Məhkəmə qərarları › İş №2(066)-736/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-736/2025

23.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-736/2025 23.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X14 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, JN-0473 saylı, KOD 50807005 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının X9 məxsus olması faktının müəyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə mərhum X1 adına kənd təsərrüfatı məhsularının istehsalı məqsədi ilə 0,32 hektar torpaq sahəsi verilmişir. Mərhum X1 şəxsiyyətini müəyyən edən sənədlərdə və ölüm haqqında şəhadətnamədə soyadı İbrahimov, adı Məmməd, atasının adı Paşa oğlu kimi göstərilmişdir. Lakin, torpaq şöbəsi tərəfindən verilmiş JN-0473 saylı, KOD 50807005 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında atasının adı Məmməd əvəzinə səhvən Məhəmməd kimi yazılmışdır. X5 24 iyul 2000-ci ildə, anası X6 isə 12 mart 1997-ci ildə ölmüşlər. Dövlət aktında olan texniki səhvə dair Qızılca kənd İcra Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışı var. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi idarəsinə müraciət etmiş, lakin məhkəmə qətnaməsi təqdim edilmədiyinə görə ərizəsinin icrasından imtina edilmişdir. Torpaq şöbəsinin səhlənkarlığından Dövlət aktında olan səhvə görə vərəsə kimi torpağa dair rəsmiləşdirmə işləri apara bilmir. Ona görədə məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi izahatında ərizəsini müdafiə edərək göstərdi ki, mərhum X5na Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə Göygöl rayonu, Qızılca kəndində 0.32 ha torpaq sahəsi verilmişdir. Mərhum anası X6 12 mart 1997-ci ildə, X5 xx.xx.2000-ci ildə vəfat etmişlər. Onların vəfatından sonra torpaq sahəsi miras qalmışdır. JN-0473 saylı, KOD 50807005 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında mərhum atasının adı Məmməd əvəzinə səhvən Məhəmməd yazıldığından vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Torpaq sahəsinin mərhum atasına məxsus olmasını şahidlər də təsdiq edə bilər. Odur ki, ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi qardaşıdır. 4 bacı bir qardaşdılar valideyinləri vəfat edib. X1 adına olan 0,32 ha torpaq sahəsinə dair dövlət aktında atasının adı Məmməd əvəzinə səhvən Məhəmməd kimi yazılmışdır. Torpaq sahəsini qardaşı Kəramət istifadə edir aralarında torpaqla bağlı mübahisə yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun atasıdır. Babasının adı Məmməd olmasına baxmayaraq Dövlət aktında səhvən Məhəmməd kimi yazılmışdır. Səhvə görə atası vərəsəlik işlərini qaydasına sala bilmir. Torpaqla bağlı heç bir mübahisələri yoxdur. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan JN-0473, KOD 50807005 saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə X7 mülkiyyətinə 0,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Ərizəçi ünvanlanmış məktubdan görünür ki, ərizəyə baxılmış və Torpağa mülkiyyət hüququna dair JN-0473 saylı Dövlət Aktında hüquq sahibinin adında uyğunsuzluğun olduğu, belə ki, X12 ilə sənədlərdə qeyd olunmuş X7” eyni şəxs olmasını təsdiq edən sənədin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı) tərəflərindən təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin Dövlət aktının surətinin verilməsi barədə xx.xx.2025ci il tarixli məktubundan görünür ki, Göygöl rayonu Qızılca kəndində yerləşən torpaq sahəsinə dar tərtib edilmiş JN-473 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının digər şəxsin adına tərtib olunduğunun müəyyən edildiyi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda Göygöl rayonunun Qızılca kəndində yerləşən JN-473 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ləğv edilməsi barədə 3 saylı Gəncə ərazi idarəsinə məlumat daxil olmadığı göstərilmişdir. İşdə olan xx.xx.1963-cü ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1963-cü ildə doğulmuş Ərizəçi X5, anası isə X4r. İşdə olan Xanlar rayon Qızılca kənd İHN-yi tərəfindən 14 mart 1997-ci il tarixdə verilmiş İV-JQ 479273 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1997-ci ildə ölmüşdür. İşdə olan Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən 24 iyul 2000-ci il tarixdə verilmiş AZ 004361 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 24 iyul 2000-ci ildə ölmüşdür. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Qızılca kənd İnzibati Ərazi Dairəsi nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışında JN-473 kod 50807005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında texniki səhv olaraq X2 yazıldığı, düzgün yazılışın X12 (ölüm haqqında şəhadətnamə nömrəsi AZ №004361) olması, X10 adında sakinin Göygöl rayon Qızılca kənd İƏD-si üzrə nümayəndəliyinin ərazisində yaşamadığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini və işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə ərizəçinin mərhum atası X3 təsərrüfatı təyinatlı 0,32 ha torpaq sahəsi ayrılmış və bununla bağlı JN-0473 saylı, KOD 50807005 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı verilmişdir. Lakin həmin Dövlət Aktında onun adı Məmməd olduğu halda səhvən Məhəmməd kimi qeyd edilmişdir. Ərizəçi iş üzrə maraqlı şəxs kimi qeyd etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət XidmətiDaşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək torpaq sahəsinə dair dövlət aktının təsdiq edilmiş surətinin alınmasını xahiş etmişdir. Lakin həmin təşkilatdan ona imtina edilmişdir ki, qeyd olunan şəhadətnamə X7 adına işlənib və bu baxımdan sənədlərin surətinin verilməsi mümkün olmamışdır. Sözügedən sənədin “X12”na məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Belə ki, sənədi vermiş DTXK Xanlar rayon şöbəsi artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа-MPM) 4-cü mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. MPM-in 14.2.-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. MPM-in 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. MPM-in 217.3-cü mаddəsinə əsаsən qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. MPM-in 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Şərh оlunаnlаrа əsаsən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. JN-0473 saylı, KOD 50807005 saylı “Torpağın mülkiyyət hüququna dair” dövlət aktının X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar