Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-687/2025 07.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, 26 yanvar 1983cü ildə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X11 ilə anası X5 birgə nikahından o, qardaşı və iki bacısı anadan olmuşlar. Hər biri yetkinlik yaşına çatmışlar. Qardaşı X1 baş vermiş yol nəqliyyatı hadisəsi nəticəsində başından güclü travma almışdır. Bunun nəticəsində özünü idarə edə bilmir, başağrıları, başgicəllənməsi və üzündə keyimələri olur. Bir çox hallarda öz hərəkətlərinin mənasını anlaya bilmir və ya özünü idarə etmək və öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. Həmçinin psixi vəziyyətində davamlı yaxşılaşma müşahidə olunmadığından o, hal-hazırda öz hərəkətlərinin mənasını başa düşüb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Ülfət dəfələrlə xəstəliyinə görə təkrarlanan psixi pozulmalar, qıcolma tutmaları, ağır dərəcəli əqli gerilik diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1/309 saylı həkim psixiatr komissiyasının rəyinə əsasən xx.xx.1983-cü il təvəllüdlü X2 mənşəli dememiya davranış pozuntuları ilə HMMİE=20, G 31, F02.8 və F07.8 xəstəliyi keçirir. Hal-hazırda tibb müəssisəsində göstərilən xəstəliklə əlaqədar qeydiyyatdadır. Həmçinin o, İİİ qrup gözdən əlildir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə portaldan arayış almışdır. Qardaşı Ülfət ağır xəstə olduğundan onun başqasının köməyinə ehtiyyacı var. Lakin, qanunla müəyyən olunmuş hüquqlardan istifadə edə bilmir. Belə olan halda X7 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi və onun müəyyən hüquqlarının həyata keçirilməsi üçün onun üzərində bacısı kimi özünün qəyyum təyin edilməsi vacibdir. Bu səbəbdən məcbur olub məhkəməyə ərizə ilə müraciət edir. Ərizənin əsaslı olması ərizəyə əlavə etdiyi sənədlərlə təsdiq olunur. Maraqlı şəxs Göygöl Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, qardaşı Ülfət əqli qüsürludur. 2024-cü ildə insult keçirtmişdir. Onun danışıqlarını başa düşmək olmur. Bu vəziyyətə düşəndən sonra onun arvadı və övladı ona yaxın durmadılar, onu ailəsi ataraq ona baxmadılar. Hazırda qardaşına anası, özü və bacısı baxır. Qardaşı Ülfət özünü idarə edə bilmir, yeriyəndə yıxılır, küçədə gəzə bilmir,K kimsə mütləq onu tutub aparmalıdır, sanki beynində bunu dərk etmir, yemək yeyəndə bilmir qaşığı necə tutmalıdır, 3 ildir xəstədir. Həmin vaxt ailəsində dava-dalaş olmuşdur. O səbəbdən içkili vəziyyətdə iş yerindən çıxıb evə gedəndə avto qəza keçirtmişdir. Avtombildə özündən başqa heç kim olmamışdır. Həmçinin o, gözdən 3 cü qrup əlildir. 1 il məştağada yatmışdır. Həmçinin o, 8 ay semaşka xəstəxanasında taksikalogiya şöbəsində də yatıb. Orada yatdığı vaxt sağlamlığı geri gedirdi deyə onu oradan çıxarıb evə gətirmişlər və həmin vaxtdan ona özləri baxırlar. Ailədə 5 uşaqdırlar, ataları 5-6 ildir rəhmətə gedib. Anaları sağdır, lakin o da yaşlıdır deyə qardaşına baxa bilmir. Məcbur olub ona özləri baxır. Qardaşı əvvəl evli olub, 2 uşağı var. Xəstələnəndən sonra ailəsi ilk gündən onu atmışdır. Özləri 1-ci mərtəbədə qalırlar, qardaşı Ülfət binanın pilləkənindən tək düşə bilmir. Onun beyini şüuru yol vermir haradansa tutub düşsün. Səhər yuxudan oyananda bəzən heç kimi tanımır. Səhər yeməyini yeyəndən sonra biraz onları tanımağa başlayır. Əgər o yemək istəmədisə gün ərzində yeməyəcək. Gözü zəif gördüyünə görə əsgərliyə də getməmişdir. Hazırda həkim ona siqaret çəkməyə icazə vermir, çünki siqaret onun beyininə lap pis təsir edir. Qardaşı üçün hamısı əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsini, X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, bacısı Nərminə ilə birlikdə yaşayır. Hazırda subaydır. Evli olub ayrılıb. Qardaşı Ülfət 3 ildir ki, xəstədir. O, beyin toksiki atrafiyası xəstəsidir. Əvvələ baxanda onda azda olsa sağalma var. Ona kimsə nəzarət etməlidir. Şəxsən bir nəfər baxmalıdır. Ona görə ailədə qardaşına hamısı baxır. Qardaşı Ülfətin sonradan beyinində travma zədələnmə yaranmışdır. Ara bir narahatlıqları olurdu. Ona içki siqaret olmazdı. Son 4-5 ildə hell və bizon içirdi. İş yerində yeyib içdiyi vaxtda birdən halı pisləşib yerə yıxılmışdır. Həmçinin avto qəza da keçirtmişdir. Qəzadan əvvəl insult keçirtmişdir. 3 ildir xəstədir və ona özləri baxırlar. O, bir il yarım xəstəxanada qalıb. Məştağa və dispanserdə yatıb, indi heç nə edə bilmir. Özü tək yemək belə yeyə bilmir. Qaşığı gətirir yerə tökür, danışır amma tam yox, danışığını başa düşmək olmur. Danışdığı sözü ifadə etmək olmur. Hərdən onları tanıyır hərdən yox, uşaqları ilə görüşmür. Keçmiş ailəsi onun yanına gəlib getmirlər. 2 uşağı olmasını ara bir xatırlayır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib və ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı 18559807 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1983-cü ildə Ermənistan, Vardenis rayonunun Zod kəndində anadan olmuşdur. İşdə olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu ildə anadan olmuşdur. İşdə olan Ermənistan SSR Vardenis rayonunun Zod kənd Soveti tərəfindən verilmiş 02 fevral 1983-cü il tarixli, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1983-cü ildə Ermənistan SSR, Vardenis rayonunun Zod kəndində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 1983-cü il yanvar ayının 31-i günündə 20 nömrəli qeyd aparılmışdır. (atası X11, anası isə X8r). İşdə olan Şamxor rayonunun VVAQ şöbəsi tərəfindən verilmiş 01 avqust 1989-cu il tarixli, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu ildə Şamxor rayonunun Barsum kəndində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 1989-cu il avqust ayının 04-ü günündə 582 nömrəli qeyd aparılmışdır. (atası X11, anası isə X8r). İşdə olan Ermənistan SSR Vardenis rayonunun Zod kənd Soveti tərəfindən verilmiş 08 dekabr 1986-cı il tarixli, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid xx.xx.1986-cı ildə Ermənistan SSR, Vardenis rayonunun Zod kəndində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 1986-cı il dekabr ayının 08-i günündə 192 nömrəli qeyd aparılmışdır. (atası X11, anası isə X8r). İşdə olan Səhiyyə Nazirliyinin Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışının surətindən görünür ki, X10 alkoqol qəbulu nəticəsində asılılıq sindromu, yanaşı xəstəlik olan arterial hiperteniya diaqnozu qoyulmuşdur. İşdə olan Respublika Diaqnostika Mərkəzinin xx.xx.2024-cü il tarixli Kontraslı mrt müayinəsinin surətindən görünür ki, Ülfət İsmayılovun mrt müayinəsi nəticəsində kortikal atrofiya qeyd olunmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının portaldan çıxarışının surətindən görünür ki, Ülfət İsmayılov müddətsiz gözdən üçüncü dərəcə əlildir. İşdə olan Səhiyyə Nazirliyinin TQS-027 nömrəli ambulator kitabçadan çıxarışının surətindən görünür ki, Ülfət İsmayılovun əsas xəstəliyi F03 dəqiqləşdirilməmiş demensiyadır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1/309 saylı həkim psixiatr komissiyasının rəyinin surətindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X10 göndərilən müəssisənin diaqnozu F03 dəqiqləşdirilməmiş demensiya xəstəliyidir və komissiyanın qərarına əsasən atrofiya mənşəli dememiya davranış pozuntuları ilə HMMİE=20, G 31, F02.8 və F07.8 xəstəliyi var. İşdə olan Uni Klinikasının MRT müayinəsindən görünür ki, Mrt-də Ülfət İsmayılovin baş beynin ümumi kortikal atrofik dəyişiklikləri, sol haymor boşluğunda retension kista, hər iki beyin yarımkürəsində, təpə paylarında T2/FLAİR hiperintens siqnala malik ocaqlar qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 xx.xx.2025-ci il tarixli, 2084 saylı rəyindən görünür ki, X9 “Demensiya” (Ağıl Zəifliyi) (F02.8) qeyd olunur. Bunu anamnestik məlumatlar, təqdim olunmuş tibbi sənədlər və hal-hazırki psixatrik müayinənin nəticələri (yaddaşının zəifləməsi, mənasız hərəkətlər etməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli “X4” da “Atrofiya mənşəli demensiya, davranış pozuntuları ilə” diaqnozunun qeyd edilməsi), həmçinin hazırki müayinə zamanı psixi funksiyalarının total zəifləməsinin müəyyən edilməsi və s. sübut edir. X12 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanlarının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 317.3-cü maddəsinə görə, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşadığı yer üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.1-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1983-cü il tarixdə anadan olmuş X2 mənşəli “Demensiya” (Ağıl Zəifliyi) (F02.8) xəstəliyindən əziyyət çəkir. X12 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli və X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1983-cü il tarixdə Basarkeçər (Ermənistan SSR, Vardenis rayonunun Yeni Zod kəndi) rayonunda doğulmuş X12 (Fin: 10EWMGG) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-687/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-687/2025
07.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver