Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-771/2025 15.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «atalığın müəyyən olunması və aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı «atalığın müəyyən olunması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə qeyri-rəsmi nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X6 atasının X13 olması, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X9, xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay sabit məbləğdə 250 manat olmaqla cəmi 750 manat alimentin, dövlət rüsumuna görə ödədiyi 100 manat və mediasiya xərci üçün ödənilmiş 60 manatın Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2015-ci il tarixdə el adəti ilə toy edərək faktiki nikaha daxil olmuşlar. Cavabdehlə qeyri-rəsmi nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X12, xx.xx.2017-ci il təvəlüdllü X15 və xx.xx.2021-ci il təvəllüdlü X14 adlı uşaqları doğulmuşdur. Uşaqların ikisi Rusiya Fedarasyasında doğulduqlarına görə cavabdehin qızı Mələk və oğlu Kazıma atalıq faktı müyyən edilmişdir. Oğlu Həsənin isə atalık faktı müəyyən olunmamışdır. Cavabdeh qeydiyyat şöbəsinə ərizə vermədiyinə görə oğlu Həsənin doğum şəhadətnaməsində ata soyadı onun deməyinə görə, yəni X3 göstərilmişdir. Rəsmi nihakları olmadığı üçün oğlu Həsənə onun soyadı verilmişdir. Cavabdeh hər dəfə nikahlarını rəsmiləşdirməyə söz versə də onun məsuliyyətsizliyindən nikahlarını rəsmiləşdirə bilməmişlər. Cavabdeh hazırda İmişli rayonunda yaşayır, bir dəfə də olsun uşaqlarla maraqlanmır, heç bir maddi köməklik göstərmir. Özü heç bir yerdə işləmir, maddi vəziyyəti çox çətindir. Cavabdeh işləyir və aylıq gəliri yaxşıdır. Onun hər ay uşaqlarına aliment verməyə imkanı çatır. Atalıq faktının müəyyən olunması və sabit məbləğdə alimet tələbinə dair Mediasiya Təşkilatına ərizə ilə müraciət etsədə cavabdeh Mediasiya Təşkilatına gəlmədiyindən mübahisəni həll edə bilməmişlər. Bu səbəbdən qərara gəlmişdir ki, cavabdehdən aliment alsın.
3. Bundan sonra iddaçı İddiaçı məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia ərizəsinin xahiş etdim hissəsində xx.xx.2021-ci il təvəllüdlü X6 atası kimi göstərdiyi X7 Cavabdeh kimi oxunmasını xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə 2015-ci ilin oktyabr ayının 10-da evlənmişlər. Qeyri-rəsmi nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X12, xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2021-ci il təvəllüdlü X14 adlı üç uşaqları anadan olmuşdur. Uşaqlardan ikisi Kazım və Mələk Rusiyada doğulmuşdur və atalıq faktları müəyyən olunmuşdur. xx.xx.2021-ci il təvəllüdlü oğlu Həsənin atalığı müəyyə edilməmişdir. Cavabdehlə 30 noyabr 2024-cü il tarixədək birlikdə yaşamışlar. Həmin vaxtdan sonra ayrı yaşamışlar. Onunla birlikdə yaşayarkən heç vaxt Həsənin onun uşağı olmaması barədə heç nə deməmişdir. Cavabdeh Həsənə öz doğma atasının adını qoymuşdur. Cavabdehin dediyi kimi hər uşağa 120 manat alimentlə razı deyil, uşaqların hər biri üçün 250 manat aliment istəyir. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X6 atası olmasının müəyyən edilməsini və üç uşağın saxlanılması üçün hər uşağa 250 manat aliment ödənilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qismən qəbul edərək bildirdi ki, xx.xx.2021-ci il təvəllüdlü Həsən adlı uşağın onun uşağı olub-olmaması barədə ekspertiza keçirilməsini istəyir. Lakin, ekspertiza ilə bağlı xərcləri ödəməyə imkanı yoxdur. Cavabdeh uşaqlarla onu görüşdürmür, ona uşaqlarla görüş verilməsini istəyir. Hazırda işləmədiyinə görə hər uşağa 120 manat aliment ödəyə bilər. Həsən adlı uşağın isə onun uşağı olması barədə özü analiz verəcəkdir. Həsən üçündə aliment verməyə etirazı yoxdur.
6. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirdi ki, İddiaçı onun baldızının qızıdır. Günay Əfqanla 10 ildir ailəlidir. Onlar ailə qurduqdan sonra Rusiyaya getmişlər. Uşaqlarının ikisi Rusiyada doğulmuşdur. Sənədlə bağlı Azərbaycana gəlmişlər və üçüncü uşaqları Həsən Bakıda doğulmuşdur. Onların hər ikisinin ikinci ailəlikləridir. Evlənəndə toyları olmamış evdə yığıncaq etmişlər. Rəsmi nikahları olmamışdır. Həsən adlı uşaq doğulduqdan sonra onların arasında uşaqla bağlı heç bir narazılıqlarını eşitməmiş, Əfqan hər zaman uşaqla normal münasibətdə olmuşdur.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İş materiallarına əlavə edilmiş; - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. - 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-T seriyalı, 287456 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X14 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2021-ci ilin, 12-ci ayının, 13-ci günündə 7693№ ilə qeyd edilmişdir. - Göygöl 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞG/1/2025-00083 nömrəli “X4 X10” arayışın surətindən görünür ki, ailə münasibətlərindən irəli gələn “atalıq faktının müəyyən edilməsi və aliment” tələbinə dair mübahisə üzrə xx.xx.2025-ci ildə, saat 10:00-da keçrilmiş mediasiya prosesində Cavabdeh iştirak etməmiş, mediasiya prosesində iştirak edən İddiaçı 60 (altmış) manat məbləğində mediasiya xərcini tam ödəmişdir. - Moskva vilayəti, Baş VVAQ İdarəsinin Noqinsk VVAQ İdarəsinin 3 saylı şöbəsi tərəfindən verilmiş Vİ-ИК 630333 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X16 14 sentyabr 2017-ci il tarixdə Rusiya, Moskva vilayəti, Noqinsk şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2017-ci ilin 11-ci ayının 22-ci günündə 1797 nömrəli qeyd aparılmışdır. (atası Cavabdeh, anası isə X8r) - Moskva vilayəti, Baş VVAQ İdarəsinin Elektrostal VVAQ şöbəsi tərəfindən verilmiş V-ИК 806097 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X12 21 sentyabr 2016-cı il tarixdə Rusiya, Moskva vilayəti, Elektrostal şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2016-cı ilin 10-cu ayının 07ci günündə 1407 nömrəli qeyd aparılmışdır. (atası Cavabdeh, anası isə X8r)
9. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh nikaha daxil olmadan ailə həyatı quraraq qeyri-rəsmi ər-arvad münasibətində olmuşlar və birgə yaşadıqları müddətdə onların ər-arvad münasibətlərindən xx.xx.2016-cı il təvəllüdlü X12, xx.xx.2017-ci il təvəlüdllü X15 və xx.xx.2021-ci il təvəllüdlü X14 adlı uşaqları doğulmuşdur. Uşaqların ikisinə Mələk və Kazıma atalıq faktı müyyən edilmişdir. Həsənin isə atalık faktı müəyyən olunmamışdır. Həsən adlı uşaq doğulanda tərəflərin nikahı olmamış və doğum akt qeydlərinin ata qrafasında ananın soyadı göstərilmişdir. İddiaçı Cavabdeh qarşı «atalığın müəyyən olunması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X6 atası olması faktının məyyən olunması və birgə yaşadıqları dövrdə dünyaya gəlmiş övladları xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəlüdllü X11 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək cavabdehdən hər uşağa görə 250 manat olmaqla cəmi 750 manat aliment tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, cavabdeh isə uşaqların hər üçünə görə, hər uşağa 120 manat olmaqla aliment verə biləcəyini, Həsən adlı uşaqla bağlı isə gələcəkdə imkanı olan zaman onun uşağı olubolmaması ilə bağlı analiz verəcəyini bildirmişdir.
10. Göründüyü kimi, doğum qeyd edilərkən atalıq müəyyən edilməmiş, uşaqlar nikahı olmayan anadan doğulduğundan və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadığından, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinin göstərişinə uyğun olaraq doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılmış, uşağın atasının adı isə uşağın anasının göstərişi üzrə yazılmışdır.
11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
13. Həmin Məcəllənin 76.2.-ci maddəsinə əsasən Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
14. Həmin Məcəllənin 87.2.-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
15. Həmin Məcəllənin 97.5.-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
16. Göründüyü kimi, atalığın məhkəmə yolu ilə tanınması üçün məhkəmənin əsas götürdüyü çoxsaylı hallar ola bilər. Belə ki, uşağın doğulmasına qədər ananın və atalığı iddia olunan şəxsin birgə yaşaması; uşağın birgə saxlanması və tərbiyə olunması; kişinin uşağın atası olması barədə etirafını isbat edən sübutların olması və s.
17. Atalığın müəyyən edilməsi barədə ərizəyə baxılarkən məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. İddiaçının doğduğu uşağın cavabdehdən törədiyini təsdiq edən sübutlar isə hazırki işdə mövcuddur. Belə ki, Həsən adlı uşaq doğulduğu zaman tərəflər birgə ailə münasibətində yaşamış, uşaq doğulduqdan sonra cavabdeh uşağın bioloji atası atası olmamasını mübahisələndirməmiş, üç il birlikdə yaşamışdır. Həmçinin məhkəmə iclasında cavabeh Həsən adlı uşağın bioloji atasının müəyyən edilməsi barədə ekspertiza təyin edilməsi barədə məhkəməyə vəsatət verməmiş və uşağın saxlanılması üçün aliment təyin edilməsini bildirmişdir.
18. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin faktiki ərarvad münasibətlərindən xx.xx.2021-ci il təvəllüdlü Həsən adlı uşağın doğulmasının məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, şahidin izahatı ilə təsdiq olunması nəzərə alınaraq, iddia həmin hissədə təmin edilməli və uşağın atasının “Cavabdeh” olması müəyyən edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edilməli və yeni doğum haqqında şəhadətnamənin ata qrafasında xx.xx.2021-ci il təvəllüdlü Həsən adlı uşağın atası kimi Cavabdeh qeyd edilməlidir.
19. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
20. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
21. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
22. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən, istər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən uşaqlar barəsində görülən bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir.
23. Həmin konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
24. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinin tələbinə görə, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. - 56.1-ci maddəsinə əsasən valideyinlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. - 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. - 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. - 55.2.-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. - 58-ci maddəsinin ümumi məzmununun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. - 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. - 61.1-ci maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 1.1.1-ci bəndində göstərilmişdir ki, 7-ci bəndə aşağıdakı məzmunda ikinci və üçüncü abzaslar əlavə edilsin: “Ailə Məcəlləsinin 22-ci maddəsində nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərin dairəsi nəzərdə tutulsa da, bu zaman uşaqların hüquq və mənafelərinə təsir göstərə biləcək digər məsələlərin həlli imkanı qanunla qadağan edilməmişdir. Odur ki, uşaqların üstün mənafelərinin qorunması, habelə prosessual qənaət prinsipləri rəhbər tutularaq məhkəmələrə izah edilir ki, nikahın pozulmasına dair iddialara baxılarkən hazırlıq iclasında uşağın hansı valideynin yanında saxlanması ilə bağlı mübahisənin olmadığı müəyyən edildiyi halda, məhkəmələr valideynlər arasında uşaqla ünsiyyət qaydası ilə bağlı qarşılıqlı razılığın olub-olmadığını aydınlaşdırmalıdırlar. Bununla bağlı mübahisə varsa uşaqla ünsiyyət qaydasının müəyyən edilməsini arzu edən valideynə bu barədə iddia tələbi ilə müraciət etmək hüququ izah edilməli və irəli sürüldüyü halda nikahın pozulması ilə yanaşı, bu tələbə də mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməlidir.”
26. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” X1 Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər.
27. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər.
28. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
30. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
31. Azərbaycan Respublikasında 2025-ci ilin yanvar ayının 1-dən ölkə üzrə minimum əmək haqqı məbləği 400 manat məbləğində müəyyən edilmişdir.
32. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının aliment tələbinin əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirlərinin olmamasını, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi alimentin tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəlüdllü X11 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ataları Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
33. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından və uşaqlar analarının yanında olduğundan, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixdən etibarən tutulmalı, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir.
34. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.
37. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
38. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
39. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X4 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.
40. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə iddiaçının 60 (altmış) manat İMS xərci və 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya xərci cavabdehdən tələb edildiyindən, Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən xərclər qismində 60 (altmış) manat mediasiya xərci və 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
41. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan aliment tələbi üzrə dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin illik məbləği 5760 manat olması və həmin məbləğə uyğun 77,6 (yetmiş yeddi manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu təşkil etməsi nəzərə alınmalı, həmin dövlət rüsumu cavabdehə aid edilməlidir.
42. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
45. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. V. Nəticə:
47. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X14 (Fin: 90759X4) adlı uşağın atası- xx.xx.1982-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı (Fin: xxxxxxx) Cavabdeh olması müəyyən edilsin. Qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edilsin və yeni doğum haqqında şəhadətnamənin ata qrafasında xx.xx.2021-ci il təvəllüdlü Həsən adlı uşağın atası kimi Cavabdeh qeyd edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü Mələk adlı uşağın saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulsun. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü Kazım adlı uşağın saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulsun. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü Həsən adlı uşağın saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən xərclər qismində 60 (altmış) manat mediasiya xərci və 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh 77,6 (yetmiş yeddi manat, altmış qəpik) manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Rəşad Mustafayev