Məhkəmə qərarları › İş №2(066)-684/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-684/2025

21.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-684/2025 21.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab olunması və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 400576 nömrəli, xx.xx.2024-cü il tarixli aktın və barəsində qanunsuz hesablanmış 518 (beş yüz on səkkiz) manat məbləğində cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, mülki iş 2(066)-684/2025 sayla qeydiyyata alınmışdır. Həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı «itirilmiş və istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı borcunu könüllü ödəmədiyinə görə 1669.21 manat məbləğində pulun və ödənilmiş 36.69 manat dövlət rüsumunun alınaraq Cavabdeh İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN ********** M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, mülki iş 2(066)-517/2025 sayla qeydiyyata alınmışdır. Hər iki mülki iş Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlunun icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia qaldırmışdır. Cavabdeh isə ona qarşı «itirilmiş və istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair iddia qaldırmışdır. Hər iki mülki işin bir icraatda birləşdirilib baxılmasına etiraz etmir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə hər iki mülki işin bir icraatda birləşdirilib baxılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «itirilmiş və istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair 2(066)-517/2025 saylı mülki iş Göygöl Rayon Məhkəməsinin icraatındadır və hazırkı 2(066)-684/2025 saylı mülki iş üzrə eyni tərəflər arasında mübahisə predmetinə dair bir-biri ilə əlaqəli iddia tələbləridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, icraatda olan 2(066)-517/2025 saylı və 2(066)-684/2025 saylı mülki işlərin eyni tərəflər arasında mübahisə predmetinə dair bir-biri ilə əlaqəli tələblər olmasını, məhkəmənin bir mübahisə predmeti üzrə vahid qərar qəbul edilməsinin təmin etmək üçün həmin işlərin bir icraatda birləşdirilməsini zəruri hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Göygöl Rayon Məhkəməsinin icraatında olan, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia üzrə 2(066)-684/2025 saylı mülki iş, iddiaçı Cavabdeh İddiaçı qarşı «itirilmiş və istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair 2(066)-517/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin. Mülki iş üzrə icraat 2(066)-517/2025 nömrə altında davam etdirilsin və məhkəmə hazırlıq iclası 03 iyun 2025-ci il tarixdə, saat 09:30-da Göygöl Rayon Məhkəməsinin inzibati binasında keçirilsin. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar