Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-672/2023 16.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə Sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Göygöl şəhərində 16 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* saylı, xx.xx.2007-ci il tarixli, **********20 reyestr nömrəli çıxarışın X12 yazılmış hissəsinin ona yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edib göstərdi ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* saylı, xx.xx.2007-ci il tarixli, **********20 reyestr nömrəli çıxarışda göstərilən 0.469183 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun yəni Ərizəçi, həyat yoldaşı X3, qızı X5 mərhum qaynanası X8 və mərhum oğlu X6 mülkiyyətlərinə verilmişdir. Şəxsiyyətini təsdiq edən sənədlərində soyadı Pənahova, adı Aləmzər, atasının adı Yaqub olmasına baxmayaraq həmin çıxarışda onun adı Aləmzar əvəzinə səhvən Ələmzar, atasının adı Yaqub əvəzinə səhvən Yaqut kimi özüdə kişi cinsində yəni X2 yazılmışdır. Çıxarışda yol verilmiş həmin səhvə görə torpağa dair rəsmiləşdirmə işləri apara bilmədiyindən eləcə də mülkiyyət hüququ pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odür ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* saylı, xx.xx.2007-ci il tarixli, **********20 reyestr nömrəli çıxarışın X12 yazılmış hissəsinin ona yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlanldırılmasına baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 məhkəmə iclasında ifadə verərək göstərdi ki,Ərizəçi onun həyat yoldaşıdır. Həyat yoldşının şəxsiyyətini təsdiq edən sənədlərində soyadı Pənahova, adı Aləmzər, atasının adı Yaqub olmasına baxmayaraq MH seriyalı ******* saylı, xx.xx.2007-ci il tarixli, **********20 reyestr nömrəli çıxarışda onun adı Aləmzar əvəzinə səhvən Ələmzar, atasının adı Yaqub əvəzinə səhvən Yaqut kimi özüdə kişi cinsində yəni X2 yazılmışdır. X4 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Onun soyadı Pənahova, adı Aləmzər, atasının adı Yaqub olmasına baxmayaraq MH seriyalı ******* saylı, xx.xx.2007-ci il tarixli, **********20 reyestr nömrəli çıxarışda onun adı Aləmzar əvəzinə səhvən Ələmzar, atasının adı Yaqub əvəzinə səhvən Yaqut kimi özüdə kişi cinsində yəni X2 yazılmışdır. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* saylı, xx.xx.2007-ci il tarixli, **********20 reyestr nömrəli çıxarışda göstərilən Göygöl rayonu Yeni Zod kəndində yerləşən 0,469183 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.07819 ha hissəsi X9, 0.15639 ha hissəsi X3, 0.07819 ha hissəsi X7, 0.07819 ha hissəsi X11 və 0.07819 ha hissəsi X5 mülkiyyəti olması və daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 112 nömrəli vərəqində qeydiyyata alınması göstərimişdir. İşə əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci ildə Ermənistan Respublikası Amasiya rayonu Çivinli kəndində anadan olmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-2191/2023 nömrəli bildirişində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınması hüquq sahiblərindən “X12” kimi qeyd olunduğundan və Ərizəçi ilə sənədlərdə qeyd olunmuş “X7”eyni şəxs okmasını təsdiq edən sənəd ( məhkəmə qətnaməsi ) təqdim edilmədiyindən mümkün olmadığı göstərilmişdir. İşdə olan Göygöl rayon İHB-nın Yeni Zod kənd İƏD üzrə nümayəndəsinin 24.012022ci il tarixli 400 nömrəli arayışında MH seriyalı ******* saylı, xx.xx.2007-ci il tarixli, **********20 reyestr nömrəli çıxarışda Ərizəçi əvəzinə səhvən “X12” yazıldığı və Göygöl rayon Yeni Zod kəndi təsərrüfatbaşına kitabda X12 adnda adam olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.5-ci maddələrinə əsasən məhkəmə sənədin şəxsə məxsus olması barədə hüquq faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual-Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* saylı, xx.xx.2007-ci il tarixli, **********20 reyestr nömrəli çıxarışın X12 yazılmış hissəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* saylı, xx.xx.2007-ci il tarixli, **********20 reyestr nömrəli çıxarışın X12 yazılmış hissəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-672/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-672/2023
16.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver