Məhkəmə qərarları › İş №2(066)-800/2023

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-800/2023

11.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-800/2023 11.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesteri” X1 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesteri” X1 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı ərizə ilə müraciət edərək keçmiş Xanlar rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2001-ci il tarixli 17 saylı qərarına əsasən onların mülkiyyətlərinə verilən 1.20 hektar kənt təsərrüfatı məhsulları yetişdirilməsi üçün onların adına verilən JN-0042 KOD 50806018 saylı torpağın mülkiyyətə hüququna dair dövlət aktının onlara məxsus olması barədə, yəni sənədin şəxsə məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı iclası 11 sentyabr 2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər göstərilən tarixdə məhkəmə iclasına heç bir üzürlü səbəb göstərmədən gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, onlar məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263- 264 -ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesteri” X1 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Göygöl rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar