Məhkəmə qərarları › İş №2(066)-694/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-694/2023

20.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-694/2023 20.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə Xanlar (indiki Göygöl) rayon Qızılca kəndi ərazisindən ona verilmiş 0,07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-012A, KOD-50807005 saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamədə yazılmış Ərizəçi X1 oxunmaqla həmin şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Ərizə icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İş üzrə Ərizəçi tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, məhkəməyə ərizə ilə müraciət edərək Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə Xanlar (indiki Göygöl) rayon Qızılca kəndi ərazisindən ona verilmiş 0,07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-012A, KOD-50807005 saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamədə yazılmış Ərizəçi X1 oxunmaqla həmin şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ona olmuşdur ki, ərizənin xahiş edirəm hissəsində texniki səhv olaraq X3 Ərizəçi kimi oxunması əvəzinə Ərizəçi X1 oxunmaqla sözləri yazılmışdır. Ona görə də ərizəsinə JN- 012A saylı, KOD 50807005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə «X6» olan hissəsinin «Ərizəçi» məxsus olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi hissəsində baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Göstərilənlərə əsasən məhkəmə ərizəçinin tələbin dəqiqləşdirilməsi barədə ərizəsini məqsədəuyğun hesab etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə ərizəçiyə fərdi yaşayış evi və həyətyanı sahə həmin torpağa aid JN-012A, KOD-50807005 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə səhv olaraq Ərizəçi X1 qeyd olunmuşdur. Hazırda JN-012A, KOD-50807005 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamədə yanlışlıq olduğu üçün mülkiyyət hüququnu həyata keçirə bilmir və mülkiyyətində olan torpağa çıxarış ala bilmir. Məsələ ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə müraciət etmiş, qeyd olunan faktın təsdiq olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də məcbur olub bu faktı təsdiq etdirmək üçün məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında ərizəni müdafiə etdiyini, ona verilən şəhadətnamədə soyadının səhvən Bağırov yazılmasını, əslində isə soyadının Nəsibova olmasını, qayınının soyadının Bağırov olmasını, özünə məxsus doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində də soyadının Nəsibova olmasını, odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 verdiyi izahatında ərizəçinin eltisi olmasını, onun soyadının Nəsibova olmasını, lakin verilən şəhadətnamədə səhvən Bağırova yazılmasını qeyd etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 izahatında ərizəçi ilə qonşu olmasını bildirdi və ərizədə qeyd edilənlərin doğru olmasını təsdiq etdi. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-012A saylı, KOD 50807005 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» nin surətindən görünür ki, keçmiş Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə 0.07 ha torpaq sahəsi Xanlar (indiki Göygöl) rayonu Qızılca kənd sakini X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1946-cı ildə doğulmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 03 aprel 2023-cü il tarixli ərizəçiyə ünvanlanmış məktubdan görünür ki, şəhadətnamədə olan uyğunsuzluğun aradan qaldırılmasına görə müraciət edilmiş, araşdırma zamanı təqdim edilmiş şəhadətnamədə hüquq sahibinin soyadının X1 qeyd olunduğu və Ərizəçi ilə şəhadətnamədə qeyd olunmuş X3 eyni şəxs olmalarını təsdiq edən sənədin (məhkəmə qətnaməsi) təqdim edilmədiyi müəyyən edildiyindən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Xanlar RPŞ tərəfindən verilmiş AZE seriyalı, 00****** nömrəli, xx.xx.2002-ci il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1946-cı il tarixdə Xanlar (Göygöl) rayonunun Qızılca kəndində anadan olmuş və Xanlar (Göygöl) rayonunun Qızılca kəndində qeydiyyatdadır. Göründüyü kimi Xanlar (Göygöl) rayonunun Qızılca kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi X3 xüsusi mülkiyyətidir və bu JN-012A saylı, KOD 50807005 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə rəsmiləşdirilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, JN-012A saylı, KOD 50807005 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə» texniki səhv olaraq Ərizəçi əvəzinə səhvən «X6» kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə məhkəmə ərizəçinin gətirdiyi dəlilləri həqiqətə uyğun hesab edərək, tələb üzrə hüquqi faktın müəyyən edilərək ərizəçinin hüququnun bərpa edilməsi baxımından ərizənin təmin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ərizəçiyə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307.2.11 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. JN-012A saylı, KOD 50807005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə «X6» olan hissəsinin «Ərizəçi» məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar