Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-653/2025 09.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Qurbanov Sənan Vüsal oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Allahverdiyeva (Məsimova) Elnura Mirkamalovnanın nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Allahverdiyeva (Məsimova) Elnura Mirkamalovnanın maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Allahverdiyeva (Məsimova) Elnura Mirkamalovna maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyyən edilməsi” barədə ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə mülküyyətlərinə verilmiş 0.18 ha həyətyanı torpaq sahəsinə dair JN-133F, KOD-50807005 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair şəhadətnamədə” yazılmış “X1” Ərizəçi1, “X6” X9 və kənd təsərrüfatı təyinatlı 0.98 ha torpaq sahəsinə dair JN-320, KOD-50807005 nömrəli Torpağa mülküyyət hüququna dair Dövlət Aktında yazılmış “X6” X9 olmaqla həmin şəhadətnamənin və dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Allahverdiyeva (Məsimova) Elnura Mirkamalovna ərizəni onunla əsaslandırmışlar ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə Göygöl rayon Danayeri kəndi ərazisində yerləşən ataları Mirkamal Məsimova məxsus yaşayış evinin yerləşdiyi 0.18 ha torpaq sahəsi və həmin kənd ərazisində kənd təsərrüfatı təyinatlı 0.98 ha torpaq sahəsi ümumibirgə olmaqla mülkiyyətlərinə verilib və həmin torpaqlara aid JN-133F, KOD-50807005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-320, KOD-50807005 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilib. JN-133F, KOD-50807005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 soyadı səhvən “Məsmiov”. Allahverdiyeva (Məsimova) Elnurə Mirkamalovnanın adı, soyadı “X15" kimi yazılmışdır. JN-320, KOD-50807005 nömrəli Torpağa mülkiyyət hüququna dair X8 (Məsimova) Elnurə Mirkamalovnanın adı, soyadı “X15” kimi yazılmışdır. Məsələ ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etdikdə, məhkəmə qətnaməsi təqdim olunacağı təqdirdə düzəliş ediləcəyi əsas gətirilərək düzəliş edilməsindən imtina edilmişdir. Qeyd olunan yanlışlığı başqa vasitə ilə aradan qaldıra bilmədiklərindən məcbur olub bu faktı təsdiq etdirmək üçün məhkəməyə müraciət etmişlər. Məhkəmə iclası zamanı ərizəçilər Ərizəçi1 və Allahverdiyeva (Məsimova) Elnura Mirkamalovnanın nümayəndəsi (vəkili) Nümayəndə izahatında ərizəni müdafiə edərək göstərdi ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə Göygöl rayon Danayeri kəndi ərazisində Mirkamal Məsimova və onun ailə üzvlərinə 0.18 ha həyətyanı torpaq sahəsi və həmin kənd ərazisində 0.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaqlara aid JN-133E, KOD- 50807005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-320, KOD- 50807005 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı var. JN-133F, KOD- 50807005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 soyadı səhvən “Məsmiov”, Allahverdiyeva (Məsimova) Elnurə Mirkamalovnanın adı, soyadı isə “X15" kimi yazılmışdır. JN-320, KOD-50807005 nömrəli Torpağa mülkiyyət hüququna dair X8 (Məsimova) Elnurə Mirkamalovnanın adı, soyadı “X15” kimi yazılmışdır. Torpağa dair sənədlərdə olan həmin səhvlərə görə ərizəçilərin mülkiyyət hüquqları pozulduğundan müvafiq orqanlara müraciət etsələrdə, heç bir nəticəsi olmamışdır. Odur ki, həmin ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, ərizəçilər Ərizəçi1 və X10 onun qonşularıdır həmdə onun bacısı uşaqlarıdır. Mircamal və Elnurə Mirkamalın uşaqlarıdır. Onlar uzun müddətdirki, Rusiyadadırlar. Yay aylarında gəlib gedirlər. Həmin torpaq sahəsindən Mirkamalın balaca qardaşı Elsevər istifadə edir. Mirkamalın Elnur adında uşağı olmamışdır. Torpaq sahəsində heç bir mübahisələri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, ərizəçilər Ərizəçi1 və X10 onun qardaşı Mirkamalın uşaqlarıdır. Mirkamalın iki uşağı var Mircamal və Elnurə. Qardaşı ailəsi ilə birlikdə Rusiyada yaşayır. Yaxınlıqda qaldığı üçün torpaq sahəsinə o nəzarət edir. Torpaq sahəsində heç bir mübahisələri yoxdur. Ərizəçilər Ərizəçi1, Allahverdiyeva (Məsimova) Elnura Mirkamalovnaya, maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçilər və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin və ərizəçilərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan JN-133F, KOD 50807005 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə X5 mülkiyyətinə 0.18 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-320, KOD 50807005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə X5 mülkiyyətinə 0.98 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubunda Torpağa Mülkiyyət Hüququna dair JN-320 saylı dövlət aktında hüquq sahiblərindən birinin adında uyğunsuzluq olduğu, belə ki, Ərizəçi2 adı ilə dövlət aktında qeyd olunmuş X6 eyni şəxs kimi qeyd olunduğu aşkar edilməsi, bu səbəbdəndə ərizənin icrasının mümkün olmaması qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubunda Torpağın Mülkiyyətə verilməsinə dair JN-133F saylı şəhadətnamədə hüquq sahiblərindən birinin adında uyğunsuzluq olduğu, belə ki, Ərizəçi2 adı ilə şəhadətnamədə qeyd olunmuş X6 eyni şəxs kimi qeyd olunduğu aşkar edilməsi, ərizəyə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-133F saylı şəhadətnamədə torpaq sahəsinin 0.18 ha olduğu, lakin Ərazi İdarəsinin elektron baza məlumatlarında 0.03 ha olmasının müəyyən edilməsi, bu səbəbdəndə ərizənin icrasının mümkün olmaması qeyd edilmişdir. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Qızılca kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-47-24/3-2-287/2024 nömrəli arayışından görünür ki, DTXK tərəfindən verilmiş JN-320, KOD-50807005 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktında texniki səhv olaraq Ərizəçi2 əvəzinə X4 yazılmışdır. X15 adında sakin Göygöl rayon Qızılca İƏD-si üzrə nümayəndəliyinin ərazisində yaşamır və qeydiyyatda deyil. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Qızılca kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-47-24/3-2-288/2024 nömrəli arayışından görünür ki, DTXK tərəfindən verilmiş JN-133F, KOD-50807005 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq Ərizəçi2 əvəzinə X4 yazılmışdır. X15 adında sakin Göygöl rayon Qızılca İƏD-si üzrə nümayəndəliyinin ərazisində yaşamır və qeydiyyatda deyil. İşdə olan Göygöl Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-16-301/2025 nömrəli məktubdan görünür ki, X5 ailə üzvləri xx.xx.1967-ci il təvəllüdlü arvadı X13, xx.xx.1990-cı il təvəllüdlü oğlu Ərizəçi1, xx.xx.1992-ci il təvəllüdlü qızı X2 və xx.xx.1995-ci il təvəllüdlü X3 ibarətdir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 181 saylı arayışdan görünür ki, X9 xx.xx.1995-ci il tarixdə Göygöl rayonu Qızılca kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1995-ci ildə Göygöl rayonu Qızılca kənd İcra Nümayəndəliyində 20 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. (atası X11, anası isə X16r) İş materiallarına əlavə edilmiş Göygöl Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 180 saylı arayışdan görünür ki, Ərizəçi1 xx.xx.1991-ci il tarixdə Göygöl rayonu Danayeri kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1991-ci ildə Göygöl rayonu Qızılca kənd İcra Nümayəndəliyində 04 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. (atası X11, anası isə X16r). İşdə olan İV-AK № 631210 nömrəli, 9 iyun 2022-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X14 xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində nikahlarını rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra ərə Allahverdiyev, arvada isə Allahverdiyeva soyadı verilmişdir. İşdə olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1990-cı ildə Göygöl rayonu Danayeri kəndində doğulmuşdur və Göygöl rayonu Danayeri kəndində yaşayır. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1995-ci ildə doğulmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-5714/2025 saylı Göygöl Rayon Məhkəməsinə ünvanladığı məktubdan görünür ki, JN-133F, KOD 50807005 saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamə və JN-320, KOD 50807005 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının qüvvədən düşməsi ilə bağlı Ərazi İdarəsinə məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə ərizəçinin izahatını və işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə Göygöl rayon Danayeri kəndi ərazisində ərizəçilərin atası X7 0.18 ha həyətyanı torpaq sahəsi və həmin kənd ərazisində kənd təsərrüfatı təyinatlı 0.98 ha torpaq sahəsi verilmişdir. Həmin torpaqlara dair JN-133F, KOD-50807005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-320, KOD-50807005 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. JN-133F, KOD-50807005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 soyadı səhvən “Məsmiov”, Allahverdiyeva (Məsimova) Elnurə Mirkamalovnanın adı, soyadı isə “X15" kimi yazılmışdır. JN-320, KOD-50807005 nömrəli Torpağa mülkiyyət hüququna dair X8 (Məsimova) Elnurə Mirkamalovnanın adı, soyadı “X15” kimi yazılmışdır. Ərizəçilər maraqlı şəxs kimi qeyd etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etmişlər. Lakin həmin təşkilatdan ona imtina edilmişdir ki, aparılan araşdırma zamanı, Torpağa Mülkiyyət Hüququna dair JN-320 saylı dövlət aktında və Torpağın Mülkiyyətə verilməsinə dair JN-133F saylı şəhadətnamədə hüquq sahiblərindən birinin adında uyğunsuzluq olduğu, belə ki, Ərizəçi2 adı ilə dövlət aktında qeyd olunmuş X6 eyni şəxs kimi qeyd olunduğu aşkar edilməsi, ərizəyə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-133F saylı şəhadətnamədə torpaq sahəsinin 0.18 ha olduğu, lakin Ərazi İdarəsinin elektron baza məlumatlarında 0.03 ha olmasının müəyyən edilməsi, bu səbəbdəndə ərizənin icrasının mümkün olmaması qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-5714/2025 saylı Göygöl Rayon Məhkəməsinə ünvanladığı məktubda, JN-133F, KOD 50807005 saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin və JN-320, KOD 50807005 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının qüvvədən düşməsi ilə bağlı Ərazi İdarəsinə məlumat daxil olmaması bildirilmişdir. Sözügedən sənədlərin Ərizəçi1 və Allahverdiyeva (Məsimova) Elnurə Mirkamalovnaya məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Belə ki, sənədi vermiş DTXK Xanlar rayon şöbəsi artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Birgə mülkiyyətçiləri olması nəzərə alınmaqla, JN-133F saylı, KOD 50807005 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi1 və Allahverdiyeva (Məsimova) Elnurə Mirkamal qızına məxsus olması faktı müəyyən edilsin. Birgə mülkiyyətçiləri olması nəzərə alınmaqla, JN-320F saylı, KOD 50807005 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının Allahverdiyeva (Məsimova) Elnurə Mirkamal qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-653/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-653/2025
09.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver