Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-742/2023 18.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qəlamdar Əlamdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Xanlar (hazırkı Göygöl rayonu) rayonu , Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə, JN-620A, KOD-50801004 olan şəhadətnaməyə əsasən ayrılmış 0.06 ha torpaq sahəsinin ayrılmasına dair Xanlar rayonu Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş Xanlar rayonunda vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair Cədvəldə olan şəxs olaraq sənədin ona məxsus olması faktının təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin nümayəndəsinin məhkəmə baxışı iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında işitrak edən Ərizəçi nümayəndəsi X5 izahatında ərizəni müdafiə etdiyini, Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə onun həyatyanı torpaq sahəsi ilə bağlı qanuni istifadəsində olan 0.06 ha torpaq sahəsi ayrıldığını, aqrar İslahat komissiyasının tərtib etdiyi 2002-ci il tarixli qərarı ilə Xanlar rayonunda vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaqların sahələrinə aid cədvəldə ona verilmiş torpaq sahəsi üzrə soyadı düzgün qeyd edilsə də, adında və ata adında hərif səfhinə yol verildiyini, belə ki onun əsl soyadı, adı, ata adı, Ərizəçi olduğu halda qeyd edilən hüquq verici sənəddə onun soyadı, adı, ata adı X1 qeyd edildiyini bildirdi. Qeyd olunan hüquq verici sənəddə olan səhvlik bu günki gündə onun mülkiyyətində olan torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatından keçrilməsinə maneçilik yaradır. Maraqlı şəxsin verdiyi sənədə və arayışa əsasən onun adı qeyd olunduğu kimi yazılmadığından adının siyahıda aşkar edilməməsi bu günkü gündə hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı maneə yaratdığından ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində işitrak etmiş X4 izahatında Ərizəçi ilə atasının dost olduğunu və Ərizəçi kimi tanıdığını bildirdi. Məhkəmə iclasında şahid qismində işitrak etmiş X6 izahatında Ərizəçi ilə atasının dost olduğunu və Ərizəçi onların evində usta işdədiyini və atasının onu Civanoğlu kimi çağırdığını öz ifadəsi ilə təsdiq etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin və şahidlərin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xanlar rayon Aqrar İslahat komissiyasının tərtib etdiyi 2002-ci il tarixli qərarı ilə Xanlar rayonunda vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaqların sahələrinə dair cədvəldə soyadı, adı, ata adı, Ərizəçi qeyd olunmalı olduğu halda sənəddə onun soyadı, adı, ata adı səhvən X1 qeyd edilmişdir. İş materiallarında olan Xanlar rayon X8 Rəyasət Heyətinin 28 sentyabr 1992-ci il tarixli 09 saylı protokulnun arxiv çıxarışından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin xx.xx.1992-ci il tarixli 58-7/457 saylı məktubuna əsasən heyvandarlıq sovxozunun torpaq sahəsindən ayrılıb Xanlar şəhərində yaşayan həyatyanı torpaq sahəsinə ehtiyacı olan fəhlə və qulluqçulara 520 nəfərə 40.11 hektar (o, cümlədən 19.0 ha dinc və 20.11 ha örüş) ayrılıb fərdi yaşayış evi tikintisi üçün verilmişdir. İş materiallarında olan JN-620A KOD 50801004 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə 0.06 ha torpaq sahəsi Ərizəçi mülkiyyətinə verilmişdir. Göründüyü kimi Aqrar İslahat komissiyasının tərtib etdiyi 2002-ci il tarixli qərarı ilə Xanlar rayonunda vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaqların sahələrinə aid cədvəldə ona verilmiş torpaq sahəsi üzrə soyadı düzgün qeyd edilsə də, adında və ata adında hərf səhvinə yol verilmişdir. Belə ki, onun əsl soyadı, adı, ata adı, Ərizəçi olduğu təqdirdə qeyd edilən hüquq verici sənəddə onun soyadı, adı, ata adı X1 qeyd edilmişdir. Azərbaycan Respublikasının Konstitutsiyasının 26-cı maddəsinin İ bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Xanlar rayon Aqrar İslahat komissiyasının tərtib etdiyi 2002-ci il tarixli qərarı ilə Xanlar rayonunda vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaqların sahələrinə dair cədvəldə « X2» yazılmış hissəsinin « Ərizəçi »na məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində pul ərizəçiyə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Xanlar rayon Aqrar İslahat komissiyasının tərtib etdiyi 2002-ci il tarixli qərarı ilə Xanlar rayonunda vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaqların sahələrinə dair cədvəldə « X2» yazılmış hissəsinin « Ərizəçi »na məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9 AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-50-65 İş № 2(066)-742/2023 18 may 2023-cü il Ərizəçi Göygöl Bülbül küçəsi ev 40 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə Gəncə şəhəri, F.Əliyev küçəsi 03 Göygöl Rayon Məhkəməsinin 2(066)-742/2023 nömrəli, 18 may 2023-ci il tarixli qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma : qətnamənin surəti " 03 " vərəq. Göygöl Rayon Məhkəməsinin hakimi:Qəlamdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-742/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-742/2023
18.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver