Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-696/2023 25.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, ərizəçi və Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi Ərizəçi1 və Ərizəçi3 iştirakı ilə, Ərizəçi1, Ərizəçi2 və Babayeva (Şamilova) Azadə Oktay qızının AR. Torpağın mülkiyyətə verilməsinə dair JN-0043 kod 50802028 saylı Dövlət Aktında olan uyğunsuzluğun aradan qaldırılmasına, hüquqmüəyyənedici sənədin şəxslərə məxsus olması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi1, Ərizəçi2 və Babayeva (Şamilova) Azadə Oktay qızı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Torpağın mülkiyyət Hüququna dair JN-0043, KOD 50802028 saylı Dövlət aktında, soyadı və ailə üzvülərini göstərən qrafada X18 X8, X7 X2, X22 Ərizəçi1 kimi, X23 Babayeva (Şamilova) Nailə Oktay qızı kimi, X14 Ərizəçi3 kimi göstərilməsi, göstərilən hüquqmüəyyən edən Dövlət aktının onlara məxsus olmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 tərəfindən məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmişdir. Həmin ərizədə onlar, 07 aprel 2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Torpağın mülkiyyət Hüququna dair JN-0043, KOD 50802028 saylı Dövlət aktında, soyadı və ailə üzvülərini göstərən qrafada X18 X8, X7 X2, X22 Ərizəçi1 kimi, X23 Babayeva (Şamilova) Nailə Oktay qızı kimi, X14 Ərizəçi3 kimi göstərilməsi, göstərilən hüquqmüəyyən edən Dövlət aktının onlara məxsus olmasına dair qətnamə çıxarılmasını xahiş etmələrini, belə olan halda iddianı dəqiqləşdirərək, Azərbaycan Respublikası Torpağın mülkiyyət Hüququna dair JN-0043, KOD 50802028 saylı Dövlət aktında, soyadı və ailə üzvülərini göstərən qrafada X18 X8, X7 X3, X22 Ərizəçi1 kimi, X23 Babayeva (Şamilova) Nailə Oktay qızı kimi, X14 Ərizəçi3 kimi göstərilməsi, göstərilən hüquqmüəyyən edən Dövlət aktının onlara məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Qeyd olunanlara görə məhkəmə ərizəçilərin tələbin dəqiqləşdirilməsi barədə ərizəsini məqsədəuyğun hesab etdi. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 14 aprel 1995-ci il tarixli 313 saylı Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası haqqında Əsasnamə, öz növbəsində isə Azərbaycan Respublikası Dövlət X13 25 mart 1995-ci il tarixli 10/AA-02 saylı qərarları ilə rayon və yerli aqrar islahat komissiyaları haqqında Əsasnamələr təsdiq etmişdir. Göstərilən fərmanın və Torpaq islahatına haqqında Qanunun 9-cu maddəsinə əsasən, həmçinin Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli 16 saylı qərarı ilə Göygöl rayonun Yeni- Göyçəkənd kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün ailə üzvülərinə 3,56 ha torpaq sahəsi, əvəzsiz olaraq ərizəçilərin mülkiyyətinə verilmiş və Azərbaycan Respublikası Torpağın Mülkiyyət hüququna dair JN-0043, kod 50802028 saylı Dövlət Aktı işlənilmişdir. Göstərilən Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı işlənilərkən texniki səhv olaraq mülkiyyətçinin adı, soyadı və ailə üzvülərini göstərən qrafada X28 olduğu halda X9, X20 olduğu halda X4, Ərizəçi1 olduğu halda X11, Babayeva (Şamilov) Nailǝ Oktay qızı olduğu halda X12, Ərizəçi3 olduğu halda X6 göstərilmişdir. Təqdim olunan seriya AZ-1 № 354801 nömrəli və AZ-1 № 768777 nömrəli Ölüm haqqında X1 və X20 olması təsdiq olunur. Təqdim olunan seriya AZE № ******** nömrəli, AZE № 0******* nömrəli və AA******* saylı X5 Anar Oktay oğlu, Babayeva (Şamilova) Nailǝ Oktay qızı və Ərizəçi3 olması təsdiq olunur. Məhkəmə iclasında iştirak edən ərizəçi və Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi Ərizəçi1 izahatında ərizəni müdafiə etdiyini, onlara verilən Dövlət aktında onların soyadlarının səhv yazılmasını, bacısı Nailənin isə həm soyadında həm də adında səhv olmasını bildirdi və odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 izahatında ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X24 izahatında ərizəçilərin qonşusu olmasını bildirdi və ərizəçilərin soyadlarının dövlət aktında texniki səhv yazılmasını təsdiq etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X27 izahatında ərizəçi Nailənin onun qardaşı qızı olmasını bildirdi və Nailənin və onun digər ailə üzvülərinin soyadlarının və adlarının onlara verilən torpaq sahəsinə dair sənəddə səhv yazılmasını təsdiq etdi. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Göyçəkənd kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, həqiqətən Göygöl rayonu Göyçəkənd kəndində yerləşən, keçmiş DTXK tərəfindən verilmiş 13 iyun 2000-ci il tarixli, JN-0043 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq X29, X21, X32, X26, X11 yazılmışdır. Lakin adların düzgün yazılışı X28, X20, (Şamilova) Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 kimidir. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli Vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1982-ci ildə doğulmuş və Göygöl rayonunun Göyçə kənd kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli Vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxx 1975-ci ildə doğulmuş və Bakı şəhəri Mehdi Mehdizadə küçəsi ev 48, mənzil 46-da qeydiyyatdadır. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxx 1979-cu ildə doğulmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 30 may 2009-cu ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 05 may 2016-cı ildə ölmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X16 nikahları 16 dekabr 1997-ci ildə bağlanmış, nikah bağlandıqdan sonra ərə Babayev, arvada Babayeva soyadları verilmişdir. İş materiallarında olan JN-0043 saylı, KOD 50802028 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı» nın surətindən görünür ki, keçmiş Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə 3.56 ha torpaq sahəsi Xanlar (indiki Göygöl) rayonu Göyçə kənd sakini X18, X7, X23, X14 və X22 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 17 mart 2023-cü il tarixli Ərizəçi3 ünvanlanmış məktubundan görünür ki, dövlət aktında olan uyğunsuzluğun aradan qaldırılmasına görə müraciət edilmiş, lakin uyğunsuzluğun aradan qaldırılmasına görə məhkəmə qətnaməsi təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Göründüyü kimi Xanlar (Göygöl) rayonunun Göyçəkənd kəndində yerləşən 3.56 ha torpaq sahəsi X18, X7, X23, X14 və X22 xüsusi mülkiyyətidir və bu JN-0043 saylı, KOD 50802028 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı» ilə rəsmiləşdirilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, JN-0043 saylı, KOD 50802028 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət aktında» texniki səhv olaraq X28 əvəzinə səhvən X29, X20 əvəzinə X21, Ərizəçi1 əvəzinə X31, Babayeva (Şamilova) Nailə Oktay qızı əvəzinə X32 və Ərizəçi3 əvəzinə X6 qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə məhkəmə ərizəçilərin gətirdiyi dəlilləri həqiqətə uyğun hesab edərək, tələb üzrə hüquqi faktın müəyyən edilərək ərizəçilərin hüququnun bərpa edilməsi baxımından ərizənin təmin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ərizəçilərə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307.2.11 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Torpağın mülkiyyət Hüququna dair JN-0043, KOD 50802028 saylı Dövlət aktında, soyadı və ailə üzvülərini göstərən qrafada «X29» olan hissəsinin «X25», «X21» olan hissəsinin «X10», «X31» olan hissəsinin «Ərizəçi1», «X32» olan hissəsinin «Babayeva (Şamilova) Nailə Oktay qızına» və «X26» olan hissəsinin «Ərizəçi3» məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HakimQələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-696/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-696/2023
25.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver