmin Qərarda daha sonra göstərilir ki, valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qərarda daha sonra qeyd edilir ki, məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Hazırki iddia tələbindən də göründüyü kimi iddiaçı cavabdehdən birgə nikahlarından doğulmuş uşaqlarının müalicəsi ilə əlaqədar bu günə qədər çəkdiyi xərclərin əvəzini tələb etmir. İddiaçı cavabdehin uşaqların müalicəsi ilə əlaqədar gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iş materiallarında xx.xx.2010-cu il təvəllüdlü X3 ağır xəstə olduğunu, mütəmadi müalicəyə ehtiyacı olduğunu və bu müalicəyə hər ay nə qədər maddi vəsait tələb olunduğu və müalicə davam etdiriləcəyi təqdirdə gələcəkdə də maddi vəsait tələb olunacağını göstərən sübutlar mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı uşağın müalicəsi ilə əlaqədar xərclərlə cavabdehin cəlb edilməsini tələb etməkdə haqlı olmamışdır. Beləliklə məhkəmə hesаb edir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-513/2022 nömrəli qətnaməsi əsasında tutulan müalicə xərci dəyişdirilərək, hər ay 150 (yüz əlli) manat məbləğində müəyyən edilməli və qətnаmə qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdehdən tutulub iddiаçının xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin 1700 manat pul hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi pulun iddia etdiyi məbləğdə cavabdehə verməsinin sübut edilməsidir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan cəmi 1700 manat borc alması iş materialları ilə tam sübut olunur. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qəbzlərin surətindən görünür ki, Cavabdeh kart hesabına ümumilikdə 1700 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan başqa, cavabdeh məhkəmə iclasında iddiaçıdan 1700 manat borc pul aldığını etiraf etmişdir. Qanunvericiliyin sübutetmə yükü ilə bağlı yuxarıda göstərilən mövqeyindən görünür ki, tələb edilən pulun iddiaçıya qaytarıldığını sübut etmək vəzifəsi bir qayda olaraq cavabdehin üzərinə düşür. Hazırkı işdən isə görünür ki, cavabdehin borcunu qaytardığını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borcun qaytarılmış olmasını əsaslı hesab etmək mümkün deyil. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 1700 manat pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin yol xərci, dəbbə pulu və digər müalicə və təhsil xərci ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələri). Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi, iddiаçı iddiа tələbinin əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Lakin iddiaçı bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Beləliklə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, yalnız iddiaçının şifahi bildirdiyi formal mülahizələr əsasında iddianın hər hansı hissədə sübut edilməsi mümkün olmadığından iddia tələbi yol xərci, dəbbə pulu və digər müalicə və təhsil xərci ilə bağlı hissədə təmin edilməməlidir. MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianıntam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansınəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət verməmüddəti və qaydası göstərilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır (Mülki Prosessual Məcəllə 14; 77; 88; 217). Bundan başqa MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, 64 manat dövlət rüsumu və 55 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiа qismən təmin edilsin. 27 mart 2010-cu il təvəllüdlü X8 və 26 avqust 2012-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)- 513/2022 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, hər ay, hər uşaq üçün 210 (iki yüz on) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat məbləğində müəyyən edilsin və qətnаmə qаnuni qüvvəsini аldığı vаxtdаn bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı xeyrinə ödənilsin. 27 mart 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-513/2022 nömrəli qətnaməsi əsasında tutulan müalicə xərcinin məbləği dəyişdirilərək, hər ay 150 (yüz əlli) manat məbləğində müəyyən edilsin və qətnаmə qаnuni qüvvəsini аldığı vаxtdаn bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 64 mаnаt dövlət rüsumu və 55 manat mediasiya xərci аlınаrаq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov İş № 2(066)-617/2023 AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN QƏTNAMƏDƏNÇİXARİŞ Göygöl Rayon Məhkəməsi 16 may 2023-cü il Göygöl şəhəri. Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X5 iclas kаtibliyi, İddiaçı, onun vəkili X10 və Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “aliment və xərclər” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Q Ə T E T D İ: İddiа qismən təmin edilsin. 27 mart 2010-cu il təvəllüdlü X8 və 26 avqust 2012-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)- 513/2022 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, hər ay, hər uşaq üçün 210 (iki yüz on) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat məbləğində müəyyən edilsin və qətnаmə qаnuni qüvvəsini аldığı vаxtdаn bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı xeyrinə ödənilsin. 27 mart 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-513/2022 nömrəli qətnaməsi əsasında tutulan müalicə xərcinin məbləği dəyişdirilərək, hər ay 150 (yüz əlli) manat məbləğində müəyyən edilsin və qətnаmə qаnuni qüvvəsini аldığı vаxtdаn bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 64 mаnаt dövlət rüsumu və 55 manat mediasiya xərci аlınаrаq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №2(066)-617/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-617/2023
16.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver