Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-739/2025 07.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1968-ci il təvəllüdlü, Azərbaycan Respublikasının Göygöl (Xanlar) rayonunun Mollacəlilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətənfaşı, Azərbaycanlı, Göygöl rayonunun Mollacəlilli kəndində yaşayan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X12 onun doğma qardaşıdır. X12 anadangəlmə xəstədir, yəni özünü idarə edə bilmir, bir çox hallarda öz hərəkətlərinin mənasını anlaya bilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Heyətinin rəyi əsasında, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, debillik dərəcəsində ağır zəifliyi, tetraparez, müddətsiz daim başqasının qulluğuna möhtaç, qulluğa ehtiyacı olan xəstədir, 1-ci qrup əlildir. X3 xəstə olduğu üçün öz-özünə qulluq edə bilmir. Buna görə ona daima olaraq o qulluq edir, yedizdirir, yəni bütün təlabatlarını, müalicə və müayinələrini həyata keçirir.Xəstə X3 qanunla müəyyən olunmuş hüquqlarını həyata keçirə bilmir, bu səbəbdən onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və onun qanunla müəyyən edilən hüquqlarının həyata keçirilməsi üçün onun üzərində qardaşı kimi qəyyum təyin edilməlidir. Məhkəmə iclası zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, X12 onun qardaşıdır. Onlar səkkiz uşaq dörd qardaş dörd bacı olmuşlar. Bir qardaşı və bir bacısı vəfat etmişdir. Qardaşı Kamal anadangəlmə xəstədir. Ona özü baxır. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsini, X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid bildirmişdir ki, Ərizəçi onun xalasıdır. Kamal Məmmədov isə onun dayısıdır. X18 anadangəlmə xəstədir, nitq qüsurludur, yeriyə bilmir, danışdıqlarını anlamırlar. Ona bütün qulluğu xalası Sahilə edir. Maraqlı şəxs Göygöl Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci ildə Xanlar rayonunun Yeni Əlibayramlı kəndində anadan olmuşdur. Göygöl rayonu Mollacəlilli kəndində qetdiyyatdadır. AZE seriyalı 04926025 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1968-ci ildə Xanlar rayonunun Əlibayramlı kəndində anadan olmuşdur. Göygöl rayonu Mollacəlilli kəndində qetdiyyatdadır. Göygöl (Xanlar) Rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, XVİ-JQ seriyalı 431793 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci ildə Xanlar rayonunun Yeni Əlibayramlı kəndində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 1975-ci il dekabr ayının 11-ci günündə 46 nömrəli qeyd aparılmışdır. (atası X13, anası isə X2r) Göygöl Rayon Yeni Əlibayramlı kənd soveti tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli, AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1968-ci ildə Xanlar rayonunun Yeni Əlibayramlı kəndində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 1968-ci il aprel ayının 16-cı günündə 32 nömrəli qeyd aparılmışdır. (atası X13, anası isə X4r) Göygöl Rayon Mollacəlilli kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İİ seriyalı 442692 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2019-cu ildə Göygöl rayonunun Mollacəlilli kəndində vəfat etmişdir, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu il fevral ayının 11-i günündə 03 nömrəli qeyd aparılmışdır. Göygöl Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X6 xx.xx.1996-cı ildə Göygöl rayonunun Mollacəlilli kəndində vəfat etmişdir, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1996-cı il noyabr ayının 08-ci günündə 13 nömrəli qeyd aparılmışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışın surətindən görünür ki, X12 müddətsiz birinci dərəcə əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 xx.xx.2025-ci il tarixli, 424 nömrəli rəyindən görünür ki, xx.xx.1968-ci ildə doğulmuş X12 orta dərəcəli əqli gerilik, davranış pozuntuları xəstəliyindən əziyyət çəkir. X12 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanlarının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 317.3-cü maddəsinə görə, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşadığı yer üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.1-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1968-ci ildə doğulmuş X12 orta dərəcəli əqli gerilik, davranış pozuntuları xəstəliyindən əziyyət çəkir. X12 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizası tərəfindən verilmiş rəylə də müəyyən olunmuşdur ki, o, hal-hazırda öz hərəkətlərinin mənasını başa düşüb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Buna görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1968-ci il tarixdə Göygöl rayonu, Əlibayramlı kəndində doğulmuş X12 (Fin:4L20U6U) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-739/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-739/2025
07.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver