Məhkəmə qərarları › İş №2(066)-816/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-816/2025

10.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-816/2025 10.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X20 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyyən edilməsi” barədə ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Göygöl rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə verilmiş 0.14 hektar fərdi həyətyanı torpaq sahəsinə dair JN-079B KOD 50807018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və torpağın mülkiyyət hüququna dair JN-0002 KOD 50807005 saylı Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum X13 onun doğma anasıdır. Mərhum anası X3 xüsusi mülkiyyətinə Göygöl rayonu Yalqışlaq kənd ərazisində 0.14 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-079B, KOD 50807018 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə onun adı texniki səhv olaraq Nazilə yazılmışdır. Yəni, texniki səbəbdən səhv olaraq «Nazilə» kimi qeyd edilmişdir. Ancaq onun şəxsiyyət vəsiqəsində doğum haqqında şəhadətnaməsində adı «Nəribə» olaraq qeyd edilmişdir. Bundan başqa, JN- 0002 KOD 50807005 torpağa mülkiyyət hüququna dair Dövlət X1 olaraq qeyd edilmişdir. Göründüyü kimi Nəribə olaraq qeyd edilməmişdir. SERİYA RX № ******* saylı Çıxarışda adı səhvən Naribə olaraq qeyd edilmiş Nəribə olaraq qeyd edilməmişdir. Həmin sözü gedən Dövlət Aktı və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və çıxarışda buraxılmış səhvlərin düzəldilməsi ilə bağlı aidiyyatı təşkilatlara müraciət etmiş, lakin müraciəti əsasında həm şifahi həm yazılı olaraq ona izah olunub ki, bu barədə məhkəməyə müraciət etməlidir. Bu səbəbdən də o məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclası zamanı Ərizəçi izahatında ərizəni müdafiə edərək göstərdi ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə anası X7 və onun ailə üzvlərinə 0.14 ha həyətyanı torpaq sahəsi və 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaqlara aid JN - 079B KOD 50807018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN - 0002 KOD 50807005 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı var. Onun adı Nəribə olduğu halda JN - 079B KOD 50807018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Nazilə kimi və JN-0002 KOD 50807005 nömrəli Torpağa mülkiyyət hüququna dair X25 kimi yazılmışdır.Torpağa dair sənədlərdə olan həmin səhvlərə görə onun mülkiyyət hüquqları pozulduğundan müvafiq orqanlara müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, həmin ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Torpaq sahəsi ilə bağlı heç bir mübahisə yoxdur. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Ərizəçi onun xalasıdır. Onun 3 dayısı 4 xalası var. Anası gil 5 bacı 3 qardaş olmaqla 8 uşaqdılar. Nənəsi babası vəfat etmişdir. Həmin torpaq sahəsi ilə bağlı xalaları və dayılarının arasında heç bir mübahisə yoxdur. Torpaq sahəsinin sənədində xalası Nəribənin adı səhv yazılmışdır. İşdə olan JN-079B KOD 50807018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə X3, X11, X12 və X4 mülkiyyətinə 0.14 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN - 0002 KOD 50807005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə X3, X11, X12 və X5 mülkiyyətinə 1.22 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubunda Torpağa Mülkiyyət Hüququna dair JN-079B saylı dövlət aktında hüquq sahiblərindən birinin adında uyğunsuzluq olduğu, belə ki, Ərizəçi ilə dövlət aktında qeyd olunmuş X4 eyni şəxs olmasını təsdiq edən sənədin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı) təqdim edilmədiyi müəyyən edildiyindən ərizənin icrasının mümkün olmaması qeyd edilmişdir. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Qızılca kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-47-24/3-2-74/2024 nömrəli arayışından görünür ki, DTXK tərəfindən verilmiş JN-079B, KOD-50807018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq Ərizəçi əvəzinə X2 yazılmışdır. X15 adında sakin Göygöl rayon Qızılca İƏD-si üzrə nümayəndəliyinin ərazisində yaşamır və qeydiyyatda deyil. İşdə olan Göygöl Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 948 nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Göygöl rayonu Qızılca kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1964-cü ildə Göygöl rayonu Qızılca kənd İcra Nümayəndəliyində 23 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. (atası X8, anası isə X9r) İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə doğulmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-7677/2025 saylı Göygöl Rayon Məhkəməsinə ünvanladığı məktubdan görünür ki, JN-079B saylı, KOD 50807018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və JN-079B, KOD 50807005 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının qüvvədən düşməsi ilə bağlı Ərazi İdarəsinə məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə ərizəçinin izahatını və işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə Göygöl rayon Yalqışlaq kəndi ərazisində X7, X16, X17 və X10 0.14 ha həyətyanı torpaq sahəsi və həmin kənd ərazisində kənd təsərrüfatı təyinatlı 1.22 ha torpaq sahəsi verilmişdir. Həmin torpaqlara dair JN-079B saylı, KOD 50807018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və JN-0002 saylı, KOD 50807005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. JN-079B saylı, KOD 50807018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ərizəçinin adı Nəribə əvəzinə Nazilə və JN-0002 saylı, KOD 50807005 saylı Torpağa mülkiyyət hüququna dair X26 əvəzinə səhvən Naribə kimi yazılmışdır. Ərizəçi maraqlı şəxs kimi qeyd etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Lakin həmin təşkilatdan ona imtina edilmişdir ki, aparılan araşdırma zamanı, Torpağa Mülkiyyət Hüququna dair JN-0002 saylı, KOD 50807005 saylı dövlət aktında və Torpağın Mülkiyyətə verilməsinə dair JN-079B saylı, KOD 50807018 saylı şəhadətnamədə hüquq sahiblərindən birinin adında uyğunsuzluq olduğu, belə ki, Ərizəçi adı ilə dövlət aktında qeyd olunmuş X5 və Ərizəçi adı ilə şəhadətnamədə qeyd olunmuş X6 eyni şəxs kimi qeyd olunduğu aşkar edilməsi, bu səbəbdəndə ərizənin icrasının mümkün olmaması qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-7677/2025 saylı Göygöl Rayon Məhkəməsinə ünvanladığı məktubdan görünür ki, JN-079B saylı, KOD 50807018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və JN-079B, KOD 50807005 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının qüvvədən düşməsi ilə bağlı Ərazi İdarəsinə məlumat daxil olmamışdır. Sözügedən sənədlərin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Belə ki, sənədi vermiş DTXK Xanlar rayon şöbəsi artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Birgə mülkiyyətçiləri olması nəzərə alınmaqla, JN-079B saylı, KOD 50807018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və JN-0002 saylı, KOD 50807005 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar