Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-770/2024 16.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Atalığın müəyyən edilməsi və aliment” tələbi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “Atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki nikahlarından olan uşaqları 27 fevral 2024-cü il təvəllüdlü X2 atasının Cavabdeh olmasını və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 250 manat aliment ödənilməsini xahiş etmişdir. İşə məhkəmə hazırlıq iclasında baxılarkən məlum olmuşdur ki, İddiaçı məhkəməyə ərizə təqdim edərək, ərizəsinə baxılmadan ona əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək, iddianın mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “Atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddoaçıya qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(066)-770/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-770/2024
16.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver