Məhkəmə qərarları › İş №2(066)-656/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-656/2023

26.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-656/2023 26.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Xanlar rayon Aqrar İslahat Komissiyasının 06 avqust 2000-ci il tarixli 12 saylı qərarı ilə mülkiyyətinə verilimiş 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-151A, KOD 50804018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Şəhadətnamədə yazılmış X6 olan hissəsinin "Ərizəçi" kimi oxunmaqla qeyd olunan Şəhadətnamənin ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında göstərdi ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 06 avqust 2000-ci il tarixli, 12 saylı qərarı ilə Göygöl rayonu, Balçılı kəndi ərazisində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-151A, KOD 50804018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Şəhadətnamə verilmişdir. Onun şəxsiyyətini müəyyən edən sənəddə soyadı Əliyeva, adı Sədaqət, atasının adı Müzəffər qızı kimi göstərilmişdir. Lakin Torpaq şəbəsi tərəfindən verilmiş JN-151A, KOD 50804018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi əvəzinə texniki səhv olaraq X2 yazılmışdır. O, bu barədə DƏDK-nin Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi İdarəsinə müraciət etsə də, ərizəsinin icrası mümkün olmamış və məhkəməyə müraciət etməyi ona məsləhət görülmüşdür. Torpaq şöbəsinin səhlənkarlığından şəhadətnamədə olan səhvə görə torpağa dair rəsmiləşdirmə işləri apara bilmirlər. Ona görə də məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Xanlar rayon Aqrar İslahat Komissiyasının 06 avqust 2000-ci il tarixli 12 saylı qərarı ilə mülkiyyətlərnə verilimiş 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-151A, KOD 50804018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair X1 yazılmış hissəsinin "Ərizəçi" kimi oxunmaqla həmin Şəhadətnamənin ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 verdiyi izahatında ərizəçi ilə qonşu olmasını, sənəddə onun adının texniki səhv yazılmasını, əslində isə onun adının Sədaqət olmasını bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 izahatında ərizəçi ilə qonşuluqda yaşamasını, onu Sədaqət kimi tanımasını, lakin torpağa dair sənəddə texniki səhv olaraq ərizəçinin adının Səadət kimi olmasını təsdiq etdi. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-151A, KOD 50804018 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» nin surətindən görünür ki, keçmiş Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 06 avqust 2000-ci il tarixli, 12 saylı qərarı ilə 0,14 ha torpaq sahəsi Xanlar (indiki Göygöl) rayonunun, Balçılı kənd sakini Əliyeva Səadət (Sədaqət) Müzəffər qızının mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 05 dekabr 2022-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, şəhadətnamədə olan uyğunsuzluğun aradan qaldırılmasına görə müraciət edilmiş, uyğunsuzluğun aradan qaldırılmasına görə müvafiq düzəlişin aparılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin təqdim edilmədiyi müəyyən edildiyindən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Göygöl rayon İcra Hakimiyyəti Başçısının Balçılı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, keçmiş DTXK tərəfindən verilmiş 06 avqust 2000-ci il tarixli, 15 saylı, JN-151A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı və ata adı səhv olaraq X6 yazılmışdır. Düzgün yazılış Ərizəçi kimidir. İş materiallarında olan Azərbaycan Respublikasının Xanlar RPŞ tərəfindən verilmiş AZE seriyalı, 0******* nömrəli, xx.xx.1949-cu il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 20 dekabr 1949-cu il tarixdə Azərbaycan Respublikası, Xanlar rayonu, Balçılı kəndində anadan olmuş və Xanlar (Göygöl) rayonunun, Balçılı kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Göygöl rayon İcra Hakimiyyəti Başçısının Balçılı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 809 saylı arayışından görünür ki, iddiaçı Ərizəçi Göygöl rayonunun, Balçılı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Xanlar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1949-cu il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1949-cu il təvəllüdlü Ərizəçi atası kimi X9, anası kimi X7 yazılmışdır. Göründüyü kimi Xanlar (Göygöl) rayonunun Balçılı kəndində yerləşən 0,14 ha torpaq sahəsi Ərizəçi xüsusi mülkiyyətidir və bu JN-151A, KOD 50804018 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə rəsmiləşdirilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, JN-151A, KOD 50804018 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə» texniki səhv olaraq Ərizəçi əvəzinə səhvən «X6» kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə məhkəmə ərizəçinin gətirdiyi dəlilləri həqiqətə uyğun hesab edərək, tələb üzrə hüquqi faktın müəyyən edilərək ərizəçinin hüququnun bərpa edilməsi baxımından ərizənin təmin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ərizəçiyə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307.2.11 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-151A, KOD 50804018 nömrəli şəhadətnamədə «X6» olan hissəsinin «Ərizəçi» məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ___________________________________________________ _____ ___________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçt: Elektron ünvan İş № 2(066)-656/2023 26 iyul 2023-ci il Ərizəçi Göygöl rayonu, Balçılı kəndi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 3 saylı Gəncə Ərazi İdarəsinə Gəncə şəhəri, Z.Əliyeva küçəsi 03 Göygöl Rayon Məhkəməsinin 2(066)-656/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti «02» vərəq. Hakimi: Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _____________________________________________________ ___ ___________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçt: Elektron ünvan İş № 2(066)-656/2023 28 avqust 2023-ci il Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 3 saylı Gəncə Ərazi İdarəsinə Gəncə şəhəri, Z.Əliyeva küçəsi 03 Göygöl Rayon Məhkəməsinin 2(066)-656/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsinin surəti icra olunması üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti « 02 » vərəq. Hakimi: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar