Məhkəmə qərarları › İş №2(066)-752/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-752/2025

29.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-752/2025 29.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, İsmayılova (Rzayeva) Kəmalə Elman qızına və Cavabdeh3 qarşı «yaşayış sahəsinə köçürülmə və cavabdehin əmlakı ilə birlikdə mülkdən çıxarılması və zəbtdən azad edilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada məhkəmə binasında baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1, İsmayılova (Rzayeva) Kəmalə Elman qızına və Cavabdeh3 qarşı «yaşayış sahəsinə köçürülmə və cavabdehin əmlakı ilə birlikdə mülkdən çıxarılması və zəbtdən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə ünvan 1 ünvanda yerləşən və mülkiyyətində olan evdən, mülkdən və köməkçi tikililərdən Cavabdeh1 ailə üzvləri və əmlakları ilə birlikdə öz şəxsi hesabına çıxarılması barədə və onun həmin ünvanda yerləşən əmlakına evinə köçürülməsi və əmlakın ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hal-hazırda onun qanunu mülkü və evi olmasına baxmayaraq, Daşkəsən rayonu Quşçu kəndində kirayədə yaşayır. Qanunu çıxarışla və sənədlə mülkiyyətində ünvan 2 ünvanda yaşayış evi və mülk vardır. Cavabdehlərin və yaxud da cavabdehlərin ailə üzvlərinin təqsiri ucbatından mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən mülkündə yaşayış evində yaşaya bilmir. Dəfələrlə cavabdehə və ailə üvzlərinə təkid etmişdir ki, onu öz evinə buraxsınlar və onun əmlakını boşaltsınlar ki, öz əmlakında gedib rahat şəkildə yaşaya bilsin. Lakin, cavabdeh və ailə üzvləri müxtəlif bəhanələrlə ona zor tətbiq etməklə və hədə qorxu gəlməklə onu öz mülkünə qoymurlar və mülkündən istifadə etməyinə qəsd və maneələr yaradırlar. Cavabdehlərin qəsd və maneələrinin təsiri nəticəsində məcburiyyət qarşısında qalaraq, əmlakının yerləşdiyi yer üzrə və cavabdehin qeydiyyatda olduğu yer üzrə Göygöl rayon Məhkəməsində iddia qaldırmalı olmuşdur. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Bu səbəbdən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin dəlillərində və xahiş etdi hissəsində qeyri-müəyyənlik olmaqla tələb əsaslandırılmamış, cavabdehlərin hər birinə yönələn tələbi müəyyən etmək və cavabdehlərin dairəsini müəyyən etmək mümkün deyildir. Həmçinin cavabdehlərin şəxsiyyətlərini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) barədə sübut iddia ərizəsinə əlavə edilməmişdir. Bununla da müəyyən olunur ki, iddia ərizənin formasına və məzmununa dair tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-ci maddəsinin tələbinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4.-ci maddəsinin tələbinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.2-ci maddəsinin tələbinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Həmin Məcəllənin 151.1.-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1, İsmayılova (Rzayeva) Kəmalə Elman qızına və Cavabdeh3 qarşı «yaşayış sahəsinə köçürülmə və cavabdehin əmlakı ilə birlikdə mülkdən çıxarılması və zəbtdən azad edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev İş № 2(066)-752/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan İddiaçı cavabdehlər Cavabdeh1, İsmayılova (Rzayeva) Kəmalə Elman qızına və Cavabdeh3 qarşı «yaşayış sahəsinə köçürülmə və cavabdehin əmlakı ilə birlikdə mülkdən çıxarılması və zəbtdən azad edilməsi» tələbinə dair iddia ərizənin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxılır. Prosessual hərəkət saat 14:20-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin icraata qəbul edilmədən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 14:30-da başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar