Məhkəmə qərarları › İş №2(066)-774/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-774/2023

20.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-774/2023 20.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi4, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi5 iştirakı ilə Ərizəçi1, Ərizəçi4, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi5 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Göygöl şəhərində 20 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : Ərizəçi1, Ərizəçi4, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi5 məhkəməyə ərizə ilə müraciət edərək Torpağa Mülkiyyət hüququna dair JN-215 Kod 50809018 saylı Dövlət Aktında yazılmış X5 Ərizəçi1, X6 Ərizəçi4,X1 X9, X10, Ərizəçi2 və X11 Ərizəçi3 kimi oxunmaqla həmin Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizəçi1 məhkəmə iclasında ərizəsini müdafiə edib göstərdi ki, Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 saylı qərarına əsasən Göygöl rayonunun Şəhriyar kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 3,52 ha torpaq sahəsi onların yəni yazılmış Ərizəçi1, Ərizəçi4, X2, Ərizəçi2 və X12 mülkiyyətlərinə verilmişdir. Bu barədə Torpağa Mülkiyyət Hüqüqna dair JN-215 Kod 50809018 saylı Dövlət Aktında mülkiyyətçinin adı, soyadı və ailə üzvülərini göstərən qrafada Ərizəçi1 əvəzinə səhvən X15, Ərizəçi4 əvəzinə səhvən X16, X9 əvəzinə səhvən X13, Ərizəçi2 əvəzinə səhvən X17 və Ərizəçi3 əvəzinə səhvən X3 yazılmışdır. Dövlət Aktında yol verilmiş həmin səhvlərə görə sənədləşmə işlərini qaydasına salıb çıxarış ala bilmirlər. Həmin səhvlərə görə onların mülkiyyət hüququ pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair JN-215 Kod 50809018 saylı Dövlət Aktında mülkiyyətçinin adı, soyadı və ailə üzvülərini göstərən qrafada yazılmış X5 Ərizəçi1, X6 Ərizəçi4, X1 X9, X10, Ərizəçi2 və X11 Ərizəçi3 kimi oxunmaqla həmin Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Ərizəçilər Ərizəçi4, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi5 məhkəmə iclasında Ərizəçi1 ilə eyni məzmunda izahat verib ərizənin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlanldırılmasına baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X4 və X19 məhkəmə iclasında ifadə verərək Torpağa Mülkiyyət hüququna dair JN- 215 Kod 50809018 saylı Dövlət Aktında yazılmış X15 ilə Ərizəçi1, X16 ilə Ərizəçi4nin, X13 ilə X2, X17 ilə Ərizəçi2 və X18 ilə Ərizəçi3 eyni şəxslər olması faktını təsdiq etdilər. İşdə olan Torpağa Mülkiyyət hüququna dair JN-215 Kod 50809018 saylı Dövlət Aktından görünür ki, Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997ci il tarixli, 15 saylı qərarına əsasən Göygöl rayonunun Şəhriyar kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 3,52 ha torpaq sahəsi X5, X14in, X7in, X10 və X11 mülkiyyətlərinə verilməsi göstərilmişdir. İşə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1952-ci ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş və Göygöl rayonu Şəhriyar kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1952-ci ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş və Göygöl rayonu Şəhriyar kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 xx.xx.1974-cü ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş və Göygöl rayonu Şəhriyar kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1979-cu ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuşdur və Göygöl rayonu Şəhriyar kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1983-cü ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuşdur və Göygöl rayonu Şəhriyar kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin Ərizəçi1 ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3- 33/2-2891/2023 nömrəli bildirişdə ərazi idarəsinin arxiv məlumatlarında mülkiyyətçilərin adında olan uğunsuzluğun aradan qaldırılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığından ərizənin icrasını təmin etməyin mümkün olmadığı göstərilmişdir. İşdə olan Göygöl rayon MKTİB-nin xx.xx.2023-cü il tarixli 1250 nömrəli arayışında Ərizəçi1, Ərizəçi4, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi5 Göygöl rayon Şəhriyar kəndində qeydiyyatda olduqları və ünvan 2 ünvanda yaşadıqları göstərilmişdir. İşdə olan nikah şəhadətnaməsinin surətindən görünür ki, X20 ilə X8in nikahları xx.xx.2001-ci il tarixdə 482 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra kişiyə İsmayılov, qadına İsmayılova soyadı daşımaq hüququ verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.5-ci maddələrinə əsasən məhkəmə sənədin şəxsə məxsus olması barədə hüquq faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual-Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair JN-215 Kod 50809018 saylı Dövlət Aktında yazılmış X5 Ərizəçi1, X6 Ərizəçi4, X1 Quluyeva (İsmayılova) Məleykə Müzadil qızı, X10, Ərizəçi2 və X11 Ərizəçi3 kimi oxunmaqla həmin Dövlət Aktının onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair JN-215 Kod 50809018 saylı Dövlət Aktında yazılmış X5 Ərizəçi1, X6 Ərizəçi4, X1 Quluyeva (İsmayılova) Məleykə Müzadil qızı, X10, Ərizəçi2 və X11 Ərizəçi3 kimi oxunmaqla həmin Dövlət Aktının onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar