Məhkəmə qərarları › İş №2(066)-822/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-822/2023

17.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-822/2023 17.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarı ilə mülkiyyətlərnə verilimiş 6.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-0007, KOD 50809028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında yazılmış X8 olan hissəsinin "Ərizəçi1" kimi, Ərizəçi2 Nəsir qızı olan hissəsinin "Ərizəçi2" kimi, X5 olan hissəsinin "X6" kimi oxunmaqla qeyd olunan Dövlət Aktının onlara məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 izahatında göstərdi ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 saylı qərarı ilə Göygöl rayonu, Şəhriyar kəndi ərazisində yerləşən 6.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların ailə üzvülərinin yəni X13, Ərizəçi2, X10, X9, X3, Ərizəçi1 və X7 mülkiyyətlərinə verilmişdir. Bu barədə Torpağa mülkiyyət hüququna dair JN-0007, KOD 50809028 nömrəli Dövlət Aktı var. X15 yəni Ərizəçi1 adı səhvən Məhəmməd kimi, Ərizəçi2 atasının adı səhvən Nəsir kimi və X3 atasının adı səhvən Tanırverdi kimi göstərilmişdir. Həmin səhvlərin düzəldilməsi ilə bağlı DƏDK-nin Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi İdarəsinə müraciət etsələr də, ərizənin icrası mümkün olmamış və məhkəməyə müraciət etmələri onlara izah edilmişdir. Dövlət Aktında yol verilmiş həmin səhvlərə görə torpağa dair sənədləşmə işləri apara bilmədiklərindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarı ilə mülkiyyətlərnə verilimiş 6.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-0007, KOD 50809028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət X2 yazılmış hissəsinin "Ərizəçi1" kimi, Ərizəçi2 Nəsir qızı yazılmış hissəsinin "Ərizəçi2" kimi, X5 yazılmış hissəsinin "X6" kimi oxunmaqla həmin Dövlət Aktının onlara məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 eyni məzmunlu izahat verərək Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarı ilə mülkiyyətlərnə verilimiş 6.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-0007, KOD 50809028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət X2 yazılmış hissəsinin "Ərizəçi1" kimi, Ərizəçi2 Nəsir qızı yazılmış hissəsinin "Ərizəçi2" kimi, X5 yazılmış hissəsinin "X6" kimi oxunmaqla həmin Dövlət Aktının onlara məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X14 və X17 izahat verərək Torpağa Mülkiyyət hüququna dair JN-0007, KOD 50809028 nömrəli Dövlət aktında göstərilən X8 ilə Ərizəçi1, Ərizəçi2 Nəsir qızı ilə Ərizəçi2, X5 ilə xx.xx.2007-ci il tarixdə vəfat etmiş X3 eyni şəxs olması faktını təsdiq etdilər. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-0007, KOD 50809028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, keçmiş Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 saylı qərarı ilə X13, Ərizəçi2, X10, X9, X3, Ərizəçi1 və X7 mülkiyyətlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 6,30 ha torpaq sahəsi verilməsi göstərilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 281390 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 10 fevral 2007-ci ildə vəfat etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 06 aprel 2023-ci il tarixli Ərizəçi1 ünvanlanmış məktubundan görünür ki, şəhadətnamədə olan uyğunsuzluğun aradan qaldırılmasına görə müraciət edilmiş, uyğunsuzluğun aradan qaldırılmasına görə müvafiq düzəlişin aparılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının təqdim edilmədiyi müəyyən edildiyindən və əmlak üzərində mübahisə olduğu, torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə olan ölçülər arasında uyğunsuzluğun olduğu müəyyən edildiyindən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Gəncə Asan Xidməti Mərkəzi tərəfindən verilmiş AZE seriyalı, ******** nömrəli, xx.xx.2015-ci il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1962-ci il tarixdə Ermənistan, Vardenis rayonununda anadan olmuş və Xanlar (Göygöl) rayonunun Şəhriyar kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Göygöl RPŞ tərəfindən verilmiş AZE seriyalı, 0******* nömrəli, xx.xx.2018-ci il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxx 1968-ci il tarixdə Ermənistan, Vardenis rayonununda anadan olmuş və Xanlar (Göygöl) rayonunun Kərəmli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Göygöl rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03 iyul 2023-ci il tarixli arayışından görünür ki, keçmiş DTXK tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, 15 saylı, JN-0007 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında adları səhv olaraq X8, Ərizəçi2 Nəsir qızı, mərhum X5 yazılmışdır. Düzgün yazılış Ərizəçi1, Ərizəçi2, mərhum X1 Göründüyü kimi Xanlar (Göygöl) rayonunun, Şəhriyar kəndində yerləşən 6,30 ha torpaq sahəsi ərizəçilərin xüsusi mülkiyyətidir və bu JN-0007, KOD 50809028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, JN-0007, KOD 50809028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında texniki səhv olaraq Ərizəçi1 əvəzinə səhvən “X8”, Ərizəçi2 əvəzinə səhvən “Ərizəçi2 Nəsir qızı” X6 əvəzinə səhvən “X5” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə məhkəmə ərizəçinin gətirdiyi dəlilləri həqiqətə uyğun hesab edərək, tələb üzrə hüquqi faktın müəyyən edilərək ərizəçinin hüququnun bərpa edilməsi baxımından ərizənin təmin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ərizəçilərə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307.2.11 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0007, KOD 50809028 nömrəli Dövlət Aktının “X8” olan hissəsinin “Ərizəçi1”, “Ərizəçi2 Nəsir qızı” olan hissəsinin “Ərizəçi2” “X5” olan hissəsinin xx.xx.2007-ci il tarixdə vəfat etmiş “X4” məxsus olması fakt müəyyən edilsin. Ərizə üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45 A, Tel: (02220) 5-23-84 Faks: (02220) 5-39-92 İş № 2(066)-822/2023 17 iyul 2023-cü il Ərizəçi1 Göygöl rayonu, Kərəmli kəndi Ərizəçi2 Göygöl şəhəri, Şəhriyar küçəsi, ev 80 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 3 saylı Gəncə Ərazi İdarəsinə, Gəncə şəhəri, Z.Əliyeva küçəsi 03 Göygöl Rayon Məhkəməsinin 2(066)-822/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti « » vərəq. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45 A, Tel: (02220) 5-23-84, Faks: (02220) 5-39-92 İş № 2(066)-822/2023 18 avqust 2023-cü il Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 3 saylı Gəncə Ərazi İdarəsinə Gəncə şəhəri, Z.Əliyeva küçəsi 03 Göygöl Rayon Məhkəməsinin 2(066)-822/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qətnaməsinin surəti icra olunması üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti « 02 » vərəq. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar