Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-629/2025 25.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «atalığın müəyyən olunması və aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı «atalığın müəyyən olunması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh atalıq hüququnun məyyən olunması və birgə yaşadıqları dövrdə dünyaya gəlmiş övladları xx.xx.2024-cü il təvəllüdlü X6 onun himayəsində saxlanılması uçün yetkinlik yaşına çatanadək cavabdehdən əmək haqqının ¼ hissəsi qədər aliment tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinə müraciət etməmişdən əvvəl Samux 1 saylı Mediasiya Təşkilatına atalığın müəyyən olunması və aliment tələbi ilə müraciət etmiş, mediasiya reyestrində ******* nömrə ilə qeydiyyatdan keçmiş, X4 Cavabdeh iştirak etmədiyinə görə ona X4 X7 arayış verilmişdir. Cavabdeh ilə qeyri-rəsmi nikahlarından xx.xx.2024-cü il tarixdə Uğur adlı övladları anadan olmuşdur. Aralarında olan narazılığa görə ayrılmaq qərarına gəlmişlər. Odur ki, Cavabdeh atalıq hüququnun müəyyən olunması və övladları X6 yetkin yaşına çatanadək saxlanılması üçün Cavabdeh əmək haqqının ¼ qədər hissəsi qədər aliment tulularaq onun xeyrinə ödənilməsi barədə məhkəmədə iddia qaldırır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh xx.xx.2024-cü il tarixdə Uğur adlı övladlarına atalıq verməmiş, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onların cavabdehlə aralarında rəsmi nikahları olmamış, lakin ər-arvad münasibətində olmuşlar, xx.xx.2024-cü il tarixdə anadan olmuş Uğur adlı uşağın atası Cavabdehdur və bu ekspertiza rəyi ilə də sübuta yetirilmişdir. Cavabdeh uşağın saxlanması üçün ona heç bir kömək göstərmir. Odur ki, məhkəmdən iddia tələbinin təmin edilməsini xahiş etdi
4. Cavabdeh və onun vəkili Vəkil məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İş materiallarına əlavə edilmiş; - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. - Göygöl rayon İHB-nin Şəhriyar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-47-36/3-2-128/2024 nömrəli arayışdan görünür ki, İddiaçı Göygöl rayonu Şəhriyar kəndində qeydiyyatda olmaqla yaşayır. - X10 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İV seriyalı, 982318 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə Göygöl rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2024cü ilin, 03-cü ayının, 15-ci günündə 44№ ilə qeyd edilmişdir. - Samux 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞG/1/2024-00274 nömrəli “X4 X7” arayışın surətindən görünür ki, ailə münasibətlərindən irəli gələn “aliment” tələbinə dair mübahisə üzrə xx.xx.2024-cü ildə, saat 10:00-da keçrilmiş mediasiya prosesində Cavabdeh iştirak etməmiş, mediasiya prosesində iştirak edən İddiaçı 50 (əlli) manat məbləğində mediasiya xərcini tam ödəmişdir. - Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarında İddiaçı gəliri barədə sübut aşkar edilməmişdir. - Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarından görünür ki, Cavabdeh 400.0 manat və ƏG - 2-ci qrup 1370.58 manat pensiya alır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 626/2024-MTBŞ nömrəli rəyindən görünür ki, qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Cavabdeh ekspertizaya təqdim olunmuş X8 adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur. - Göygöl Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 1(066)-5/2025 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X1 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1.-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh qarşı irəli sürülmüş ittihamdan cinayət hadisəsi olmama əsası ilə imtina etməsi qəbul edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində hazırki cinayət işi üzrə icraat (cinayət təqibinə) bəraətverici əsaslarla xitam verilməsi qərara alınmışdır.
7. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh ilə nikaha daxil olmadan, qeyri-rəsmi ər-arvad münasibətində olmuşlar və həmin dövrdə onların ərarvad münasibətlərindən 22.02.202-cü il təvəllüdlü X8 uşaqları doğulmuşdur. Uşaq doğulanda tərəflərin nikahı olmamış və doğum akt qeydlərinin ata qrafasında ananın soyadı göstərilmişdir. İddiaçı Cavabdeh qarşı «atalığın müəyyən olunması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh atalıq hüququnun məyyən olunması və birgə yaşadıqları dövrdə dünyaya gəlmiş övladları xx.xx.2024-cü il təvəllüdlü X6 onun himayəsində saxlanılması uçün yetkinlik yaşına çatanadək cavabdehdən əmək haqqının ¼ hissəsi qədər aliment tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 626/2024-MTBŞ nömrəli rəyindən görünür ki, qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Cavabdeh ekspertizaya təqdim olunmuş X8 adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, cavabdeh məhkəmə iclasında iştirak etmədiyin iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır.
8. Göründüyü kimi, doğum qeyd edilərkən atalıq müəyyən edilməmiş, uşaqlar nikahı olmayan anadan doğulduğundan və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadığından, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinin göstərişinə uyğun olaraq doğum haqqında şəhadətnamədə uşaqların atasının soyadının əvəzinə ananın soyadı yazılmış, uşaqların atasının adı isə uşaqların anasının göstərişi üzrə yazılmışdır.
9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
11. Həmin Məcəllənin 76.2.-ci maddəsinə əsasən Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
12. Həmin Məcəllənin 87.2.-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
13. Həmin Məcəllənin 97.5.-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
14. Göründüyü kimi, atalığın məhkəmə yolu ilə tanınması üçün məhkəmənin əsas götürdüyü çoxsaylı hallar ola bilər. Belə ki, uşağın doğulmasına qədər ananın və atalığı iddia olunan şəxsin birgə yaşaması; uşağın birgə saxlanması və tərbiyə olunması; kişinin uşağın atası olması barədə etirafını isbat edən sübutların olması və s.
15. Atalığın müəyyən edilməsi barədə ərizəyə baxılarkən məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. İddiaçının doğduğu uşağın cavabdehdən törədiyini təsdiq edən sübutlar isə hazırki işdə mövcuddur.
16. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin faktiki ərarvad münasibətlərindən xx.xx.2024-cü il təvəllüdlü Uğur adlı uşağın doğulmasının məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 626/2024-MTBŞ nömrəli rəyi təsdiq olunması nəzərə alınaraq, iddia həmin hissədə təmin edilməli və uşağın atasının “Cavabdeh” olması müəyyən edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edilməli və yeni doğum haqqında şəhadətnamənin ata qrafasında xx.xx.2024-cü il təvəllüdlü Uğur adlı uşağın atası kimi Cavabdeh qeyd edilməlidir.
17. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
18. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
19. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
20. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən, istər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən uşaqlar barəsində görülən bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir.
21. Həmin konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinin tələbinə görə, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. - 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 56.1-ci maddəsinə əsasən valideyinlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. - 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
23. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” X2 Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər.
24. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər.
25. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur.
26. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının aliment tələbinin əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının gəlirinin olmamasını, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi alimentin tutulması hissəsində də təmin edilməli, xx.xx.2024-cü il təvəllüdlü Uğur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının ¼ hissəsində aliment tutulub uşağın anası İddiaçı verilməlidir.
27. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından və uşaq anasının yanında olduğundan, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixdən etibarən tutulmalı, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə iddiaçının 50 (əlli) manat İMS xərci və 50 (əlli) manat dövlət rüsumu ödəməsi və cavabdehdən tələb edilməməsi nəzərə alınmalı, iddiaçının özünə aid edilməlidir.
29. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
32. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. V. Nəticə:
34. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. xx.xx.2024-cü il təvəllüdlü X8 (Fin:YLWADY4) adlı uşağın atası- xx.xx.1985-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı (Fin:xxxxxxx) Cavabdeh olması müəyyən edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il təvəllüdlü Uğur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının ¼ hissəsində aliment tutulub uşağın anası İddiaçı verilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edilsin və yeni doğum haqqında şəhadətnamənin ata qrafasında xx.xx.2024-cü il təvəllüdlü Uğur adlı uşağın atası kimi Cavabdeh qeyd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Rəşad Mustafayev