Məhkəmə qərarları › İş №2(066)-796/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-796/2023

03.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-796/2023 03.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə Sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Göygöl şəhərində 03 avqust 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Torpağa Mülkiyyət Hüququna dair JN- 0049, KOD-50809028 nömrəli Dövlət Aktında qeyd edilən şəxslərin X19 və X10 ilə eyni şəxs olmasının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizəçi məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Torpağa Mülkiyyət Hüququna dair JN-0049, KOD-50809028 nömrəli Dövlət X4 yazılmış hissəsinin X16 və X12 yazılmış hissəsinin X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizəsini məqsədəuyğun hesab etdi. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edib göstərdi ki, Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 34 oktyabr 1997-ci il tarixli 15 saylı qərarına əsasən onun və digər ailə üzvüləri olan atası X13, anası X1, həyat yoldaşı X5, qızı X6 və oğlu X8 mülkiyyətlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 5.88 ha torpaq sahəsi verilmişdir. Bu barədə Torpağa Mülkiyyət Hüququna dair JN-0049, KOD- 50809028 nömrəli Dövlət Aktının atası X13 ata adı səhvən Elmaz kimi və həyat yoldaşı X5 atasının adı səhvən Vəli kimi yazılmışdır. Dövlət Aktında yol verilmiş həmin səhvlərə görə torpağa dair rəsmiləşdirmə işləri apara bilmədiklərindən və eləcə də mülkiyyət hüququ pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Torpağa Mülkiyyət Hüququna dair JN-0049, KOD-50809028 nömrəli Dövlət X4 yazılmış hissəsinin X16 və X12 yazılmış hissəsinin X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlanldırılmasına baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X2 və X14 məhkəmə iclasında ifadə verərək Torpağa Mülkiyyət Hüququna dair 0049, KOD-50809028 nömrəli Dövlət Aktında göstərilən X20 yazılmış hissəsinin X13 və X12 ilə X5 eyni şəxs olması faktını təsdiq etdilər. İşdə olan Torpağa Mülkiyyət Hüququna Verilməsinə dair 0049, KOD-50809028 nömrəli Dövlət aktında Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarına əsasən X15, X1, Ərizəçi, X9, X6 və X8 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 5.88 ha ha torpaq sahəsi verilməsi göstərilmişdir. İşdə olan AZ-İ seriyalı 529772 nömrəli ölüm şəhadətnaməsinin surətindən görünür ki, X19 xx.xx.2012-ci il vəfat etmişdir. İşə əlavə edilmiş AZE seriyalı 04192825 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 1924-cü ildə Ermənistanın Quqark rayonunda anadan olmuşdur. İşdə olan AA384136697 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1972-ci ildə anadan olmuşdur. İşdə olan nikah şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi ilə X3 nıkahları xx.xx.1991-ci il tarixdə Xanlar rayon Mirzik kənd sovetində 15 sayla qeydə alınmışdır.Nikah bağlandıqdan sonra qadına Bayramova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin X7 ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 2522/2023 nömrəli bildirişdə Torpağa Mülkiyyət Hüququna dair JN-0049, KOD nömrəli Dövlət Aktında hüquq sahiblərinin adlarında uyğunsuzluq olduğu və həmin səhvlərin düzəldilməsini təsdiq edən sənəd (məhkəmə qətnaməsi) təqdim olunmadığından ərizənin icrasının mümkün olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.5-ci maddələrinə əsasən məhkəmə sənədin şəxsə məxsus olması barədə hüquq faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual-Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Torpağa Mülkiyyət Hüququna dair JN-0049, KOD-50809028 nömrəli Dövlət X4 yazılmış hissəsinin X16 və X12 yazılmış hissəsinin X7 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-0049, KOD-50809028 nömrəli Dövlət X4 yazılmış hissəsinin X16 və X12 yazılmış hissəsinin X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar