Məhkəmə qərarları › İş №2(066)-650/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-650/2024

23.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-650/2024 23.04.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X1, İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə məhkəmə iclasından kənar baxaraq müəyyənetdim: İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayon Topalhəsənli kəndində mərhum Rəşid Hüseynovdan və mərhum anaları Nəzirə Hüseynovadan miras qalmış 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 271.39 kv.m olan 8 otaqlı yaşayış evinə hər birinin 1/5 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edimiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruru tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-271/2023 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(066)-753/2022 nömrəli qətnaməsi qismən-Cavabdeh2 və Cavabdeh1 mərhum X3 qanun üzrə vərəsələri hesab edilməsi, ½ hissəsi X3 mülkiyyətində olmuş ev (X4 Bürosu tərəfindən verilmiş 20 mart 1986-cı il tarixli texniki pasport tərtib edilmiş Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən ümumi sahəsi 122.09 kv.m olan liter «A» və ümumi sahəsi 149,3 kv.m olan liter «B») qanun üzrə vərəsəlik qaydasında Cavabdeh2 və Cavabdeh1 aralarında ½ hissədə paylarının müəyyən edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılmaqla ilk və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, JN 064A, KOD 50800038 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə qeyd edilən 0,12 ha torpaq sahəsində yerləşən, X4 Bürosu tərəfindən verilmiş 20 mart 1986-cı il tarixli texniki pasportda göstərilən ümumi sahəsi 122.09 kv.m olan liter «A» və ümumi sahəsi 149,3 kv.m olan liter «B» fərdi yaşayış evləri üzərində qanun üzrə vərəsəlik qaydasında Cavabdeh2 və Cavabdeh1 hər birinin ½ (ikidə bir) hissədə paylarının müəyyən edilməsi və Göygöl Rayon Məhkəməsinin 26 sentyabr 2022ci il tarixli, 2(066)-753/2022 nömrəli qətnaməsinin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2509/2023 saylı qərarının surətindən görünür ki, Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2 (104)- 271/2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2 (104)-271/2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçının dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qanuniliyini yoxlamaq səlahiyyətinə malik deyildir. Belə ki, tərəflər arasında olan mübahisəyə artıq hüquqi qiymət verildiyindən və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, bundan sonra eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2.-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iddia üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməlidir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş 100 manat dövlət rüsumu geri ödənilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İş üzrə İddiaçı3 "xxxx" ASC vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, qəbzin nömrəsi 5098, sənədin FİN koduxxxxxxx, terminal nömrəsi Ko183011 ilə Göygöl Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi Göygöl Rayon Maliyyə şöbəsi tərəfindən İddiaçı3 geri qaytarılsın. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlər birlikdə qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar