Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-75/2024 09.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1972-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda doğulmuş İbrahimova ( ailə quranadək Rüstəmova) Təravət Bayram qızının yəni onun doğum haqqında şəhadətnaməsində ana qrafasında X3 göstərilmiş X1 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-xx-xx/2023 saylı məktubunda İddiaçı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olmasına dair” işə onların iştirakı olmadan baxılıb ədalətli qərar qəbul edilməsini xahiş etmişlər. Ərizəçi İddiaçı ərizəni müdafiə edərək göstərdi ki,X1 17 iyul 1941-ci ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuşdur. X1 ilə mərhum X9nun birgə nikahlarından 6 uşaqları doğulmuşdur. Uşaqlardan o yəni, İddiaçı xx xxxx 1972-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda anadan olmuşdur. Ona Ermənistan SSR Vardenis rayon Nərimanov kənd soveti tərəfindən xx.xx.1972 –ci il tarixli İ-ZJ nömrəli 247905 nömrəli doğum şəhadətnaməsi verilmişdir. Həmin doğum şəhadətnaməsinin valideyinlərin adları göstərilən hissədə anasının adı səhvən Sona kimi yəni X7 əvəzinə səhvən X13 yazılmışdır. Onun xx.xx.1994-cü il tarixdə erməni işğalçılarına qarşı döyüşdə həlak olmuş mərhum qardaşı X8 da doğum şəhadətnaməsində anasının adı səhvən Sona kimi yazılmış və Göygöl rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə X8 anasının X7 olması faktı müəyyən edilmişdir. X9 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Atasından qalmış mirası faktiki olaraq qəbul etsələr də doğum şəhadətnaməsində anasının adı səhv yazıldığından vərəsəliyi rəsmiləşdirə bilmirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 verdiyi izahatında göstərdi ki, ərizəçi İddiaçı ilə qohumdur. Təravətin X1dır. Onun doğum şəhadətnaməsində anasının adı Sənibər əvəzinə sərvən Sona kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X15 izahatında göstərdi ki, ərizəçi İddiaçı ilə həmkəndlidir. Təravətin anasının adı Sənibər olmasına baxmayaraq kənd arasında Sona kimi çağırırlar. Onun doğum şəhadətnaməsində anasının adı Sənibər əvəzinə sərvən Sona kimi yazılmışdır. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ermənistan SSR Vardenis rayon Nərimanov kənd soveti tərəfindən verilmiş xx.xx.1972 –ci il tarixli İ-ZJ seriyalı 247905 nömrəli doğum şəhadətnaməsinin surətindən görünür ki, X11 xx xxxx 1972-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda anadan olmuşdur. X9 anası isə X12r. İşdə olan 18 avqust 2003-cü il tarixli AZ-İ 021723 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Göygöl RPŞ tərəfindən verilmiş AZE seriyalı, 04658418 nömrəli, xx.xx.2005-ci il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1941-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş və Göygöl rayonunun Zurnabad kəndində qeydiyyatdadır. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Göygöl (Xanlar) rayon Zurnabad kənd soveti tərəfindən verilmiş V-JQ seriyalı, 348074 nömrəli, xx.xx.1990-cı il tatixli nikah haqqında şəhadətnamədən görünür ki, X20 ilə X5 nikahları 29 dekabr 1990-cı il tarixdə 8 nömrə ilə qeyd edilməklə nikahları bağlanmış, nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadları verilmişdir. İş materiallarında olan qətnamənin surətindən görünür ki, Göygöl rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə X8 anasının X7 olması faktı müəyyən edilmişdir. İşdə olan Göygöl rayon Zurnabad kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda İddiaçı Göygöl rayonu Zurnabad kəndində qeydiyyatda olmaqla yaşaması və onun Göygöl rayonu Zurnabad kəndində qeydiyyatda olmaqla yaşayan X2 qızı olmazı göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göygöl rayon Qrydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/8-İ-1- 98/2023 saylı məktubda qeyd olunmuşdur ki, 1 saylı Gəncə regional Asan xidmət Mərkəzində ƏN qeydiyyat şöbəsi bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik Qaydası”nın 1-ci müddəasına əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.Odur ki, Ermənistan Basarkeçər rayon Nərimanli kənd icra nümayəndəliyində qeyd edilmiş doğum haqqında akt bərpa edilərək ana adının “Sona”dan “Səmnubər”ə düzəliş edilməsi barədə müraciətin icrası kifayət qədər əsaslar olmadığından mümkün olmamışdır. Göründüyü kimi Ermənistan SSR Vardenis rayon Nərimanov kənd soveti tərəfindən verilmiş xx.xx.1972 –ci il tarixli İ-ZJ seriyalı 247905 doğum haqqında şəhadətnamə verilmiş, qeyd olunan şəhadətnamədə ərizəçi X5 anası X3 göstərilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.1972 –ci il tarixli İ-ZJ seriyalı 247905 doğum haqqında şəhadətnamədə texniki səhv olaraq ana qrafasında X7 əvəzinə X13 göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə məhkəmə ərizəçinin gətirdiyi dəlilləri həqiqətə uyğun hesab edərək, tələb üzrə hüquqi faktın müəyyən edilərək ərizəçinin hüququnun bərpa edilməsi baxımından ərizənin təmin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ərizəçiyə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307.2.11 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx xxxx 1972-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda doğulmuş Rüstəmova (İbrahimova) Təravət Bayram qızının (xx.xx.1972 –ci il tarixli İ-ZJ seriyalı 247905 nömrəli) doğum haqqında şəhadətnaməsinin ana qrafasında X3 göstərilmiş hissəsinin X6 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-75/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-75/2024
09.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver