Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-75/2025 23.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X33 iclas katibliyi, İddiaçı1 və onun nümayəndəsi (vəkili) Nümayəndə, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Əmiraslanova (Haxverdiyeva) Mahirə Nadir qızının, Cavabdeh6 nümayəndəsi Cavabdeh5, Cavabdeh7 və Cavabdeh8 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Əmiraslanova (Haxverdiyeva) Mahirə Nadir qızına, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı «mirasın qəbul edilməsi və payın müəyyən edilməsi» tələbinə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Əmiraslanova (Haxverdiyeva) Mahirə Nadir qızına və Göygöl Rayon Notariat Ofisinə qarşı “miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, mərhum X4 miras qalmış Göygöl rayonu, Tülallar kəndində yerləşən 0.15 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 56.5 kv metr olan fərdi yaşayış evinə vərəsəlik üzrə miras paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 qeyd edir ki, X34 ilə 1995-ci ildə qeyri rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Nikahlarını isə tel:25.02.2020xx.xx.2020ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından tel:26.02.1996xx.xx.1996-cı il təvəllüdlü İddiaçı4, tel:20.11.1998xx.xx.1998-ci il təvəllüdlü İddiaçı2 və tel:31.12.2007xx.xx.2007-ci il təvəllüdlü İddiaçı3 adlı üç övladları dünyaya gəlmişdir. X18 tel:22.09.2020xx.xx.2020-ci ildə ankoloji xəstəlik səbəbindən vəfat etmişdir. Əri X2 Nadir Qara oğlu ilə X5 birgə nikahlarından doğulmuş 6 uşaqlarından biridir. İş üzrə cavabdehlər onun bacı və qardaşlarıdır. Digər qardaşı X19 tel:29.06.2016xx.xx.2016-cı ildə vəfat etmişdir. X6 tel:02.02.2019xx.xx.2019-cu ildə, qayınanası X8 isə tel:23.01.2019xx.xx.2019-cu ildə vəfat etmişdir. Mərhum qayınanası X4 Göygöl rayonu, Tülallar kəndində yerləşən 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 56,5 kv metr olan fərdi yaşayış evi miras qalmışdır. X18 tel:22.09.2020xx.xx.2020-ci ildə, yəni anası X1 vəfat etdiyindən, həmin evə onun vərəsəlik üzrə miras payı yaranmışdır. Hesab edirlər ki, X20 ailə üzvləri olaraq onların X4 miras qalmış Göygöl rayonu, Tülallar kəndində yerləşən 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 56,5 kv metr olan fərdi yaşayış evinə onlarında miras payları vardır. Miras paylarının müəyyən olunması üçün 1 saylı Gəncə Regonal "ASAN Xidmət" mərkəzinin Notariat Ofisinə və Göygöl Rayon Notariat ofisinə müraciət etmişlər. Hər iki notariat ofisində onlara aidiyyatı üzrə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Odur ki, mərhum X4 miras qalmış Göygöl rayonu, Tülallar kəndində yerləşən 0,15 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 56,5 kv metr olan fərdi yaşayış evinə vərəsəlik üzrə miras paylarının müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşlar. İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən məhkəməyə cavabdeh qismində cəlb olunma barədə ərizə təqdim edilmişdir. Həmin ərizədə mülki iş üzrə Cavabdeh5, X17, Cavabdeh7 və Cavabdeh8 cavabdeh qismində mülki işə cəlb olunmasını xahiş etmişdir. Belə ki, adları qeyd olunan şəxslər İddiaçı1 mərhum qaynı X10 vərəsələri olduğundan, onların da cavabdeh qismində mülki işə cəlb olunmaları mütləqdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə görə başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göstərilənlərə əsasən məhkəmə iddiaçının nümayəndəsinin “başqa cavabdehlərin mülki işə cəlb edilməsi” barədə ərizəsini məqsədəuyğun hesab etdi. İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmişdir. Həmin ərizədə mülki iş üzrə iddia tələbini dəqiqləşdirərək DƏDRX-nin ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış mərhum X4 miras qalmış Göygöl rayonu, Tülallar kəndində yerləşən 0,15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 56.5 kv metr olan fərdi yaşayış evinə vərəsəlik üzrə 6/1 hissədə İddiaçı1 miras payının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmişdir. Həmin ərizədə X38 ilə X5 birgə nikahlarından Cavabdeh1, Cavabdeh2, X39, Əmiraslanova (Haxverdiyeva) Mahirə Nadir qızı, X19 və X34 adlı 6 uşaqları doğulmuşdur. X3 tel:29.06.2016xx.xx.2016-cı ildə, X34 isə tel:22.09.2020xx.xx.2020-ci ildə vəfat etmişlər. X9 tel:02.02.2019xx.xx.2019-cu ildə, anaları X8 isə tel:23.01.2019xx.xx.2019-cu ildə vəfat etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tel:1521024969********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, Göygöl rayonu, Tülallar kəndində yerləşən 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 56,5 kv metr olan fərdi yaşayış evi mərhum X4 miras qalmışdır. Hazırki iş üzrə iddiaçılar olan İddiaçı1 (arvadı), İddiaçı2 (oğlu), İddiaçı3 (oğlu) və İddiaçı4 (oğlu) X5 vərəsəsi olmuş X20 1-ci növ vərəsələridirlər. Mülki işə cavabdən qismində cəlb olunmuş Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 mərhum X5 vərəsəsi olmuş X10 1-ci növ vərəsələridirlər. Qeyd edir ki, vərəsələr arasında X4 miras qalmış Göygöl rayonu, Tülallar kəndində yerləşən 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 56,5 kv metr olan fərdi yaşayış evinə dair hər birinə çatacaq 1/6 hissədə vərəsəlik üzrə miras paylarının müəyyən edilməsi ilə bağlı heç bir narazılıq yoxdur. Onların da vərəsəlik üzrə miras paylarının müəyyən olunmasına heç bir etirazları və narazılıqları yoxdur. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tel:1521024969********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, Göygöl rayonu, Tülallar kəndində yerləşən 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 56,5 kv metr olan fərdi yaşayış evinin mərhum X4 miras qalması faktının məyyən olunmasına, X4 miras qalmış, Göygöl rayonu, Tülallar kəndində yerləşən 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 56,5 kv metr olan fərdi yaşayış evinə dair mərhum X24 aid vərəsəlik üzrə 1/6 hissədə miras paydan onun 1-ci növ vərəsələri olan İddiaçı1 (arvadı), İddiaçı2 (oğlu), İddiaçı3 (oğlu) və İddiaçı4 (oğlu) irsi transmissiya yolu ilə çatacaq vərəsəlik üzrə miras paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Qeyd olunanlara görə məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məqsədəuyğun hesab etdi. Həmçinin İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə mülki iş üzrə İddiaçı3 yetkinlik yaşına çatmadığından anası İddiaçı1 onun qanuni nümayəndəsi kimi tanınmasını xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh1, Cavabdeh2, X39 və Əmiraslanova (Haxverdiyeva) Mahirə Nadir qızı tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərilmişdir ki, X38 ilə X5 birgə nikahlarından Cavabdeh1, Cavabdeh2, X39, Əmiraslanova (Haxverdiyeva) Mahirə Nadir qızı, X19 və X34 adlı 6 uşaqları doğulmuşdur. Onlardan qardaşları X19 tel:29.06.2016xx.xx.2016-cı ildə, X34 isə tel:22.09.2020xx.xx.2020-ci ildə vəfat etmişlər. X9 tel:02.02.2019xx.xx.2019-cu ildə, anaları X8 isə tel:23.01.2019xx.xx.2019-cu ildə vəfat etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tel:1521024969********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, Göygöl rayonu, Tülallar kəndində yerləşən 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 56,5 kv metr olan fərdi yaşayış evi mərhum X4 miras qalmışdır. Hazırki iş üzrə iddiaçılar olan İddiaçı1 (arvadı), İddiaçı2 (oğlu), İddiaçı3 (oğlu) və İddiaçı4 (oğlu) X5 vərəsəsi olmuş qardaşları X20 1-ci növ vərəsələridirlər. Mülki işə cavabdən qismində cəlb olunmuş Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 mərhum X5 vərəsəsi olmuş qardaşları X10 1-ci növ vərəsələridirlər. Qeyd edirlər ki, vərəsələr arasında X4 miras qalmış Göygöl rayonu, Tülallar kəndində yerləşən 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 56,5 kv metr olan fərdi yaşayış evinə dair hər birinə çatacaq 1/6 hissədə vərəsəlik üzrə miras paylarının müəyyən edilməsi ilə bağlı heç bir narazılıq yoxdur. Onların da vərəsəlik üzrə miras paylarının müəyyən olunmasına heç bir etirazları və narazılıqları yoxdur və onun da miras payının müəyyən edilməsini istəyirlər. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tel:1521024969********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, Göygöl rayonu, Tülallar kəndində yerləşən 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 56,5 kv metr olan fərdi yaşayış evinin mərhum X4 miras qalması faktının məyyən olunmasına, X4 miras qalmış Göygöl rayonu, Tülallar kəndində yerləşən 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 56,5 kv metr olan fərdi yaşayış evinə dair vərəsəlik üzrə 1/6 hissədə miras paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki iş üzrə Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərilmişdir ki, X38 ilə X5 birgə nikahlarından Cavabdeh1, Cavabdeh2, X39, Əmiraslanova (Haxverdiyeva) Mahirə Nadir qızı, X19 və X34 adlı 6 uşaqları doğulmuşdur. X3 tel:29.06.2016xx.xx.2016-cı ildə, X34 isə tel:22.09.2020xx.xx.2020-ci ildə vəfat etmişlər. X9 tel:02.02.2019xx.xx.2019-cu ildə, anaları X8 isə tel:23.01.2019xx.xx.2019-cu ildə vəfat etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tel:1521024969********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, Göygöl rayonu, Tülallar kəndində yerləşən 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 56,5 kv metr olan fərdi yaşayış evi mərhum X4 miras qalmışdır. Hazırki iş üzrə iddiaçılar olan İddiaçı1 (arvadı), İddiaçı2 (oğlu), İddiaçı3 (oğlu) və İddiaçı4 (oğlu) X5 vərəsəsi olmuş qardaşları X20 1-ci növ vərəsələridirlər. Mülki işə cavabdən qismində cəlb olunmuş onlar, yəni Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 mərhum X5 vərəsəsi olmuş X10 1-ci növ vərəsələridirlər. Qeyd edirlər ki, vərəsələr arasında X4 miras qalmış Göygöl rayonu, Tülallar kəndində yerləşən 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 56,5 kv metr olan fərdi yaşayış evinə dair hər birinə çatacaq 6/1 hissədə vərəsəlik üzrə miras paylarının müəyyən edilməsi ilə bağlı heç bir narazılıq yoxdur. Onların da vərəsəlik üzrə miras paylarının müəyyən olunmasına heç bir etirazları və narazılıqları yoxdur və onların da miras paylarının müəyyən edilməsini istəyirlər. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tel:1521024969********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, Göygöl rayonu, Tülallar kəndində yerləşən 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 56,5 kv metr olan fərdi yaşayış evinin mərhum X4 miras qalması faktının məyyən olunmasına, X4 miras qalmış Göygöl rayonu, Tülallar kəndində yerləşən 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 56,5 kv metr olan fərdi yaşayış evinə dair mərhum X14 aid vərəsəlik üzrə 1/6 hissədə miras paydan onun 1-ci növ vərəsələri olan Cavabdeh5 (arvadı), Cavabdeh6 (oğlu), Cavabdeh7 (qızı) və Cavabdeh8 (oğlu) irsi transmisiya yolu ilə çatacaq vərəsəlik üzrə miras paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 və onun nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, X38 ilə X5 birgə nikahlarından Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X19 və X34 adlı 6 uşaqları olmuşdur. X3 xx.xx.2016-cı il tarixdə və X34 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X9 xx.xx.2019-cu il tarixdə, anaları X8 isə xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. DƏDRX-də qeydə alınmış Göygöl rayonunun Tülallar kəndində 0.15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 56.5 kv.m olan fərdi yaşayış evi mərhum Zəribə Haqverdiyevadan miras qalmışdır. Hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Zəribə Haqverdiyevanın vərəsəsi olmuş X20 1-ci növbə vərəsələridirlər. Digər cavabdehlər olan Cavabdeh5, Cavabdeh6, X15 və Cavabdeh8 Zəribə Haqverdiyevanın vərəsəsi olmuş X11 1-ci növbə vərəsələridirlər. Qeyd edir ki, vərəsələr arasında X4 miras qalmış payların onların hər birinə çatacaq 1/6 hissədə vərəsəlik üzrə miras paylarının müəyyən edilməsi ilə bağlı heç bir narazılıq yoxdur. Tərəflər hər biri ayrı-ayrılıqda mirası qəbul edirlər və bunu etiraf edirlər. Onların hər birinə çatacaq 1/6 hissədə miras payın müəyyən edilməsini xahiş edirlər. Digər cavabdehlər olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onlara çatacaq 1/6 hissədə miras payın müəyyən olunmasını məhkəmədənm xahiş edirlər. Bununla bağlı cavabdeh olaraq məhkəməyə hər biri ərizə də təqdim etmişlər. Bu baxımdan məhəkəmədən iddia ərizəsində göstərilən əsaslar üzrə vərəsələrin 1/6 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, miras qalmış əmlakla bağlı özünün 1/6-in 4/1 (altıda birin dörddə biri) hissədə payının və digər vərəsələrin də payının müəyyən edilməsinə heç bir etirazı yoxdur. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsini müdafiə edərək göstərdi ki, miras qalmış əmlakda atası Natiq Haqverdiyevə çatacaq payın irsi transmissiya yolu ilə payların müəyyən edilməsini istəyir. Həmçinin digər vərəsələrin də paylarının müəyyən edilməsinə razıdır və heç bir etirazı yoxdur. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, o, da atası Natiq Haqverdiyevə çatacaq miras payın irsi transmissiya qaydasında müəyyən edilməsini istəyir və digər vərəsələrin də paylarının müəyyən edilməsinə heç bir etirazı yoxdur. Məhkəmə iclasında İddiaçı4 iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, miras əmlakla bağlı anası və qardaşları arasında heç bir mübahisə yoxdur. Odur ki, 1/6-in 4/1 (altıda birin dörddə biri) hissədə payının və digər vərəsələrin də payının müəyyən edilməsinə razıdır. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək göstərdi ki, onlar ailədə 6 övlad olmuşlar. Onlardan ikisi vəfat etmişdir. Miras qalmış əmlakın bütün vərəsələr arasında müəyyən edilməsinə və digər vərəsələrin də paylarının müəyyən edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək göstərdi ki, miras əmlakda 1/6in 4/1 (altıda birin dörddə biri) hissədə payının müəyyən edilməsinə və miras əmlakın bütün vərəsələr arasında bölünməsinə razıdır. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul edərək göstərdi ki, 1/6-in hissədə payının müəyyən edilməsinə razıdır. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul edərək göstərdi ki, özünün və bütün vərəsələrin 1/6 hissədə paylarının müəyyən edilməsinə heç bir etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh6 nümayəndəsi Cavabdeh5 iddianı qəbul edərək göstərdi ki, ərinə çatası payın özünə və 3 uşağına verilməsini istəyir. Bundan başqa digər vərəsələrin də 1/6 hissədə paylarının müəyyən olunmasına etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh7 iddianı qəbul edərək qeyd etdi ki, atasına çatan payı istəyir. Miras qalmış əmlakda vərəsələr arasında 1/6-in 4/1 (altıda birin dörddə biri) hissədən çox payın müəyyən edilməsini istəmir. Məhkəmə iclasında Cavabdeh8 iddianı qəbul edərək göstərdi ki, iddiaya qarşı hər hansı bir etirazı yoxdur. Miras payın vərəsələr arasında müəyyən edilməsinə razıdır. Mərhum atasına çatan payın 1/6-in 4/1 (altıda birin dörddə biri) hissədə bölünməsini istəyir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, məhkəmə iclasında müəyyən olunan halları və mülki işdə olan sübutları tədqiq edib məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı1 və onun nümayəndəsi (vəkili) Nümayəndə, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddiası əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; xx.xx.1989-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx xxxxxx 1989-cu il tarixdə doğulmuşdur. X7, anası Cavabdeh5dır. xx.xx.2011-ci il tarixli, AZ-İİ 748521 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx xxxxxx 2007-ci il tarixdə doğulmuşdur. X13, anası X22r. xx.xx.1998-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx xxxxxx 1998-ci il tarixdə doğulmuşdur. X13, anası X25r. xx.xx.1996-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı4 xx xxxxxx 1996-cı il tarixdə doğulmuşdur. X13, anası X12r. xx.xx.1991-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh8 xx xxxxxxx 1991-ci il tarixdə doğulmuşdur. X7, anası Cavabdeh5dır. xx.xx.1988-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh6 xx xxxxxx 1988-ci il tarixdə doğulmuşdur. X7, anası Cavabdeh5dır. xx.xx.1988-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X28 30 aprel 1988-ci ildə nikahlarını rəsmiləşdirmişlər, nikah bağlandıqdan sonra ərə Haqverdiyev, arvada Haqverdiyeva soyadı verilmişdir. xx.xx.2020-ci il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X34 ilə X29 25 fevral 2020-ci ildə nikahlarını rəsmiləşdirmişlər, nikah bağlandıqdan sonra ərə Haqverdiyev, arvada Haqverdiyeva soyadı verilmişdir. xx.xx.2020-ci il tarixli, AZ-İİ 100470 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X34 xx.xx.2020-ci il tarixdə ölmüşdür. xx.xx.2019-cu il tarixli, AZ-İ 994882 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X38 xx.xx.2019-cu il tarixdə ölmüşdür. xx.xx.2019-cu il tarixli, AZ-İ 994796 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə ölmüşdür. xx.xx.2016-cı il tarixli, AZ-İ 824487 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X21 xx.xx.2016-cı il tarixdə ölmüşdür. xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Göygöl rayonu Tülallar kəndində 0.15 ha torpaq sahəsində yerləşən 56.5 kv.m yaşayış məntəqələrinin torpaqları təyinatlı fərdi yaşayış evi X5 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 14 sentyabr 2024-cü il tarixli İddiaçı1 ünvanlanmış məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, mirasın qəbulu müddəti keçirildiyindən mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi ona tövsiyyə olunmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1971-ci ildə doğulmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1998-ci ildə doğulmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1971-ci ildə doğulmuşdur. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.2007-ci ildə doğulmuşdur. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.1996-cı ildə doğulmuşdur. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1959-cu ildə doğulmuşdur. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1960-cı ildə doğulmuşdur. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1967-ci ildə doğulmuşdur. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1964-cü ildə doğulmuşdur. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh6 xx.xx.1988-ci ildə doğulmuşdur. Beləliklə məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, miras qoyan X8 ilə X26 birgə nikahlarından Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X19 və X34 adlı 6 uşaqları olmuşdur. X3 xx.xx.2016-cı il tarixdə və X34 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X9 xx.xx.2019-cu il tarixdə, anaları X8 isə xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Yuxarıda qeyd edilən sənədlərlə təsdiq olunur ki, hazırkı mülki iş üzrə mübahisəli mülk Göygöl rayonunun Tülallar kəndində 0.15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 56.5 kv.m olan fərdi yaşayış evi X4 miras qalmışdır. Hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Zəribə Haqverdiyevanın vərəsəsi olmuş X20 1-ci növbə vərəsələridirlər. Digər cavabdehlər Cavabdeh5, Cavabdeh6, X15 və Cavabdeh8 Zəribə Haqverdiyevanın vərəsəsi olmuş X11 1-ci növbə vərəsələridirlər. Məhkəmə iclasında müəyyən edildi ki, vərəsələr arasında X4 miras qalmış payların onların hər birinə çatacaq 1/6 hissədə vərəsəlik üzrə miras paylarının müəyyən edilməsi ilə bağlı heç bir narazılıq yoxdur. Tərəflər hər biri ayrı-ayrılıqda mirası qəbul edirlər. Onların hər birinə çatacaq 1/6 hissədə miras payın müəyyən edilməsini və digər cavabdehlər olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onlara çatacaq 1/6 hissədə miras payın müəyyən olunmasını məhkəmədən xahiş edirlər. Bu barədə cavabdehlərin hər biri məhkəməyə ərizə də təqdim etmişdir. Məhkəmə hesab edir ki, mülki iş üzrə iddiaçılar X5 vərəsələri olması nəzərə alınmaqla hazırki iddia tələbini qaldırmaqda subyektiv hüquqa malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1.-ci madəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1262-ci maddəsinin tələbinə görə əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmçinin həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- 1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı hazırki mülki iş məhkəmənin icraatında olduğu müddətdə qəbul edildiyindən qeyd olunan iddia tələbləri üzrə mübahisələrə tətbiq edilməlidir. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarı ilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1253-cü maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd olunanlara əsasən məhkəmə yekun olaraq nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələbi əsaslı olduğundan təmin edilməli, X4 miras qalmış ƏMDK-si yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il, reyestr nömrəsi **********75-10301 olan çıxarışla mülkiyyət hüququ ilə qeydə alınmış Göygöl rayonu Tülallar kəndində yerləşən 0.15 ha yaşayış məntəqəsi torpaq sahəsinin və üzərində yerləşən 56.5 kv.m fərdi yaşayış evindən ibarət miras əmlak üzərində birinci növbə vərəsələr Cavabdeh1 1/6 (altıda bir) hissədə, Cavabdeh2 1/6 (altıda bir) hissədə, Cavabdeh3 1/6 (altıda bir) hissədə, Cavabdeh4 1/6 (altıda bir) hissədə, mərhum X20 1/6 (altıda bir) hissədə və mərhum X11 1/6 (altıda bir) hissədə payları müəyyən edilməlidir. Həmçinin, X4 miras qalmış ƏMDK-si yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il, reyestr nömrəsi **********75-10301 olan çıxarışla mülkiyyət hüququ ilə qeydə alınmış Göygöl rayonu Tülallar kəndində yerləşən 0.15 ha yaşayış məntəqəsi torpaq sahəsi və üzərində yerləşən 56.5 kvm fərdi yaşayış evindən ibarət miras əmlakdan mərhum X24 çatacaq 1/6 (altıda bir) hissədə miras əmlakdakı payı onun birinci növbə vərəsələri İddiaçı1 1/6-in 1/4 (altıda birin dörddə biri) hissədə, İddiaçı2 1/6-in 1/4 (altıda birin dörddə biri) hissədə, İddiaçı3 1/6-in 1/4 (altıda birin dörddə biri) hissədə, İddiaçı4 1/6-in 1/4 (altıda birin dörddə biri) hissədə; mərhum X16 çatacaq 1/6 (altıda bir) hissədə miras əmlakdakı payı onun birinci növbə vərəsələri Cavabdeh5 1/6-in 1/4 (altıda birin dörddə biri) hissədə, Cavabdeh6 1/6-in 1/4 (altıda birin dörddə biri) hissədə, Cavabdeh7 1/6-in 1/4 (altıda birin dörddə biri) hissədə və Cavabdeh8 1/6-in 1/4 (altıda birin dörddə biri) hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. X4 miras qalmış ƏMDK-si yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il, reyestr nömrəsi **********75-10301 olan çıxarışla mülkiyyət hüququ ilə qeydə alınmış Göygöl rayonu Tülallar kəndində yerləşən 0.15 ha yaşayış məntəqəsi torpaq sahəsinin və üzərində yerləşən 56.5 kv.m fərdi yaşayış evindən ibarət miras əmlak üzərində birinci növbə vərəsələr Cavabdeh1 1/6 (altıda bir) hissədə, Cavabdeh2 1/6 (altıda bir) hissədə, Cavabdeh3 1/6 (altıda bir) hissədə, Cavabdeh4 1/6 (altıda bir) hissədə, mərhum X20 1/6 (altıda bir) hissədə və mərhum X11 1/6 (altıda bir) hissədə payları müəyyən edilsin. X4 miras qalmış ƏMDK-si yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il, reyestr nömrəsi **********75-10301 olan çıxarışla mülkiyyət hüququ ilə qeydə alınmış Göygöl rayonu Tülallar kəndində yerləşən 0.15 ha yaşayış məntəqəsi torpaq sahəsi və üzərində yerləşən 56.5 kvm fərdi yaşayış evindən ibarət miras əmlakdan mərhum X24 çatacaq 1/6 (altıda bir) hissədə miras əmlakdakı payı onun birinci növbə vərəsələri İddiaçı1 1/6-in 1/4 (altıda birin dörddə biri) hissədə, İddiaçı2 1/6-in 1/4 (altıda birin dörddə biri) hissədə, İddiaçı3 1/6-in 1/4 (altıda birin dörddə biri) hissədə, İddiaçı4 1/6-in 1/4 (altıda birin dörddə biri) hissədə; mərhum X16 çatacaq 1/6 (altıda bir) hissədə miras əmlakdakı payı onun birinci növbə vərəsələri Cavabdeh5 1/6-in 1/4 (altıda birin dörddə biri) hissədə, Cavabdeh6 1/6-in 1/4 (altıda birin dörddə biri) hissədə, Cavabdeh7 1/6-in 1/4 (altıda birin dörddə biri) hissədə və Cavabdeh8 1/6-in 1/4 (altıda birin dörddə biri) hissədə payları müəyyən edilsin. Məhkəmə xərci ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıların özlərinə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-75/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-75/2025
23.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver