Məhkəmə qərarları › İş №2(066)-812/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-812/2023

24.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-812/2023 24.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və iddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 3 saylı Gəncə Ərazi İdarəsinə və maraqlı şəxs Göygöl Rayon Notariat Ofisinə qarşı sənədin şəxsə məxsus olması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 3 saylı Gəncə Ərazi İdarəsinə və maraqlı şəxs Göygöl Rayon Notariat Ofisinə qarşı sənədin şəxsə məxsus olması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Keçmiş Xanlar rayon Aqrar İslahat Komissiyasının 08 oktyabr 2002-ci il tarixli 06 saylı qərarı ilə mərhum X3 mülkiyyətinə verilmiş JN 190 saylı KOD 50806088 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının mərhum X9 məxsus olması faktının müəyyən edilməsi barədə və X2 JN-190 saylı, KOD 50806088 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 0,21 hektar torpaq sahəsinin, yəni miras əmlakının iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə və Göygöl Rayon Notariat Ofisinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndələrinin iştirakını təmin etməmişlər, məhkəmə işə cavabdehin və maraqlı şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. İş üzrə iddiaçı Ərizəçi tərəfindən məhkəməyə tələbin dəqiqləşdirilməsiə dair ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, məhkəməyə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 3 saylı Gəncə Ərazi İdarəsinə və Göygöl Rayon Notariat Ofisinə qarşı sənədin şəxsə məxsus olması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə müraciət edərək, keçmiş Xanlar rayon Aqrar İslahat Komissiyasının 08 oktyabr 2002-ci il tarixli 06 saylı qərarı ilə mərhum X3 mülkiyyətinə verilmiş JN 190 saylı KOD 50806088 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının mərhum X9 məxsus olması faktının müəyyən edilməsi barədə və X2 JN-190 saylı, KOD 50806088 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında göstərilən 0,21 hektar torpaq sahəsinin, yəni miras əmlakının iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddiaçının mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ona məlum olmuşdur ki, ərizənin xahiş edirəm hissəsində texniki səhv yazılmışdır. Odur ki, iddia ərizəsinə Xanlar rayon Aqar İslahat Komissiyasının 08 oktyabr 2002-ci il tarixli 06 saylı qərarı ilə mərhum X10 mülkiyyətinə verilmiş JN-190, KOD 50806088 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında «X16» olan hissəsinin «X9» məxsus olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və X2 miras qalmış JN-190, KOD 50806088 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 0,21 ha torpaq sahəsinin iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi hissəsində baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Göstərilənlərə əsasən məhkəmə iddiaçının tələbin dəqiqləşdirilməsi barədə ərizəsini məqsədəuyğun hesab etdi. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi xx.xx.1971-ci ildə ünvan 1 ünvanda yaşayır. Xanlar rayon X22 08 oktyabr 2002-ci il tarixli qərarına əsasən iddiaçının mərhum X3 adına torpağın mülkiyyət hüququna dair dövlət akt verilmişdir və həmin dövlət aktı ilə anasının mülkiyyətinə 0,21 hektar ölçüdə kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. X4 04 fevral 2022-ci il tarixdə vəfat etmiş və həmin torpaq sahəsini iddiaçı miras kimi qəbul etmiş və hal-hazırda da həmin torpaq sahəsindən özü istifadə edir. X3 yeganə miras qəbul edən vərəsəsi iddiaçıdır və onun tərəfindən həmin miras qəbul edilməklə idarə etməsi aşkar şəkildə nümayiş etdirilmişdir. Ancaq mirasın qəbulu ilə bağlı qanunla müəyyən olunmuş müddətdə notariat orqanına müraciət etməmiş və eyni zamanda X3 adına verilən mülkiyyət hüququna dair dövlət aktında ata adı səhv göstərilmişdir. Əslində onun adı şəxsiyyət vəsiqəsində X12 olduğu halda JN-0190 saylı, KOD 50806088 nömrəli dövlət aktında anası X5 göstərilmişdir və doğru olan şəxsiyyət vəsiqəsində və ölüm haqqında göstərilən formadadır, yəni X11r. İddiaçı həm mirasın qəbulu ilə bağlı həm də sənədin şəxsə məxsus olması ilə bağlı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçıya müvafiq notariat orqanı tərəfindən mirasın qəbul edilməsi ilə bağlı və ona vərəsəlik hüququ ilə bağlı şəhadətnamənin verilməsi ilə bağlı müddətin keçməsi ilə əlaqədar imtina cavabı verilmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ona ata adının düzəldilməsi ilə bağlı da imtina cavabı verilmişdir və həmin rəsmi cavabları da iddia ərizəsinə əlavə edir. Maraqlı şəxs olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin şöbəsi də təsdiq edə bilər ki, həmin torpaq sahəsinə görə verilən şəhadətnamə onlara məxsusdur, sadəcə olaraq həmin şöbədən ona bildirmişlər ki, bu məsələ ancaq məhkəmə qaydasında həll edilməlidir və bu barədə iddiaçı onlardan rəsmi imtina cavabı almışdır. Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında texniki səhv onlara müxtəlif sənədləşdirilmələrdə süni problemlər yaradır və nəticədə onlar müxtəlif süründürməçiliyə məruz qalırlar. Başqa cür də iddiaçı həmin sənədlərdə düzəliş aparılmasını hər hansı orqandan tələb edə bilmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsindən ona bildirmişlər ki, məhkəmə həmin sənədin şəxsə məxsus olduğunu müəyyən etdiyi halda düzəldə biləcəklər. Bu səbəbdən də o, məhkəməyə fakt təsdiqinə dair iddia vermək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında iddianı müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X19 izahatında iddiaçı ilə qonşu olmalarını, iddiaçının anası Qənahətdən miras əmlak qalmasını, onun vəfatından sonra qeyd olunan mirasın Ərizəçi qəbul etməsini və indiyə qədər miras əmlakı istifadə etməsini bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X17 izahatında iddiaçının bacısı olmasını, ailədə üç bacı və bir qardaş olmalarını, uşaqlardan birinin rəhmətə getməsini, anaları Qəhanətin vəfatından sonra ondan qalmış miras əmlakı qardaşları Aqşinin qəbul etməsini və özünün həmin miras əmlakdan pay istəməməsini və gələcəkdə də bu barədə heç bir iddia tələbi olmamasını bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X13 izahatında iddiaçının bacısı olmasını, iddiaçı ilə bir yerdə yaşamalarını, iddia tələbində olan miras qalmış əmlakdan pay istəməməsini, analarının ölümündən sonra sözügedən mirasın Aqşin Mustayafevin qəbul etməsini və onun mirasa sahiblik etməsini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X20 izahatında şahid X13 ilə eyni məzmunda izahat verərək onun ifadəsini təsdiq etdi. Məhkəmə iddiaçının və şahidlərin izahatını dinləyib və iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Göygöl rayonu İcra Hakimiyyəti Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 14 aprel 2023-cü il tarixdə Ərizəçi verilmiş arayışdan görünür ki, həqiqətən onun mərhum X4 04 fevral 2022-ci il tarixdə ölmüşdür və ölən günədək Göygöl şəhəri A.Hacıyev küçəsi 110 saylı evdə qeydiyyatda olmaqla yaşamışdır. Ərizəçi təqdim etdiyi sənədlərə və özünün verdiyi məlumata əsasən mərhum X3 1959-cu il təvəllüdlü qızı X17, 1963-cü il təvəllüdlü qızı X13, 1966-cı il təvəllüdlü qızı X27 və 1971-ci il təvəllüdlü oğlu Ərizəçi adlı ailə üzvləri vardır. Mərhumun valideynlərindən sağ qalanı yoxdur. QEYD: Ərizəçi mərhum anası X1 və ölümündən sonra hal-hazıra kimi Göygöl şəhəri Aydın Hacıyev küçəsi 110 saylı evdə qeydiyyatda olmaqla yaşamışdır. xx.xx.2014-cü il tarixdə vəfat etmiş X14 dəfn xərcini qardaşı Ərizəçi çəkmişdir. Gələcəkdə hər hansı hüquqi nəticələrə səbəb olacağı təqdirdə Göygöl Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi heç bir məsuliyyət daşımır.). İş materiallarında olan Göygöl rayon Notariat Ofisinin Ərizəçi ünvanladığı məktubdan görünür ki, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə görə müraciət etmiş və ona bildirilmişdir ki, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Ona görə də izah olunur ki, qanunla nəzərdə tutuluş mirasın qəbul müddətini ötürdüyündən və həmçinin ananızın ölüm haqqında şəhadətnaməsində yazılmış ata adı ilə dövlət aktında yazılmış ata adı arasında uyğunsuzluq olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə edilir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən 05 iyun 2023-cü il tarixli, məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən 0,21 ha torpaq sahəsinə dair JN-190, KOD 50806088 saylı Dövlət aktının kimin adına işlənməsi və həmin Dövlət aktının ləğv edilib-edilməməsi barədə məlumatın məhkəməyə göndərilməsi barədə məktuba baxılmış və bildirilir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən 0,21 ha torpaq sahəsinə dair verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0190, KOD 50806088 saylı Dövlət aktının X10 adına işləndiyi müəyyən olunmuşdur. Həmçinin bildirilik ki, Torpağa mülkiyyət hüququna dair JN-0190, KOD 50806088 saylı Dövlət aktının ləğv edilməsi barədə 3 saylı Gəncə Ərazi İdarəsinə məlumat daxil olmamışdır. İşdə olan Göygöl rayon Notariat ofisinə ünvanlanmış və təsdiq edilmiş X15, X8 və X18 ərizələrindən görünür ki, mərhum anaları X7 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mərhuma məxsus olan bütün miras əmlakdan özlərinə çatası miras payı qanunla müəyyən edilmiş müddət ərzində bilərəkdən qəbul etməmişlər, indidə etmirlər və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmirlər. İş materiallarında olan Azərbaycan Respublikası Göygöl rayonu İcra Hakimiyyəti Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 19 aprel 2023-cü il tarixdə Ərizəçi verilmiş arayışdan görünür ki, həqiqətən o, ünvan 6 ünvanda qeydiyyatdadır və hal-hazırda həmin mənzildə yaşayır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X21 1967-ci ildə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Mustafayev, arvada Mustafayeva soyadı verilmişdir. İş materiallarında olan Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən 17 mart 2023-cü il tarixdə verilmiş AZ-İİ № 281343 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 15 fevral 1999-cu ildə vəfat etmişdir. İş materiallarında olan Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən 02 mart 2022-ci il tarixdə verilmiş AZ-İİ № 212183 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 04 fevral 2022-ci ildə vəfat etmişdir. İş materiallarında olan 07 aprel 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi xx xxx 1971-ci ildə Göygöl rayonunda anadan olmuş, atası X23, X4dır. İş materiallarında olan JN-0190, KOD 50806088 saylı «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı» nın surətindən görünür ki, keçmiş Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 08 oktyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə 0.21 ha torpaq sahəsi Xanlar (indiki Göygöl) rayon sakini X10 mülkiyyətinə verilmişdir. Göründüyü kimi Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 06 saylı qərarı ilə Xanlar (Göygöl) rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.21 ha torpaq sahəsi X10 mülkiyyətinə verilmişdir. Bu barədə JN-190, KOD 50806088 saylı «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı» ilə rəsmiləşdirilmişdir. Lakin məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, JN-190, KOD 50806088 saylı «Torpağa mülkiyyət hüququna dair Dövlət aktın» da X12 texniki səhv olaraq X5 qeyd olunmuşdur. X12 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Qeyd edilən şəxs vəfat etdiyi vaxtdan JN-190 KOD 50806088 saylı dövlət aktı üzrə ondan miras qalmış 0,21 ha torpaq sahəsi miras olaraq iddiaçı Ərizəçi tərəfindən digər vərəsələrin razılığı ilə faktiki olaraq qəbul edilmişdir. Hazırda iddiaçı mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etsə də, mirasın qəbul müddətini keçirdiyinə görə ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Odur ki, iddiaçı X28 mərhum X4ndan miras qalmış 0.21 ha torpaq sahəsinə dair Dövlət aktında olan uyğunsuzluğun aradan qaldırılması və həmin torpaq sahəsinə dair mirası qəbul etməsi faktının müəyyən edilməsinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Konstitutsiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edə bilər. Həmin Məcəllənin 307.2.9-cü maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktını və vərəsəliyin açılma yerini müəyyən edə bilər. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Xanlar rayon Aqar İslahat Komissiyasının 08 oktyabr 2002-ci il tarixli 06 saylı qərarı ilə mərhum X10 mülkiyyətinə verilmiş JN-190, KOD 50806088 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında «X16» olan hissəsinin «X9» məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X2 miras qalmış JN-190, KOD 50806088 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 0,21 ha torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ərizə üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HakimQələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar