Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-698/2023 24.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Nəriman qızının və Ərizəçi3 iştirakı ilə Ərizəçi1, Ərizəçi2 Nəriman qızının və Ərizəçi3 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Göygöl şəhərində 24 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : Ərizəçi1, Ərizəçi2 Nəriman qızı və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək Torpağın Mülkiyyətə Verilməsinə dair JN-085 Kod 50807018 saylı X1, Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Nəriman qızı və Ərizəçi3 tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Torpağın Mülkiyyətə Verilməsinə dair JN-085 Kod 50807018 saylı X2 yazılmış hissəsinin X16, Ərizəçi1 Nərman oğlu yazılmış hissəsinin Ərizəçi1, X15 yazılmış hissəsinin Ərizəçi2 kimi oxunmaqla, Torpağın Mülkiyyətə verilməsinə dair JN-085 Kod 50807018 saylı Şəhadətnamənin xx.xx.2022-ci il tarixdə vəfat etmiş X11, Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 məhkəmə iclasında ərizəsini müdafiə edib göstərdi ki, Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarına əsasən Xanlar rayon Yalqışlaq kəndi ərazisində yerləşən 0.16 ha torpaq sahəsi onların yəni X10, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1, mülkiyyətlərinə verilmişdir. Bu barədə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-085 Kod 50807018 saylı Şəhadətnamə var. Həmin X3 əvəzinə səhvən X19, Ərizəçi2 əvəzinə səhvən X15 və Ərizəçi1 əvəzinə Ərizəçi1 Nərman oğlu kimi yazılmışdır. X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-085 Kod 50807018 saylı Şəhadətnamədə yol verilmiş həmin səhvlərə görə vərəsəlik işlərini qaydasına salıb vərəsəlik şəhadətnaməsi ala bilmədiklərindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-085 Kod 50807018 saylı X2 yazılmış hissəsinin X16, Ərizəçi1 Nərman oğlu yazılmış hissəsinin Ərizəçi1, X15 yazılmış hissəsinin Ərizəçi2 kimi oxunmaqla, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-085 Kod 50807018 saylı Şəhadətnamənin xx.xx.2022-ci il tarixdə vəfat etmiş X11, Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi2 Nəriman qızı və Ərizəçi3 məhkəmə iclasında Ərizəçi1 ilə eyni məzmunda izahat verib ərizənin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlanldırılmasına baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X4 və X12 məhkəmə iclasında ifadə verərək Torpağın Mülkiyyətə Verilməsinə dair JN-085 Kod 50807018 saylı Şəhadətnamədə göstərilən X19 ilə X10, Ərizəçi1 Nərman oğlu ilə Ərizəçi1, X15 ilə Ərizəçi2 eyni şəxs olması faktını təsdiq etdilər. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN-085 Kod 50807018 saylı Şəhadətnamədən görünür ki, Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli 02 saylı qərarına əsasən Göygöl rayonunun Yalqışlaq kəndi ərazisində yerləşən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0.05 ha torpaq sahəsi X13, Ərizəçi3, X8 və Ərizəçi1 Nərman oğlunun, mülkiyyətlərinə verilməsi göstərilmişdir. İşə əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1976-cı ildə Xanlar rayonu Yalqışlaq kəndində anadan olmuş və Göygöl rayonu Yalqışlaq kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1944-cü ildə Gəncə şəhərində anadan olmuş və Göygöl rayonu Yalqışlaq kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1973-cü ildə Xanlar rayonu Yalqışlaq kəndində anadan olmuş və ünvan 1 ünvanda qeydiyyatdadır. İşə əlavə edilmiş nigah şəhadətnaməsinin surətindən görünür ki, X19 ilə Ərizəçi3 nigahları xx.xx.1969-cu ildə Xanlar rayon Qızılca kənd sovetində 3 nömrə ilə qeydə alınmış nigah bağlandıqdan sonra kişiyə Rüstəmov, qadına Hacıyeva soyadı verilmişdir. İşə əlavə edilmiş nigah şəhadətnaməsinin surətindən görünür ki, X18 ilə X8 nigahları xx.xx.1992-ci ildə Gəncə şəhəri Nizami rayon VVAQ şöbəsində 679 nömrə ilə qeydə alınmış nigah bağlandıqdan sonra kişiyə İskəndərov, qadına İskəndərova soyadı verilmişdir. İşə əlavə edilmiş ölüm şəhadətnaməsinin surətindən görünür ki, X16 xx.xx.2021-ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş Göygöl rayon İHB-nın Qızılca kənd İƏD-si üzrə xx.xx.2023-cü il tarixli 5-4724/3-2-185/2023 saylı arayışında Torpağın Mülkiyyətə Verilməsinə dair JN-085 Kod 50807018 saylı Şəhadətnamədə səhvən X19 və Ərizəçi1 Nərman oğlu kimi yazıldığı onların adlarının düzgün yazılışının, X16 və Ərizəçi1 olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.5-ci maddələrinə əsasən məhkəmə sənədin şəxsə məxsus olması barədə hüquq faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual-Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-085 Kod 50807018 saylı X2 yazılmış hissəsinin, X16, Ərizəçi1 Nərman oğlu yazılmış hissəsinin Ərizəçi1, X15 yazılmış hissəsinin Ərizəçi2 kimi oxunmaqla, X6 dair JN-085 Kod 50807018 saylı Şəhadətnamənin xx.xx.2022-ci il tarixdə vəfat etmiş X11, Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-085 Kod 50807018 saylı X2 yazılmış hissəsinin, X16, Ərizəçi1 Nərman oğlu yazılmış hissəsinin Ərizəçi1, X15 yazılmış hissəsinin Ərizəçi2 kimi oxunmaqla, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-085 Kod 50807018 saylı Şəhadətnamənin xx.xx.2022-ci il tarixdə vəfat etmiş X11, Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-698/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-698/2023
24.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver